Cümə axşamı günü, 12 noyabr 2026
     

“Cənnətdəki ilk ad günün mübarək, Elvin...!”

Image


...Sanki hər gün səmada şəhidin əzizləri ilə ağlayırdı. Şıdırğı leysan yağırdı... 5 may  2021-ci il tarixində... Zaqatala rayonunun İkinci Vətən müharibəsinin ilk şəhidi olan Elvin Azər oğlu Qədirovun şəhadətə qovuşandan sonra ilk ad günü idi... 20 yaşı tamam olurdu həmin gün Elvinin... valideynləri, əzizləri, yaxın qohum-əqrəbası, dost – tanışları, təhsil aldığı məktəbin müəllimləri Vətən fədaisinin Yeni Suvagil kənd qəbristanlığındakı qəbri üstünə toplaşmışdı...

 

Elə həmin gün gur yaz yağışının iri damcıları şəhidin qəbrini zayarətə gələnlərin, şəhid nənəsinin, anasının, şəhid bacısının, onu yad edənlərin göz yaşlarına qarışmışdı... Şəhid qəbrinin üstü sanki al xalıyla bəzədilmişdi... Elə bil qızıl güllərdə 19 yaşında işğal altında olan torpaqlarımızın erməni mənfurlarından təmizlənməsi, Vətənimizin bütövlüyü uğrunda həlak olan Elvin Azər oğlu üçün ağlayırdı... Qəm xəyallarından ayrılmamış şəhidin anası Zəminə xanım 27 sentyabr 2020 –ci il tarixindən əyninə geydiyi qara libasını oğlu Elvinin ad günündə sanki dəyişmək istəyirdi...

...Oğlu üçün xonça da, tortlar da, gül çələngləri də hazırlayıb düzmüşdü onun qəbri üstünə, əbədi evinə gətirmişdi onları. Baş daşını qucaqlayıb: “Dur bala, dur oğlum, dur Elvin...sənin ad günündür, gör kimlər gəliblər... niyə danışmırsan, niyə susursan?...Axı, səni əsgərliyə yola salanda demişdin ki, ana nigaran qalma, hərbidən sağ-salamat qayıdacağam... ad günlərini bir yerdə keçirəcəyik, hələ gözaltı etdiyim qıza nişan xonçaları da aparacaqsınız. Bəs, nə oldu, Elvin?... Niyə bizi göz yaşlarına qərq etdin? Sənə qıyan o düşmənin də, müharibə edənlərin də anaları, əzizləri ağlar qalsınlar bizim kimi, mənim şəhid balam – Elvin! Ucalığa yüksələn gözəl balam...” deyən Zəminə ana astaca pıçıldayırdı...

...Şəhidin nənəsi İsmət ana isə iki şəhid əzizini – oğlu, Birinci Qarabağ savaşında qəhrəmanlıqla həlak olan oğlu Akifin və nəvəsi Elvinin qəbirləri arasında gözlərinin yaşını axıda-axıda xəyallara dalmışdı... Şəhidin atası Azər bəy isə həmişəki kimi təmkinlə, səbrlə ürək yanğısı ilə baş verənləri seyr edirdi...

Qardaşları Akifin və qardaşoğlu Elvinin vaxtsız ölümlərinin acısını yaşayan əmisi Abid və bibisi Adilə Qədirovlar əzizlərinə təsəlli verə-verə qəlbləri paralansa da, özlərini daha iradəli, dözümlü aparmağa çalışırdılar...

“...Məktəbimizin fəxri, qüruru, hamımızın sevimlisi olan Elvinimiz, ad günün mübarək! Hamımız istəyirdik ki, sənin ad gününü bir Vətən qəhrəmanı kimi sağlığında qeyd edək... Təəssüflənməli deyilik... Çünki sən əmin Akif Qədirovun qəhrəmanlıq yolunu davam etdirdin. El yolunda, azadlığımız uğrunda, hələ gənc olmasına baxmayaraq yaşıdlarına, gələcək nəslə nümunə, təkrar-təkrar öyrəniləcək şücaət göstərdin, dərs-təlim kitablarına köçürüləcək... O ucalığa yüksəldin düşmənə zərbə vura-vura, həm də qürurluyuq, Elvin. Ona görə ki, Azərbaycanımızın ilk şəhidlərindən oldun... Min alqış sənin valideynlərinə, onların qarşısında biz hamımız daim baş əyməliyik, hörmətini-izzətini saxlamalıyıq.

Can əzizləri unutmasınlar ki, şəhid Elvin Azər oğlu Qədirov adı tarixə qızıl hərflərlə həkk edilən xoşbəxt qəhrəmanlardandır, əmisi Akif kimi...” Zaqatala rayonu Yeni Suvagil kəndi 2 saylı şəhid Akif Qədirov adına tam orta məktəbin direktoru Cərullah Əhmədov məktəbin məzunu olmuş şəhid Elvinin Elvinsiz keçirilən ad günündə onun haqqında ürək sözlərini dedi...

Qəhrəmanımızın qısa ömür yoluna diqqət yetirək. Elvin Azər oğlu Qədirov 5 may 2001 –ci ildə Zaqatala rayonunun Yeni Suvagil kəndində Zəminə xanım və Azər bəyin ailəsində dünyaya göz açıb. O, 2007-2018–ci illərdə Akif Qədirov adına 2 saylı Yeni Suvagil kənd tam orta məktəbində təhsil alıb və oranı müvəffəqiyyətlə bitirib. Bir il ev və təsərrüfat işlərində valideynlərinə yaxından köməklik göstərib. Ailəsindən bildirdilər ki, 2019 –cu ilin iyul ayının 28 –də Azərbaycanın Silahlı Qüvvələrinə həqiqi hərbi xidmətə gedib. Hərbidə olduğu dövrdə nizam-intizamlı, hərbi tapşırıqları uğurla yerinə yetirib, hərbi təlimlərdə fəal iştirak edib və bir neçə ay ərzində tam hazırlıqlı döyüşçü olub...

Şəhid Elvin Qədirovun bacısı, Yeni Suvagil kənd 2 saylı Akif Qədirov adına tam orta məktəbin 8-ci sinif şagirdi Nursel Azər qızı Qədirovanın qardaşı haqqında söylədiklərini həyəcansız dinləmək mümkünsüzdür. Bacı üçün qardaşını vaxtsız itirməyin necə ağır dərd, necə ağır kədər, necə yanğı olmasını çox yaxşı başa düşürük... Nursel qardaşı ilə bağlı unudulmaz xatirələrini böyük qürurla xatırlatdı:

“Qardaşımın nəşi olan tabutu 28.10.2020-ci il tarixində üçrəngli bayrağa bükülmüş vəziyyətdə həyətimizə gətirilən zaman elə bil hər tərəfə zil qaranlıq çökmüşdü, sanki qaranlıqda bir ulduz bərq vururdu... Bir də onda ayıldım ki, artıq qardaşımı əbədi bir məkana aparırlar... Nəşi olan tabutun arxasınca qaça-qaça getdim. Inanmırdım ki, onu son mənzilə yola salırıq...

İzdihamın arasından tabuta çatıb, onu qucaqlamaq istəyirdim. Lakin mümkünsüz idi... Həmin anlarda uşaqlıq xatirələri başımda dolanırdı. Elvinin xasiyyəti böyük qardaşım Akifdən daha fərqli idi... Daha çox ona yaxın idim. Həm oynayırdıq, həm zarafatlaşırdıq, həm də dalaşırdıq. Kiçik yaşlarımdan bəzən ona acıq vermək üçün gah onun oyuncaqlarını dağıdırdım, gah da ki, gizlədirdim. O isə gəlib söz demədən, məni istehza ilə süzüb sakitcə oyuncaqları yığardı. Mənə isə heç nə deməzdi. Elvin mülayim, xoş xasiyyətli, sadə, humanist, sadə qəlbli idi. Əmim Akifin şəhid olmasını da o mənə demişdi, onun göstərdiyi şücaətlərdən danışardı. Qardaşım əmimi böyük fəxrlə yada salardı...

Taleyin bir qismətinə baxın. 25 ildən sonra Elvin qardaşım İkinci Vətən savaşında qəhrəmancasına şəhid oldu... Qardaşımın şəhadətə qovuşduğunu eşitdiyim andan onunla keçirdiyim hər anımı kino lenti kimi gözümün önündən keçirdim. O anlar artıq xatirlərə çevrildi... Anam və atam onun üçün çox xəyallar qurmuşdu... Anam və atam onun üçün çox xəyallar qurmuşdu... Amma Elvinin öz alın yazısı varmış... Anam artıq şəhid anası oldu... Düşünürdüm ki, bəzi şəhidlərin anaları yoxdur... Qardaşımın anam üçün böyük bir ad gətirmişdi... Böyük qardaşım Akif əsgərlikdən sakitcə gəlmişdi... Anam Elvinin də belə gəlməsini gözləyirdi... Lakin qismət olmadı... Yaşamaq yanmaqdır – yaxşı deyiblər... Allah bütün şəhidlərin şəhadətini qəbul etsin, qəbirləri nurla dolsun...

Qəhrəman qardaşım, şəhid qardaşım,

Qarşında baş əyir bütün bir millət.

Sən elə bir zirvə fəth eyləmisən,

Sənə bir ad yaraşır... əbədiyyət...”

İkinci Qarabağ Savaşının ilk ağır günləri idi. Azğın düşmən xaincəsinə hərbi mövqelərimizi, yaşayış məntəqələrimizi toplardan, minmyotlardan, ağır artilleriya qurğularından ardıcıl atəşə tutmuşdu, sanki cəbhə bölgəsinə od ələnmişdi...

Müharibənin ilk günlərində gərgin vəziyyət yaranmışdı. Biz tərəfdən itkilərimiz çox idi. Hər gün cəbhədən sarsıdıcı, kədərli xəbərlər eşidilirdi, artıq oradan üçrəngli bayrağa bürünmüş, torpaqlarımızın azadlığı uğrunda həlak olan şəhid tabutları gətirilirdi. Müharibə başlamazdan əvvəl ciddi hərbi təlimlər keçən Elvin və hərbiçi yoldaşları ilk günlərdən cəbhənin Ağdam bölgəsində mövqelərimizi qoyuyurdular. Ermənilər də, məhz həmin istiqamətdən hücumları daha da aktivləşdirmişdirlər. Onlar hücumlara ara vermirdilər, vəhşi düşməni susdurmaq və məhv etmək üçün ölüm-dirim mübarizəsinə girişmişdilər...

Lakin... 27 sentyabr 2021 –ci il tarixdə, erməni azğınlarının xaincəsinə hücumu nəticəsində Ağdam cəbhəsində xeyli sayda hərbiçimiz şəhid oldu və yaralandı... Elə həmin gün gənc döyüşçümüz, cəsur atıcı hərbiçimiz Elvin Azər oğlu Qədirov döyüş zamanı düşmənin atdığı mərmilərdən ağır yaralanaraq, şəhadətə qovuşdu. Xatırlamaq yaxşı olar ki, Birinci Qarabağ savaşında da Zaqatala rayonundan birinci şəhid rayonun Yeni Suvagil kəndindən Qədirov Akif Qədir oğlu qəhrəmancasına həlak olmuşdur. O da Qədirovlar ailəsinin üzvü idi... Bu savaşda da uşaqlıqdan vətənpərvər ruhda böyüyən Elvin düşmənlə qısa müddətdə döyüş əməliyyatlarında iştirak edərək, Vətənimizin bütövlüyü uğrunda qəhrəmanlıqla həlak olan Zaqatala rayonunun ilk şəhidi kimi adını tarixlərə yazdı... qızıl hərflərlə...

..28 sentyabr 2020 –ci il tarixində isə Elvin Azərbaycanımızın xilaskarı kimi böyük izdihamla, al bayraqların müşayiəti ilə Yeni Suvagilin kənd qəbristanlığında son mənzilə yola salındı... Onu kənddən Birinci Qarabağ savaşında şəhidlik zirvəsinə ucalan qəhrəmanların, şəhid əmisi Akif Qədirovun (Zaqatala rayonu Yeni Suvagil kənd 2 saylı tam orta məktəbi Ağdam rayonunun Qalayçılar kəndi uğrunda gedən döyüşlərdə həlak olan Akif Qədirovun adını daşıyır. E. M.) yanında dəfn etdilər.

Bəli, Elvin həmin gündən təkcə Azər qardaşımızın, Zəminə xanımın deyil, bütün qəlbi Vətən sevgisi ilə döyünən Azərbaycan xalqının oğlu, əzizi oldu... Belə qəhrəmanlar, şəhidlər ölmür, daima ürəklərdə yaşayırlar... Elvin və Zaqatalanın daha 32 şəhidi kimi...

...İndi Yeni Suvagil kəndindəki Şəhidlər Xiyabanında şəhid qəbirlərinin sayı artıb...

İkinci Vətən müharibəsində daha iki qorxmaz, düşmənə göz dağı verən, özünü döyüşçü yoldaşlarını xilas etmək üçün əl qumbarasının üstünə atan Fəqan Vahid oğlu Məmmədov və Xüsusi Təyinatlıların fədakar döyüşçüsü olmuş Ehtiram Teyyub oğlu Əhmədov da həmin şəhidlərin sırasında uyuyur. Hər gün onlarla, bəzən də yüzlərlə insan onları ziyarət edir. Qəbirlərinin üstündən təzə-tər, al qırmızı gül dəstələri, əklillər əskik olmur... Gələcək nəsillərimizin nümayəndələri isə onların şücaətindən fəxarətlə, qürurla danışır, özlərinə örnək sayırlar...

Bu gün cənnətdəki ilk ad günündür,

Ay şəhidim, şəhadətin mübarək.

Sən də tanrı dərgahına ucaldın,

Cənnətdəki ilk ad günün mübarək!

Bu dəfə isə onun əzizləri, sevənləri, ictimaiyyət nümayəndələri, gənclər, məktəblilər qəbrinin üstünə şəhid Elvinin ad gününü, 20 illiyini qeyd etməyə toplaşmışdılar. Cənnət bağında uyuyan Elvin Qədirovun...

Yenə də ürək sızladan xatirələr, ürək sözləri, qəlbi parçalayan fəryadlar, şeirlər... qəbrin üstünə düzülmüş gül xonçaları və sairə..

Yeni Suvagil kənd Akif Qədirov adına 2 saylı tam orta məktəbin dil-ədəbiyyat müəllimi, şəhidin əmisi qızı Aysel (Qədirova) Heydərovanın çıxışı isə bir daha onu sevənlərin qəlblərini göynətdi... dedi: “Mən bu savaşlarda, iki əzizimizi, ciyər paralarımı, əmim Akifi və əmim oğlu  Elvini itirmişəm... belə ağır dərdlərə dözmək lazımdır... İradə, səbr... bir tərəfdən isə qürur hissi duyuruq ki, onlar öz adlarını xalqın, elin xilaskarları kimi tarixə yazdılar, qəhrəmanlıq dastanları yaratdılar... unudulmaz, hər an xatırlanacaq...

Şair Nəbi Xəzri demişkən:

Mən onları anaların günəşlə tən tuturam,

Onlara gül çələngi məhəbbətdən tuturam.

Oğulları döyüşdən geri dönməyənləri,

Fəqət ürəklərində ümid sönməyənləri.

Bir gecədə saçını ağappaq hörənləri,

Bir gözüylə ağlayıb, bir gözüylə gülənləri,

Keçmiş qanlı davadan hər gün söz salanları,

Qəlbimiz olanları ləkəsiz qalanları,

Övlad məhəbbəti ilə isitmək istəyirəm.

Ürək hərarəti ilə isitmək istəyirəm...

Əzizlərimizin adından, nəslimizin adından əyilməz analara əyilmək istəyirəm!”

Elvin orta məktəbdə oxuduğu zaman məktəbdə keçirilən bütün tədbirlərdə fəal iştirak edib. Şəhidin atası Azər bəy deyir ki, oğlunun şərəfinə evdə yaradılmış guşədə oyuncaq avtomat silahı saxlanılıb. Elvin məktəb illərində hərbi vətənpərvərlik mövzusunda təşkil olunan tamaşa, şəhnəciklərdə Azərbaycan döyüşçüsü rolunu oynayıb... Tamaşada həmin avtomatla xeyli sayda düşməni “öldürdükdən” sonra... özü də torpaqlarımızın azadlığı uğrunda qəhrəmancasına həlak olur... Qismətə bir baxın... Elvin real həyatda da hərbi xidmətdə olarkən tamaşada olduğu kimi erməni düşmənlərinə qarşı döyüşərək Vətən yolunda şəhid oldu.

... Bəli, oyuncaq avtomat silahdan da göründüyü kimi, Elvində Vətən sevgisi hələ məktəb yaşlarından olub.

Şəhadət kürsüsünə yüksələn Vətən fədaisi belə gənc yaşında hünərvərlik, şanlı, unudulmaz bir dastan yaratdı. Əhsən, el oğlumuza...!!

...Cəmi 19 il ömür sürmüş, şəhid eloğlumuz Elvin Azər oğlu Qədirov 2018-ci ildə Zaqatala rayonu şəhid Akif Qədirov adına Yeni Suvagil kəndindəki 2 saylı tam orta məktəbini bitirdi... Bir il ailəsinin yaxın köməkçisi oldu. 2019-cu il 28 iyul tarixində Milli Ordu sıralarına həqiqi hərbi xidmətə çağırıldı. Vicdanla, qeyrətlə, namusla, əsl kişi kimi hərbi xidmətini yerinə yetirdi... və 27 sentyabr 2020-ci il tarixdə İkinci Vətən müharibəsindəki ilk döyüşlərdə şəhidlik zirvəsinə ucaldı, zəfər qələbəsinə böyük töhfə verdi...

...Əsl Vətəni, analarımızın, bacılarımızın namusunu, qeyrətini qoruyan xilaskar hərbiçi necə olar? Əlbəttə ki, Elvin Azər oğlu Qədirov kimi...

...Bir daha şəhidin valideynlərinə - qəhrəmanımızın atası Azər bəyə, anası Zəminə xanıma, qardaşı Akifə, bacısı – tez-tez qardaşı barədə uşaqlıq xatirələrini danışan Nurselə və əzizlərinə can sağlığı, möhkəm təpər və gələcək ömür yollarında ancaq xoş günləri yaşamağı arzu edirəm.

...Bir daha deyirəm ki, Ruhunuz şad olsun, şəhid eloğlumuz...

...Cənnətdəki ilk ad günün mübarək olsun, Eıvin!

Elman MALIYEV
Azərbaycan Jurnalistlər Birliyinin üzvü



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Banklarda 4.6 milyard manat pul yatıb qalıb, kredit bazarında böhrandır... Bu necə olub?...

Avropa Ermənistanı Rusiyanın əlindən alır - Kreml qəzəb püskürür...

İran Trampsayağı ad iddiasına başladı - "Xəzər" yox, "Kaspian"?..

SON XƏBƏRLƏR

12.11.2026 / 00:18
Azərbaycanda Konstitusiya Günü qeyd olunur

12.11.2026 / 00:12
Baş katib Ermənistanın KTMT-də tamhüquqlu iştirakının bərpası şərtini açıqladı - qərar onlardan asılıdır...

11.11.2026 / 23:28
Ermənistan prezidenti TRIPP layihəsi ilə bağlı qanunu imzaladı

11.11.2026 / 23:10
NATO-da casus həyəcanı - yüksək rütbəli ABŞ hərbçisinin Rusiya agenti olduğu ortaya çıxdı...

11.11.2026 / 23:02
"Tarixi Zəfər müstəqil Azərbaycanın gücünün təntənəsidir" - Vüqar Rəhimzadə

11.11.2026 / 22:53
Ukrayna Trampın Donbasın sərhədlərinin yenidən müəyyənləşdirilməsi təklifini rədd etdi...

11.11.2026 / 22:37
Rusiya Əbu-Dabidə NATO-nun 1997-ci il sərhədlərinə qayıtmasını tələb etdi...

11.11.2026 / 22:20
Fransanın müstəmləkələri də ayağa qalxacaq...

11.11.2026 / 22:05
Paşinyan Türkiyə ilə diplomatik əlaqələrə niyə çox can atır - təzə məsələ var...

11.11.2026 / 21:49
ABŞ Xəzər dənizini də İran ticarətinin üzünə bağlayir

11.11.2026 / 21:33
Azərbaycanın əleyhinə vərəqələr yayılır... Hədəfdə sülh sazişidir...

11.11.2026 / 21:18
Qarabağın landşaft memarlığı: Nəzəri əsaslar, bərpa strategiyaları və perspektiv təkliflər

11.11.2026 / 21:06
İrəvandakı Göy məscidə qarşı İran və erməni təxribatı - Dövlət Komitəsi sərt bəyanat yaydı...

11.11.2026 / 20:58
Heqsetin impiçmenti barədə şok iddia - Trampın məqsədi(?) nədir?...

11.11.2026 / 20:41
Erməni təcavüzünə dəstək verənlərin ən iyrənc əməlləri açılır...

11.11.2026 / 20:35
Leyla Əliyeva “Qlobal Sıfır Tullantı Alyansı – Dövlət və Hökumət Başçılarının Həyat Yoldaşlarının Yüksəksəviyyəli Toplantısı”nda iştirak edib - FOTO

11.11.2026 / 20:23
İranla müharibə bitmək üzrədir - İrandan Trampa təhqiramiz cavab...

11.11.2026 / 20:11
Leyla Əliyeva COP31 çərçivəsində Azərbaycan pavilyonunda olub

11.11.2026 / 20:05
Azərbaycan cüdoçusu Avropa çempionu oldu!

11.11.2026 / 20:05
“Ermənilər əmin idilər ki, Azərbaycana icazə verilməyəcək”...

11.11.2026 / 20:02
Lukaku Türkiyə millisinə qarşı oynamayacaq - AÇIQLAMA

11.11.2026 / 19:58
Paşinyan Konstitusya məsələsində açıqca manipulyasiya edir

11.11.2026 / 19:47
Düşməni Azərbaycana hücumdan çəkindirən ən güclü taktika budur...

11.11.2026 / 19:30
Milli ideaya konkret ifadə edildi - Zəfərin kökü bundadır...

11.11.2026 / 19:22
QMİ İrəvan Göy məscidindəki tədbiri vandalizm və təxribat adlandırdı

11.11.2026 / 19:16
KTMT Ermənistanla bağlı qərarını verdi – İrəvan səsvermə hüququndan məhrum edildi...

11.11.2026 / 19:03
Xəzər dənizində "Dəmir Qapı" təhlükəsi - hərbi əməliyyatlar dənizə köçürülür?

11.11.2026 / 18:25
Ramil Usubov MDB təhlükəsizlik şuraları katiblərinin Moskva görüşündə iştirak edib

11.11.2026 / 18:12
Prezident İlham Əliyevin sosial media hesablarında Mehriban Əliyeva ilə birgə COP31-in Liderlər Sammitində iştirakına dair paylaşım edilib - VİDEO

11.11.2026 / 18:08
Prezident İlham Əliyevin Türkiyəyə səfəri başa çatıb - FOTO

11.11.2026 / 17:40
Fermerlərə tam vergi güzəştinin 90 faizə endirilməsi aqrar sektorda yeni situasiya yaradır...

11.11.2026 / 16:55
Rusiya və Ukrayna Əbu-Dabidə genişmiqyaslı əsir mübadiləsi barədə razılığa gəldi...

11.11.2026 / 16:45
“KTMT Ermənistanın bu addımına reaksiya verəcək” - Peskov

11.11.2026 / 16:32
Elektrik sayğacları gec sıfırlanır: abonentlər zərərə düşəcəklərindən qorxur....

11.11.2026 / 16:27
Nisyə mal satanların işi çətinləşəcək... Yeni tələblər gəlir..

11.11.2026 / 16:08
Prezident İlham Əliyevlə Ərdoğan arasında səmimi dialoq - FOTO

11.11.2026 / 15:57
DYP adından saxta cərimə mesajları göndərilir - XƏBƏRDARLIQ

11.11.2026 / 15:43
Fərdi təsərrufatlarda yumurta və süd istehsalının statistikası aparılacaq - əhali narahatdır...

11.11.2026 / 15:22
BMT-də Azərbaycanın təşəbbüsü ilə “İtkin düşmüş şəxslər” qətnaməsi qəbul edildi

11.11.2026 / 15:12
Prezident İlham Əliyev və Birinci xanım Mehriban Əliyeva COP31-in Liderlər Sammitində iştirak ediblər - FOTO/YENİLƏNDİ

11.11.2026 / 15:08
Ərdoğan Azərbaycana təşəkkür etdi

11.11.2026 / 14:59
Şamaxıdan Azərbaycan gündəminə

11.11.2026 / 14:50
Əbu-Dabidə Rusiya, ABŞ və Ukrayna arasında üçtərəfli danışıqlar başa çatdı...

11.11.2026 / 14:37
Xocavənddə traktor minaya düşdü, bir nəfər xəsarət aldı

11.11.2026 / 14:30
Tramp "məhv etdik" dediyi məsələyə 20 milyon mükafat ayırdı - ziddiyyət...

11.11.2026 / 14:12
Trampın Azərbaycana səfir təyin etmək istədiyi diplomat kimdir?...

11.11.2026 / 13:53
Bolqarıstanda Lyayenə qarşı etiraz - Avrokomissiya rəhbərinin kortejinə yumurta atıldı

11.11.2026 / 13:37
Zəngəzur dəhlizi üzrə üçtərəfli Qrup yaradıldı...

11.11.2026 / 13:19
Dublində Baydenə hücum - keçmiş prezidentə süd paketləri atdılar...

11.11.2026 / 13:15
Əbu-Dabi görüşü Ukraynaya dair heç bir ciddi nəticə vermədi...

11.11.2026 / 13:10
Dağ kəndlərində qaz və işıq limitinin ləğv edilməsi təklif edildi...

11.11.2026 / 12:51
İrandan Azərbaycana 34 kq-dan çox narkotikin keçirilməsinin qarşısı alındı

11.11.2026 / 12:39
Minimum 21 günlük əmək məzuniyyətinin pulla əvəz edilməsi qadağan oluna bilər

11.11.2026 / 12:25
Prezident İlham Əliyev COP31-in Liderlər Sammitində iştirak etmək üçün Antalyadakı Ekspo Mərkəzinə gəlib - FOTO

11.11.2026 / 12:05
Sathesabı maaş ilk bu sahələrdə tətbiq edilə bilər...

11.11.2026 / 11:39
COP31 çərçivəsində Qarabağ Dirçəliş Fondundan mühüm təşəbbüs - mina terroruna qarşı...

11.11.2026 / 11:20
Prezident İlham Əliyev Bolqarıstan Prezidentinə başsağlığı verib

11.11.2026 / 11:20
Dünya liderləri iqlim diplomatiyası üçün Antalyada bir araya gəlir – COP31 Liderlər Zirvəsi başlayır

11.11.2026 / 10:38
DİN avtomobil idarə edərkən "TikTok"da canlı yayım açanlara xəbərdarlıq etdi

11.11.2026 / 10:29
ABŞ-ın Maliyyə maziri İran təhdidinə görə evindən hərbi bazaya köçdü...

11.11.2026 / 10:07
Ukrayna Rusiyanın Baltik dənizindəki ən böyük limanına hücum etdi...

11.11.2026 / 09:50
Azərbaycan nefti 99 dollara düşdü...

11.11.2026 / 09:37
Respublikaçılar Pentaqonun rəhbərini impiçment cəhdinin qarşısını aldı – ancaq Demokratlar dayanmayacaq...

11.11.2026 / 09:21
Evdə uşağı döyənlər 200 manat cərimələnəcək...

11.11.2026 / 08:52
Tramp demokratları Heqsetə qarşı impiçment cəhdlərinə son qoymağa çağırdı

10.11.2026 / 21:22
Ərəb millət vəkilləri İsrailin dövlət himni səsləndirilərkən Knesset zalını tərk etdilər - Mənsur Abbas xaric…

10.11.2026 / 21:02
Fransa supermarketlərində soyuducuları “qaynama dərəcəsinə” çatdıranların kimliyi bəlli oldu - iranlı haker qrupu…

10.11.2026 / 19:43
Fransada daha yaxşı təhsil şəraiti tələb edən şagirdlər məktəbləri mühasirəyə aldılar...

10.11.2026 / 19:27
Ermənistanın KTMT-də səsvermə hüququndan məhrum edilir - qərar sabah veriləcək...

10.11.2026 / 19:20
Prezident İlham Əliyevin Türkiyəyə səfəri başlayıb - FOTO

10.11.2026 / 19:05
Əbu-Dabidə Rusiya-ABŞ-Ukrayna danışıqlarının ilk günü başa çatdı - 4 saatdan çox davam edən görüşdə nələr müzakirə olundu...

10.11.2026 / 18:15
Bu şəxslər kredit götürənlərə zamin dura bilməyəcək - QƏRAR

10.11.2026 / 17:43
Rusiya Ukraynanın hücumlarına görə bütün strateji bombardmançılarını Uzaq Şərqə köçürdü...

10.11.2026 / 16:12
Azərbaycan, Türkiyə, Gürcüstan və Bolqarıstan təmiz enerji sahəsində strateji tərəfdaşlıq sazişi imzaladı

10.11.2026 / 15:10
Yerə zibil atanları 10 min manatadək cərimə gözləyir

10.11.2026 / 14:22
ABŞ daha bir Britaniya bazasından təyyarələrini geri çəkdi – İran təhlükəsi...

10.11.2026 / 14:08
Rusiya ilə Ukrayna arasında gizli razılaşma? - Ərazi mübadiləsi...

10.11.2026 / 13:44
Legioner elm: Azərbaycan elminin icarəyə verilmiş reytinqi - İlham Əhmədov yazır...

10.11.2026 / 13:07
İrəvandakı Azərbaycan məscidində erməni şairin büstü qoyulacaq - TƏXRİBAT

10.11.2026 / 12:40
Azərbaycan XİN Polşada baş verən silahlı hücumla bağlı başsağlığı verdi

10.11.2026 / 11:56
Konqres impiçment qərarına Pentaqon rəsmisindən başlayır - Heqset “narahat deyiləm” deyir…

İşğaldan azad rayonlarımızda insan faktoru həlledicidir - Məskunlaşmanın əsas istiqamətləri...

XƏBƏR ARXİVİ