Bazar ertəsi günü, 21 sentyabr 2026
     

Gömrük Akademiyasında “Vətən mənə oğul desə...” layihəsi çərçivəsində növbəti görüş keçirilib - FOTO

Image


Dövlət Gömrük Komitəsinin Akademiyası Vətən müharibəsində iştirak etmiş media nümayəndələri və gömrük xidməti əməkdaşları ilə silsilə görüşlər nəzərdə tutan “Vətən mənə oğul desə...” layihəsi çərçivəsində bir qrup jurnalistlə tələbələrin növbəti onlayn görüşünü təşkil edib.

Görüşdə II Qarabağ müharibəsinin iştirakçısı olan media nümayəndələri - ARB TV-nin əməkdaşı Mail Əsgərov, Oxu.az xəbər portalının müxbiri Aqşin Kərimov, habelə II Qarabağ müharibəsinin iştirakçısı, Dövlət Gömrük Komitəsi Cənub Ərazi Baş İdarəsinin Biləsuvar postunun inspektoru, baş leytenant Vasif Əliyev, həmçinin Akademiyanın rəhbərliyi, əməkdaş və tələbələri iştirak ediblər.

Tədbirin əvvəlində Azərbaycanın azadlığı, ərazi bütövlüyünün təmin olunması uğrunda canından keçən bütün şəhidlərin ruhu bir dəqiqəlik sükutla yad olunub.

Gömrük Akademiyasının rəisi, gömrük xidməti general-mayoru Qulu Novruzov açılış nitqi ilə çıxış edərək tədbir iştirakçılarını salamlayıb. Akademiya tərəfindən artıq ikinci belə bir görüşün təşkil olunduğunu deyən Qulu Novruzov sözügedən layihənin və görüşün mahiyyətindən söz açıb. Media nümayəndələri tərəfindən Qarabağ həqiqətlərinin, Vətən müharibəsinin gerçəkliklərinin yayılmasının vacib olduğuna diqqət çəkən Akademiya rəisi, bununla yanaşı, gənclərin milli ruhda böyüməsinin, Vətənə, torpağa, dövlətə və dövlətçiliyə sevgi hissi ilə tərbiyə olunmasının zəruri olduğunu qeyd edib. Eyni zamanda, Azərbaycanın inkişafı, gələcək tərəqqisi, ölkəmizin dünya birliyində daha da güclü, özünə layiq yer tutması üçün bu Qələbənin əhəmiyyətini vurğulayan Qulu Novruzov Azərbaycanın illər ərzində 20 faiz ərazisinin işğal altında olmasına və ayır-ayrı güclərin ədalətsiz, qərəzli münasibətinə baxmayaraq, kifayət qədər ciddi bir inkişaf yolu keçdiyini diqqətə çatdırıb. Azərbaycan xalqının Qarabağın işğalı ilə heç zaman barışmadığını və bu yükü öz üzərindən götürmək üçün hazır olduğunu deyən Akademiya rəisi 44 günlük Vətən müharibəsində Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin qətiyyəti ilə rəşadətli Azərbaycan Ordusunun tarixi missiyanın öhdəsindən uğurla gəldiyini vurğulayıb. O, bu missiyanın yerinə yetirilməsində Azərbaycan ordusu ilə yanaşı, Azərbaycan gəncliyinin öz sözünü dediyini, gənclərin bütövlükdə həm milli birliyin, həm döyüş ruhunun təmin olunmasında mühüm rol oynadığını bildirib. Ümummilli lider Heydər Əliyevin Azərbaycan dövlətçiliyinin möhkəmləndirilməsində misilsiz xidmətlərinə toxunaraq, eyni zamanda, bu kursun layiqli davamçısı Prezident İlham Əliyevin həyata keçirdiyi inkişaf və siyasi kurs strategiyası nəticəsində Azərbaycanın nəinki regionda, həm də dünyada söz sahibi olan ölkələrdən birinə çevrildiyini vurğulayıb.

II Qarabağ müharibəsinin iştirakçısı, Dövlət Gömrük Komitəsi Cənub Ərazi Baş İdarəsinin Biləsuvar postunun inspektoru, baş leytenant Vasif Əliyev hər bir Azərbaycan vətəndaşı kimi Vətənə olan borcunu ödəmək üçün cəbhəyə yollandığını bildirib. 2020-ci il sentyabr ayının 27-dən Füzuli istiqamətində ön xəttə vuruşaraq, ağır yaralanan qazi-gömrükçü öz döyüş yolu haqqında məlumat verib. Vasif Əliyev bildirib ki, hər bir vətəndaş kimi o da Vətənə öz borcunu verməkdən qürur duyur. O, tələbələrə gələcəkdə akademik səviyyədə təhsillərini davam etdirib yaxşı peşəkar mütəxəssis kimi fəaliyyət göstərməyi arzulayıb.

II Qarabağ müharibəsinin iştirakçısı, ARB TV-nin əməkdaşı Mail Əsgərov 44 günlük Vətən müharibəsində dövlət-xalq birliyindən danışaraq Azərbaycanda yaşayan bütün etnik qrupların, kimliyindən, peşəsindən asılı olmayaraq, hamının cəbhədə çiyin çiyinə döyüşdüyünü bildirib. Öz döyüş yolundan danışan jurnalist qazanılan qələbənin dəmir yumruq kimi birləşərək, Ali Baş Komandan, Prezident İlham Əliyev başda olmaqla əldə olunduğunu vurğulayıb. O, Gömrük Akademiyasının tələbələrinə gələcəkdə Azərbaycan iqtisadiyyatının güclənməsinə, Azərbaycanın dünyada tanınmasına, Azərbaycanın xeyrinə, ölkəmizin maraqlarını müdafiə edəcək işlərin görülməsində iştiraka səsləyib.

II Qarabağ müharibəsinin iştirakçısı. Oxu.az xəbər portalının müxbiri Aqşin Kərimov da öz döyüş yolundan danışıb. 44 günlük Vətən müharibəsinin Azərbaycan xalqının üzərinə ümumi bir missiya qoyduğunu deyən jurnalist bu missiyanı cəmiyyətin bütün nümayəndələrinin birgə yerinə yetirdiyini qeyd edib. Ali Baş Komandanın qətiyyəti, siyasi iradəsi, ordunun gücünün bu amalın özünü doğrultması üçün çox böyük önəm kəsb etdiyini bildirib. Aqşin Kərimov 30 illik nisgilin qələbə sevinci ilə əvəzlənməsində əsgər olaraq öz iştirakından məmnunluq duyduğunu bildirib. Gömrük Akademiyasının tələbələrinə gələcəyin yüksək ixtisaslı mütəxəssisləri olmalarını arzulayıb.

Tədbirdə iştirak edən media nümayəndələri Akademiya rəhbərliyinə layihə çərçivəsində qazi jurnalistlərlə görüşlərin keçirilməsinə görə minnətdarlıq ifadə ediblər. Gənclərin vətənpərvərlik hisslərinin aşılanmasında belə layihələrin vacibliyi qeyd olunub.

Sonda çıxış edən Akademiya tələbələri tədbirin təşkilinə görə təşəkkür edərək, şəhidlərin ruhu qarşısında gəncliyin böyük bir mənəvi borcu olduğunu vurğulayıblar.



VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Dünyada xaos böyüyür, Azərbaycana təhlükə də artır... - VİDEO

Ermənistanda keçmiş "Arsax"la bağlı qondarma dövlət qurumları qadağan edildi...

Qərbdə Azərbaycana qarşı media kampaniyaları hər gün güclənir - səbəb...

Ərəblərdən sonra Albaniya Aqvan adlandı, ancaq heç vaxt Hayastan olmadı...

SON XƏBƏRLƏR

21.09.2026 / 21:56
Tramp Rusiyanın neft sənayesi üzərində nəzarəti itirdiyini dedi – zavodların çoxu vuulub…

21.09.2026 / 21:40
Paşinyan Rusiyanı Ermənistanda ancaq metro tikintisinə buraxır...

21.09.2026 / 21:22
"Karusel səsverməsi" Putinin də, Dumanın da dadına yetişdi...

21.09.2026 / 21:07
Azərbaycan 2023 - Antiterroru keçirməsəydi.... Olacaq hansı dəhşətlərdən yan keçdik...

21.09.2026 / 20:42
Paşinyan Putinə - “qonşu ilə münaqişədə olan Ermənistanla sülh içindəki Ermənistanın fərqini bilin”...

21.09.2026 / 20:20
Ötən il 1,2 faiz böyüdük - bu il 3,5 faiz arta bilərik?... Müzakirə...

21.09.2026 / 20:03
Azərbaycan güclü alternativ tapacaq - Cənub Qaz Dəhlizinə görə Avropaya mesaj...

21.09.2026 / 19:44
Özbəkistan Naxçıvan vasitəsilə Türkiyə limanlarına çıxışı nəzərdən keçirir

21.09.2026 / 19:27
Nazir Vilayət Eyvazov sıra baxışı keçirdi - FOTO/VİDEO

21.09.2026 / 19:10
Hörmüz boğazında daha bir tanker vuruldu – yaralılar var…

21.09.2026 / 18:29
İrana hücum Trampın neçənci “qələbəsi” sayıldı...

21.09.2026 / 18:15
Husilər Pakistanın, Səudiyyə və Türkiyənin hərbi "Məkkə ittifaqını" dağıda bilər...

21.09.2026 / 18:10
Nazirlər Kabineti dövlət məktəblərində geyim formaları qaydalarına dəyişikliyi təsdiqlədi

21.09.2026 / 18:00
Çin Orta Asiya üzərindən İrana dəmiryolu açdı - Pekin ABŞ-a şok yaşatdı...

21.09.2026 / 17:53
Rusiya ilə Ermənistanın əmlak savaşı hər ikisini siyasi uçuruma aparır...

21.09.2026 / 17:36
"Bakı Biznes Mərkəzi" Mədəniyyət Nazirliyinin tabeliyinə verildi

21.09.2026 / 17:30
Qarabağdakı əməliyyatlarla bağlı dünyanın susduğu daha bir məqam...

21.09.2026 / 17:20
Qafqaz Albaniyasının yazılı irsi: Alban əlifbasının genezisi, məhv edilməsi və tarixi saxtalaşdırma cəhdləri

21.09.2026 / 17:05
Albanlar erməni idilərsə, niyə özlərinə fərqli əlifba yaratdılar...

21.09.2026 / 16:58
Türk Dövlətləri Təşkilatının qlobal rolu artır

21.09.2026 / 16:40
ABŞ Ermənistan ordusunu Rusiya və İrana qarşı hazırlayır - ən sonda Azərbaycan...

21.09.2026 / 16:37
Ermənistanı Avropa İttifaqı ilə bir neçə konkret mərhələli çətinlik gözləyir...

21.09.2026 / 16:31
Azərbaycan U-15 dünya çempionatı ilə bağlı viza qaydalarını asanlaşdırır

21.09.2026 / 16:18
Milli Məclisin deputatı Vüqar Rəhimzadə Culfada seçiciləri ilə növbəti görüşünü keçirib - FOTO

21.09.2026 / 16:14
ABŞ-Çin "süni intellekt müharibəsinə" start verildi...

21.09.2026 / 16:08
Həsən Həsənov: “Albaniya ərazisində üç fərqli dinin mövcud olub”

21.09.2026 / 15:58
Naxçıvan Müəllimlər İnstitutu ləğv edilir

21.09.2026 / 15:51
Həsən Həsənov: “Çində, uyğurların yaşadığı ərazilərin yaxınlığında alban adlı türkəsilli qruplar yaşayır, Qazaxıstanda da alban adlı tayfalar var”

21.09.2026 / 15:40
Tramp növbəti dəfə Zelenskiyə çağırış etdi – Rusiyanın neft zavodlarına hücumu dayandırın…

21.09.2026 / 15:33
Tarixçi alim dərsliklərdəki nöqsanlarla bağlı nazirliyə müraciət edib

21.09.2026 / 15:26
Ukraynadan Rusiyaya daha bir ağır zərbə - 60 milyon dollarlıq radar stansiyası vuruldu…

21.09.2026 / 15:17
Həsən Həsənov: “Albaniya Atropatenanın törəməsidir”

21.09.2026 / 15:10
Venesuelanın 4 milyardlıq qızıl ehtiyatı da ABŞ-ın əlinə keçdi - 31 ton qızıl Nyu-Yorka aparıldı…

21.09.2026 / 15:05
Tarixçi-alim: Alban irsinin öyrənilməsində toponimlər mühüm mənbədir

21.09.2026 / 14:53
“Qafqaz Albaniyasının irsinə tarixi baxış” mövzusunda maarifləndirici seminar təşkil olunub

21.09.2026 / 14:29
Polis Lerikdə əməliyyat keçirdi - bir nəfər 15 kq narkotiklə yaxalandı...

21.09.2026 / 14:17
Tramp Rusiya ilə geniş iqtisadi-ticarət əlaqələrinə başlayır - Ukraynaya zərbə...

21.09.2026 / 14:01
Putin Abxaziya və Cənubi Osetiyanı birləşdirməkdən hələlik vaz keçir - səbəb...

21.09.2026 / 13:46
Hörmüz boğazı iki il ərzində əhəmiyyətini itirəcək? – Qətərdən ABŞ-ın iddiasına reaksiya…

21.09.2026 / 13:31
Ukrayna Ufada neft emalı zavodunu vurdu...

21.09.2026 / 13:19
Formula 1 Azərbaycanla bağlı paylaşım etdi - Biz yenə Bakıdayıq!

21.09.2026 / 13:12
Avropa Ukraynanı qışa hazırlayır – Kiyevə gizli şəkildə silah daşınır…

21.09.2026 / 13:04
Polşada Azərbaycana qarşı təxribatın qarşısı alındı

21.09.2026 / 12:53
Alban-Udi icmasının nümayəndələri Gəncəsər məbədini ziyarət ediblər

21.09.2026 / 12:30
Ramiz Mehdiyevin cinayət işi üzrə hazırlıq iclası keçirildi

21.09.2026 / 12:16
Tovuzda 7 evi soyan oğru yaxalandı...

21.09.2026 / 12:08
Səyyad Aran deputatların səlahiyyətinin artırılmasını təklif etdi

21.09.2026 / 11:55
Kremlin müharibədən sonrakı ilk sınağı – seçicilər seçki qutusunda Putinə bu mesajı verdi…

21.09.2026 / 11:36
"Ermənistanda ən böyük revanşist elə kilsədir" - Fərhad Məmmədov

21.09.2026 / 11:21
Qazaxıstan Xəzərdə Rusiya ilə neft kəşfiyyat layihəsini sanksiyalara görə dayandırdı...

21.09.2026 / 10:57
İran Hörmüz boğazı üzərində ABŞ PUA-sını vurdu...

21.09.2026 / 10:43
"Qafqaz Albaniyasının tarixinin müəyyən dairələr tərəfindən dəyişdirilərək erməniləşdirilməsinə cəhdlər edilir" - Fərid Şəfiyev

21.09.2026 / 10:34
Zakir Həsənov hərbi polisin döyüş hazırlığı prosesini izlədi - FOTO/VİDEO

21.09.2026 / 10:26
Avropa kəşfiyyatlarından xəbərdarlıq... Rusiya yaxın aylarda NATO-ya hücum edə bilər...

21.09.2026 / 10:10
Ucarda narkotik tərkibli bitkilər yetişdirən şəxs saxlandı

21.09.2026 / 09:58
Ramiz Mehdiyev məhkəmə qarşısına çıxarılır...

21.09.2026 / 09:34
Tehranda Fransa səfirliyi ilə əlaqəli dil mərkəzinin gizli fəaliyyəti ifşa edildi - bağlandı...

21.09.2026 / 09:08
Mərkəzi Bank uçot dərəcəsi ilə bağlı növbəti qərarını bu həftə açıqlayacaq...

21.09.2026 / 08:06
Təbiətə münasibət özümüzdən başlayır

20.09.2026 / 23:31
Xəzər dənizinin qərb sahilləri və Abşeron yarımadası rus-hay siyasi-hərbi qüvvələrinə qarşı... XX əsrin əvvəllərində...

20.09.2026 / 22:55
Rusiya 2027-ci ilin payızında Avropaya hücum edəcək - Fransa kəşfiyyatından iddia…

20.09.2026 / 22:38
Macarıstanın Baş naziri hücuma məruz qaldı – Macyarın üzünə içki çırpdılar… VİDEO

20.09.2026 / 22:22
“Arşın mal alan” operettası Lənkəran teatrının təqdimatında Xankəndidə nümayiş olunub

20.09.2026 / 22:12
Ukrayna Avropa ölkələrini Rus Evlərini bağlamağa çağırdı – onlardan casusluq fəaliyyəti üçün istifadə edilir…

20.09.2026 / 21:53
Xocavənddə ilk dəfə Şəhər Günü keçirilir

20.09.2026 / 21:21
Vüqar Rəhimzadə: “Əsrin müqaviləsi”ndən başlanan inkişaf bizi suverenliyimizin bərpasına qovuşdurdu

20.09.2026 / 19:49
Tramp BMT iclası zamanı Pezeşkianla görüşə biləcəyi mesajını verdi - çox böyük hadisələr baş verəcək...

20.09.2026 / 19:22
ABŞ İranı yenidən vurmağa hazırlaşır – Tehrandan region ölkələrinə sərt xəbərdarlıq…

20.09.2026 / 15:25
Ukrayna Moskva Neft Emalı Zavodunu da bombaladı… - VİDEO

20.09.2026 / 15:04
Türkiyə səfirliyi Azərbaycanı təbrik etdi

20.09.2026 / 14:47
ABŞ-ın təyyarə gəmiləri təhlükədə - İran 80 döyüş başlığına bölünən yeni raketi sınaqdan keçirdi…

20.09.2026 / 14:25
Dünyanın ən böyük müsəlman ölkəsi ilk təyyarə gəmiyə sahib oldu…

20.09.2026 / 12:50
Tramp Yaxın Şərqdə gərginliyin artır - Tramp təcili Ağ Evə qayıtdı, husilərə genişmiqyaslı hücum əməliyyatı masada…

20.09.2026 / 12:14
DİN: "Tarixi missiya uğurla yerinə yetirildi" - VİDEO

20.09.2026 / 11:44
Moskvaya görünməmiş dron hücumu – bir gecədə 2 mindən çox dron vuruldu…

20.09.2026 / 11:08
Ceyhun Bayramov ABŞ-a getdi...

20.09.2026 / 10:46
İsrail səfirliyi Azərbaycanı Suverenlik Günü münasibətilə təbrik etdi

20.09.2026 / 10:19
“Əsrin müqaviləsi”nin imzalanmasından 32 il ötür...

20.09.2026 / 09:25
"Dövlət suverenliyinin bərpası regionda yeni siyasi reallıq yaradıb" - Azərbaycan XİN

20.09.2026 / 08:23
Tramp daha üç media qurumuna qarşı savaş açdı - CNN, MS NOW, Politico…

20.09.2026 / 08:11
Prezident İlham Əliyevin Azərbaycanın Dövlət Suverenliyi Günü ilə bağlı videoçarx paylaşılıb - VİDEO

Əliyev Qarabağda dünya presedenti yaratdı - işğala son, separatçılara cəza presedenti...

XƏBƏR ARXİVİ