Cümə axşamı günü, 12 noyabr 2026
     

Vətən ömürlü...

Image


Vətən sevdalı oğullar vətən ömürlü olurlar. Vətən yaşadığı müddətcə onların adları da yaşayır. Vətənin hər künc-bucağında bir şəhidin izi olur. Vətənin köksündə uyuyan oğulların son sözləri də "Vətən" olur. Ona görə də şəhidlərə vətən ömürlülər deyirəm. Həmin vətən ömürlü oğullardan biridir Həmidağa. Özünü dərk etdiyi zamandan "Vətən" deyişi ilə ürəkləri riqqətə gətirirdi. Hələ uşaq yaşlarından hər kəs onun böyüyüb bir hərbçi olacağını deyirdi. Kapitan rütbəsinə qədər yüksələn şəhid Hüseynzadə Həmidağanı daha yaxından tanıyaq. 

Hüseynzadə Həmidağa Bağı oğlu 13 avqust 1990-cı ildə Bakı şəhərində anadan olmuşdu. İlk təhsilini Nəsimi rayonu 54 N-li tam orta məktəbdə almışdı. Orta məktəbi bitirdikdən sonra hər zaman marağında olduğu hərbçi peşəsinə yiyələnmək üçün müvafiq addımlar atır. 2008-ci ildə Həmidağa Azərbaycan Ali Hərbi Məktəbinə (AAHM) daxil olur. 2008-2012-ci illərdə hərbi təhsilini xüsusi fərqlənmələr ilə bitirir. Daha sonra Təlim Tədris Mərkəzində (TTM) hərbi bacarıqlarını dərinləşdirir. İlk olaraq təyinatla Ağcəbədi rayonunda yerləşən N saylı hərbi hissədə xidmətə başlayır. Könüllü olaraq Xüsusi Təyinatlı  Qüvvələrin seçimlərinə qatılır. Həmidağa XTQ kurslarını da uğurla keçmişdi. Hər zaman atdığı addımlarla öndə olmağı və işindəki məsuliyyəti nəzərə alınaraq təcrübəsini daha da artırmaq üçün Türkiyə və Gürcüstana kurslara göndərilmişdi. Həmin kursları da fərqlənmə ilə bitirən Həmidağa leytenant hərbi rütbəsi ilə XTQ-nin tərkibində ordu sıralarında xidmətini davam etdirmişdi.

Nəinki Həmidağanın, ümumilikdə Azərbaycan Ordusunun ilk qalibiyyəti kimi tarixə düşən Aprel döyüşlərinin qəhrəmanlarından biri kimi adını 2016-cı ildə tarixə yazmışdı. Həmin döyüşlərdə Lələtəpə yüksəkliyinin düşmən tapdağından azad olunmasında mübarizə aparmış, böyük şücaət göstərmişdi. Nümunəvi xidmətinə görə Azərbaycan Respublikasının Prezident İlham Əliyevin sərəncamı ilə medala layiq görülmüşdü. Xidməti dövründə "Hərbi xidmətdə fərqlənməyə görə" 3-cü dərəcəli medalı, "Qüsursuz xidmətə görə" 3-cü dərəcəli medalı , "Azərbaycan Ordusunun 95 illiyi" yubiley medalı və "Azərbaycan Ordusunun 100 illiyi" yubiley medalı ilə təltif olunmuşdu. 

Həmidağa həyat dolu, mehriban, şən bir insan idi. Sevinci ətrafını isidirdi. Hər kəsə qarşı xoşrəftar davranması onu daha çox sevdirirdi. O da sevirdi. Ailəsini, vətənini sevən Həmidağa yarını da hədsiz sevirdi. Bir də körpə Həmidəsini sevirdi. Sevmək nə ki? Həmidəyə düşkün idi. Cəmi üç ay atalıq sevincini yaşaya bildi Həmidağa. Həmidəsi doğulan gün neçə-neçə arzuları qəlbində yer etmişdi gənc atanın. Həmidəsinin ilk gülüşünü, ilk addımını, ilk "ata" deməyini xəyal etmişdi. Ancaq o bu arzuların heç birinə çata bilmədi. Həmidəsinin əllərini 3 ayında buraxıb getdi. Həmidəyə isə atasından şəkillər, bir məzar və azad vətən əmanət qaldı. 

Həmidağa nümunəvi bir zabit idi. Hər bir atdığı addımı onun nə qədər vətənsevər və cəfakeş bir oğul olduğundan xəbər verirdi. Elə həmin addımların sayəsində Həmidağa 2015-ci ildə baş leytenant hərbi rütbəsinə, 2019-ci ildə isə kapitan hərbi rütbəsinə yüksəlmişdi. Şəhidlik məqamına isə 2020-ci ildə yüksəlmişdi. Aprel döyüşlərində təməli qoyulan Zəfər 2020-ci ildə Vətən müharibəsi zamanı bütün Azərbaycanı ağuşuna aldı. Həmin o zəfərin müjdəçilərindən biri də Həmidağa oldu. II Qarabağ müharibəsi zamanı çətin relyefə malik olan Murovdağ uğrunda xüsusi rəşadət göstərdi. Həmin ərazidə düşmənin bir neçə postunu aldıqdan sonra 28 sentyabrda yaralı dostunu xilas etmək istəyərkən düşmənin snayperdən açdığı atəşə tuş gəlir. Vətən sevdalı qəhrəman vətən uğrunda canını qurban verir… 

Qəhrəman şəhidimiz oktyabrın 2-də Vətən uğrunda can verən şəhidlərin uyuduğu ll Fəxri xiyabanda torpağa tapşırılıb. Vətənimin qürur məqbərəsi olan xiyaban Vətənimin dəyərinin bariz nümunəsidir. 

Kapitan Hüseynzadə Həmidağa Bağı oğlu şəhadətindən sonra Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən "Qarabağ" ordeni, "Vətən uğrunda" medalı və "Kəlbəcərin azad olunmasına görə" medalı ilə təltif edilib.

ŞƏHİD HƏMİDAĞA 

Səninlə doğulan vətən sevgisi,

Səninlə böyüdü mərd Həmidağa.

Ən böyük arzundu qədəm qoyasan, 

Vətəndən gen düşən o Qarabağa. 

 

Hələ arzulara ümid işığı, 

Aprel döyüşündə düşdü qəhrəman. 

Sənin tək mərdlərin şücaətiylə, 

Yaşadı zəfəri vətənim o an. 

 

Azad olmasa da onda Qarabağ, 

Azadlıq toxumu düşdü torpağa. 

Daha qəhrəmanlar dözə bilməzdi, 

Vətən sinəsini sızladan dağa. 

 

İntiqam zamanı çatdığı zaman, 

Oğullar qorxmadan məğrur dayandı. 

Murovun bəmbəyaz qarlı zirvəsi, 

Şəhid qanlarıyla al rəng boyandı.

Manya SƏXAVƏTQIZI 



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Banklarda 4.6 milyard manat pul yatıb qalıb, kredit bazarında böhrandır... Bu necə olub?...

Avropa Ermənistanı Rusiyanın əlindən alır - Kreml qəzəb püskürür...

İran Trampsayağı ad iddiasına başladı - "Xəzər" yox, "Kaspian"?..

SON XƏBƏRLƏR

12.11.2026 / 00:18
Azərbaycanda Konstitusiya Günü qeyd olunur

12.11.2026 / 00:12
Baş katib Ermənistanın KTMT-də tamhüquqlu iştirakının bərpası şərtini açıqladı - qərar onlardan asılıdır...

11.11.2026 / 23:28
Ermənistan prezidenti TRIPP layihəsi ilə bağlı qanunu imzaladı

11.11.2026 / 23:10
NATO-da casus həyəcanı - yüksək rütbəli ABŞ hərbçisinin Rusiya agenti olduğu ortaya çıxdı...

11.11.2026 / 23:02
"Tarixi Zəfər müstəqil Azərbaycanın gücünün təntənəsidir" - Vüqar Rəhimzadə

11.11.2026 / 22:53
Ukrayna Trampın Donbasın sərhədlərinin yenidən müəyyənləşdirilməsi təklifini rədd etdi...

11.11.2026 / 22:37
Rusiya Əbu-Dabidə NATO-nun 1997-ci il sərhədlərinə qayıtmasını tələb etdi...

11.11.2026 / 22:20
Fransanın müstəmləkələri də ayağa qalxacaq...

11.11.2026 / 22:05
Paşinyan Türkiyə ilə diplomatik əlaqələrə niyə çox can atır - təzə məsələ var...

11.11.2026 / 21:49
ABŞ Xəzər dənizini də İran ticarətinin üzünə bağlayir

11.11.2026 / 21:33
Azərbaycanın əleyhinə vərəqələr yayılır... Hədəfdə sülh sazişidir...

11.11.2026 / 21:18
Qarabağın landşaft memarlığı: Nəzəri əsaslar, bərpa strategiyaları və perspektiv təkliflər

11.11.2026 / 21:06
İrəvandakı Göy məscidə qarşı İran və erməni təxribatı - Dövlət Komitəsi sərt bəyanat yaydı...

11.11.2026 / 20:58
Heqsetin impiçmenti barədə şok iddia - Trampın məqsədi(?) nədir?...

11.11.2026 / 20:41
Erməni təcavüzünə dəstək verənlərin ən iyrənc əməlləri açılır...

11.11.2026 / 20:35
Leyla Əliyeva “Qlobal Sıfır Tullantı Alyansı – Dövlət və Hökumət Başçılarının Həyat Yoldaşlarının Yüksəksəviyyəli Toplantısı”nda iştirak edib - FOTO

11.11.2026 / 20:23
İranla müharibə bitmək üzrədir - İrandan Trampa təhqiramiz cavab...

11.11.2026 / 20:11
Leyla Əliyeva COP31 çərçivəsində Azərbaycan pavilyonunda olub

11.11.2026 / 20:05
Azərbaycan cüdoçusu Avropa çempionu oldu!

11.11.2026 / 20:05
“Ermənilər əmin idilər ki, Azərbaycana icazə verilməyəcək”...

11.11.2026 / 20:02
Lukaku Türkiyə millisinə qarşı oynamayacaq - AÇIQLAMA

11.11.2026 / 19:58
Paşinyan Konstitusya məsələsində açıqca manipulyasiya edir

11.11.2026 / 19:47
Düşməni Azərbaycana hücumdan çəkindirən ən güclü taktika budur...

11.11.2026 / 19:30
Milli ideaya konkret ifadə edildi - Zəfərin kökü bundadır...

11.11.2026 / 19:22
QMİ İrəvan Göy məscidindəki tədbiri vandalizm və təxribat adlandırdı

11.11.2026 / 19:16
KTMT Ermənistanla bağlı qərarını verdi – İrəvan səsvermə hüququndan məhrum edildi...

11.11.2026 / 19:03
Xəzər dənizində "Dəmir Qapı" təhlükəsi - hərbi əməliyyatlar dənizə köçürülür?

11.11.2026 / 18:25
Ramil Usubov MDB təhlükəsizlik şuraları katiblərinin Moskva görüşündə iştirak edib

11.11.2026 / 18:12
Prezident İlham Əliyevin sosial media hesablarında Mehriban Əliyeva ilə birgə COP31-in Liderlər Sammitində iştirakına dair paylaşım edilib - VİDEO

11.11.2026 / 18:08
Prezident İlham Əliyevin Türkiyəyə səfəri başa çatıb - FOTO

11.11.2026 / 17:40
Fermerlərə tam vergi güzəştinin 90 faizə endirilməsi aqrar sektorda yeni situasiya yaradır...

11.11.2026 / 16:55
Rusiya və Ukrayna Əbu-Dabidə genişmiqyaslı əsir mübadiləsi barədə razılığa gəldi...

11.11.2026 / 16:45
“KTMT Ermənistanın bu addımına reaksiya verəcək” - Peskov

11.11.2026 / 16:32
Elektrik sayğacları gec sıfırlanır: abonentlər zərərə düşəcəklərindən qorxur....

11.11.2026 / 16:27
Nisyə mal satanların işi çətinləşəcək... Yeni tələblər gəlir..

11.11.2026 / 16:08
Prezident İlham Əliyevlə Ərdoğan arasında səmimi dialoq - FOTO

11.11.2026 / 15:57
DYP adından saxta cərimə mesajları göndərilir - XƏBƏRDARLIQ

11.11.2026 / 15:43
Fərdi təsərrufatlarda yumurta və süd istehsalının statistikası aparılacaq - əhali narahatdır...

11.11.2026 / 15:22
BMT-də Azərbaycanın təşəbbüsü ilə “İtkin düşmüş şəxslər” qətnaməsi qəbul edildi

11.11.2026 / 15:12
Prezident İlham Əliyev və Birinci xanım Mehriban Əliyeva COP31-in Liderlər Sammitində iştirak ediblər - FOTO/YENİLƏNDİ

11.11.2026 / 15:08
Ərdoğan Azərbaycana təşəkkür etdi

11.11.2026 / 14:59
Şamaxıdan Azərbaycan gündəminə

11.11.2026 / 14:50
Əbu-Dabidə Rusiya, ABŞ və Ukrayna arasında üçtərəfli danışıqlar başa çatdı...

11.11.2026 / 14:37
Xocavənddə traktor minaya düşdü, bir nəfər xəsarət aldı

11.11.2026 / 14:30
Tramp "məhv etdik" dediyi məsələyə 20 milyon mükafat ayırdı - ziddiyyət...

11.11.2026 / 14:12
Trampın Azərbaycana səfir təyin etmək istədiyi diplomat kimdir?...

11.11.2026 / 13:53
Bolqarıstanda Lyayenə qarşı etiraz - Avrokomissiya rəhbərinin kortejinə yumurta atıldı

11.11.2026 / 13:37
Zəngəzur dəhlizi üzrə üçtərəfli Qrup yaradıldı...

11.11.2026 / 13:19
Dublində Baydenə hücum - keçmiş prezidentə süd paketləri atdılar...

11.11.2026 / 13:15
Əbu-Dabi görüşü Ukraynaya dair heç bir ciddi nəticə vermədi...

11.11.2026 / 13:10
Dağ kəndlərində qaz və işıq limitinin ləğv edilməsi təklif edildi...

11.11.2026 / 12:51
İrandan Azərbaycana 34 kq-dan çox narkotikin keçirilməsinin qarşısı alındı

11.11.2026 / 12:39
Minimum 21 günlük əmək məzuniyyətinin pulla əvəz edilməsi qadağan oluna bilər

11.11.2026 / 12:25
Prezident İlham Əliyev COP31-in Liderlər Sammitində iştirak etmək üçün Antalyadakı Ekspo Mərkəzinə gəlib - FOTO

11.11.2026 / 12:05
Sathesabı maaş ilk bu sahələrdə tətbiq edilə bilər...

11.11.2026 / 11:39
COP31 çərçivəsində Qarabağ Dirçəliş Fondundan mühüm təşəbbüs - mina terroruna qarşı...

11.11.2026 / 11:20
Prezident İlham Əliyev Bolqarıstan Prezidentinə başsağlığı verib

11.11.2026 / 11:20
Dünya liderləri iqlim diplomatiyası üçün Antalyada bir araya gəlir – COP31 Liderlər Zirvəsi başlayır

11.11.2026 / 10:38
DİN avtomobil idarə edərkən "TikTok"da canlı yayım açanlara xəbərdarlıq etdi

11.11.2026 / 10:29
ABŞ-ın Maliyyə maziri İran təhdidinə görə evindən hərbi bazaya köçdü...

11.11.2026 / 10:07
Ukrayna Rusiyanın Baltik dənizindəki ən böyük limanına hücum etdi...

11.11.2026 / 09:50
Azərbaycan nefti 99 dollara düşdü...

11.11.2026 / 09:37
Respublikaçılar Pentaqonun rəhbərini impiçment cəhdinin qarşısını aldı – ancaq Demokratlar dayanmayacaq...

11.11.2026 / 09:21
Evdə uşağı döyənlər 200 manat cərimələnəcək...

11.11.2026 / 08:52
Tramp demokratları Heqsetə qarşı impiçment cəhdlərinə son qoymağa çağırdı

10.11.2026 / 21:22
Ərəb millət vəkilləri İsrailin dövlət himni səsləndirilərkən Knesset zalını tərk etdilər - Mənsur Abbas xaric…

10.11.2026 / 21:02
Fransa supermarketlərində soyuducuları “qaynama dərəcəsinə” çatdıranların kimliyi bəlli oldu - iranlı haker qrupu…

10.11.2026 / 19:43
Fransada daha yaxşı təhsil şəraiti tələb edən şagirdlər məktəbləri mühasirəyə aldılar...

10.11.2026 / 19:27
Ermənistanın KTMT-də səsvermə hüququndan məhrum edilir - qərar sabah veriləcək...

10.11.2026 / 19:20
Prezident İlham Əliyevin Türkiyəyə səfəri başlayıb - FOTO

10.11.2026 / 19:05
Əbu-Dabidə Rusiya-ABŞ-Ukrayna danışıqlarının ilk günü başa çatdı - 4 saatdan çox davam edən görüşdə nələr müzakirə olundu...

10.11.2026 / 18:15
Bu şəxslər kredit götürənlərə zamin dura bilməyəcək - QƏRAR

10.11.2026 / 17:43
Rusiya Ukraynanın hücumlarına görə bütün strateji bombardmançılarını Uzaq Şərqə köçürdü...

10.11.2026 / 16:12
Azərbaycan, Türkiyə, Gürcüstan və Bolqarıstan təmiz enerji sahəsində strateji tərəfdaşlıq sazişi imzaladı

10.11.2026 / 15:10
Yerə zibil atanları 10 min manatadək cərimə gözləyir

10.11.2026 / 14:22
ABŞ daha bir Britaniya bazasından təyyarələrini geri çəkdi – İran təhlükəsi...

10.11.2026 / 14:08
Rusiya ilə Ukrayna arasında gizli razılaşma? - Ərazi mübadiləsi...

10.11.2026 / 13:44
Legioner elm: Azərbaycan elminin icarəyə verilmiş reytinqi - İlham Əhmədov yazır...

10.11.2026 / 13:07
İrəvandakı Azərbaycan məscidində erməni şairin büstü qoyulacaq - TƏXRİBAT

10.11.2026 / 12:40
Azərbaycan XİN Polşada baş verən silahlı hücumla bağlı başsağlığı verdi

10.11.2026 / 11:56
Konqres impiçment qərarına Pentaqon rəsmisindən başlayır - Heqset “narahat deyiləm” deyir…

İşğaldan azad rayonlarımızda insan faktoru həlledicidir - Məskunlaşmanın əsas istiqamətləri...

XƏBƏR ARXİVİ