Cümə axşamı günü, 12 noyabr 2026
     

"Kontakt Home" əməkdaşlarının şəhid anasına zülmü - yalvardım ki, çarpayıdan onun iyini alıram...

Image


Şəhid Şirəli Adilov bircə ay imiş ki, ailə həyatı qurub. Bu zaman onlar “Kontakt Home”dan kreditlə mebel alıblar. Şirəli şəhid olandan 2 ay sonra Bakıxanov qəsəbəsindəki  “Kontakt Home”un əməkdaşları borca görə şəhidin evindən mebelləri götürüb aparıblar. Ana deyir ki, nə qədər desə də oğlunun çarpayısıdır, orada onun qoxusu qalıb, aparmayın, qulaq asmadan çarpayını söküb aparıblar.

Bu məzmunda məlumat son iki gündür ki, sosial şəbəkələrdə geniş müzakirə edilir. Qeyd olunur ki, şəhidin qardaşı və bacısının səhhətində problemlər olduğu üçün işləyə bilmirlər: “Şirəli döyüşlərə yollanmazdan əvvəl “moyka”da və dönərçi kimi işləyərək ailəni dolandırırmış. Amma indi vəziyyət başqa cürdür”.

Şəhidin anası Zümrüd xanım 13 il əvvəl yoldaşından ayrıldığını bildirib. O, ailənin ehtiyacı olduğu halda, YAŞAT Fondu tərəfindən verilən müavinətin şəhidin atasına ödənildiyini bildirib.

Şəhid valideyninin iddiaları ilə bağlı “Kontakt Home” mağazalar şəbəkəsinin mövqeyi belə oldu: ”Bəzi bloggerlər mövzunu heç bir araşdırma aparmadan, dəqiqləşdirməyə ehtiyac duymadan geniş auditoriyanın qarşısına çıxararaq cəmiyyətdə çaşqınlıq yaradıblar. Müharibənin ilk günlərindən şəbəkəmiz tərəfindən şəhid və qazi ailələrinə edilən yardımlar geniş ictimaiyyətə məlumdur. Bəzi KİV nümayəndələri mövzuya aydınlıq gətirmək istəsəydilər, məsələni dərindən araşdıra bilərdilər. Lakin biz öz tərəfimizdən belə bir həssas mövzuda adımızın hallandırıldığına təəssüf edərək məsələyə tam aydınlıq gətirmək istəyirik".

  • “Kontakt Home”: “Fəhlələr məhsul sahibinin tələbini yerinə yetirib”

 “Kontakt Home” bildirir ki, sözügedən yataq dəsti şəhidimizin ailəsinə deyil, onun qayınanası Məmmədova Azadə Süleyman qızına məxsusdur: "Azadə xanım məhsulu qızı ailə həyatı qurarkən ona hədiyyə etmişdir. Şirəli bəy şəhid olduqdan sonra qızı ata evinə geri qayıdıb. Azadə xanım “Kontakt Home”un  Çağrı Mərkəzinə müraciət edərək, məhsul üzrə ödənişlərini davamlı olaraq etsə də ondan imtina etdiyini və yataq dəstini geri qaytarmaq istədiyini bildirib. Çağrı Mərkəzinin operatoru Azadə xanımın kürəkəninin şəhid olduğunu öyrəndikdən sonra borcun şirkət tərəfindən bağışlanılması və məhsulun şəhidin evində qalmasını təklif edib. Lakin o buna razı olmayıb və məhsulun sahibi olaraq təkidlə geri qaytarılmasını istəyib. Çağrı Mərkəzi ilə həyata keçirilmiş bütün bu danışıqların səs yazıları mövcuddur. Yaranmış və ya yarana biləcək çaşqınlıqların qarşısını almaq üçün faktları ictimaiyyətin diqqətinə çatdırmağa hazırıq.

Məhsulun sahibi tərəfindən belə qəti tələb olması səbəbindən əməkdaşlarımız qaytarılma üçün ünvana yaxınlaşıb. Qaytarılma prosesi məhsulun sahibi Azadə xanımın və şəhidin ailəsinin də iştirakı ilə həyata keçirilib. Yəni burada fəhlələr məhsul sahibinin tələbini yerinə yetirib”.

Aydın olduğu kimi, “Kontakt Home” mağazalar şəbəkəsinin sözügedən mövzuda heç bir təqsiri yoxdur. Amma nədənsə, mövzu fərqli şəkildə işıqlandırılıb və şəbəkənin ictimai nüfuzu hədəf alınıb. Bir daha xatırlatmaq istərdik ki, "Kontakt Home" ailəsi olaraq, Vətən müharibəsi qazilərinin müalicəsinə, şəhid ailələrinin həyat şəraitinin yaxşılaşdırılmasına, eyni zamanda hərbiyə yollanmış şirkət əməkdaşlarının ailələrinə dəstək istiqamətində ümumilikdə 500 000 manatdan yuxarı maddi yardım edib. Həmçinin, şəhid ailələrinin, əmək qabiliyyətini itirmiş müharibə qazilərinin şəbəkəyə olan borclarını ləğv edib, müharibə iştirakçılarının aktiv borclarını dondurub. Güzəştlər bugünə qədər davam etməkdədir. Bu barədə güzəşt etdiyimiz ailələr özləri ictimaiyyətə məlumat təqdim edə bilər”.

  • İlqar Hüseynli: “Mən bunu dəyərlərimizə edilən hücum sayıram”

Mövzu ilə bağlı “Bakı-Xəbər”ə danışan ekspert İlqar Hüseynlinin sözlərinə görə, Azərbaycan cəmiyyətində çox paradoksal bir vəziyyət yaranıb: “Sanki 44 günlük müharibə dönəmində Azərbaycan Ordusu ilə bağlı qürurlu fikirlər söyləyən, davranışlar edən məmur, oliqarx zümrəsi tam dəyişib. Mən “Kontakt Home”un hərəkəkətini tam biabırçılıq sayıram. Bu davranış mütləq araşdırılmalıdır. Burada həm də siyasi münasibət bildirilməlidir. Həmin şirkətin sahibi Milli Məclisdə oturur. Onun özü bu davranışa şəxsən münasibət bildirməliydi. İctimaiyyət çox ciddi şəkildə bu mövzunun üstünə gedir. Mən bunu dəyərlərimizə edilən hücum sayıram. Şirkət həmin çarpayının yanına başqa bir aksesuar qoymaqla şəhid ailəsinə öz dəstəyini ifadə etməliydi. Bununla şirkət müflis olmayacaqdı. Bütün şəhid ailələrinə həmin şirkətdən pulsuz məhsullar verilsə belə, onlar müflis olmaz. Onsuz da şirkət müxtəlif kampaniyalarla ölkə vətəndaşlarından külli miqdarda pul qazanır. Bu hala ölkə rəhbərliyi səviyyəsində qiymət verilməlidir. Belə hadisədən sonra Aazərbaycan vətəndaşları da həmin şirkətə münasibətini kardinal şəkildə dəyişməlidir”.

Məhəmmədəli QƏRİBLİ



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Banklarda 4.6 milyard manat pul yatıb qalıb, kredit bazarında böhrandır... Bu necə olub?...

Avropa Ermənistanı Rusiyanın əlindən alır - Kreml qəzəb püskürür...

İran Trampsayağı ad iddiasına başladı - "Xəzər" yox, "Kaspian"?..

SON XƏBƏRLƏR

12.11.2026 / 00:18
Azərbaycanda Konstitusiya Günü qeyd olunur

12.11.2026 / 00:12
Baş katib Ermənistanın KTMT-də tamhüquqlu iştirakının bərpası şərtini açıqladı - qərar onlardan asılıdır...

11.11.2026 / 23:28
Ermənistan prezidenti TRIPP layihəsi ilə bağlı qanunu imzaladı

11.11.2026 / 23:10
NATO-da casus həyəcanı - yüksək rütbəli ABŞ hərbçisinin Rusiya agenti olduğu ortaya çıxdı...

11.11.2026 / 23:02
"Tarixi Zəfər müstəqil Azərbaycanın gücünün təntənəsidir" - Vüqar Rəhimzadə

11.11.2026 / 22:53
Ukrayna Trampın Donbasın sərhədlərinin yenidən müəyyənləşdirilməsi təklifini rədd etdi...

11.11.2026 / 22:37
Rusiya Əbu-Dabidə NATO-nun 1997-ci il sərhədlərinə qayıtmasını tələb etdi...

11.11.2026 / 22:20
Fransanın müstəmləkələri də ayağa qalxacaq...

11.11.2026 / 22:05
Paşinyan Türkiyə ilə diplomatik əlaqələrə niyə çox can atır - təzə məsələ var...

11.11.2026 / 21:49
ABŞ Xəzər dənizini də İran ticarətinin üzünə bağlayir

11.11.2026 / 21:33
Azərbaycanın əleyhinə vərəqələr yayılır... Hədəfdə sülh sazişidir...

11.11.2026 / 21:18
Qarabağın landşaft memarlığı: Nəzəri əsaslar, bərpa strategiyaları və perspektiv təkliflər

11.11.2026 / 21:06
İrəvandakı Göy məscidə qarşı İran və erməni təxribatı - Dövlət Komitəsi sərt bəyanat yaydı...

11.11.2026 / 20:58
Heqsetin impiçmenti barədə şok iddia - Trampın məqsədi(?) nədir?...

11.11.2026 / 20:41
Erməni təcavüzünə dəstək verənlərin ən iyrənc əməlləri açılır...

11.11.2026 / 20:35
Leyla Əliyeva “Qlobal Sıfır Tullantı Alyansı – Dövlət və Hökumət Başçılarının Həyat Yoldaşlarının Yüksəksəviyyəli Toplantısı”nda iştirak edib - FOTO

11.11.2026 / 20:23
İranla müharibə bitmək üzrədir - İrandan Trampa təhqiramiz cavab...

11.11.2026 / 20:11
Leyla Əliyeva COP31 çərçivəsində Azərbaycan pavilyonunda olub

11.11.2026 / 20:05
Azərbaycan cüdoçusu Avropa çempionu oldu!

11.11.2026 / 20:05
“Ermənilər əmin idilər ki, Azərbaycana icazə verilməyəcək”...

11.11.2026 / 20:02
Lukaku Türkiyə millisinə qarşı oynamayacaq - AÇIQLAMA

11.11.2026 / 19:58
Paşinyan Konstitusya məsələsində açıqca manipulyasiya edir

11.11.2026 / 19:47
Düşməni Azərbaycana hücumdan çəkindirən ən güclü taktika budur...

11.11.2026 / 19:30
Milli ideaya konkret ifadə edildi - Zəfərin kökü bundadır...

11.11.2026 / 19:22
QMİ İrəvan Göy məscidindəki tədbiri vandalizm və təxribat adlandırdı

11.11.2026 / 19:16
KTMT Ermənistanla bağlı qərarını verdi – İrəvan səsvermə hüququndan məhrum edildi...

11.11.2026 / 19:03
Xəzər dənizində "Dəmir Qapı" təhlükəsi - hərbi əməliyyatlar dənizə köçürülür?

11.11.2026 / 18:25
Ramil Usubov MDB təhlükəsizlik şuraları katiblərinin Moskva görüşündə iştirak edib

11.11.2026 / 18:12
Prezident İlham Əliyevin sosial media hesablarında Mehriban Əliyeva ilə birgə COP31-in Liderlər Sammitində iştirakına dair paylaşım edilib - VİDEO

11.11.2026 / 18:08
Prezident İlham Əliyevin Türkiyəyə səfəri başa çatıb - FOTO

11.11.2026 / 17:40
Fermerlərə tam vergi güzəştinin 90 faizə endirilməsi aqrar sektorda yeni situasiya yaradır...

11.11.2026 / 16:55
Rusiya və Ukrayna Əbu-Dabidə genişmiqyaslı əsir mübadiləsi barədə razılığa gəldi...

11.11.2026 / 16:45
“KTMT Ermənistanın bu addımına reaksiya verəcək” - Peskov

11.11.2026 / 16:32
Elektrik sayğacları gec sıfırlanır: abonentlər zərərə düşəcəklərindən qorxur....

11.11.2026 / 16:27
Nisyə mal satanların işi çətinləşəcək... Yeni tələblər gəlir..

11.11.2026 / 16:08
Prezident İlham Əliyevlə Ərdoğan arasında səmimi dialoq - FOTO

11.11.2026 / 15:57
DYP adından saxta cərimə mesajları göndərilir - XƏBƏRDARLIQ

11.11.2026 / 15:43
Fərdi təsərrufatlarda yumurta və süd istehsalının statistikası aparılacaq - əhali narahatdır...

11.11.2026 / 15:22
BMT-də Azərbaycanın təşəbbüsü ilə “İtkin düşmüş şəxslər” qətnaməsi qəbul edildi

11.11.2026 / 15:12
Prezident İlham Əliyev və Birinci xanım Mehriban Əliyeva COP31-in Liderlər Sammitində iştirak ediblər - FOTO/YENİLƏNDİ

11.11.2026 / 15:08
Ərdoğan Azərbaycana təşəkkür etdi

11.11.2026 / 14:59
Şamaxıdan Azərbaycan gündəminə

11.11.2026 / 14:50
Əbu-Dabidə Rusiya, ABŞ və Ukrayna arasında üçtərəfli danışıqlar başa çatdı...

11.11.2026 / 14:37
Xocavənddə traktor minaya düşdü, bir nəfər xəsarət aldı

11.11.2026 / 14:30
Tramp "məhv etdik" dediyi məsələyə 20 milyon mükafat ayırdı - ziddiyyət...

11.11.2026 / 14:12
Trampın Azərbaycana səfir təyin etmək istədiyi diplomat kimdir?...

11.11.2026 / 13:53
Bolqarıstanda Lyayenə qarşı etiraz - Avrokomissiya rəhbərinin kortejinə yumurta atıldı

11.11.2026 / 13:37
Zəngəzur dəhlizi üzrə üçtərəfli Qrup yaradıldı...

11.11.2026 / 13:19
Dublində Baydenə hücum - keçmiş prezidentə süd paketləri atdılar...

11.11.2026 / 13:15
Əbu-Dabi görüşü Ukraynaya dair heç bir ciddi nəticə vermədi...

11.11.2026 / 13:10
Dağ kəndlərində qaz və işıq limitinin ləğv edilməsi təklif edildi...

11.11.2026 / 12:51
İrandan Azərbaycana 34 kq-dan çox narkotikin keçirilməsinin qarşısı alındı

11.11.2026 / 12:39
Minimum 21 günlük əmək məzuniyyətinin pulla əvəz edilməsi qadağan oluna bilər

11.11.2026 / 12:25
Prezident İlham Əliyev COP31-in Liderlər Sammitində iştirak etmək üçün Antalyadakı Ekspo Mərkəzinə gəlib - FOTO

11.11.2026 / 12:05
Sathesabı maaş ilk bu sahələrdə tətbiq edilə bilər...

11.11.2026 / 11:39
COP31 çərçivəsində Qarabağ Dirçəliş Fondundan mühüm təşəbbüs - mina terroruna qarşı...

11.11.2026 / 11:20
Prezident İlham Əliyev Bolqarıstan Prezidentinə başsağlığı verib

11.11.2026 / 11:20
Dünya liderləri iqlim diplomatiyası üçün Antalyada bir araya gəlir – COP31 Liderlər Zirvəsi başlayır

11.11.2026 / 10:38
DİN avtomobil idarə edərkən "TikTok"da canlı yayım açanlara xəbərdarlıq etdi

11.11.2026 / 10:29
ABŞ-ın Maliyyə maziri İran təhdidinə görə evindən hərbi bazaya köçdü...

11.11.2026 / 10:07
Ukrayna Rusiyanın Baltik dənizindəki ən böyük limanına hücum etdi...

11.11.2026 / 09:50
Azərbaycan nefti 99 dollara düşdü...

11.11.2026 / 09:37
Respublikaçılar Pentaqonun rəhbərini impiçment cəhdinin qarşısını aldı – ancaq Demokratlar dayanmayacaq...

11.11.2026 / 09:21
Evdə uşağı döyənlər 200 manat cərimələnəcək...

11.11.2026 / 08:52
Tramp demokratları Heqsetə qarşı impiçment cəhdlərinə son qoymağa çağırdı

10.11.2026 / 21:22
Ərəb millət vəkilləri İsrailin dövlət himni səsləndirilərkən Knesset zalını tərk etdilər - Mənsur Abbas xaric…

10.11.2026 / 21:02
Fransa supermarketlərində soyuducuları “qaynama dərəcəsinə” çatdıranların kimliyi bəlli oldu - iranlı haker qrupu…

10.11.2026 / 19:43
Fransada daha yaxşı təhsil şəraiti tələb edən şagirdlər məktəbləri mühasirəyə aldılar...

10.11.2026 / 19:27
Ermənistanın KTMT-də səsvermə hüququndan məhrum edilir - qərar sabah veriləcək...

10.11.2026 / 19:20
Prezident İlham Əliyevin Türkiyəyə səfəri başlayıb - FOTO

10.11.2026 / 19:05
Əbu-Dabidə Rusiya-ABŞ-Ukrayna danışıqlarının ilk günü başa çatdı - 4 saatdan çox davam edən görüşdə nələr müzakirə olundu...

10.11.2026 / 18:15
Bu şəxslər kredit götürənlərə zamin dura bilməyəcək - QƏRAR

10.11.2026 / 17:43
Rusiya Ukraynanın hücumlarına görə bütün strateji bombardmançılarını Uzaq Şərqə köçürdü...

10.11.2026 / 16:12
Azərbaycan, Türkiyə, Gürcüstan və Bolqarıstan təmiz enerji sahəsində strateji tərəfdaşlıq sazişi imzaladı

10.11.2026 / 15:10
Yerə zibil atanları 10 min manatadək cərimə gözləyir

10.11.2026 / 14:22
ABŞ daha bir Britaniya bazasından təyyarələrini geri çəkdi – İran təhlükəsi...

10.11.2026 / 14:08
Rusiya ilə Ukrayna arasında gizli razılaşma? - Ərazi mübadiləsi...

10.11.2026 / 13:44
Legioner elm: Azərbaycan elminin icarəyə verilmiş reytinqi - İlham Əhmədov yazır...

10.11.2026 / 13:07
İrəvandakı Azərbaycan məscidində erməni şairin büstü qoyulacaq - TƏXRİBAT

10.11.2026 / 12:40
Azərbaycan XİN Polşada baş verən silahlı hücumla bağlı başsağlığı verdi

10.11.2026 / 11:56
Konqres impiçment qərarına Pentaqon rəsmisindən başlayır - Heqset “narahat deyiləm” deyir…

İşğaldan azad rayonlarımızda insan faktoru həlledicidir - Məskunlaşmanın əsas istiqamətləri...

XƏBƏR ARXİVİ