Sosial şəbəkələrdə Klassik Xalq Cəbhəsi Partiyasının (KXCP) sədri Mirmahmud Mirəlioğlunun səhhətində yaranan problemlə bağlı müalicəni Heydər Əliyev Fondunun öz üzərinə götürdüyü barədə məlumatlar yayılıb.
Bu məlumatı aydınlaşdırmaq üçün KXCP ilə əlaqə saxladıq. Partiyanın funksioneri Xəzər Teyyublu "Bakı-Xəbər"ə açıqlamasında bildirdi ki, məlumat həqiqəti əks etdirir: "Mirmahmud bəyin səhhətində yaranan problem koronavirusa görədir. Onlar ailəlikcə bu virusa yoluxublar. Fondun nümayəndələri onları evlərində ziyarət edib. Bütün müalicəni öz üzərlərinə götürüblər. Hazırda Mirmahmud bəyin müəlicəsi evdə davam edir".
Məhəmmədəli QƏRİBLİ