Bazar ertəsi günü, 21 sentyabr 2026
     

Hər yevlaxlının ürəyində bir Əminə Yusifqızı imzası var...

Image


   Deyirlər, qadın təbiətən güclüdür, mən buna inanıram. Çünki işıqdır qadın, ona gecənin qaranlığında nə qədər ehtiyacımız varsa, sabahın işığında da o qədərdir ehtiyacımız. Yəni həyatın məşəli onların əlindədir, özləri yanır, məşəli də həmişə yanar saxlıyırlar. Qadın mərhəməti, sevgisi, həyata gözəl baxışı ilə bütün zamanlarda bəşər övladının müasiridir. Nə yaxşı ki, cəmiyyətimiz də belə qadınlardan, analardan xali deyil. Müasirimizdilər, həyatın axışıdılar, naxışıdılar, ahəngidilər, çarəsiz hallarımızın, yorğun xəyallarımızın dincələ bildiyi yerdir ruhları.

Yevlaxda çıxan “Kür” qəzetinin baş redaktoru, Əməkdar jurnalist Əminə Yusifqızı. Onun səs tonundakı rahatlıq, sakitlik, bunun bərabərində ruhunun azadlığı, insana həyatın ipliyini çözmüş, onunla heyrətlənmədən, dinc rəftar etməyi bacaran xanım kimi gəlir. Niyə də olmasın, fədakar bir ömür, zəhmət, həyat təcrübəsi, xalq sevgisi var ömrünün geridə qoyduğu səhifələrində. Danışmaqla dinləmək arasındakı tarazlığı o qədər gözəl saxlayır ki, ehtiyatla danışıram ki, hər kəlməmə diqqət edir. Danışanda da xüsusilə kübardır: “...bəlkə bu belədir, necə fikirləşirsən” deyə nəzakətlə xitab edir söhbətdaşına. Elə bil heç vaxt əsəbiləşməyib, həyəcanlanmayıb, etiraz etməyib, heç səsini yüksəltməyib. Yəqin işi, əməli ruhuna bu qədər dinclik verir, bir də qarşısındakı mənzərə nə olursa olsun, həyata gözəl baxa bilir.

Təsadüf elə gətirib ki, bir neçə dəfə əyalətdə yaşayıb yaradan-ziyalılarımızla görüşüb, onlardan yazı hazırlamışam. İnanın, çox fərqlidirlər, ruhlarındakı tərtəmiz vətən havası danışdıqca qarşısındakının ruhuna hopur. Təbiətə çox bağlıdılar, şəxsiyyətləri ilə yaradıcılıqları harmonikdir, bax bu çox önəmlidir. Əminə xanım qəlib insanı deyil, bunu bir kərə söyləyim, aurası elə fərqlidir ki, onunla söhbət edəndə, madam bölgədə yaşamaq bu qədər fərqlidir, ruh sağlıqlıdırsa, mən niyə şəhərdə yaşayıram, deyə düşünür insan, inanın, dəfələrlə belə düşünmüşəm. Yevlax şəhərindən elə danışır ki, sanki Sena çayının sahillərindən, Karlovı-Varıdan, bəyaz zanbaqlar ölkəsi Finlandiyadan danışır sənə. 2 övladı - oğlu da, qızı da, nəvələri də Bakıda yaşasa da şəhər onluq deyil. Mən bunun çözümünü tapmışam və inanın ki, belədir. O qədər gözəl anladır ki, hər şeyi - təbiəti, həyatı, insanları, işini, çətinliyini, qəzeti davamlı nəşr edə bilmək üçün çəkdiyi əziyyətini. Elə danışır ki, sanki razılıq edir. kimdənsə şikayətlənmək, günahı başqasında görmək bu xanıma yaddır. Bunun açarı isə hər şeyə ana şəfqətilə, qadın sevgisilə yanaşmasıdır, bir də hər şeyə bunca gözəl baxa bilməsi.

Əminə Yusifqızı - Yevlaxın özünə heyran etdiyi sevdalı qızı. Bakı Dövlət Universitetinin Jurnalistika fakültəsini bitirdikdən sonra əmək fəaliyyətini də, ailə həyatını da, ömrünü də, sevgisini də doğulub böyüdüyü Yevlaxa bağlayıb, rayonun gələcəyini doğru şəkilləndirməyə həyatını həsr edən qadın. Hətta köklü bakılı olan, paytaxtda öz həyatının rahatlığını tam təmin edən həyat yoldaşını da əyalətdə yaşamağa razı salmağı bacarıb Əminə xanım. Qırx beş illik əmək fəaliyyətində təkcə jurnalist kimi çalışmaqla bitirməyib işini. Onu rayonda tanımayan, hörmət bəsləməyən insan yoxdur. Özü isə bu qənaətdədir: yəqin ki, var, sadəcə, biz onların fikirlərini eşitmirik.

Bu gün Yevlaxda hər kəsin çəkinmədən qapısını döyə biləcəyi, kömək umacağı bir ünvan var – Əminə Yusifqızı. Yevlaxın bütün ziyalılarından tutmuş, məktəblisinə qədər, hər kəs bu imzanı, bu insanı, bu ananı yaxşı tanıyır və sevir. Amma həm də dominant xarakterlidir, işini, məsuliyyətini bilən və bunu qarşısındakından tələb edən. Rayonda elə bir siyasi-ictimai, sosial sahə, iş yoxdur ki, Əminə xanımın orda adı çəkilməsin, səsi eşidilməsin, imzası olmasın. İnsanları olduğu kimi qəbul edir, bağrına basır, ana şəfqətilə yanaşır, onlara kömək etməyi boynunun borcu sayır. Meyarı xidmətdir, insana xidmət, yanında olmaq, mərhəmət göstərmək. Doğrudan da dünyanı qadınlar idarə etsəymiş, bəlkə heç müharibə olmazmış. İndi qəzetinin tirajının ciddi azalması ilə bağlı, pandemiya və.s. nüanslar əslində işini azaldıb. Ancaq onun bu yaşda da enerjisini sərf etmək üçün darıxdığını görməmək mümkün deyil.

Düz 45 ildir “Kür” qəzetində çalışır. Bir zamanlar korrektor kimi işə başladığı qəzeti 30 ildir ki, baş redaktor kimi idarə edir. Onun rəhbərliyi dövründə qəzet regionda sağlam mətbuatın nümunəsinə çevrilib. Tirajına, dövriliyinə və oxunaqlığına görə “Kür” təkcə bölgədə deyil, respublika mətbuatında da sayılıb-seçilib, oxunub, regionda ictimai mühitə və ictimai fikrə təsir edib. Yaxın illərə qədər 7800 tirajla işıq üzü görən qəzetin hər sayı maraqla oxunurdu. Çünki qəzetin rəhbəri işinin sevdalısı, peşəsinin vurğunudur. Onun jurnalist yaradıcılığını araşdırarkən tərifli, konyunktur, çeynənmiş, tapdanmış yazısıyla heç rastlaşmadım. Ona inanan insanları bər-bəzəkli ifadələrlə aldatmayıb, olanı olduğu kimi çatdırıb oxucuya. Rayondakı problemləri araşdırıb, çox vaxt da naqislikləri felyeton janrında qəzet səhifəsinə çıxarıb. Vaxtilə tənqidi yazıları dəfələrlə büro iclaslarında müzakirə olunub. Jurnalist təkcə öz ömrünü yaşamır, onun peşəsinə sevgisi, yanğısı, bildiyi doğrular uğrunda sağlam duruşlu savaşı sonralar neçə-neçə yevlaxlı gənci Bakı Dövlət Universitetinin Jurnalistika fakültəsinə həvəsləndirib. “Kür” qəzetinin redaksiyasını təbiətin qoynuna çevirib, hər tərəf güllük-gülüstanlıq, ağac, mincür gül-çiçək kolları. Kollektivlə rəhbər kimi deyil, iş yoldaşı kimi rəftar edir. Elektron medianın yazılı medianı çox-çox üstələdiyini hələ də təsdiq etməyə dili gəlmir. Region mətbuatının yenidən çiçəklənəcəyinə inanır. Əmək fəaliyyətini mətbuatın inkişafına həsr edən baş redaktor bölgə mətbuatının bugünündən təəssüflə danışır: “Vaxtilə bölgə məktəbliləri və gəncləri qəzet oxuyaraq formalaşırdılar, yəni qəzet məktəb kimi yetişdirirdi gəncliyimizi. Fəxrlə deyə bilərəm ki, indi bölgələrimiz, o cümlədən mənim gözəl Yevlaxım hər mənada inkişaf edir, gözəlləşir, müasirləşir. Çox istərdim ki, mətbuat ənənəsi də bu inkişafa uyğunlaşsın. Azərbaycan Prezidenti cənab İlham Əliyev və Birinci vitse-prezident Mehriban xanım Əliyeva bölgələrimizin inkişafına xüsusi diqqət göstərir, rayonlarımızın müasirləşməsi üçün mümkün olan hər şeyi edirlər. İndi bölgələrimiz 15-20 il əvvəlki dövürlə müqayisəyə gəlməz. Bir mətbuat xadimi kimi istərdim ki, rayon ictimaiyyətinin qəzet oxumaq ənənəsi bərpa edilsin. Dünya ölkələrinin bir çoxunun internet sürəti bizdən dəfələrlə sürətlidir, amma inkişaf etmiş ən güclü ölkələrdə də qəzetçilik ənənəsi zəifləmiyib, əksinə, daha da güclənib. Bunu da rayonumuzda yaşayan oxucularımız özləri etməlidirlər”. 

Hələ körpəliyindən çevik, dirigözlü olan Əminə xanım gəncliyində “Sevil” qadınlar məclisinin, sonra da YAP Qadınlar Şurasının Yevlax rayonu üzrə sədri seçilib. Yetmiş yaşa çatmasına baxmayaraq, indi də ictimai işləri eyni məsuliyyət və enerji ilə həyata keçirir. İşindən, əməlindən, insanlarla ünsiyyətindən zövq alır. Deyir ki, hər dəfə bir insan yanımdan naümid getməyəndə, əliboş qayıtmayanda özümü sağlam və xoşbəxt hiss edirəm. O, yaşamaq, işləmək insanlara mərhəmətli əl uzatmaqdan yorulmur, hələ uzun illər bu sevda işinə davam etmək istəyir. Özünün dediyi kimi, yaşın nə önəmi var, gəncdir, sağlamdır, çalışmaq və ona ehtiyacı olan insanların yanında olmaq istəyir.

44 günlük Vətən müharibəmizdə Yevlax rayonundan da yüzlərlə gənc ilk gündən savaşa getmiş, çox sayda şəhid vermişdir. Əminə xanım aylardır ki,  hər şəhidin doğulub-böyüdüyü evlərdə olur, onların qapısını döyür, ata-anası, yoldaşı, övladları, qardaş-bacıları ilə görüşür, dərdlərinə, acılarına şərik olur, onlarla bərabər göz yaşı tökür, təsəlli edir, mənəvi dəstək olur. Və Yevlaxda yaşayan bu şəhidlər haqqında paytaxtın müxtəlif qəzetlərində mütəmadi yazılar verir. Məqsədi şəhid gənclərimizin örnək həyatlarını gələcək nəsillərimizə çatdırmaqdır.

Bu yaz yaşının 70, əmək fəaliyyətinin 45, baş redaktor olmağının 30 ili tamam olur. Bu illərdə Əminə Yusifqızı ölkə başçısının sərəncamı ilə  Əməkdar jurnalist adına və “Tərəqqi” medalına layiq görülüb. O, həm də “Qızıl qələm”, Məhsəti Gəncəvi, iki dəfə Həsən bəy Zərdabi mükafatlarının laureatı, Ali Media mükafatçısı, beynəlxalq jurnalist və çoxlu sayda diplom və fəxri fərmanların sahibidir. Bir qız, bir oğul anası olan yubilyarımız dünyanın ən qiymətli varidartına – 6 nəvəyə sahibdir. Öz adını verdiyi ilk nəvəsi Əminə Bakı Dövlət Universidetinin Dünya İqtisadiyyatı fakültəsini bitirib. Ayxan Bakı Diplomatiya Universitetində, Tuncay isə Macarıstanın Debrecen Universitetində əyanı təhsil alır. Əlixan, Əli və Aynar isə kiçik yaşlıdırlar.  O, nəvələrilə, nəvələri də onunla fəxr edir. Budur xoşbəxtliyin düsturu. Ən böyük arzusu nəvələrinin və vətəninin xoşbəxt günlərini görməkdir.

Həyat səhifəsinin sıralamasında başdan birinci insan olmaq gəlir. Qırx beş il əmək fəaliyyəti dövründə heç bir maddi varidata sahib olmayıb Əminə xanım. Həmişə fikirləşib ki, xoşbəxt var-dövləti olan deyil, var-dövlətə ehtiyacı olmayandır. Bəli, dünyanın ən zənginidir, üzünü güldürə bildiyi insanlarla, qazandığı sevgiylə, mərhəmətlə, mülayim təbiətilə. Həyata onun ruhundan baxmaqla fərq etmək olar bunu.

Rəsmiyyə RZALI QARAYEVA

“Azərnəşr”in redaktoru

 

 

    



VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Dünyada xaos böyüyür, Azərbaycana təhlükə də artır... - VİDEO

Ermənistanda keçmiş "Arsax"la bağlı qondarma dövlət qurumları qadağan edildi...

Qərbdə Azərbaycana qarşı media kampaniyaları hər gün güclənir - səbəb...

Ərəblərdən sonra Albaniya Aqvan adlandı, ancaq heç vaxt Hayastan olmadı...

SON XƏBƏRLƏR

21.09.2026 / 23:08
ABŞ-dan bütün dünyaya İran təhdidi - dollar sistemindən çıxarılacaqsınız…

21.09.2026 / 22:45
Tramp ABŞ ordusuna husilərə hücum əmr verdi, qısa müddət sonra qərarını ləğv etdi...

21.09.2026 / 22:19
Avroittifaq Rusiyaya qarşı sanksiyaları uzadır - milyarderlər siyahıdan çıxarılır…

21.09.2026 / 21:56
Tramp Rusiyanın neft sənayesi üzərində nəzarəti itirdiyini dedi – zavodların çoxu vuulub…

21.09.2026 / 21:40
Paşinyan Rusiyanı Ermənistanda ancaq metro tikintisinə buraxır...

21.09.2026 / 21:22
"Karusel səsverməsi" Putinin də, Dumanın da dadına yetişdi...

21.09.2026 / 21:07
Azərbaycan 2023 - Antiterroru keçirməsəydi... Olacaq hansı dəhşətlərdən yan keçdik...

21.09.2026 / 20:42
Paşinyan Putinə - “qonşu ilə münaqişədə olan Ermənistanla sülh içindəki Ermənistanın fərqini bilin”...

21.09.2026 / 20:20
Ötən il 1,2 faiz böyüdük - bu il 3,5 faiz arta bilərik?... Müzakirə...

21.09.2026 / 20:03
Azərbaycan güclü alternativ tapacaq - Cənub Qaz Dəhlizinə görə Avropaya mesaj...

21.09.2026 / 19:44
Özbəkistan Naxçıvan vasitəsilə Türkiyə limanlarına çıxışı nəzərdən keçirir

21.09.2026 / 19:27
Nazir Vilayət Eyvazov sıra baxışı keçirdi - FOTO/VİDEO

21.09.2026 / 19:10
Hörmüz boğazında daha bir tanker vuruldu – yaralılar var…

21.09.2026 / 18:29
İrana hücum Trampın neçənci “qələbəsi” sayıldı...

21.09.2026 / 18:15
Husilər Pakistanın, Səudiyyə və Türkiyənin hərbi "Məkkə ittifaqını" dağıda bilər...

21.09.2026 / 18:10
Nazirlər Kabineti dövlət məktəblərində geyim formaları qaydalarına dəyişikliyi təsdiqlədi

21.09.2026 / 18:00
Çin Orta Asiya üzərindən İrana dəmiryolu açdı - Pekin ABŞ-a şok yaşatdı...

21.09.2026 / 17:53
Rusiya ilə Ermənistanın əmlak savaşı hər ikisini siyasi uçuruma aparır...

21.09.2026 / 17:36
"Bakı Biznes Mərkəzi" Mədəniyyət Nazirliyinin tabeliyinə verildi

21.09.2026 / 17:30
Qarabağdakı əməliyyatlarla bağlı dünyanın susduğu daha bir məqam...

21.09.2026 / 17:20
Qafqaz Albaniyasının yazılı irsi: Alban əlifbasının genezisi, məhv edilməsi və tarixi saxtalaşdırma cəhdləri

21.09.2026 / 17:05
Albanlar erməni idilərsə, niyə özlərinə fərqli əlifba yaratdılar...

21.09.2026 / 16:58
Türk Dövlətləri Təşkilatının qlobal rolu artır

21.09.2026 / 16:40
ABŞ Ermənistan ordusunu Rusiya və İrana qarşı hazırlayır - ən sonda Azərbaycan...

21.09.2026 / 16:37
Ermənistanı Avropa İttifaqı ilə bir neçə konkret mərhələli çətinlik gözləyir...

21.09.2026 / 16:31
Azərbaycan U-15 dünya çempionatı ilə bağlı viza qaydalarını asanlaşdırır

21.09.2026 / 16:18
Milli Məclisin deputatı Vüqar Rəhimzadə Culfada seçiciləri ilə növbəti görüşünü keçirib - FOTO

21.09.2026 / 16:14
ABŞ-Çin "süni intellekt müharibəsinə" start verildi...

21.09.2026 / 16:08
Həsən Həsənov: “Albaniya ərazisində üç fərqli dinin mövcud olub”

21.09.2026 / 15:58
Naxçıvan Müəllimlər İnstitutu ləğv edilir

21.09.2026 / 15:51
Həsən Həsənov: “Çində, uyğurların yaşadığı ərazilərin yaxınlığında alban adlı türkəsilli qruplar yaşayır, Qazaxıstanda da alban adlı tayfalar var”

21.09.2026 / 15:40
Tramp növbəti dəfə Zelenskiyə çağırış etdi – Rusiyanın neft zavodlarına hücumu dayandırın…

21.09.2026 / 15:33
Tarixçi alim dərsliklərdəki nöqsanlarla bağlı nazirliyə müraciət edib

21.09.2026 / 15:26
Ukraynadan Rusiyaya daha bir ağır zərbə - 60 milyon dollarlıq radar stansiyası vuruldu…

21.09.2026 / 15:17
Həsən Həsənov: “Albaniya Atropatenanın törəməsidir”

21.09.2026 / 15:10
Venesuelanın 4 milyardlıq qızıl ehtiyatı da ABŞ-ın əlinə keçdi - 31 ton qızıl Nyu-Yorka aparıldı…

21.09.2026 / 15:05
Tarixçi-alim: Alban irsinin öyrənilməsində toponimlər mühüm mənbədir

21.09.2026 / 14:53
“Qafqaz Albaniyasının irsinə tarixi baxış” mövzusunda maarifləndirici seminar təşkil olunub

21.09.2026 / 14:29
Polis Lerikdə əməliyyat keçirdi - bir nəfər 15 kq narkotiklə yaxalandı...

21.09.2026 / 14:17
Tramp Rusiya ilə geniş iqtisadi-ticarət əlaqələrinə başlayır - Ukraynaya zərbə...

21.09.2026 / 14:01
Putin Abxaziya və Cənubi Osetiyanı birləşdirməkdən hələlik vaz keçir - səbəb...

21.09.2026 / 13:46
Hörmüz boğazı iki il ərzində əhəmiyyətini itirəcək? – Qətərdən ABŞ-ın iddiasına reaksiya…

21.09.2026 / 13:31
Ukrayna Ufada neft emalı zavodunu vurdu...

21.09.2026 / 13:19
Formula 1 Azərbaycanla bağlı paylaşım etdi - Biz yenə Bakıdayıq!

21.09.2026 / 13:12
Avropa Ukraynanı qışa hazırlayır – Kiyevə gizli şəkildə silah daşınır…

21.09.2026 / 13:04
Polşada Azərbaycana qarşı təxribatın qarşısı alındı

21.09.2026 / 12:53
Alban-Udi icmasının nümayəndələri Gəncəsər məbədini ziyarət ediblər

21.09.2026 / 12:30
Ramiz Mehdiyevin cinayət işi üzrə hazırlıq iclası keçirildi

21.09.2026 / 12:16
Tovuzda 7 evi soyan oğru yaxalandı...

21.09.2026 / 12:08
Səyyad Aran deputatların səlahiyyətinin artırılmasını təklif etdi

21.09.2026 / 11:55
Kremlin müharibədən sonrakı ilk sınağı – seçicilər seçki qutusunda Putinə bu mesajı verdi…

21.09.2026 / 11:36
"Ermənistanda ən böyük revanşist elə kilsədir" - Fərhad Məmmədov

21.09.2026 / 11:21
Qazaxıstan Xəzərdə Rusiya ilə neft kəşfiyyat layihəsini sanksiyalara görə dayandırdı...

21.09.2026 / 10:57
İran Hörmüz boğazı üzərində ABŞ PUA-sını vurdu...

21.09.2026 / 10:43
"Qafqaz Albaniyasının tarixinin müəyyən dairələr tərəfindən dəyişdirilərək erməniləşdirilməsinə cəhdlər edilir" - Fərid Şəfiyev

21.09.2026 / 10:34
Zakir Həsənov hərbi polisin döyüş hazırlığı prosesini izlədi - FOTO/VİDEO

21.09.2026 / 10:26
Avropa kəşfiyyatlarından xəbərdarlıq... Rusiya yaxın aylarda NATO-ya hücum edə bilər...

21.09.2026 / 10:10
Ucarda narkotik tərkibli bitkilər yetişdirən şəxs saxlandı

21.09.2026 / 09:58
Ramiz Mehdiyev məhkəmə qarşısına çıxarılır...

21.09.2026 / 09:34
Tehranda Fransa səfirliyi ilə əlaqəli dil mərkəzinin gizli fəaliyyəti ifşa edildi - bağlandı...

21.09.2026 / 09:08
Mərkəzi Bank uçot dərəcəsi ilə bağlı növbəti qərarını bu həftə açıqlayacaq...

21.09.2026 / 08:06
Təbiətə münasibət özümüzdən başlayır

20.09.2026 / 23:31
Xəzər dənizinin qərb sahilləri və Abşeron yarımadası rus-hay siyasi-hərbi qüvvələrinə qarşı... XX əsrin əvvəllərində...

20.09.2026 / 22:55
Rusiya 2027-ci ilin payızında Avropaya hücum edəcək - Fransa kəşfiyyatından iddia…

20.09.2026 / 22:38
Macarıstanın Baş naziri hücuma məruz qaldı – Macyarın üzünə içki çırpdılar… VİDEO

20.09.2026 / 22:22
“Arşın mal alan” operettası Lənkəran teatrının təqdimatında Xankəndidə nümayiş olunub

20.09.2026 / 22:12
Ukrayna Avropa ölkələrini Rus Evlərini bağlamağa çağırdı – onlardan casusluq fəaliyyəti üçün istifadə edilir…

20.09.2026 / 21:53
Xocavənddə ilk dəfə Şəhər Günü keçirilir

20.09.2026 / 21:21
Vüqar Rəhimzadə: “Əsrin müqaviləsi”ndən başlanan inkişaf bizi suverenliyimizin bərpasına qovuşdurdu

20.09.2026 / 19:49
Tramp BMT iclası zamanı Pezeşkianla görüşə biləcəyi mesajını verdi - çox böyük hadisələr baş verəcək...

20.09.2026 / 19:22
ABŞ İranı yenidən vurmağa hazırlaşır – Tehrandan region ölkələrinə sərt xəbərdarlıq…

20.09.2026 / 15:25
Ukrayna Moskva Neft Emalı Zavodunu da bombaladı… - VİDEO

20.09.2026 / 15:04
Türkiyə səfirliyi Azərbaycanı təbrik etdi

20.09.2026 / 14:47
ABŞ-ın təyyarə gəmiləri təhlükədə - İran 80 döyüş başlığına bölünən yeni raketi sınaqdan keçirdi…

20.09.2026 / 14:25
Dünyanın ən böyük müsəlman ölkəsi ilk təyyarə gəmiyə sahib oldu…

20.09.2026 / 12:50
Tramp Yaxın Şərqdə gərginliyin artır - Tramp təcili Ağ Evə qayıtdı, husilərə genişmiqyaslı hücum əməliyyatı masada…

20.09.2026 / 12:14
DİN: "Tarixi missiya uğurla yerinə yetirildi" - VİDEO

20.09.2026 / 11:44
Moskvaya görünməmiş dron hücumu – bir gecədə 2 mindən çox dron vuruldu…

20.09.2026 / 11:08
Ceyhun Bayramov ABŞ-a getdi...

20.09.2026 / 10:46
İsrail səfirliyi Azərbaycanı Suverenlik Günü münasibətilə təbrik etdi

20.09.2026 / 10:19
“Əsrin müqaviləsi”nin imzalanmasından 32 il ötür...

Əliyev Qarabağda dünya presedenti yaratdı - işğala son, separatçılara cəza presedenti...

XƏBƏR ARXİVİ