Cümə axşamı günü, 12 noyabr 2026
     

Son nəfəsinədək düşmənə qarşı mərdliklə döyüşən xüsusi təyinatlı...

Image


Azərbaycanın 30 ilə yaxın müasir müstəqillik dövrünün 28 ili respublikamızın ərazisinin bir hissəsinin Ermənistanın hərbi təcavüzü nəticəsində işğal altında qalması ilə keçib. Bir milyona yaxın soydaşımız həmin illəri doğma yurd həsrəti ilə yaşayıb.

Minlərlə məcburi köçkün vətəndaşımız, soyqırım qurbanları və şəhidlərin doğmalarının bir qismi düşməndən qisas alındığı, onun məğlub edildiyi günləri görmədən dünyadan köçüb. Qarabağlı olaraq Qarabağsız böyüyən yeni nəsil yetişib. Bir sıra mədəni və təbii sərvətlərimiz işğal dövründə həmişəlik olaraq itirilib. Şübhəsiz ki, dövlətimiz və xalqımız üçün belə bir ağır gerçəklik qəbuledilməz idi. Torpaqlarımızın işğalına sülh yolu ilə son qoyulacağına bu uzun illər ərzində heç kəsdə inam qalmamışdı. Məhz Vətən müharibəsinin başlaması və tarixi zəfərimizlə başa çatması dövlətimizin həyatında şərəfli bir səhifənin bünövrəsini qoydu. 2020-ci ilin 10 noyabr tarixində qalib dövlətə çevrildik.

Azərbaycanı layiq olduğu, haqq etdiyi qalib dövlətə çevirən igid oğulların fədakarlığı unudulmazdır. Onların hər birinin döyüş yolundan iftixarla danışılır, şəhidlərin xatirəsinə və qazilərə ümumxalq ehtiramının şahidi oluruq. Şəhidlər bizə örnək olan qeyrət məktəbini miras qoyublar.

Vətən müharibəsində ərazi bütövlüyümüzün bərpası naminə həyatını qurban verən Daxili İşlər Nazirliyi Daxili Qoşunlarının xüsusi təyinatlıları siyahısında gizir Tağızadə Cahid Vahid oğlunun da adı var. O, 12 fevral 1988-ci ildə Bərdə rayonunun Mirzalıbəyli kəndində anadan olub. Vahid Tağızadə və Reyhan Tağızadənin 3 oğlundan biri, ailənin ilk övladı olan Cahid valideynləri tərəfindən el-oba qədrini bilən, xeyirxah, ailəcanlı, zəhmətkeş, dürüst, ləyaqətli gənc kimi yetişdirilib. Mirzalıbəyli kəndindəki Əsman İsmayılov adına tam orta məktəbi bitirib. Müsbət şəxsi keyfiyyətlərinə görə həmkəndlilərinin hörmətini qazanıb. Cahid yeniyetməlik yaşlarından idmana maraq göstərib, fitnes, ağırlıqqaldırma ilə məşğul olub. Hələ orta məktəbdə oxuduğu illərdə Cahiddə hərbçi peşəsinə rəğbət yaranıb. Bu rəğbəti barədə ailə üzvləri və yoldaşları ilə söhbətlərində danışıb. Hərbi xidmət haqqında mətbuatda, televiziyada verilən informasiyalara xüsusi diqqət yetirib. Onun uşaqlıq, yeniyetməlik, gənclik illəri Birinci Qarabağ müharibəsi və atəşkəs dövrünə təsadüf edib. Yaşadığı Bərdə rayonu ön cəbhəyə yaxın olduğundan, Birinci Qarabağ müharibəsi zamanı buraya xeyli sayda məcburi köçkün pənah gətirib. Döyüş zonasına göndərilən hərbi texnika və canlı qüvvədən ibarət karvanlar buradan dəfələrlə keçib. Həmçinin, rayondan yüzlərlə gənc o vaxt torpaqlarımızın müdafiəsinə yollanıb. Bununla yanaşı, o dövrdə rayonun tibb müəssisələrinə yaralılar gətirilib, habelə neçə-neçə şəhidin tabutu müxtəlif ünvanlara aparılıb. Tağızadə ailəsinin yaddaşında bütün bunlar izsiz qalmayıb.

2006-cı ilin iyul ayında Cahid müddətli həqiqi hərbi xidmətə çağırılıb. Daxili Qoşunların sıralarında hərbi xidmət borcunu vicdanla yerinə yetirib. 2008-ci ilin yanvar ayında qoşunların Bakı şəhərində yerləşən “N” saylı hərbi hissəsindən ehtiyata buraxılıb. Cahid bir neçə ay sonra yenidən Daxili Qoşunların sıralarına qayıdıb. 2008-ci ilin iyun ayının 25-dən etibarən qoşunların Bərdə rayonundakı “N” saylı hərbi hissəsinə müddətdən artıq həqiqi hərbi xidmətə qəbul olunub. Burada minaatan batareyasının minaatan taqımında minaatan komandiri vəzifəsinə təyin edilib. Hərbi xidmətdə əzmkarlığı və çalışqanlığı ilə komandanlığın etimadını doğruldub. O, bu hərbi hissədə motoatıcı bölükdə zenit-raket heyətinin rəisi, xüsusi təyinatlı dəstənin həmlə qrupunda yarımqrup komandiri vəzifələrinə irəli çəkilib. Müvafiq kursu müvəffəqiyyətlə başa vuraraq “gizir” hərbi rütbəsinədək yüksəlib. 2012-ci ilin dekabr ayından xidmətini davam etdirmək üçün qoşunların Zaqatala rayonunda yerləşən “N” saylı hərbi hissəsinə keçirilib. Hərbi hissədə xüsusi təyinatlı dəstənin həmlə qrupunda yarımqrup komandiri, habelə atəş təminatı qrupunda minaatan yarımqrup komandiri, eləcə də atəş təminatı qrupunda dəzgahlı qumbaraatan yarımqrupunun komandiri kimi ona etibar olunan vəzifələrdə öz təşkilatçılığı, icraçılığı, tabeliyindəki şəxsi heyətlə işləmək bacarığı, qarşıya qoyulan tapşırıqların yerinə yetirilməsinə məsuliyyətlə yanaşmağı ilə fərqlənib.

2013-cü ilin iyul-oktyabr aylarında Cahid Türkiyə Cümhuriyyətinə ezam edilərək, Eyirdir-İspartada yerləşən Türkiyə Silahlı Qüvvələrinin Dağ Komando Məktəbi və Təlim Mərkəzi Komandanlığının Dağ komando kursunu keçib. Xüsusi təyinatlı kimi belə bir kursu bitirməsi peşəkar hazırlığının inkişaf etdirilməsi və qiymətli təcrübə toplaması baxımından onun fəaliyyətində xüsusi rol oynayıb.

Vətən müharibəsinədək hərbi xidməti dövründə gizir C.Tağızadə III dərəcəli “Qüsursuz xidmətə görə” medalı ilə mükafatlandırılıb, şəxsi işində ona tətbiq olunan müxtəlif növ həvəsləndirmələr də qeyd edilib.

2020-ci ilin avqust ayında Cahid Müdafiə Nazirliyinin “N” saylı hərbi hissəsində təşkil olunan xüsusi təyinatlı bölmələrin taktiki təlimlərində iştirak edərək, döyüş hazırlığı baxımından öz məharəti ilə seçilib.

Vətənin müdafiəsinə, torpaqlarımızın işğalına son qoyulmasına hazır olmaq əqidəsi ilə xidmət edən Cahid və silahdaşları üçün ən şərəfli və çətin sınaq anı nəhayət yetişdi. 2020-ci il sentyabrın 27-də başlayan və 44 gün davam edən Vətən müharibəsi xüsusi təyinatlılarımızın yüksək döyüş qabiliyyətinə malik olduqlarını göstərdi. Daxili Qoşunların Zaqatala rayonundakı “N” saylı hərbi hissəsindən ön cəbhəyə göndərilən gizir C.Tağızadə müharibənin ilk günündən döyüşə atılıb, erməni işğalçılarına qarşı cəsurluqla vuruşub. Onun döyüş yolu Murovdağ yüksəkliyi, Füzuli və Cəbrayıl rayonlarının ərazilərindən keçib.

Cahidlə birgə döyüşmüş gizir Sakit Fərzəliyev, müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçuları baş çavuş Malik Niftəliyev və baş əsgər Fərrux Alagözovla söhbət zamanı onun vətənpərvər, iradəli və qətiyyətli olduğunu söylədilər. Qorxmadan düşmən postlarının üzərinə həmlələr etdiyini, sərrast atışları ilə onun bir sıra atəş nöqtələrini susdurduğunu, canlı qüvvə və texnikasına tutarlı zərbələr vurduğunu bildirdilər. Döyüşçüləri ruhlandıraraq, o, “biz elə vuruşmalıyıq ki, işğalçıların tapdağında bir qarış torpağımız qalmasın” deyib. Murovdağ yüksəkliyi uğrunda mürəkkəb relyef, bəzən əlverişsiz hava şəraiti səbəbindən döyüş tapşırıqlarının yerinə yetirilməsinin bütün çətinliklərinə baxmayaraq, Cahidin olduğu qrup və digər qruplar da mətinlik nümunəsi nümayiş etdiriblər.

Gizir S.Fərzəliyev və baş çavuş M.Niftəliyevin sözlərinə görə, Murovdağ döyüşlərindən birində Cahid düşmən mərmisinin partlayış dalğası nəticəsində kəllə-beyin travması alsa da, təxliyyə edilməsinə razılaşmayıb, göstərilən tibbi yardımdan sonra döyüşçülərin yanına qayıdıb.

Füzuli-Cəbrayıl zonasında da ağır döyüşlər gedib. Bu bölgədə də hərbi qulluqçularımızın qarşısına qoyulan döyüş tapşırıqları erməni işğalçılarının müdafiə xəttinin yarılması, onların mövqelərinin ələ keçirilməsi, canlı qüvvə, texnika və silah-sursatlarının məhv edilməsi olub. Təcavüzkarın illərlə qurduğu və möhkəmləndirdiyi mövqeləri darmadağın etməyi bacaran döyüşçülərimiz müxtəlif çaplı silahlardan şiddətli atəşə məruz qalıblar. Baş əsgər F.Alagözov məlumat verdi ki, göstərilən istiqamətdə Cahidlə birgə döyüş yolu davam edib. 2020-ci ilin oktyabr ayının ilk günlərində bizim qüvvələrin Füzuli və Cəbrayıl rayonlarının düşmənin nəzarətindəki ərazilərinə istiqamətlənən hücum əməliyyatları səngiməyib. Həmin döyüşlərdən birində düşmən minaatanından atılan mərminin yaxınlığında partlaması nəticəsində gizir C.Tağızadə ağır yaralanaraq şəhid olub.

Daxili Qoşunların Zaqataladakı “N” saylı hərbi hissəsi komandirinin 13.10.2020-ci il tarixli müvafiq əmrindən çıxarışda, habelə Bərdə Rayon Qeydiyyat Şöbəsi tərəfindən verilən 08.10.2020-ci il tarixli ölüm haqqında şəhadətnamədə, eləcə də digər sənədlərdə gizir C.Tağızadənin 03.10.2020-ci ildə Füzuli rayonu ərazisində hərbi əməliyyat zamanı partlayış səbəbindən həlak olduğu barədə qeydlər öz əksini tapıb. 

Şəhid hərbi qulluqçumuz doğma kəndinin qəbiristanlığında dəfn olunub. Mirzalıbəyli kəndindən 4 nəfər Vətən müharibəsində şəhidlik zirvəsinə ucalıb. Cahidin müharibədə döyüşərək yaralanan qohumları da var.

Azərbaycan Respublikası Prezidentinin 15.12.2020-ci il tarixli, 29.12.2020-ci il tarixli müvafiq sərəncamları ilə gizir C.Tağızadə ölümündən sonra “Vətən uğrunda” və “Kəlbəcərin azad olunmasına görə” medalları ilə təltif edilib.

Mərhumun Nərmin və Nihad adlı 2 övladı yadigar qalıb. Nərmin məktəbdə 2-ci sinifdə oxuyur, Nihad isə məktəbəqədər hazırlıq kursuna gedir. Onlar vətənpərvər ruhda böyüyəcək, torpaqlarımızı uzun illər işğal altında saxlayan, şəhər və rayonlarımızı, o cümlədən Bərdəni müxtəlif növ raketlərdən atəşə tutaraq dağıntılara məruz qoyan, dinc sakinləri qətlə yetirən azğın düşmənə qarşı son nəfəsinədək mərdliklə vuruşmuş atalarını, onun kimi igidləri daim qürurla anacaqlar.

Şəhidin atası V.Tağızadə söylədi ki, Cahid döyüş bölgəsindən vaxt tapıb mobil telefonla evə zəng edəndə “narahat olmayın, hər şey yaxşı olacaq, biz irəliləyirik” deyib. Valideyn üçün övlad itkisi sözlə təsvir edilə bilməyəcək ağrı-acıdır. Ancaq şəhid atası olmaq mənəvi ucalıqdır. “Vətən sağ olsun!” - deyən belə valideynlərə ehtiramımız sonsuzdur.

Allah şəhidlərimizə rəhmət eləsin!

Yalçın QAYA



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Banklarda 4.6 milyard manat pul yatıb qalıb, kredit bazarında böhrandır... Bu necə olub?...

Avropa Ermənistanı Rusiyanın əlindən alır - Kreml qəzəb püskürür...

İran Trampsayağı ad iddiasına başladı - "Xəzər" yox, "Kaspian"?..

SON XƏBƏRLƏR

12.11.2026 / 00:18
Azərbaycanda Konstitusiya Günü qeyd olunur

12.11.2026 / 00:12
Baş katib Ermənistanın KTMT-də tamhüquqlu iştirakının bərpası şərtini açıqladı - qərar onlardan asılıdır...

11.11.2026 / 23:28
Ermənistan prezidenti TRIPP layihəsi ilə bağlı qanunu imzaladı

11.11.2026 / 23:10
NATO-da casus həyəcanı - yüksək rütbəli ABŞ hərbçisinin Rusiya agenti olduğu ortaya çıxdı...

11.11.2026 / 23:02
"Tarixi Zəfər müstəqil Azərbaycanın gücünün təntənəsidir" - Vüqar Rəhimzadə

11.11.2026 / 22:53
Ukrayna Trampın Donbasın sərhədlərinin yenidən müəyyənləşdirilməsi təklifini rədd etdi...

11.11.2026 / 22:37
Rusiya Əbu-Dabidə NATO-nun 1997-ci il sərhədlərinə qayıtmasını tələb etdi...

11.11.2026 / 22:20
Fransanın müstəmləkələri də ayağa qalxacaq...

11.11.2026 / 22:05
Paşinyan Türkiyə ilə diplomatik əlaqələrə niyə çox can atır - təzə məsələ var...

11.11.2026 / 21:49
ABŞ Xəzər dənizini də İran ticarətinin üzünə bağlayir

11.11.2026 / 21:33
Azərbaycanın əleyhinə vərəqələr yayılır... Hədəfdə sülh sazişidir...

11.11.2026 / 21:18
Qarabağın landşaft memarlığı: Nəzəri əsaslar, bərpa strategiyaları və perspektiv təkliflər

11.11.2026 / 21:06
İrəvandakı Göy məscidə qarşı İran və erməni təxribatı - Dövlət Komitəsi sərt bəyanat yaydı...

11.11.2026 / 20:58
Heqsetin impiçmenti barədə şok iddia - Trampın məqsədi(?) nədir?...

11.11.2026 / 20:41
Erməni təcavüzünə dəstək verənlərin ən iyrənc əməlləri açılır...

11.11.2026 / 20:35
Leyla Əliyeva “Qlobal Sıfır Tullantı Alyansı – Dövlət və Hökumət Başçılarının Həyat Yoldaşlarının Yüksəksəviyyəli Toplantısı”nda iştirak edib - FOTO

11.11.2026 / 20:23
İranla müharibə bitmək üzrədir - İrandan Trampa təhqiramiz cavab...

11.11.2026 / 20:11
Leyla Əliyeva COP31 çərçivəsində Azərbaycan pavilyonunda olub

11.11.2026 / 20:05
Azərbaycan cüdoçusu Avropa çempionu oldu!

11.11.2026 / 20:05
“Ermənilər əmin idilər ki, Azərbaycana icazə verilməyəcək”...

11.11.2026 / 20:02
Lukaku Türkiyə millisinə qarşı oynamayacaq - AÇIQLAMA

11.11.2026 / 19:58
Paşinyan Konstitusya məsələsində açıqca manipulyasiya edir

11.11.2026 / 19:47
Düşməni Azərbaycana hücumdan çəkindirən ən güclü taktika budur...

11.11.2026 / 19:30
Milli ideaya konkret ifadə edildi - Zəfərin kökü bundadır...

11.11.2026 / 19:22
QMİ İrəvan Göy məscidindəki tədbiri vandalizm və təxribat adlandırdı

11.11.2026 / 19:16
KTMT Ermənistanla bağlı qərarını verdi – İrəvan səsvermə hüququndan məhrum edildi...

11.11.2026 / 19:03
Xəzər dənizində "Dəmir Qapı" təhlükəsi - hərbi əməliyyatlar dənizə köçürülür?

11.11.2026 / 18:25
Ramil Usubov MDB təhlükəsizlik şuraları katiblərinin Moskva görüşündə iştirak edib

11.11.2026 / 18:12
Prezident İlham Əliyevin sosial media hesablarında Mehriban Əliyeva ilə birgə COP31-in Liderlər Sammitində iştirakına dair paylaşım edilib - VİDEO

11.11.2026 / 18:08
Prezident İlham Əliyevin Türkiyəyə səfəri başa çatıb - FOTO

11.11.2026 / 17:40
Fermerlərə tam vergi güzəştinin 90 faizə endirilməsi aqrar sektorda yeni situasiya yaradır...

11.11.2026 / 16:55
Rusiya və Ukrayna Əbu-Dabidə genişmiqyaslı əsir mübadiləsi barədə razılığa gəldi...

11.11.2026 / 16:45
“KTMT Ermənistanın bu addımına reaksiya verəcək” - Peskov

11.11.2026 / 16:32
Elektrik sayğacları gec sıfırlanır: abonentlər zərərə düşəcəklərindən qorxur....

11.11.2026 / 16:27
Nisyə mal satanların işi çətinləşəcək... Yeni tələblər gəlir..

11.11.2026 / 16:08
Prezident İlham Əliyevlə Ərdoğan arasında səmimi dialoq - FOTO

11.11.2026 / 15:57
DYP adından saxta cərimə mesajları göndərilir - XƏBƏRDARLIQ

11.11.2026 / 15:43
Fərdi təsərrufatlarda yumurta və süd istehsalının statistikası aparılacaq - əhali narahatdır...

11.11.2026 / 15:22
BMT-də Azərbaycanın təşəbbüsü ilə “İtkin düşmüş şəxslər” qətnaməsi qəbul edildi

11.11.2026 / 15:12
Prezident İlham Əliyev və Birinci xanım Mehriban Əliyeva COP31-in Liderlər Sammitində iştirak ediblər - FOTO/YENİLƏNDİ

11.11.2026 / 15:08
Ərdoğan Azərbaycana təşəkkür etdi

11.11.2026 / 14:59
Şamaxıdan Azərbaycan gündəminə

11.11.2026 / 14:50
Əbu-Dabidə Rusiya, ABŞ və Ukrayna arasında üçtərəfli danışıqlar başa çatdı...

11.11.2026 / 14:37
Xocavənddə traktor minaya düşdü, bir nəfər xəsarət aldı

11.11.2026 / 14:30
Tramp "məhv etdik" dediyi məsələyə 20 milyon mükafat ayırdı - ziddiyyət...

11.11.2026 / 14:12
Trampın Azərbaycana səfir təyin etmək istədiyi diplomat kimdir?...

11.11.2026 / 13:53
Bolqarıstanda Lyayenə qarşı etiraz - Avrokomissiya rəhbərinin kortejinə yumurta atıldı

11.11.2026 / 13:37
Zəngəzur dəhlizi üzrə üçtərəfli Qrup yaradıldı...

11.11.2026 / 13:19
Dublində Baydenə hücum - keçmiş prezidentə süd paketləri atdılar...

11.11.2026 / 13:15
Əbu-Dabi görüşü Ukraynaya dair heç bir ciddi nəticə vermədi...

11.11.2026 / 13:10
Dağ kəndlərində qaz və işıq limitinin ləğv edilməsi təklif edildi...

11.11.2026 / 12:51
İrandan Azərbaycana 34 kq-dan çox narkotikin keçirilməsinin qarşısı alındı

11.11.2026 / 12:39
Minimum 21 günlük əmək məzuniyyətinin pulla əvəz edilməsi qadağan oluna bilər

11.11.2026 / 12:25
Prezident İlham Əliyev COP31-in Liderlər Sammitində iştirak etmək üçün Antalyadakı Ekspo Mərkəzinə gəlib - FOTO

11.11.2026 / 12:05
Sathesabı maaş ilk bu sahələrdə tətbiq edilə bilər...

11.11.2026 / 11:39
COP31 çərçivəsində Qarabağ Dirçəliş Fondundan mühüm təşəbbüs - mina terroruna qarşı...

11.11.2026 / 11:20
Prezident İlham Əliyev Bolqarıstan Prezidentinə başsağlığı verib

11.11.2026 / 11:20
Dünya liderləri iqlim diplomatiyası üçün Antalyada bir araya gəlir – COP31 Liderlər Zirvəsi başlayır

11.11.2026 / 10:38
DİN avtomobil idarə edərkən "TikTok"da canlı yayım açanlara xəbərdarlıq etdi

11.11.2026 / 10:29
ABŞ-ın Maliyyə maziri İran təhdidinə görə evindən hərbi bazaya köçdü...

11.11.2026 / 10:07
Ukrayna Rusiyanın Baltik dənizindəki ən böyük limanına hücum etdi...

11.11.2026 / 09:50
Azərbaycan nefti 99 dollara düşdü...

11.11.2026 / 09:37
Respublikaçılar Pentaqonun rəhbərini impiçment cəhdinin qarşısını aldı – ancaq Demokratlar dayanmayacaq...

11.11.2026 / 09:21
Evdə uşağı döyənlər 200 manat cərimələnəcək...

11.11.2026 / 08:52
Tramp demokratları Heqsetə qarşı impiçment cəhdlərinə son qoymağa çağırdı

10.11.2026 / 21:22
Ərəb millət vəkilləri İsrailin dövlət himni səsləndirilərkən Knesset zalını tərk etdilər - Mənsur Abbas xaric…

10.11.2026 / 21:02
Fransa supermarketlərində soyuducuları “qaynama dərəcəsinə” çatdıranların kimliyi bəlli oldu - iranlı haker qrupu…

10.11.2026 / 19:43
Fransada daha yaxşı təhsil şəraiti tələb edən şagirdlər məktəbləri mühasirəyə aldılar...

10.11.2026 / 19:27
Ermənistanın KTMT-də səsvermə hüququndan məhrum edilir - qərar sabah veriləcək...

10.11.2026 / 19:20
Prezident İlham Əliyevin Türkiyəyə səfəri başlayıb - FOTO

10.11.2026 / 19:05
Əbu-Dabidə Rusiya-ABŞ-Ukrayna danışıqlarının ilk günü başa çatdı - 4 saatdan çox davam edən görüşdə nələr müzakirə olundu...

10.11.2026 / 18:15
Bu şəxslər kredit götürənlərə zamin dura bilməyəcək - QƏRAR

10.11.2026 / 17:43
Rusiya Ukraynanın hücumlarına görə bütün strateji bombardmançılarını Uzaq Şərqə köçürdü...

10.11.2026 / 16:12
Azərbaycan, Türkiyə, Gürcüstan və Bolqarıstan təmiz enerji sahəsində strateji tərəfdaşlıq sazişi imzaladı

10.11.2026 / 15:10
Yerə zibil atanları 10 min manatadək cərimə gözləyir

10.11.2026 / 14:22
ABŞ daha bir Britaniya bazasından təyyarələrini geri çəkdi – İran təhlükəsi...

10.11.2026 / 14:08
Rusiya ilə Ukrayna arasında gizli razılaşma? - Ərazi mübadiləsi...

10.11.2026 / 13:44
Legioner elm: Azərbaycan elminin icarəyə verilmiş reytinqi - İlham Əhmədov yazır...

10.11.2026 / 13:07
İrəvandakı Azərbaycan məscidində erməni şairin büstü qoyulacaq - TƏXRİBAT

10.11.2026 / 12:40
Azərbaycan XİN Polşada baş verən silahlı hücumla bağlı başsağlığı verdi

10.11.2026 / 11:56
Konqres impiçment qərarına Pentaqon rəsmisindən başlayır - Heqset “narahat deyiləm” deyir…

İşğaldan azad rayonlarımızda insan faktoru həlledicidir - Məskunlaşmanın əsas istiqamətləri...

XƏBƏR ARXİVİ