Müdafiə Nazirliyi istefada olan general-polkovnik Tofiq Ağahüseynovun vəfatı ilə əlaqədar başsağlığı verib.
Nazirlikdən verilən məlumata görə, başsağlığında deyilir:
"Görkəmli hərbi və dövlət xadimi, Böyük Vətən Müharibəsi iştirakçısı, Azərbaycan Silahlı Qüvvələrinin formalaşmasında və hərbi kadrların hazırlanmasında xüsusi xidmətlər göstərmiş istefada olan general-polkovnik Tofiq Yaqub oğlu Ağahüseynov vəfat edib.
Müdafiə Nazirliyinin rəhbərliyi T.Ağahüseynovun vəfatı ilə bağlı mərhumun ailəsinə və yaxınlarına dərin hüznlə başsağlığı verir. ALLAH rəhmət eləsin! Müdafiə Nazirliyinin rəhbərliyi".