Saatlıda gecə saatlarında fəaliyyət göstərən çayxana aşkarlandı

img

Saatlıda gecə saatlarında fəaliyyət göstərən çayxana aşkarlanıb. DİN-in Mətbuat Xidmətinin Şirvan regional qrupundan verilən məlumata görə, daxili işlər orqanlarının əməkdaşları tərəfindən karantin rejimi qaydalarının pozulması hallarının qarşısının alınması istiqamətində tədbirlər davam etdirilir.

Saatlı Rayon Polis Şöbəsinin əməkdaşları rayonun Qıraqlı kəndi ərazisində sanitar-epidemioloji normaları pozaraq gecə saatlarında fəaliyyət göstərən çayxana aşkarlayıblar.

Polis əməkdaşları tərəfindən pozuntu halının qarşısı alınıb, 3 nəfər barəsində qanunvericiliyə uyğun olaraq tədbir görülüb.

Son xəbərlər