Azərbaycanda koronavirusa 558 yoluxma faktı qeydə alınıb, 13 nəfər vəfat edib

img

Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 558 yeni yoluxma faktı qeydə alınıb, 1454 nəfər müalicə olunaraq sağalıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan baki-xeber.com-a verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 13 nəfər vəfat edib.

Azərbaycanda indiyədək ümumilikdə 328159 nəfər koronavirus infeksiyasına yoluxub.

Onlardan 309771 nəfər müalicə olunaraq sağalıb, 4726 nəfər vəfat edib, aktiv xəstə sayı 13662 nəfərdir.

COVID-19-a yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar son sutka ərzində 7155, hazırkı dövrədək isə 3 353 167 test aparılıb.

Son xəbərlər