Heydər Əliyev Fondunun Rusiya nümayəndəliyi kimsəsiz uşaqlara sovqat payladı - FOTO

img

Mayın  10-da  ümummilli  lider  Heydər  Əliyevin  anadan  olmasının  98-ci  ildönümü  münasibətilə dünyanın  bir  çox  ölkələrində anım  tədbirləri  keçirilib,ulu  öndərin  adını  daşıyan  məkanlar  ziyarət  olunub, abidələri  önünə  gül-çiçək  dəstələri  qoyulub. Ümummilli liderin xüsusi  təşəbbüsü  sayəsində   Azərbaycanla  sıx dostluq  və  tərəfdaşlıq  münasibətləri olan  Rusiyanın  Həştərxan  vilayətində  də  bir  sıra  anım  tədbirləri  keçirilib.Vilayətin  rəsmi  şəxslərinin  də  qatıldığı  bu  tədbirlərdə  Heydər  Əliyevin  abidəsi  ziyarət  olunub, onunla  bağlı  xatirələrdən  söz  açılıb.

Həmin gün Rusiya Federsiyasının Azərbaycan diasporası tərəfindən Həştərxan şəhərində fəaliyyət göstərən "Yunost" valideyn himayəsindən məhrum olmuş uşaqlara yardım Mərkəzində tədbir təşkil olunmuş, Heydər Əliyev Fondunun Rusiya nümayəndəliyi adından burada yaşayan və tərbiyə olunan 56 uşağa sovqatlar paylanılmışdır. Tədbirdə çıxış edən Mərkəzin rəhbərliyi humanizmin və şəfqətin təşviq edilməsi mövqeyindən çıxış edən, habelə həyata keçirilən bir sıra humanitar və sosial yönümlü tədbir və layihələrin təşəbbüskarı, eləcə də  təşkilatçısı olan Heydər Əliyev Fondunun dəstəyi və himayəsi ilə Rusiya Federasiyasının Həştərxan vilayətində də bir sıra iri layihələrin həyata keçirildiyini vurğulayaraq, təşkil olunan tədbirə və göstərilən diqqət və qayğıya görə öz adından və Mərkəzdə tərbiyə alan uşaqlar adından Heydər Əliyev Fondunun Prezidenti Mehriban xanım Əliyevaya dərin minnətdarlığını bildirmişdir. 

Eyni zamanda həmin gün Heydər Əliyev Fondunun Rusiya nümayəndəliyi adından "Bakı" otelində iftar süfrəsi təşkil edilmişdir.

Son xəbərlər