Baş prokuror xəstəxanalardakı qanunsuzluqlardan danışdı

img

Koronavirus xəstələrinin müalicə olunduğu klinika və tibb müəssisələrində aşkarlanan qanunsuzluqlarla əlaqədar başlanmış cinayət işinin istintaqı davam etdirilir.

Trend-in məlumatına görə, bunu Baş Prokuror Kamran Əliyev deyib.

O bildirib ki, fakt bağlı ictimaiyyətə ətraflı məlumat verilib: "İstintaq yekunlaşandan sonra daha ətraflı məlumat veriləcək. Bu ictimaiyyəti daha çox narahat edən məsələdir. Koronavirus infeksiyasının qarşısının alınması ilə bağlı ölkədə dövlət səviyyəsində əhəmiyyətli tədbirlər həyata keçirilir. Hüquq-mühafizə orqanları da bu sahədə üzərinə düşən bütün vəzifələri yerinə yetirəcək".

Son xəbərlər