Mərhum prezident Heydər Əliyevin anadan olmasının 98-ci ildönümü ilə əlaqədar Daxili İşlər Naziriyinin əməkdaşları mayın 8-də Suraxanı rayonu ərazisindəki yaşıllıq massivində növbəti ağacəkmə kampaniyası keçirib.
Polis əməkdaşları boş qalmış, əkin üçün yararsız ərazidə abadlıq və təmizləmə işləri aparıblar. Sonra yerli iqlimə uyğunlaşdırılmış şam və zeytun tinglərini xüsusi aqrotexniki qaydada qazılmış yerlərdə əkib, onların suvarılmasını təmin ediblər. Tinglərin küləkdən qorunması və normal böyümələri üçün qoruyucu dirəklər basdırıblar.
Ərazinin nəzarətdə saxlanılması, əkilmiş ağaclara mütəmadi qulluq göstərilməsi üçün müvafiq tədbirlər bundan sonra da davam etdiriləcək.