Elmi-Tədqiqat Ağciyər Xəstəlikləri İnstitutunun nəzdində yerləşən Milli Referans Laboratoriyası qəzalı vəziyyətdədir. Məlumat üçün bildirək ki, sözügedən laboratoriya bir neçə il əvvəl tikilib istifadəyə verilib. Ancaq laboratoriya bir neçə il əvvəl tikilib istifadəyə verilməsinə baxmayaraq, hər an çökmə və uçma təhlükəsi ilə üz-üzədir. Bir sözlə, Elmi-Tədqiqat Ağciyər Xəstəlikləri İnstitutunun nəzdində yerləşən Milli Referans Laboratoriyası hər an təhlükəli vəziyyət yarada bilər.
Onu da qeyd edək ki, Fövqalədə Hallar Nazirliyinin İşçi Qrupu Referans Laboratoriyasının qəzalı vəziyyətdə olduğu barədə rəy versə də, sözügedən laboratoriya hələ də bu durumda fəaliyyət göstərməkdə davam edir. Təbii ki, bu vəziyyət isə orada çalışan işçilərin həyatı üçün təhlükə yaradır.
Məlumat üçün bildirək ki, Milli İstinad - Referans Laboratoriyası 3 ildir yaranıb. Laboratoriyanın 30 nəfərə yaxın işçisi var.
“...laboratoriyaya yalnız məhdud sayda işçi daxil ola bilər”
Məsələ ilə bağlı Elmi-Tədqiqat Ağciyər Xəstəlikləri İnstitutunun direktoru Həqiqət Qədirova bildirdi ki, Milli Referans Laboratoriyasının fəaliyyəti hazırda məhdudlaşdırılıb: “Hazırda laboratoriya çalışmır, bağlıdır. Fövqəladə Hallar Nazirliyinin rəyində qeyd olunub ki, laboratoriyanın fəaliyyətinə məhdudiyyət qoyulub. Laboratoriyaya yalnız məhdud sayda işçi daxil ola bilər. Rəydə aparatura və digər ləvazimatlarla bağlı "məhdudlaşdırılıb” yazılıb”.
Günel CƏLİLOVA