Cümə axşamı günü, 12 noyabr 2026
     

Qadın cəzaçəkmə müəssisəsində nöqsanlar aşkarlandı, müəssisə rəhbəri işdən azad edildi

Image


Qadın cəzaçəkmə müəssisəsində nöqsanlar aşkarlanıb, müəssisə rəhbəri işdən azad edilib. Nazirlikdən verilən məlumatda bildirilir ki, Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin 4 saylı Qadın cəzaçəkmə müəssisəsində yoxlama aparıb.

Qeyd edilir ki, ölkə Prezidenti İlham Əliyevin müasir çağırışlara uyğun islahatların, o cümlədən idarəetmə mexanizminin təkmilləşdirilməsi məqsədilə kadr islahatlarının aparılması, şəffaflığın və vətəndaş məmnunluğunun artırılması, korrupsiyanın yolverilməzliyi ilə bağlı tapşırıqlarının icrası Ədliyyə Nazirliyi tərəfindən diqqət mərkəzində saxlanılır.

Bununla əlaqədar ədliyyə orqanlarında işin təkmilləşdirilməsi məqsədilə müvafiq struktur və kadr islahatları aparılıb, ədliyyə işçilərinin, o cümlədən penitensiar xidmət əməkdaşlarının məsuliyyət hissi və tələbkarlıq artırılıb, sui-istifadə, korrupsiyaya şərait yaradan pozuntulara və digər nöqsanlara yol verən işçilər barəsində ciddi tədbirlər görülüb.

Belə ki, nazirlik tərəfindən aparılmış xidməti yoxlama nəticəsində qadın məhkumların saxlanıldığı cəzaçəkmə müəssisəsində aşkar olunmuş nöqsan və problemlər aradan qaldırılaraq kadr dəyişikliyi aparılıb, müəssisənin rəhbərliyi yenilənib, işçi heyətlə məhkumlar arasında davranış qaydalarına, rejimə və nizam-intizama əməl edilməsi təmin olunub.

Eyni zamanda, penitensiar infrastrukturun müasirləşdirilməsi çərçivəsində yeni, o cümlədən qadın və yetkinlik yaşına çatmayan məhkumlar üçün müəssisələrin inşa olunaraq bu il istifadəyə verilməsi nəzərdə tutulur, mövcud olanlarda isə Penitensiar xidmət tərəfindən təmir-bərpa, o cümlədən müsbət psixoloji təsirə malik boya-abadlıq işləri aparılır.

Cəmiyyətin həssas təbəqəsi olan qadın və yeniyetmə məhkumların qayğı və problemləri ilə maraqlanılaraq onların hüquqlarının təminatı, islah prosesinin və asudə vaxtının səmərəli təşkili ilə bağlı sorğular keçirilib, həmçinin pandemiya ilə əlaqədar xüsusi karantin rejimi şəraitində yeniyetmə məhkumların valideynləri ilə ünsiyyət qurmaları üçün videokonfrans formatında görüşlər təşkil edilir. Bununla yanaşı, onların ayrı-ayrı ixtisaslara, peşə sahələrinə olan marağı öyrənilib. Bu prosesdə uzun illərdir səmərəli ictimai iştirakçılıq mexanizmi olan Ədliyyə naziri yanında İctimai Komitənin imkanlarından geniş istifadə olunub.

Bununla bağlı nazirlik tərəfindən məhkumların istəkləri nəzərə alınaraq bilik və bacarıqlarının artırılması, peşə hazırlığı ilə bağlı proqramlar, təlim-tədris kursları təşkil olunub. Bu da azadlığa buraxıldıqdan sonra məhkumların yeni yiyələndikləri peşələr hesabına məşğulluğuna, işlə təminatına, bütövlükdə azad cəmiyyətə daha tez uyğunlaşmasına imkan yaradır.

Bu məqsədlə ali təhsil müəssisələrinin professor-müəllim heyəti, tələbə-həmkarlar təşkilatları, vətəndaş cəmiyyəti institutları dəvət olunmaqla cəzaçəkmə müəssisələrində çoxşaxəli, mühüm tərbiyəvi əhəmiyyət kəsb edən tədbirlər, xarici dil və müxtəlif peşə kursları təşkil olunub.

Azərbaycanın müasir tarixinə qızıl hərflərlə yazılmış 44 günlük Vətən müharibəsində xalqımızın Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə qazandığı Böyük Qələbəyə həsr olunan tədbirlərdə məhkumlar ölkəmizin hərbi-siyasi uğuru, xalqımızın vətənpərvərliyi, dövlətimiz və ordumuzla həmrəyliyi, dünya hərb tarixinə öz unikal əməliyyatları ilə düşən hərbçilərimizin qəhrəmanlığı barədə məlumatlandırılıb. Qələbə münasibətilə nazirlik tərəfindən hazırlanmış "Zəfər yürüşü" filmi nümayiş etdirilib.

Eyni zamanda dövlət başçısı tərəfindən elan olunmuş 2021-ci il "Nizami Gəncəvi İli" çərçivəsində dahi şair və mütəfəkkirin insanları əxlaqi kamilliyə çağıran və yüksək mənəvi keyfiyyətlər aşılayan zəngin yaradıcılığına həsr olunmuş tədbirlər keçirilib. Azərbaycan Dillər Universitetinin və Sumqayıt Dövlət Universitetinin müəllimləri dəvət olunmaqla məhkumlara humanizm, ədalətlilik, qanunçuluq, milli təəssübkeşlik, dini və milli-mənəvi dəyərlərimiz mövzularında mühazirələr tədris olunub. Yeniyetmə məhkumlarla fakültativ məşğələlər, dil və kompüter kursları təşkil edilib.

Məhkumlara keyfiyyətli hüquqi yardımın göstərilməsi diqqətdə saxlanılaraq Vəkillər Kollegiyası ilə səmərəli əməkdaşlıq çərçivəsində Kollegiyanın Hüquqi Yardım və Tədris Mərkəzinin vəkilləri, habelə İnsan Hüquqları üzrə Birgə İşçi qrupunun üzvləri olan hüquq müdafiəçiləri tərəfindən cəzaçəkmə müəssisələrinə mütəmadi baş çəkilərək məhkumlarla görüşlər keçirilib, onların qayğı və problemləri ilə maraqlanılaraq hüquq və vəzifələri, cəmiyyətə yenidən inteqrasiyası və digər məsələlərlə bağlı müxtəlif pulsuz hüquqi yardım göstərilib.

Bununla yanaşı, "Ümidli Gələcək Sosial Təşəbbüslər" İctimai Birliyinin psixoloqları tərəfindən məhkumların sosial davranışı, emosional psixoloji vəziyyətin yaxşılaşdırılması, reabilitasiyası və s. mövzular üzrə mühazirələr keçirilib, onlarla psixoloji söhbətlər aparılıb.

Ədliyyə Nazirliyi tərəfindən bu istiqamətdə tədbirlər davam etdirilir.



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Banklarda 4.6 milyard manat pul yatıb qalıb, kredit bazarında böhrandır... Bu necə olub?...

Avropa Ermənistanı Rusiyanın əlindən alır - Kreml qəzəb püskürür...

İran Trampsayağı ad iddiasına başladı - "Xəzər" yox, "Kaspian"?..

SON XƏBƏRLƏR

12.11.2026 / 00:18
Azərbaycanda Konstitusiya Günü qeyd olunur

12.11.2026 / 00:12
Baş katib Ermənistanın KTMT-də tamhüquqlu iştirakının bərpası şərtini açıqladı - qərar onlardan asılıdır...

11.11.2026 / 23:28
Ermənistan prezidenti TRIPP layihəsi ilə bağlı qanunu imzaladı

11.11.2026 / 23:10
NATO-da casus həyəcanı - yüksək rütbəli ABŞ hərbçisinin Rusiya agenti olduğu ortaya çıxdı...

11.11.2026 / 23:02
"Tarixi Zəfər müstəqil Azərbaycanın gücünün təntənəsidir" - Vüqar Rəhimzadə

11.11.2026 / 22:53
Ukrayna Trampın Donbasın sərhədlərinin yenidən müəyyənləşdirilməsi təklifini rədd etdi...

11.11.2026 / 22:37
Rusiya Əbu-Dabidə NATO-nun 1997-ci il sərhədlərinə qayıtmasını tələb etdi...

11.11.2026 / 22:20
Fransanın müstəmləkələri də ayağa qalxacaq...

11.11.2026 / 22:05
Paşinyan Türkiyə ilə diplomatik əlaqələrə niyə çox can atır - təzə məsələ var...

11.11.2026 / 21:49
ABŞ Xəzər dənizini də İran ticarətinin üzünə bağlayir

11.11.2026 / 21:33
Azərbaycanın əleyhinə vərəqələr yayılır... Hədəfdə sülh sazişidir...

11.11.2026 / 21:18
Qarabağın landşaft memarlığı: Nəzəri əsaslar, bərpa strategiyaları və perspektiv təkliflər

11.11.2026 / 21:06
İrəvandakı Göy məscidə qarşı İran və erməni təxribatı - Dövlət Komitəsi sərt bəyanat yaydı...

11.11.2026 / 20:58
Heqsetin impiçmenti barədə şok iddia - Trampın məqsədi(?) nədir?...

11.11.2026 / 20:41
Erməni təcavüzünə dəstək verənlərin ən iyrənc əməlləri açılır...

11.11.2026 / 20:35
Leyla Əliyeva “Qlobal Sıfır Tullantı Alyansı – Dövlət və Hökumət Başçılarının Həyat Yoldaşlarının Yüksəksəviyyəli Toplantısı”nda iştirak edib - FOTO

11.11.2026 / 20:23
İranla müharibə bitmək üzrədir - İrandan Trampa təhqiramiz cavab...

11.11.2026 / 20:11
Leyla Əliyeva COP31 çərçivəsində Azərbaycan pavilyonunda olub

11.11.2026 / 20:05
Azərbaycan cüdoçusu Avropa çempionu oldu!

11.11.2026 / 20:05
“Ermənilər əmin idilər ki, Azərbaycana icazə verilməyəcək”...

11.11.2026 / 20:02
Lukaku Türkiyə millisinə qarşı oynamayacaq - AÇIQLAMA

11.11.2026 / 19:58
Paşinyan Konstitusya məsələsində açıqca manipulyasiya edir

11.11.2026 / 19:47
Düşməni Azərbaycana hücumdan çəkindirən ən güclü taktika budur...

11.11.2026 / 19:30
Milli ideaya konkret ifadə edildi - Zəfərin kökü bundadır...

11.11.2026 / 19:22
QMİ İrəvan Göy məscidindəki tədbiri vandalizm və təxribat adlandırdı

11.11.2026 / 19:16
KTMT Ermənistanla bağlı qərarını verdi – İrəvan səsvermə hüququndan məhrum edildi...

11.11.2026 / 19:03
Xəzər dənizində "Dəmir Qapı" təhlükəsi - hərbi əməliyyatlar dənizə köçürülür?

11.11.2026 / 18:25
Ramil Usubov MDB təhlükəsizlik şuraları katiblərinin Moskva görüşündə iştirak edib

11.11.2026 / 18:12
Prezident İlham Əliyevin sosial media hesablarında Mehriban Əliyeva ilə birgə COP31-in Liderlər Sammitində iştirakına dair paylaşım edilib - VİDEO

11.11.2026 / 18:08
Prezident İlham Əliyevin Türkiyəyə səfəri başa çatıb - FOTO

11.11.2026 / 17:40
Fermerlərə tam vergi güzəştinin 90 faizə endirilməsi aqrar sektorda yeni situasiya yaradır...

11.11.2026 / 16:55
Rusiya və Ukrayna Əbu-Dabidə genişmiqyaslı əsir mübadiləsi barədə razılığa gəldi...

11.11.2026 / 16:45
“KTMT Ermənistanın bu addımına reaksiya verəcək” - Peskov

11.11.2026 / 16:32
Elektrik sayğacları gec sıfırlanır: abonentlər zərərə düşəcəklərindən qorxur....

11.11.2026 / 16:27
Nisyə mal satanların işi çətinləşəcək... Yeni tələblər gəlir..

11.11.2026 / 16:08
Prezident İlham Əliyevlə Ərdoğan arasında səmimi dialoq - FOTO

11.11.2026 / 15:57
DYP adından saxta cərimə mesajları göndərilir - XƏBƏRDARLIQ

11.11.2026 / 15:43
Fərdi təsərrufatlarda yumurta və süd istehsalının statistikası aparılacaq - əhali narahatdır...

11.11.2026 / 15:22
BMT-də Azərbaycanın təşəbbüsü ilə “İtkin düşmüş şəxslər” qətnaməsi qəbul edildi

11.11.2026 / 15:12
Prezident İlham Əliyev və Birinci xanım Mehriban Əliyeva COP31-in Liderlər Sammitində iştirak ediblər - FOTO/YENİLƏNDİ

11.11.2026 / 15:08
Ərdoğan Azərbaycana təşəkkür etdi

11.11.2026 / 14:59
Şamaxıdan Azərbaycan gündəminə

11.11.2026 / 14:50
Əbu-Dabidə Rusiya, ABŞ və Ukrayna arasında üçtərəfli danışıqlar başa çatdı...

11.11.2026 / 14:37
Xocavənddə traktor minaya düşdü, bir nəfər xəsarət aldı

11.11.2026 / 14:30
Tramp "məhv etdik" dediyi məsələyə 20 milyon mükafat ayırdı - ziddiyyət...

11.11.2026 / 14:12
Trampın Azərbaycana səfir təyin etmək istədiyi diplomat kimdir?...

11.11.2026 / 13:53
Bolqarıstanda Lyayenə qarşı etiraz - Avrokomissiya rəhbərinin kortejinə yumurta atıldı

11.11.2026 / 13:37
Zəngəzur dəhlizi üzrə üçtərəfli Qrup yaradıldı...

11.11.2026 / 13:19
Dublində Baydenə hücum - keçmiş prezidentə süd paketləri atdılar...

11.11.2026 / 13:15
Əbu-Dabi görüşü Ukraynaya dair heç bir ciddi nəticə vermədi...

11.11.2026 / 13:10
Dağ kəndlərində qaz və işıq limitinin ləğv edilməsi təklif edildi...

11.11.2026 / 12:51
İrandan Azərbaycana 34 kq-dan çox narkotikin keçirilməsinin qarşısı alındı

11.11.2026 / 12:39
Minimum 21 günlük əmək məzuniyyətinin pulla əvəz edilməsi qadağan oluna bilər

11.11.2026 / 12:25
Prezident İlham Əliyev COP31-in Liderlər Sammitində iştirak etmək üçün Antalyadakı Ekspo Mərkəzinə gəlib - FOTO

11.11.2026 / 12:05
Sathesabı maaş ilk bu sahələrdə tətbiq edilə bilər...

11.11.2026 / 11:39
COP31 çərçivəsində Qarabağ Dirçəliş Fondundan mühüm təşəbbüs - mina terroruna qarşı...

11.11.2026 / 11:20
Prezident İlham Əliyev Bolqarıstan Prezidentinə başsağlığı verib

11.11.2026 / 11:20
Dünya liderləri iqlim diplomatiyası üçün Antalyada bir araya gəlir – COP31 Liderlər Zirvəsi başlayır

11.11.2026 / 10:38
DİN avtomobil idarə edərkən "TikTok"da canlı yayım açanlara xəbərdarlıq etdi

11.11.2026 / 10:29
ABŞ-ın Maliyyə maziri İran təhdidinə görə evindən hərbi bazaya köçdü...

11.11.2026 / 10:07
Ukrayna Rusiyanın Baltik dənizindəki ən böyük limanına hücum etdi...

11.11.2026 / 09:50
Azərbaycan nefti 99 dollara düşdü...

11.11.2026 / 09:37
Respublikaçılar Pentaqonun rəhbərini impiçment cəhdinin qarşısını aldı – ancaq Demokratlar dayanmayacaq...

11.11.2026 / 09:21
Evdə uşağı döyənlər 200 manat cərimələnəcək...

11.11.2026 / 08:52
Tramp demokratları Heqsetə qarşı impiçment cəhdlərinə son qoymağa çağırdı

10.11.2026 / 21:22
Ərəb millət vəkilləri İsrailin dövlət himni səsləndirilərkən Knesset zalını tərk etdilər - Mənsur Abbas xaric…

10.11.2026 / 21:02
Fransa supermarketlərində soyuducuları “qaynama dərəcəsinə” çatdıranların kimliyi bəlli oldu - iranlı haker qrupu…

10.11.2026 / 19:43
Fransada daha yaxşı təhsil şəraiti tələb edən şagirdlər məktəbləri mühasirəyə aldılar...

10.11.2026 / 19:27
Ermənistanın KTMT-də səsvermə hüququndan məhrum edilir - qərar sabah veriləcək...

10.11.2026 / 19:20
Prezident İlham Əliyevin Türkiyəyə səfəri başlayıb - FOTO

10.11.2026 / 19:05
Əbu-Dabidə Rusiya-ABŞ-Ukrayna danışıqlarının ilk günü başa çatdı - 4 saatdan çox davam edən görüşdə nələr müzakirə olundu...

10.11.2026 / 18:15
Bu şəxslər kredit götürənlərə zamin dura bilməyəcək - QƏRAR

10.11.2026 / 17:43
Rusiya Ukraynanın hücumlarına görə bütün strateji bombardmançılarını Uzaq Şərqə köçürdü...

10.11.2026 / 16:12
Azərbaycan, Türkiyə, Gürcüstan və Bolqarıstan təmiz enerji sahəsində strateji tərəfdaşlıq sazişi imzaladı

10.11.2026 / 15:10
Yerə zibil atanları 10 min manatadək cərimə gözləyir

10.11.2026 / 14:22
ABŞ daha bir Britaniya bazasından təyyarələrini geri çəkdi – İran təhlükəsi...

10.11.2026 / 14:08
Rusiya ilə Ukrayna arasında gizli razılaşma? - Ərazi mübadiləsi...

10.11.2026 / 13:44
Legioner elm: Azərbaycan elminin icarəyə verilmiş reytinqi - İlham Əhmədov yazır...

10.11.2026 / 13:07
İrəvandakı Azərbaycan məscidində erməni şairin büstü qoyulacaq - TƏXRİBAT

10.11.2026 / 12:40
Azərbaycan XİN Polşada baş verən silahlı hücumla bağlı başsağlığı verdi

10.11.2026 / 11:56
Konqres impiçment qərarına Pentaqon rəsmisindən başlayır - Heqset “narahat deyiləm” deyir…

İşğaldan azad rayonlarımızda insan faktoru həlledicidir - Məskunlaşmanın əsas istiqamətləri...

XƏBƏR ARXİVİ