“Səba" toyuqları hara, "Hənəfi" islam cərəyanı hara...

“Səba” toyuq və toyuq məhsulları şirkəti: “Həmin yazı olan bağlamalı toyuqlar artıq marketlərdən yığışdırılıb”

img

Son günlər sosial şəbəkədə “Səba” toyuqlarının qablaşdırılması ilə bağlı görüntü yayılıb. Görüntüdə açıq-aşkar bəlli olur ki, “Səba” toyuqlarının üzərində “Hanafi” yazısı əks olunub. Bu foto sosial şəbəkədə geniş müakirəyə səbəb olub. Mağazalarda satışda olan toyuğun üzərində "Hanafi” yazılması (Hənəfi məzhəbi) dini ayrıseçkilik kimi qələmə verilir.

Qeyd etdiyimiz kimi, “Səba” toyuqlarının üzərində "Hanafi” sözünün yazılması müzakirə və qalmaqala səbəb olub. Hətta bəzi istehlakçılar adıçəkilən məhsulun satışının dayandırılmasını tələb edirlər.

  • ...məsul əməkdaşlarımız bu yanlışlığı diqqətdən qaçırıblar”

Məsələ ilə bağlı “Səba” toyuq və toyuq məhsulları şirkətindən bildirildi ki, həmin yazı olan bağlamalı toyuqlar artıq marketlərdən yığışdırılıb: “Səba” Azərbaycanda beynəlxalq və dövlət halal standartlarına malik ilk toyuq əti istehsalçısı və yeganə süd məhsulları markasıdır. GİMDES loqolarından birində yer alan 4 məzhəb islamın halal qidaya ən sərt tələbləri olan məzhəbləridir və təşkilat bu tələbləri gözlədiyini bununla nümayiş etdirir. GİMDES nüfuzuna güvənən istehlakçılarımızın bizə dəfələrlə müraciətindən sonra bu qurumun bizim üçün xüsusi təsdiqlədiyi loqonu məhsullarımızın qablaşdırması üzərinə vurmağı qərara aldıq. Lakin təəssüf ki, çap şirkətinin dizayneri göndərilən loqonun keyfiyyətdə uyğun gəlmədiyini düşünərək, qurumun internet saytından yüklənən halal nişanından istifadə edib, məsul əməkdaşlarımız da bu yanlışlığı diqqətdən qaçırıblar”.

Günel CƏLİLOVA

Son xəbərlər