Lənkəran Dövlət Universitetındə narkomaniya ilə bağlı seminar keçirildi

img

Lənkəran Dövlət Universitetində (LDU) onlayn şəkildə “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinə, narkomanlığa qarşı mübarizə” mövzusunda seminar keçirildi.

Universitetin tələbə və müəllimlərinin qatıldığı seminarda LDU-nun sosial məsələlər üzrə prorektoru, dosent Kamran Kazımov müasir gənclik üçün bəlaya çevrilmiş narkomanlığın qarşısının alınması istiqamətində respublikada, eləcə də universitetdə görülən profilaktik tədbirlər barədə ətraflı danışdıqdan sonra söz Lənkəran Şəhər Xəstəxanasının həkimi Nərmin Salayevaya verildi. O, mövzu ilə bağlı geniş məruzə etdi. Məruzədə narkomanlığın səbəbləri, əlamətləri, müalicəsi və qarşısının alınmasında ictimaiyyətin rolu barədə ətraflı söz açıldı.

Məruzə ətrafında çıxışlar da oldu. Tələbələrdən Sərxan Cəfərli, Zəhra Kərimova, Rəşad Novruzov bildirdilər ki, dünyada “Ağ ölüm” kimi tanınan narkomaniya insanın əlindən sağlamlığını almaqla məhvə doğru aparır. Müasir gəncliyin narkomaniyadan uzaq durması bir növ bu ağır bəladan xilası yolu ola bilər.

Axırda seminar iştirakçılarının maraq dairəsində olan suallara ətraflı cavab verildi.

Zəfər ORUCOĞLU
Azərbaycan Jurnalistlər Birliyinin üzvü

Son xəbərlər