Masallı rayonunun Kolatan kəndində “Şəhidlər bulağı”...

img

Öz canı, qanı bahasına ulu yurd yerimiz olan Qarabağı erməni əsarətindən xilas edib zəfər sevincini xalqa yaşadan Vətən  övladları sırasında Masallıdan da çoxlu gəncin adı qürurla çəkilir.

Rayon sakinləri haqq savaşımızda öz halal torpağı uğrunda qəhrəmancasına şəhid olan oğulların xatirəsini daim uca tutur. Burada indi elə bir tədbir olmaz ki, xalq Vətən, torpaq naminə canını fəda edən şəhidlərdən böyük iftixarla söz salmasın. Rayonun Kolatan kəndinin füsunkar guşəsində “Şəhidlər bulağı” inşa edilib. Şəhidlərin əziz xatirəsini özündə yaşadan bu saf sulu bulaq Masallı rayon İcra Hakimiyyətin və Milli Məclisin deputatı, professor Anar İsgəndərovun təşəbbüsü, xaricdə yaşayan vətənpərvər  kənd sakinlərinin vəsaiti hesabına tikilib.

Kolatanlılar tez-tez “Şəhidlər bulağı”na gəlir, onun saf suyundan istifadə edir və şəhidlərdən örnək götürməklə bir daha Vətəninə, torpağına ürəkdən bağlanır.

Zəfər ORUCOĞLU
Azərbaycan Jurnalistlər Birliyinin üzvü

Son xəbərlər