Rusiyadan alınan vaksinlərin ilk partiyası Azərbaycana gətirildi - FOTO

img

Mayın 2-də Rusiyadan Azərbaycana “Sputnik V” vaksinlərin ilk partiyası gətirilib. İlkin olaraq 40 min doza peyvəndi daşıyan təyyarə Heydər Əliyev Beynəlxalq Aeroportuna enib.

Trend xəbər verir ki, vaksini gətirən təyyarəni Azərbaycanın xarici işlər nazirinin müavini Xələf Xələfov, səhiyyə nazirinin müavini Viktor Qasımov, Rusiyanın ölkəmizdəki səfiri Mixail Boçarnikov və digər rəsmi şəxslər qarşılayıblar.

Qeyd edək ki, ölkədə vurulan vaksinlərin ümumi sayı 1 505 206, birinci mərhələ üzrə vaksinasiya olunanların ümumi sayı 971 523, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı isə 533 683 təşkil edir.

Son xəbərlər