çərşənbə günü, 24 iyun 2026
     

“Can Vətən” - deyib şəhadətə qovuşan fədai - zaqatalalı ahıska türkü Alim Məmmədov... - FOTO

Image


…Tarixdə cərəyan edən hadisələr və faktlar sübut edir ki, düşmən, erməni daşnakları əsrlər boyu günahsız insanları qıraraq, xalqımıza qarşı amansız vəhşiliklər törədiblər. Bizim sülh çağırışımıza mənfurlar qan tökməklə, xalqın var-dövlətini talamaqla, insanlarımızı əzəli torpaqlarımızdan qaçqın salmaqla, yurdlarımızı viran qoymaqla cavab verdilər. Faşist xislətli ermənilər körpələri odda, qocaları közdə yandırdılar...

Kəndlərimizi, qəsəbələrimizi, şəhərlərimizi top atəşinə tutdular, mərmilər yağdıraraq darmadağın etdilər... erməni quldurları... Belə təcavüzkar düşməni bağışlamaq olardımı?! Onsuz da tarix boyu xalqımız bədxahlara qarşı humanistlik, xeyirxahlıq edib, evlərimizə əziz qonaq kimi dəvət etmişik... Amma onlar daima bizə arxadan zərbə vurublar, xəyanət ediblər... Belə sarsıdıcı səhnələri görən, xəbər tutan qeyrətli Vətən oğulları sakit qala bilməzdilər... O, igidlər, vətənpərvərlər azğın düşmənlə mübarizəyə qalxdılar, qisas, nifrət hissi ilə və onlara layiqli cavab vermək niyyəti ilə.

Vətən desəm dilim titrər,
Sevir onu neçə minlər...

...Bir daha 27 sentyabr 2020-ci il tarixində İkinci Vətən müharibəsində də xalqımızın cəngavərləri doğma Vətənə necə sadiq olduqlarını sübut etdilər... O zəhərli “virusların”, xəyanətkarların torpaqlarımıza, əhaliyə uzanan qollarını dibindən kəsdilər... Vəhşiliklər törədən erməni vandalizmi qəsbkarlarına tarixi dərs verdilər, qanları ilə, canları ilə...

...Vətənə can deyib, Vətən yolunda, torpaqlarımızın azadlığı uğrunda can verən igidlərimizdən biri də Zaqatala rayonunun Fındıqlı kənd sakini, ahıska türklərinin nümayəndəsi olan Alim Qəmərşo oğlu Məmmədovdur. Vətən uğrunda canından keçən bu igidlər şəhid əlçatmazlığına ucaldılar...

Zaqatala rayonunun Fındıqlı kəndində müxtəlif xalqların nümayəndələri yaşayırlar. Bu kənd Sovet dövründə Zaqatala rayonunun 1 № -li Fındıqçılıq Sovxozu kimi fəaliyyət göstərib.

1988 –ci ildə bu Fındıqçılıq Sovxozuna Özbəkistandan pənah gətirən 1942-1947 –ci illərdə Stalin repressiyasının qurbanları olan ahıska türk ailələri məskunlaşdırıldılar. Onlar burada yaşayan saxurlara, avarlara, ruslara, molokanlara, azəri-türkləri ilə birlikdə Azərbaycanı doğma Vətənləri hesab edərək fındıqçılıqla, təsərrüfatın digər sahələri ilə məşğul olurlar... Hətta ahıska türkləti Birinci Qarabağ Savaşında olduğu kimi, İkinci Vətən müharibəsində də Azərbaycanımızın işğal altında olan torpaqlarını işğaldan qurtarmaq üçün özlərini odun-alovun içinə atdılar... Onlardan ölməzliyə qovuşanlar da oldu... Azərbaycanımızın adını zəfər tarixinə qızıl hərflərlə yazaraq ölməzliyə qovuşanlardan biri - Alim Qəmərşo oğlu Məmmədov 2002-ci ilin 28 sentyabr tarixində Fındıqlı kəndində dünyaya göz açıb. O da yaşıdları ilə birlikdə sadə, oxşar nağıllı, əlbəttə ki, çoxlu xatirələrə dolu olan uşaqlıq, məktəb və yeniyetmə illərini adi insanlar kimi keçirib. Əlbəttə ki, bu yaş dönəmini keçirəndə Alimin çətinlikləri də olub. Amma bütün bunlara baxmayaraq, onun valideynləri Azərbaycana “Can Vətən” deyən Alimə kiçik yaşlarından vətənpərvərlik hissləri aşılayıb. Bir də ki, Fındıqlı kəndində Məmmədovlar ailəsində olarkən öyrəndik ki, ailənin başçısı Qəmərşo Məmmədov da Birinci Qarabağ Savaşının iştirakçısı olub. O, dörd ildən çox Ağdam – Tərər – Ağdərə - Gornaboy  istiqamətlərində erməni işalçılarına qarşı döyüşüb. Müharibə veteranıdır. Övladlarının düşmənlərimizə qarşı nifrət ruhunda və mübariz olmalarında atalarının böyük təbliğatı və təsiri olub. Məmmədovlar ailəsi Fındıqlı kəndinin baş küçəsində çox sadə, adi və təmirə çox böyük ehtiyacı olan darısqal, üç otaqlı mənzildə yaşayırlar...

…Vətən fədaisinin  anası, evin xanımı Yetər Tamilova çox sakit təbiətli, mülayim, təmkinli, səliqəli qadındır. Şəhid anası oğlunun şəhid olmasına inana bilmir, yoxluğu ilə barışmır. Elə bil o, ağır zərbədən sağalmaz yara alıb. O, çox qüssəli, üzüntülü, çox kədərlə: “elə bir qəm dəryasındayam, sakit olmağı, özümü ələ almağı bacarmıram, yuxum ərşə çəkilib, özümlə bacarmıram, inanmıram oğlumun yoxluğuna... Hələ də həsrətlə yolunu gözləyirəm...” – bildirdi.

Bir faktı qeyd edək ki, ahıska türklərinin adət-ənənələrindən biri də kimlərsə qonaq gələndə bütöv nəslin bir yerə toplaşmasıdır... Mənim şəhid ailəsinə gəlişimlə bütün qohum-əqrəba onlara toplaşdı... Əmilər, bibilər və sair qohumlar... Çoxu da, Vətənimizin azadlığı uğrunda həlak olan Məmmədov Alim Qəmərşo oğlu barəsində ancaq tərifli sözlər deyərək, onu böyük ehtiramla xatırladı...

...Yetər xanımla söhbətimizdən aydın oldu ki, Alim ailənin böyük övladı olub. Onlar üç qardaş idilər: Alim, Səlim və Salam. Bu gün Azərbaycan xalqının qəhrəman oğluna çevrilmiş Alim 9-cu sinfə qədər Fındıqlı kənd ümumi orta məktəbində təhsil alıb və sonra isə 10-11-ci sinifləri Zaqatala rayonu Qazangül qəsəbə İsmət Qayıbov adına tam orta məktəbində davam etdirib... 2019-cu ildə həmin məktəbi müvəffəqiyyətlə bitirib...

Şəhid Alimin qardaşları 2004 -cü il təvəllüdlü Səlim Fındıqlı kənd ümum orta məktəbinin 9-cu sinfini bitirdikdən sonra Türkiyə Respublikasında kollecə qəbul olub... 03.11.2007 -ci il təvəllüdlü Salam isə Qazangül qəsəbə tam orta məktəbinin 7-ci sinfində təhsil alır... Haqqında söhbət açdığımız digər şəhidlər kimi Alim Qəmərşo oğlu Məmmədov da həm hərbi xidmətini şərəflə, döyüş yolunu da fədakarlıqla yerinə yetirib.

Əmisi Şirxan Məmmədov qardaşı oğlundan ürəklə, qürurla söhbət açdı: “Alim 2020-ci ilin yanvar ayının 2-də Milli Ordu sıralarına həqiqi hərbi xidmətə çağırılıb, o, böyük həvəslə, inamla Vətənin keşiyinə gedib. O, xidmətinin ilk günlərindən hərbi tapşırıqları vicdanla yerinə yetirməyə başlayıb. Əsgərliyə yola salınanda valideynlərinin öyüd və nəsihətlərini dərindən dinləyib. Alimlə hər dəfə telefonla danışanda hərbi xidmətində problemlərin olmadığını, hərbi təlimlərdə fəal iştirak etdiyini deyərdi. Hərbi and içmə mərasimi günü biz, valideynləri, mən və bibisi Alimin görüşünə Ağcabədi rayonunda yerləşən “N” saylı hərbi hissəyə getdik. Bizim gəlişimiz onu sevindirmişdi, elə bil ona dünyaları bağışlamışdılar. Alim Milli Ordu sıralarındakı xidmətindən böyük həvəslə dqanışırdı, rastlaşan çətinliklərdən və müharibəyə hazırlıqlarından söhbət açmasa da, düşmənin tez-tez mövqelərimizi atəşə tutmasından, erməni təxribatlarından və onların qarşısını hünərlə almalarından danışmışdı”.

...Ailəsindən bildirdilər ki, Alim əvvəlcə Ağcabədi rayonundakı “N” saylı hərbi hissədə 3 ay xidmətini keçib. Yetər xanım isə deyir ki, oğlu Alim müharibəyə hazırlaşdıqlarını, hər gün təlimlər keçdiklərini onlara bildirmirdi. Amma ana qəlbi çox narahatlıq keçirirdi. “Mən çox nigaran idim oğlumdan, elə bil nəsə baş verəsiydi... Gecə-gündüz narahatlıq keçirirdim...”

Bibisi Mətlubə xanım isə Alim Məmmədov barəsində danışarkən əvvəlcə göz yaşlarını saxlaya bilmədi... Sonra isə dedi: “Alim elə bil anadan alim doğulmuşdu. Hələ də onun gəlişini səbrsizliklə gözləyirik. Heç vaxt da ümidimizi qıra bilmərik... O bizim ciyər parəmiz idi, bibisi qızları Hədiyyə, Sərvi, Əminə və Gülüzar onu doğma qardaşından çox istəyirdi... Daima bizə gələr, bizim hal-əhvalımızı xəbər alar, hətta müəyyən işlərimizdə bizə kömək edərdi. Çox qohumcanlı idi. Gah əmiləri, gah da ki, bibilərigilə gedərdi. O həm də dostcanlıydı. Təkcə Fındıqlıdan deyil, Qazangül qəsəbəsindən, qonşuluqdakı  Maqov və Danaçı kəndlərindən çoxlu dost-tanışları vardı. Alim avtomobil həvəskarı idi, maşınların hər markası və hissələri ilə maraqlanar, avtomobillərin xarab hissələrini düzəltməyə həvəsli idi. Deyərdi ki, hərbi xidmətini başa vurduqdan sonra güclü avtomobil mütəxəssisi olacaq və iri avtoservis açacaqdır. Qardaşım oğlunun arzuları bir deyildi, iki deyildi, çox idi... Ən böyük arzusu isə Vətənimizin işğal altında olan ərazilərini düşməndən xilas edib, dinc, sülh və mehriban şəraitdə yaşamaq idi. Qeyd etdiyim kimi, o anadan çox uzaq görən, çox bilmiş və alim tək doğulmuşdu. Humanist gənc idi. Atası Birinci Qarabağ Savaşından danışanda Alim deyərdi ki, “doğurdan da ermənini niyə başa düşmək istəmirlər ki, işğal etdikləri, zorla, qan tökməklə əldə etdikləri bu ərazilər Azərbaycanın əbədi və əzəli, tarixi yerləridir. Qan tökmək, hərbi silahlar, texnikalar işlətmək, günahsız hərbiçiləri və mülki vətəndaşları öldürmək nəyə lazımdır, hər iki tərəf üçün?!.. Başlıca meyar ədaləti bərqərar etmək və dinc şəraitdə yaşamaqdır. O, müharibə tərəfdarı deyildi... Çünki Alim biz ahıska türklərində tarixlər boyunca işğəncələrə məruz qaldıqlarını, yurd evlərindən didərgin salındıqlarını, repressiya qurbanları olduqlarını da, necə əziyyət çəkdilərini də çox yaxşı bilirdi və müharibə ocaqları yaradanlara nifrət edərdi. Kim bilərdi ki, onun da taleyinə müharibə adlı bir bəla, qanlı olay qismət olacaq...

...Biz, hamımız Alimlə görüşümüzdən sonra onun xeyli müddət bizimlə danışmamağından çox narahat olduq. Hər gün qardaşımgilə gedib, qardaşıma, Alimin anasına toxtaqlıq verir, səbrli olmalarını deyirdim. Demə, müharibə başlayıbmış...

...Anası Yetər xanım çox çətinliklə də olsa söhbətimizə qoşuldu: “Gecələr yuxularım ərşə çəkilmişdi. Oğlum əsgərə çağırılan gündən beləydim... Çox narahatlıq keçirirdim, 40 gün idi ki, Alimdən bir soraq yox idi... Fikirləşirdim ki, görəsən nə olub, oğlumun başına nə iş gəlib?!... Dəfələrlə xidmət etdiyi hərbi hissə ilə əlaqə yaratsaq da, “narahat olmağa dəyməz... Oğlunuz hərbi xidmətdədir, sağlıq-salamatlıqdır” –deyirdilər. Nəhayət, 26 sentyabr 2020-ci il tarixində Alim bizimlə telefonla danışdı, hərbi xidmətini müvəffəqiyyətlə davam etdirdiyini, hərbi tapşırıqları uğurla icra etdiklərini və hərbi təlimlərdən yenicə qayıtdıqlarını söylədi: “Canım ana, əziz ata, əzizlərim nigarançılığa əsas yoxdur, bu mənim vətəndaşlıq, hərbi and borcumdur, əməl etməliym – vicdanla, namusla, oğlunuzun Azərbaycan Ordusunda kişi qeyrəti ilə, üzü ağ xidmət etməsi Sizə fəxrdir. Unutmayın ki, mən hərbidəyəm, onların tabeçiliyindəyəm və Azərbaycan xalqım Sizləri azğın düşmənlərdən müdafiə edirik. Tez-tez danışmadığıma görə nigaran qalmayın, vaxtımız, imkanımız olanda Sizinlə əlaqə saxlayacağam...” Ola bilər ki...” O, fikrini tamamlamadı... Bir daha Alim bizimlə canlı danışmadı... Ertəsi gün isə, yəni 27 sentyabr 2020 –ci il tarixində mənfur düşmənin güclü təxribatlarından sonra Azərbaycan və Ermənistan arasında müharibə başlandı, minlərlə itki vermiş oluğu İkinci Qarabağ Savaşı...

Vətən Müharibəsinin ilk günündən Alim də hərbiçi yoldaşları ilə birlikdə ən gərgin döyüşlərdə sinəsini düşmənə sipər etdi. Cəbrayıl, Füzuli və Hadrutun kəndlərinin azadlığı uğrunda gedən döyüşlərdə əsil şücaət göstərdi. Sərrast atıcı kimi dəfələrlə düşmənlə üzbə - üz düşmənin onlarla canlı qüvvəsini gəbərdərək, erməni mövqelərini, postlarını darma-dağın etdi. Ordumuzun gənc döyüşçüləri həm də yaralanan döyüşçü yoldaşlarını döyüş meydanından çıxartmağa müvəffəq oldu... Onların düşmən çaynağına keçmələrinə imkan vermədi... Alim! Cəsur döyüşçülərlə bir yerdə Füzulinin Kərimbəyli və Hadrut qəsəbəsiin Tuğ kəndlərinin azad olunmasında neçələrlə düşmən postlarına hücumlar nəticəsində məhv etdilər. Düşmənin onlarla texnikasını və xeyli sayda qənimətlərini ələ keçirdilər. Döyüşlərdə fədakarlıq göstərən Alim Məmmədovun komandirləri və odun-alovun içində onunla birlikdə döyüşən silahdaşlarının söylədiklərinə görə Alim düşmənə fədakarlıqla, üç rəngli bayrağımızı mənfur düşmənin uzun illərdir ki, işğal altında saxladıqları ərazilərimizdə səngərdən-səngərə, mövqedən-mövqeyə, yüksəklikdən-yüksəkliyə daşıdı... Özü isə... Növbəti qanlı döyüşdə qəhrəmancasına həlak oldu Ölümün  üstünə mərdliklə, fəxarətlə getdi və ölməzliyə qovuşdu...

Bibisi qızı Gülüzürın söylədiklərinə mən də şərikəm: “Bizim qardaş saydığımız Alim qısa zaman məkanında qəhrəmanlıq simfoniyasını yaratdı.

...Bir çoxlarının yaza bilmədiyi bu simfoniyanın cingiltili, müharibəni tərənnüm edən səsi isə həmişə gələcək, eşidəcəyik, bir tarix yazacaq, nəsildən – nəsilə keçəcəkdir. Söz yox ki, onun vaxtsız, ömrünün çiçəkləndiyi, canlandığı çağlarında itirdik...

Amma, əzizimiz tarixdə silinməz izlər qoydu, belə yaş dönəmində ağır bir müharibənin iştirakçı odlu, azğın düşmənləri susdurdu, onları məhv etdi, hərbiçi andına sadiq qalaraq, emənilərə yerini göstərdi. Hamımızın sabitliyini, azadlığımızı qorudu... Canını Vətən yolunda verdi. Düşmən gözünə baxa – baxa, onu məhv edə-edə şahədətə qovuşdu, o, yüksək zirvəni fəth etdi – qardaşım... Hərbiyə kişi kimi getdin, kişi kimi də Vətən çörəyini yeyib, Vətənin ağır günlərində, onu qorumayanlara bir nümunə oldun... Fındıqlı kəndinin ilk şəhidi kimi bir tarix yazdın...

...Alim, sən təkcə bizim deyil, bütöv odlar diyarının oğlusan, xilaskarısan... Daima qəlbimizdə yaşayacaqsan... Yaşadacağıq... Bizim fəxrimiz... Sönməz çırağımız...

Ay fələk, bu yazı alın yazım,
Dərd üstə köklədin, ürək sazım.
Binava, qurdları basan lazım,
Vətən qeyrətini d
uyanlar gedir...”

...Beləliklə, Zaqatala diyarının daha bir cəsur, zəfər qələbəsində böyük və danılmaz rolu olan Fındıqlı kəndinin yeganə şəhidi olan, Axıska türkü Alim Qəmərşo oğlu Məmmədov şəhidlik səddini aşanlardan biri kimi Azərbaycanın şanlı tarixinə adını qızıl hərflərlə yazdırdı... Bununla belə o, Vətəni sevməyi də, onun uğrunda sevə-sevə ölməyi də özünə sığdıra bildi. Onu sevənlərə və yoxluğu ilə barışmayanlar, ələlxüsus da gözünün yaşını axıdan, kövrək duyğularla yaşayan anası Yetər xanıma əbədi yaşayacaq ad qoyub getdi. Bu həm də əbədi ucalıqdır.. Unutmayaq...

28 oktyabr 2020-ci il tarixində doğmaca Fındıqlı kəndindəki qəbiristanlıqda şəhid kimi dəfn olunan Alim, ruhun daima şad olsun!

Azərbaycan Respublikasının Prezidentinin Sərəncamları ilə Alim Məmmədov “Füzulinin azadlığa uğrunda”, “Hadrutun azadlığı uğrunda”, “Vətən uğrunda” medalları ilə təltif edilib.

...Haqlıdır, şəhidlər ölmürlər, hər zaman yaşayırlar... Sən də yaşayacaqsan, sənin əzizlərinin, sevənlərinin, göstərdiklərin şücaətlərinə, qəhrəmanlıqlarına, hörmət edib yada salanların qəlblərində - Alim!

Elman MALIYEV
Azərbaycan Jurnalistlər Birliyinin üzvü

Qeyd: Yaxşı olardı ki, müvafiq təşkilatlar, aidiyyyəti orqanlar yanacağa və ciddi təmirə böyük ehtiyacı olan şəhid Alim Məmmədovun ailəsinin evinə qaz xəttinin çəkilişinə və evin təmirinə köməklik etsinlər...




DİGƏR XƏBƏRLƏR

VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Dünyada xaos böyüyür, Azərbaycana təhlükə də artır... - VİDEO

Əliyev bütün dövlətin strategiyasını açdı - “...balansı mütləq dəyişdirməliyik”...

Avropa Şurasının Bakı ofisinin rəhbəri XİN-ə çağırıldı...

Müəllimlərin geyim forması ilə bağlı yeni standartlar bəzən yanlış başa düşülür...

SON XƏBƏRLƏR

23.06.2026 / 23:38
Xameneyinin gizli məktubları açıldı, canlı yayım kəsildi, yüksək vəzifəli məmur istefa verdi - İranda XƏYANƏT QALMAQALI…

23.06.2026 / 23:10
Rusiya dizelin ixracına tam qadağa qoymağa hazırlaşır...

23.06.2026 / 22:57
İrəvanın rəqəmsal industriyası Azərbaycandan asılı vəziyyətə düşür...

23.06.2026 / 22:23
Azərbaycanın namizədi BMT-nin Uşaq Hüquqları Komitəsinə üzv seçildi

23.06.2026 / 22:16
Kerç boğazının hər iki sahili bombalanır - Zelenskinin hərbi-taktiki planı...

23.06.2026 / 21:54
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Berdiməhəmmədovla görüşündən görüntülər paylaşılıb

23.06.2026 / 21:49
Təhsil nazirinin planı mübahisəli sayılır - regionlarda tələbə sayını bu yolla artırmaq çətin olacaq...

23.06.2026 / 21:34
Türkiyədə sursat anbarında partlayış - Ölənlər var…

23.06.2026 / 21:12
Kılıçdaroğlu “Dəmirtaşı ziyarət edəcəyəm" dedi - “Hansı üzlə?..” cavabını aldı

23.06.2026 / 20:35
Ukrayna və Polşa prezidentlərinin şəxsi intriqası dərinləşir - Zelenski Polşaya getmədi...

23.06.2026 / 20:34
İlham Əliyevlə Berdiməhəmmədov “3-cü ölkələrlə bağlı” maraqlı qərar verdilər...

23.06.2026 / 20:10
Bakının fəallaşan dəstəyi Aşqabadı Transxəzər qaz kəmərinin çəkilişinə həvəsləndirə bilər...

23.06.2026 / 19:48
“Bir pəncərə” prinsipi: QHT-lərin maliyyələşdirilməsində yeni mərhələ

23.06.2026 / 19:44
Harutyunyan, Qukasyan və digərlərinin apellyasiya məhkəməsi davam etdirilib

23.06.2026 / 19:36
Türk dünyasına açılan üfüq yolu - Əhliman ƏMİRASLANOV yazır...

23.06.2026 / 19:23
Dövlət qulluğu statusu-dövlətçilikdə Azərbaycan brendi...

23.06.2026 / 18:53
Klıcdaroğlunun 250 min dollar paket iddiası tam yalan çıxdı...

23.06.2026 / 17:39
Tramp avqustun 21-dək İran nefti üzərindən embarqonu götürdü...

23.06.2026 / 17:27
Prezident Dövlət qulluqçularını təltif etdi

23.06.2026 / 17:25
İran-Rusiya-Çin üçlüyü Kollektiv Təhlükəsizlik Sazişinə doğru gedir...

23.06.2026 / 17:15
Prezidentin Şuşada inşa edilmiş birinci yaşayış kompleksində uşaqlarla görüşünə dair paylaşım edilib - VİDEO

23.06.2026 / 17:10
Zelenski Lukaşenkoya 2 şərt, bir həftə vaxt verdi...

23.06.2026 / 16:58
Xamneyi Pezeşkianı "vurmağa" hazırlaşır - xalqa müraciətdə müəmmalı fikir...

23.06.2026 / 16:54
Ekspertlər Əmrullayevdən fərqli düşünür - " tam ləğv etmək olar"...

23.06.2026 / 16:33
ABŞ İranla "Yüksək Səviyyəli Komitə" haqda razılaşma əldə etdi...

23.06.2026 / 16:29
Ermənistanda müxalifəti təmsil edən bütün deputatların mandatı ləğv edilir...

23.06.2026 / 16:20
Konstitusiya məhkəməsində Paşinyanın qələbəsinin legitimlik araşdırması başladı - 2 hakim vuruldu...

23.06.2026 / 16:07
Abituriyentlərin apellyasiya müraciətləri ödənişli ola bilər...

23.06.2026 / 15:54
İran iqtisadiyyatı müharibə rejimindən çıxarılır - İsrail yenə hər şeyi məhv etməsə yaxşıdır...

23.06.2026 / 15:42
AzərTelekom Avropa-Asiya "rəqəmsal İpək Yoluna" Ermənistanı da bağladı - narahatlıqlar var...

23.06.2026 / 15:36
Moskva İrəvandan məyus oldu - seçkidən əvvəl gözlədiklərinin əksini görür...

23.06.2026 / 15:15
Berdiməhəmmədovun Azərbaycana səfəri başa çatdı - FOTO

23.06.2026 / 15:14
Azərbaycan və Türkmənistan prezidentləri Şuşada birgə nahar ediblər - FOTO

23.06.2026 / 15:06
İlham Əliyev Berdiməhəmmədova Qarabağ atı hədiyyə etdi - FOTO

23.06.2026 / 14:57
Prezident İlham Əliyev və Berdiməhəmmədov Şuşada Bülbülün ev-muzeyində olublar - FOTO

23.06.2026 / 14:31
MDU-nun rektoru Anar Eminov “Clarivate” vebinarında tədqiqatda keyfiyyət və beynəlxalq elmi görünürlük barədə danışıb: "Keyfiyyətli tədqiqat universitetin sərhədlərini aşan ən güclü akademik imzasıdır"

23.06.2026 / 14:29
Vüqar Rəhimzadə: Azərbaycan-Türkmənistan strateji tərəfdaşlığında yeni mərhələ başlayır

23.06.2026 / 14:16
Ukraynada məşhur türk seriallarına “müharibə açdılar”...

23.06.2026 / 13:56
Prezident İlham Əliyev və Berdiməhəmmədov Şuşada Azərbaycanın tanınmış şəxsiyyətlərinin işğal dövründə güllələnmiş büstlərinə baxıblar - FOTO

23.06.2026 / 13:50
Prezidentlər Şuşada “Heydər Əliyev və Qarabağ” sərgisi ilə tanış olublar - FOTO

23.06.2026 / 13:48
ABŞ-dan "Livan yanmalıdır" deyən israilli nazirə sərt reaksiya - "bir qəpik də ABŞ dəstəyinə layiq deyillər" …`

23.06.2026 / 13:26
Azərbaycan və Türkmənistan prezidentləri Şuşa məscidində tikinti işlərinin gedişi ilə tanış olublar - FOTO

23.06.2026 / 13:19
Azərbaycanlıların Ermənistanda etnik təmizləməyə məruz qalması ABŞ-da müzakirəyə çıxarılır...

23.06.2026 / 13:01
Prezident İlham Əliyev və Berdiməhəmmədov Şuşa inşa edilmiş birinci yaşayış kompleksində olublar - FOTO

23.06.2026 / 12:50
Rusiya Azərbaycan vasitəsilə Ermənistana 408 ton gübrə göndərdi....

23.06.2026 / 12:42
Hikmət Hacıyev prezidentlərin Şuşa gəzintisindən GÖRÜNTÜLƏR paylaşdı

23.06.2026 / 12:29
Masallıda əməliyyat - keçmiş məhkum 7 kq narkotiklə saxlandı

23.06.2026 / 12:21
DİN Çevik Polis Alayında xidmətə qəbulla bağlı müsabiqə elan edir

23.06.2026 / 12:15
İran Hörmüzlə bağlı qəti qərarını verdi – artıq əvvəlki kimi olmayacaq…

23.06.2026 / 11:52
Putin və Lukaşenko Zelenskinin təhdidinə birgə cavab verməyə hazırlaşır…

23.06.2026 / 11:36
"Qlobal bazarlarda artan rəqabət kənd təsərrüfatına yanaşmanı dəyişir" - :

23.06.2026 / 11:25
Prezident İlham Əliyev və Berdiməhəmmədov Daşaltı kəndinin fonunda şəkil çəkdiriblər - FOTO

23.06.2026 / 11:20
Azərbaycan və Türkmənistan prezidentləri Füzuli şəhərinin dağıdılmış yerlərinə baxıblar - FOTO

23.06.2026 / 11:14
Qumar oyunlarının keçirilməsinə görə sanksiyalar sərtləşdirilir...

23.06.2026 / 11:07
Prezident İlham Əliyev Lüksemburqun Böyük Hersoquna məktub ünvanlayıb

23.06.2026 / 11:01
Narkotikin təsir altında avtomobil idarə edən Mingəçevir sakini saxlandı

23.06.2026 / 10:48
Türkmənistan Prezidenti Berdiməhəmmədov Füzulidə... - FOTO

23.06.2026 / 10:32
Trampın İrana 300 milyardlıq ödəniş planının PƏRDƏARXASI DETALLARI ortaya çıxdı - Səudiyyə və BƏƏ üsyan etdi...

23.06.2026 / 10:09
Azərbaycan nefti 80 dollara düşdü...

23.06.2026 / 09:57
Endi Börnhem növbəti Britaniya Baş naziri?

23.06.2026 / 09:55
"Valideyn uşağa “kukla” kimi yanaşmamalıdır" - Məleykə Abbaszadə

23.06.2026 / 09:23
Fransa İraqı məğlub edib 1/16 finala yüksəldi...

23.06.2026 / 09:10
İsveçrədə İran-ABŞ danışıqlarının detalları açılır...

23.06.2026 / 06:17
Bu 4 adam savcı Zəkəriya Öz kimi sifariş icra edəndir.... Mansur Yavaş ifşa edir...

22.06.2026 / 22:58
Kremldən Starmerin istefasına maraqlı reaksiya - bunu birlikdə bacardıq… növbə Almaniyaya kanslerinindir…

22.06.2026 / 22:43
21 il Sovet "KQB" sinin, 5 il Rusiya Xarici Kəşfiyyat Xidmətinin əməkdaşı - 12 il müstəqil Azərbaycanın səfiri...(????)

22.06.2026 / 22:32
Avropanın Ukrayna üzrə yeni “E-5 məsləhət” formatı başlayır...

22.06.2026 / 21:53
Türkiyə millisi niyə bu günə qaldı - ilk 64 saniyədə qol buraxdı, heç bir qol vurmadan yarışı tərk etdi...

22.06.2026 / 21:37
44 günlük müharibənin niyə məhz 27 sentyabrda başladılmasının səbəbini hamı dəqiq bilsin...

22.06.2026 / 21:26
Tələbə sayı azaldılır: Problemə həll, yoxsa yeni suallar? - Vüsalə AĞABƏYLİ yazır...

22.06.2026 / 20:53
Əliyev bütün dövlətin strategiyasını açdı - “...balansı mütləq dəyişdirməliyik”...

22.06.2026 / 20:42
Ukrayna Moskvada strateji kosmik rabitə mərkəzini vurdu…

22.06.2026 / 20:33
Şagirdlərin monitorinq imtahanında sual kitabçaları niyə yığılır? - Nazir səbəbini açıqladı...

22.06.2026 / 20:10
"Repititorluğu ləğv etmək mümkün deyil" - Nazir

22.06.2026 / 19:55
Ağdamda insan skeletinə bənzər qalıqlar aşkarlandı

22.06.2026 / 19:41
Tramp SEPAH-ı İranda 1 saylı güc halına gətirdi...

22.06.2026 / 19:39
Prezident İlham Əliyevin adından Türkmənistan Prezidentinin şərəfinə dövlət ziyafəti verilib - FOTO

22.06.2026 / 19:33
Avropa Şurasının Bakı ofisinin rəhbəri XİN-ə çağırıldı...

22.06.2026 / 19:27
Özəlin quracağı yeni partiyanın adı bəlli oldu - Yürüyüş…

22.06.2026 / 19:26
"Ermənistanda parlament seçkilərinin nəticələrini Azərbaycan müəyyən edib"- İddia…

22.06.2026 / 19:09
Rusiya ilə Ermənistanın arasında ən qorxulu ssenari - tarix təkrarlana bilər...

Dövlət qulluğu statusu-dövlətçilikdə Azərbaycan brendi...

XƏBƏR ARXİVİ