Cümə axşamı günü, 12 noyabr 2026
     

Respublika “Xatirə kitabı”nın hazırladığı “Qələbə -75” xüsusi buraxılışının geniş təqdimatı keçirildi - FOTO

Image


Aprelin 26-da Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatında Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin təşəbbüsü və AR “Xatirə kitabı” redaksiyası əməkdaşlarının gərgin əməyi nəticəsində faşizm üzərində Qələbənin 75 illiyinə həsr edilən “Qələbə-75: Azərbaycan xalqının mübarizə əzmi” kitabının təqdimat mərasimi keçirildi.

  • Nəzakət Məmmədova: “Azərbaycan xalqının faşizm üzərində Qələbənin qazanılmasında oynadığı rol, bütövlükdə, xüsusi buraxılışda öz əksini tapıb”

“Xatirə kitabı” redaksiyasının baş redaktoru Nəzakət Məmmədova çıxışında bildirdi ki, “Xatirə kitabı”nın xüsusi buraxılışı olan  “Qələbə-75: Azərbaycan xalqının mübarizə əzmi” 2020-ci ildə işıq üzü görsə də, pandemiya səbəbindən ötən il kitabı geniş ictimaiyyətə təqdim etmək mümkün olmayıb. N.Məmmədova vurğuladı ki, “Qələbə-75: Azərbaycan xalqının mübarizə əzmi” “Xatirə kitabı”nın xüsusi buraxılışıdır və burada faşizm üzərində Qələbənin 75 illiyinə geniş yer ayrılıb, 1941-1945-ci illərdə alman faşizminə qarşı döyüşən Azərbaycan vətəndaşlarının qəhrəmanlıq və şücaəti xüsusi rakursda xarakterizə edilib. O, həmçinin, qeyd etdi ki, xüsusi buraxılışda  “Sovet İttifaqı Qəhrəmanı” adına layiq görülmüş azərbaycanlıların hər biri haqqında ayrı-ayrılıqda geniş məlumatlar əks olunub, bundan əlavə, müharibədə örnək hünər göstərmiş cəsur qadınlarımız barədə olduqca maraqlı, tutarlı faktlar yer alıb. “Kitabda Sovet İttifaqı qəhrəmanlarımızın hər biri haqqında dəqiq səhih məlumatlar öz əksini tapıb. Həmçinin, Böyük Vətən müharibəsinin qələbə ilə başa çatmasında xüsusi rol oynamış arxa cəbhənin, Bakı neftinin, gecə-gündüz demədən ağır əziyyətlərə qatlaşaraq işləyən insanlarımızın fədakarlığı, Vətən sevgisi də məzmunlu, sərrast şəkildə işıqlandırılıb. “Xatirə kitabı” yaddaşımızın tarix salnaməsidir, abidəsidir”.

N.Məmmədova vurğuladı ki, “Xatirə kitabı” redaksiyası Prezident İlham Əliyevin diqqət və qayğısı altında bugünkü və gələcək strateji işlərini də eyni məhəbbət və həvəslə davam etdirmək üçün əzmlə çalışır.

“Qələbə-75: Azərbaycan xalqının mübarizə əzmi” nəşrinin rus və Azərbaycan dillərində işıq üzü gördüyünü xatırladan N.Məmmədovanın sözlərinə görə, kitab nəşr edildikdən sonra onun nüsxələri poçt vasitəsilə MDB ölkələrinə göndərilib. N.Məmmədova bildirdi ki, böyük sovet ailəsinə daxil olan və əhalisi 3 milyon 400 min nəfər təşkil edən  Azərbaycan Respublikasından 1941-1945-ci illər müharibəsinə 680 min nəfər cəlb olunub, bunların arasında isə 10 mindən çoxu qadın olub. Müharibəyə gedənlərin də 300 min nəfərinin geri qayıtmadığı, həlak olduğu, itkin, əsir düşdüyü məlumdur. “Bunlar hamısı nəşrdə işıqlandırılıb. Bilirsiniz ki, “Xatirə kitabı” ulu öndərin yaratdığı, nəfəs verdiyi bir abidədir. “Xatirə kitabı”nın yaranmasına ulu öndər tərəfindən 1997-ci ildə qərar verilib. “Xatirə kitabı” Azərbaycandan müharibəyə getmiş, şəhid olmuş, itkin düşmüş, girov götürülmüş vətəndaşlarımızın xatirəsinin əbədiləşdirilməsi ilə bağlı yaradılıb. İndiyə qədər “Xatirə kitabı”nın 16 cildi işıq üzü görüb, üç xüsusi buraxılışımız nəşr olunub. Azərbaycan xalqının faşizm üzərində Qələbənin qazanılmasında oynadığı rol, bütövlükdə, xüsusi buraxılışda öz əksini tapıb”.

Əvvəlki cildlərin əlavələrinin də nəşr ediləcəyini deyən N.Məmmədovanın sözlərinə görə, bu istiqamatdə görüləcək işlər az deyil və bunlar mərhələli şəkildə həyata keçiriləcək. O dedi ki, hər bir soydaşımızla bağlı axtarışlar davam etdirilir, onların haqqında məlumatlar çətinliklə əldə edilir. Müharibənin keçdiyi bütün ölkələrdən “Xatirə kitabı”na gələn bütün məlumatların araşdırıldığını, dəqiqləşdirildiyini deyən N.Məmmədova onların hamısını bir nəşrə yerləşdirməyin mümkün olmadığını söylədi, ona görə də əlavələrdən ibarət 5 cildlik də nəşr ediləcək.

N.Məmmədova bildirdi ki, eyni zamanda, Birinci Qarabağ müharibəsində şəhid olan 20 min vətəndaşımızın da xatirəsinin əbədiləşdirilməsi istiqamətində işlər görülüb, kitablar çap olunub.

N.Məmmədova dedi ki, işləri çoxdur və hələ qarşıda 44 günlük müharibədə özünü qəhrəman kimi bir daha təsdiqləyən Azərbaycan xalqının zəfər tarixi də yazılacaq.

  • Hikmət Məlikzadə: “Kitab böyük bir tarixi özündə əks etdirir”

Tədbirdə çıxış edən, “Xatirə kitabı”nın “Qələbə-75: Azərbaycan xalqının mübarizə əzmi” nəşrinin meydana gəlməsində böyük əməyi olan redaksiya əməkdaşı Hikmət Məlikzadə sözlərini böyük türk şairi Akif Ərsoyun “Bayraqları bayraq yapan üstündəki qandır, topraq uğrunda ölən varsa, Vətəndir”şeiri ilə başladı. H.Məlikzadə nəşrin məziyyətlərindən danışarkən qeyd etdi ki,  “Xatirə kitabı” redaksiyasının əməkdaşlarının gərgin əməyi və Mədəniyyət Nazirliyinin təşəbbüsü ilə hazırlanan  kitab Böyük Vətən müharibəsində canlarından keçmiş Azərbaycanın qəhrəman oğul və qızlarının xatirəsinə bir yaddaş salnaməsidir: “Kitab böyük bir tarixi özündə əks etdirir. Digər xalqlar kimi, Azərbaycan xalqı da  İkinci Dünya müharibəsinin ağrılarını hiss etdi, müharibənin əsas obrazlarından, qəhrəmanlarından birinə çevrildi. “Qələbə-75: Azərbaycan xalqının mübarizə əzmi” kitabı əsas ideya olaraq elə bu məsələni özündə birləşdirib. Kitabda müharibədə canlarından keçmiş qəhrəman Azərbaycan qızlarının və oğullarının, eyni zamanda, Qələbənin əldə olunmasında öz fədakar əməyi, ağır zəhməti ilə diqqət çəkmiş Azərbaycan xalqının, Bakı neftinin, bir sözlə, arxa cəbhənin rolu xüsusi qeyd olunub”.

  • Bəhram Zahidov: “...nəşr haqqında təəssüratlarım çox zəngindir”

Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının hüquq şöbəsinin müdiri, professor Bəhram Zahidov da  “Qələbə-75: Azərbaycan xalqının mübarizə əzmi” kitabı haqqında öz fikirlərini bildirdi və kitabın onda zəngin təəssürat yaratdığını bildirdi. Böyük zəhmət hesabına başa gələn kitabın mühüm cəhətlərini vurğuladı və bəzi tövsiyələrini çatdırdı. “Kitabla yeni tanış olmağıma baxmayaraq, nəşr haqqında təəssüratlarım çox zəngindir. Kitab çox nəfis şəkildə çap olunub, bu, böyük zəhmət hesabına başa gəlib, yaradıcı heyətə təşəkkür edirəm. Mən “Qələbə-75: Azərbaycan xalqının mübarizə əzmi” kitabını müsbət qiymətləndirirəm” - deyə professor qeyd etdi.

  • Adil Haqverdiyev: “Bizim bu qəhrəmanlıq salnaməmizin gələcək nəsillərə çatdırılması üçün bu kitabın mühüm yeri var”

Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının şöbə müdiri Adil Haqverdiyev də çıxışında kitabı yüksək qiymətləndirdiyini vurğuladı. “Qələbə-75: Azərbaycan xalqının mübarizə əzmi”ni bir yaddaş salnaməsi adlandıran A.Haqverdiyev “Bu kitab tarixdir, qalacaq. Müharibədə hər 5 tankdan 4-ü, hər 5 təyyarədən 4-ü Azərbaycanın nefti ilə hərəkət edirdi. Azərbaycan nefti olmasaydı, müharibəni udmaq mümkün olmazdı. Bu müharibədə həm ön, həm də arxa cəbhədə xalqımız böyük qəhrəmanlıq salnaməsi yaradıb. Bizim bu qəhrəmanlıq salnaməmizin gələcək nəsillərə çatdırılması üçün bu kitabın mühüm yeri var” - deyə bildirdi.

  • Telman Babayev: “Bizim üçün “Xatirə kitabı” böyük tarixdir”

Veteranlar Təşkilatının şöbə müdiri Telman Babayev də çıxışında vurğuladı ki, “Xatirə kitabı” redaksiyasının nəşr etdirdiyi kitablar bütün ölkə üçün faydalıdır. Tez-tez bu nəşrlərə müraciət etdiklərini deyən T.Babayevin sözlərinə görə, redaksiya bu sahədə çöx böyük işlər görür və onların şöbəsi mütəmadi olaraq “Xatirə kitabı”nın nəşrlərindən çox istifadə edir. “Bizim üçün “Xatirə kitabı” böyük tarixdir. Əsas etibarilə “Xatirə kitabı” həlak olmuşlar və itkin düşmüşlər haqqındadır. İndi də vətəndaşlarımız öz qohum-qardaşlarını axtaranda bizə müraciət edirlər, biz də “Xatirə kitabı”na üz tuturuq və ondan istifadə edirik” - deyə T.Babayev vurğuladı.

Kitabın xüsusi əhəmiyyətini qeyd edən Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının Beynəlxalq əlaqələr şöbəsinin baş mütəxəssisi Samir Musayev isə çıxışında bildirdi ki, bu nəşri mütəmadi olaraq izləyib və təklif etdi ki, həm “Qələbə-75: Azərbaycan xalqının mübarizə əzmi”, həm də “Xatirə kitabı”nın bütün cildləri Azərbaycanın xarici ölkələrdəki səfirliklərinə göndərilsin.

“Xatirə kitabı” redaksiyasının redaktoru Vüqar Əsgərov isə çıxışında redaksiya əməkdaşlarının soydaşlarımız barədə məlumatları böyük zəhmət, əziyyət hesabına əldə etdiklərini və hər bir qəhrəmanımız haqqında məlumata böyük həssaslıqla yanaşıldığını nəzərə çatdırdı.

İradə SARIYEVA



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Banklarda 4.6 milyard manat pul yatıb qalıb, kredit bazarında böhrandır... Bu necə olub?...

Avropa Ermənistanı Rusiyanın əlindən alır - Kreml qəzəb püskürür...

İran Trampsayağı ad iddiasına başladı - "Xəzər" yox, "Kaspian"?..

SON XƏBƏRLƏR

12.11.2026 / 00:18
Azərbaycanda Konstitusiya Günü qeyd olunur

12.11.2026 / 00:12
Baş katib Ermənistanın KTMT-də tamhüquqlu iştirakının bərpası şərtini açıqladı - qərar onlardan asılıdır...

11.11.2026 / 23:28
Ermənistan prezidenti TRIPP layihəsi ilə bağlı qanunu imzaladı

11.11.2026 / 23:10
NATO-da casus həyəcanı - yüksək rütbəli ABŞ hərbçisinin Rusiya agenti olduğu ortaya çıxdı...

11.11.2026 / 23:02
"Tarixi Zəfər müstəqil Azərbaycanın gücünün təntənəsidir" - Vüqar Rəhimzadə

11.11.2026 / 22:53
Ukrayna Trampın Donbasın sərhədlərinin yenidən müəyyənləşdirilməsi təklifini rədd etdi...

11.11.2026 / 22:37
Rusiya Əbu-Dabidə NATO-nun 1997-ci il sərhədlərinə qayıtmasını tələb etdi...

11.11.2026 / 22:20
Fransanın müstəmləkələri də ayağa qalxacaq...

11.11.2026 / 22:05
Paşinyan Türkiyə ilə diplomatik əlaqələrə niyə çox can atır - təzə məsələ var...

11.11.2026 / 21:49
ABŞ Xəzər dənizini də İran ticarətinin üzünə bağlayir

11.11.2026 / 21:33
Azərbaycanın əleyhinə vərəqələr yayılır... Hədəfdə sülh sazişidir...

11.11.2026 / 21:18
Qarabağın landşaft memarlığı: Nəzəri əsaslar, bərpa strategiyaları və perspektiv təkliflər

11.11.2026 / 21:06
İrəvandakı Göy məscidə qarşı İran və erməni təxribatı - Dövlət Komitəsi sərt bəyanat yaydı...

11.11.2026 / 20:58
Heqsetin impiçmenti barədə şok iddia - Trampın məqsədi(?) nədir?...

11.11.2026 / 20:41
Erməni təcavüzünə dəstək verənlərin ən iyrənc əməlləri açılır...

11.11.2026 / 20:35
Leyla Əliyeva “Qlobal Sıfır Tullantı Alyansı – Dövlət və Hökumət Başçılarının Həyat Yoldaşlarının Yüksəksəviyyəli Toplantısı”nda iştirak edib - FOTO

11.11.2026 / 20:23
İranla müharibə bitmək üzrədir - İrandan Trampa təhqiramiz cavab...

11.11.2026 / 20:11
Leyla Əliyeva COP31 çərçivəsində Azərbaycan pavilyonunda olub

11.11.2026 / 20:05
Azərbaycan cüdoçusu Avropa çempionu oldu!

11.11.2026 / 20:05
“Ermənilər əmin idilər ki, Azərbaycana icazə verilməyəcək”...

11.11.2026 / 20:02
Lukaku Türkiyə millisinə qarşı oynamayacaq - AÇIQLAMA

11.11.2026 / 19:58
Paşinyan Konstitusya məsələsində açıqca manipulyasiya edir

11.11.2026 / 19:47
Düşməni Azərbaycana hücumdan çəkindirən ən güclü taktika budur...

11.11.2026 / 19:30
Milli ideaya konkret ifadə edildi - Zəfərin kökü bundadır...

11.11.2026 / 19:22
QMİ İrəvan Göy məscidindəki tədbiri vandalizm və təxribat adlandırdı

11.11.2026 / 19:16
KTMT Ermənistanla bağlı qərarını verdi – İrəvan səsvermə hüququndan məhrum edildi...

11.11.2026 / 19:03
Xəzər dənizində "Dəmir Qapı" təhlükəsi - hərbi əməliyyatlar dənizə köçürülür?

11.11.2026 / 18:25
Ramil Usubov MDB təhlükəsizlik şuraları katiblərinin Moskva görüşündə iştirak edib

11.11.2026 / 18:12
Prezident İlham Əliyevin sosial media hesablarında Mehriban Əliyeva ilə birgə COP31-in Liderlər Sammitində iştirakına dair paylaşım edilib - VİDEO

11.11.2026 / 18:08
Prezident İlham Əliyevin Türkiyəyə səfəri başa çatıb - FOTO

11.11.2026 / 17:40
Fermerlərə tam vergi güzəştinin 90 faizə endirilməsi aqrar sektorda yeni situasiya yaradır...

11.11.2026 / 16:55
Rusiya və Ukrayna Əbu-Dabidə genişmiqyaslı əsir mübadiləsi barədə razılığa gəldi...

11.11.2026 / 16:45
“KTMT Ermənistanın bu addımına reaksiya verəcək” - Peskov

11.11.2026 / 16:32
Elektrik sayğacları gec sıfırlanır: abonentlər zərərə düşəcəklərindən qorxur....

11.11.2026 / 16:27
Nisyə mal satanların işi çətinləşəcək... Yeni tələblər gəlir..

11.11.2026 / 16:08
Prezident İlham Əliyevlə Ərdoğan arasında səmimi dialoq - FOTO

11.11.2026 / 15:57
DYP adından saxta cərimə mesajları göndərilir - XƏBƏRDARLIQ

11.11.2026 / 15:43
Fərdi təsərrufatlarda yumurta və süd istehsalının statistikası aparılacaq - əhali narahatdır...

11.11.2026 / 15:22
BMT-də Azərbaycanın təşəbbüsü ilə “İtkin düşmüş şəxslər” qətnaməsi qəbul edildi

11.11.2026 / 15:12
Prezident İlham Əliyev və Birinci xanım Mehriban Əliyeva COP31-in Liderlər Sammitində iştirak ediblər - FOTO/YENİLƏNDİ

11.11.2026 / 15:08
Ərdoğan Azərbaycana təşəkkür etdi

11.11.2026 / 14:59
Şamaxıdan Azərbaycan gündəminə

11.11.2026 / 14:50
Əbu-Dabidə Rusiya, ABŞ və Ukrayna arasında üçtərəfli danışıqlar başa çatdı...

11.11.2026 / 14:37
Xocavənddə traktor minaya düşdü, bir nəfər xəsarət aldı

11.11.2026 / 14:30
Tramp "məhv etdik" dediyi məsələyə 20 milyon mükafat ayırdı - ziddiyyət...

11.11.2026 / 14:12
Trampın Azərbaycana səfir təyin etmək istədiyi diplomat kimdir?...

11.11.2026 / 13:53
Bolqarıstanda Lyayenə qarşı etiraz - Avrokomissiya rəhbərinin kortejinə yumurta atıldı

11.11.2026 / 13:37
Zəngəzur dəhlizi üzrə üçtərəfli Qrup yaradıldı...

11.11.2026 / 13:19
Dublində Baydenə hücum - keçmiş prezidentə süd paketləri atdılar...

11.11.2026 / 13:15
Əbu-Dabi görüşü Ukraynaya dair heç bir ciddi nəticə vermədi...

11.11.2026 / 13:10
Dağ kəndlərində qaz və işıq limitinin ləğv edilməsi təklif edildi...

11.11.2026 / 12:51
İrandan Azərbaycana 34 kq-dan çox narkotikin keçirilməsinin qarşısı alındı

11.11.2026 / 12:39
Minimum 21 günlük əmək məzuniyyətinin pulla əvəz edilməsi qadağan oluna bilər

11.11.2026 / 12:25
Prezident İlham Əliyev COP31-in Liderlər Sammitində iştirak etmək üçün Antalyadakı Ekspo Mərkəzinə gəlib - FOTO

11.11.2026 / 12:05
Sathesabı maaş ilk bu sahələrdə tətbiq edilə bilər...

11.11.2026 / 11:39
COP31 çərçivəsində Qarabağ Dirçəliş Fondundan mühüm təşəbbüs - mina terroruna qarşı...

11.11.2026 / 11:20
Prezident İlham Əliyev Bolqarıstan Prezidentinə başsağlığı verib

11.11.2026 / 11:20
Dünya liderləri iqlim diplomatiyası üçün Antalyada bir araya gəlir – COP31 Liderlər Zirvəsi başlayır

11.11.2026 / 10:38
DİN avtomobil idarə edərkən "TikTok"da canlı yayım açanlara xəbərdarlıq etdi

11.11.2026 / 10:29
ABŞ-ın Maliyyə maziri İran təhdidinə görə evindən hərbi bazaya köçdü...

11.11.2026 / 10:07
Ukrayna Rusiyanın Baltik dənizindəki ən böyük limanına hücum etdi...

11.11.2026 / 09:50
Azərbaycan nefti 99 dollara düşdü...

11.11.2026 / 09:37
Respublikaçılar Pentaqonun rəhbərini impiçment cəhdinin qarşısını aldı – ancaq Demokratlar dayanmayacaq...

11.11.2026 / 09:21
Evdə uşağı döyənlər 200 manat cərimələnəcək...

11.11.2026 / 08:52
Tramp demokratları Heqsetə qarşı impiçment cəhdlərinə son qoymağa çağırdı

10.11.2026 / 21:22
Ərəb millət vəkilləri İsrailin dövlət himni səsləndirilərkən Knesset zalını tərk etdilər - Mənsur Abbas xaric…

10.11.2026 / 21:02
Fransa supermarketlərində soyuducuları “qaynama dərəcəsinə” çatdıranların kimliyi bəlli oldu - iranlı haker qrupu…

10.11.2026 / 19:43
Fransada daha yaxşı təhsil şəraiti tələb edən şagirdlər məktəbləri mühasirəyə aldılar...

10.11.2026 / 19:27
Ermənistanın KTMT-də səsvermə hüququndan məhrum edilir - qərar sabah veriləcək...

10.11.2026 / 19:20
Prezident İlham Əliyevin Türkiyəyə səfəri başlayıb - FOTO

10.11.2026 / 19:05
Əbu-Dabidə Rusiya-ABŞ-Ukrayna danışıqlarının ilk günü başa çatdı - 4 saatdan çox davam edən görüşdə nələr müzakirə olundu...

10.11.2026 / 18:15
Bu şəxslər kredit götürənlərə zamin dura bilməyəcək - QƏRAR

10.11.2026 / 17:43
Rusiya Ukraynanın hücumlarına görə bütün strateji bombardmançılarını Uzaq Şərqə köçürdü...

10.11.2026 / 16:12
Azərbaycan, Türkiyə, Gürcüstan və Bolqarıstan təmiz enerji sahəsində strateji tərəfdaşlıq sazişi imzaladı

10.11.2026 / 15:10
Yerə zibil atanları 10 min manatadək cərimə gözləyir

10.11.2026 / 14:22
ABŞ daha bir Britaniya bazasından təyyarələrini geri çəkdi – İran təhlükəsi...

10.11.2026 / 14:08
Rusiya ilə Ukrayna arasında gizli razılaşma? - Ərazi mübadiləsi...

10.11.2026 / 13:44
Legioner elm: Azərbaycan elminin icarəyə verilmiş reytinqi - İlham Əhmədov yazır...

10.11.2026 / 13:07
İrəvandakı Azərbaycan məscidində erməni şairin büstü qoyulacaq - TƏXRİBAT

10.11.2026 / 12:40
Azərbaycan XİN Polşada baş verən silahlı hücumla bağlı başsağlığı verdi

10.11.2026 / 11:56
Konqres impiçment qərarına Pentaqon rəsmisindən başlayır - Heqset “narahat deyiləm” deyir…

İşğaldan azad rayonlarımızda insan faktoru həlledicidir - Məskunlaşmanın əsas istiqamətləri...

XƏBƏR ARXİVİ