Cümə axşamı günü, 12 noyabr 2026
     

Adıgözəl Məmmədov: “Azərbaycanda sanki iki Səhiyyə Nazirliyi var” - MÜSAHİBƏ

Image


Bir neçə gün öncə iki tibb müəssisəsində koronavirusa yoluxan xəstələrdən rüşvət almaq ittihamı ilə baş həkim və direktor həbs edilib. Belə ki, “Yeni klinika”nın direktoru Pərviz Abbasov və FHN-in Zığ qəsəbəsindəki modul tipli xəstəxanasının baş həkimi İmran Ağayev korrupsiyada günahlandırılır.

Bundan əlavə, işdə yol verdikləri nöqsana görə daha iki həkim işdən azad edilib. Onlar hansısa maraq müqabilində pasientlərə vaksin vurmayaraq, saxta vaksin pasportu təqdim ediblər.

Səhiyyə naziri Oqtay Şirəliyev vəzifəsindən azad edilib.

Baş verən proseslər səhiyyə sistemində ciddi problemlər olduğu barədə uzun müddətdir deyilənləri təsdiq edir. Azərbaycanın səhiyyə sistemində naqisliklər və səmərəliliyin az olması vətəndaşları narahat edən səbəblər sırasındadır.

Tibbi xidmətlərin qiymətlərinin sadə vətəndaşların məvaciblərinə uyğunsuzluğu və xidmətin keyfiyyətinin az olması əsas problemlər sırasındadır. Korrupsiya və qeyri-funksional struktur Azərbaycanın səhiyyə sistemini geri salır.

“Bakı-Xəbər” səhiyyə sistemində mövcud olan naqisliklər və onların həllinə dair tanınmış ekspert Adıgözəl Məmmədovun fikirlərini öyrənib.

Ekspert ilk öncə TƏBİB-in naqisliklərinə də toxunub. O, TƏBİB-in nəzərdə tutulan tələblərə cavab vermədiyini düşünür.

- Hazırda yaranmış koronavirus pandemiyası ilə əlaqədar vəziyyətə baxdıqda, kimin pulu var, xəstəxanalara yerləşdirirlər, pulu yoxdur, çöldə qalır. Bu baxımdan, TƏBİB-in apardığı siyasət dövlətin müəyyən etdiyi siyasətlə üst-üstə düşmür. Bu gün Səhiyyə Nazirliyinin tərkibində olan tibb müəssisələrini TƏBİB-ə veriblər. Heç bir müstəqil fəaliyyətə imkan verilmir.  Səhiyyə Nazirliyinin zamanında dövlətin əhalinin sağlamlığının qorunması üçün ayırdığı vəsaitin böyük hissəsi bu gün TƏBİB-ə yönəlir. Əslində, TƏBİB-in yaradılmasında dövlətin və ölkə başçısının niyyətləri başqa idi. Bugünkü problemlərin ən böyük səbəbi isə, faktiki olaraq, TƏBİB-in tərkibindəki tibb müəssisələrinin sovet sistemindən qalma mexanizmlərlə fəaliyyət göstərmələridir. Ölkədə sanki 2 Səhiyyə Nazirliyi var. “Yoldaşlar” nəzərdə tutulan işləri qoyub kənara, ancaq  baş həkim təyin etməklə məşğuldurlar. Halbuki, TƏBİB-in əsas işi sovet sistemindən qalma baş həkimlik institutundan imtina edib, tibb müəssisələrinin müstəqil idarə edilməsi mexanizmlərini işləyib hazırlamaq olmalı idi.

- Adıgözəl müəllim, TƏBİB-in yaradılmasında məqsəd nə idi ?

- Hər sahədə olduğu kimi, tibb sahəsində də yeni düşüncə və mədəniyyətin formalaşmasına ehtiyac var. Çünki dövlətimizin ən vacib strategiyalarına vətəndaşlarımızın sağlamlığı da daxildir.

Respublikamızın regionlarında bütün tələblərə cavab verən müalicə-diaqnostika mərkəzləri və xəstəxanalar istifadəyə verilib. Bu tibb müəssisələri ən son model tibbi avadanlıqlarla təmin edilib. 1999-cu ildə Milli Məclis tərəfindən “İcbari tibbi sığorta haqqında” Qanun qəbul edilib. 2007-ci ildə isə həmin qanuna əlavə və dəyişikliklər olunub. Prezident İlham Əliyevin 4 aprel 2014-cü ildə “Tibbi sığorta haqqında” Qanunda dəyişiklik edilməsi barədə qərarı əsasında 16 fevral 2016-cı ildə Azərbaycan Respublikası Nazirlər Kabineti yanında İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi yaradılıb. Bu agentliyin əsas vəzifələrindən biri də icbari tibbi sığorta olunanlara müvafiq proqrama uyğun tibbi yardım göstərilməsi üçün səhiyyə müəssisələri ilə müqavilələr bağlayıb, onlara keyfiyyətli xidmətin yüksəldilməsi üçün strategiyalar həyata keçirməkdir. Eyni zamanda da tibb müəssisəsinin və ya tibb işçisinin təqsiri üzündən sığorta olunana vurulmuş zərərin ödənilməsi məqsədilə agentliyə məhkəməyə müraciət etmək hüququ verilir. Agentlik, həmçinin, sığorta olunanlara göstərilən tibbi xidmətlərin həcminin və keyfiyyətlərinin monitorinqini həyata keçirmək hüququna da malikdir.

Bu baxımdan, icbari tibbi sığortanın tətbiqinin təmin edilməsi ilə bağlı bir sıra tədbirlər haqqında Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 20.12.2018-ci il tarixli Fərmanı, tam əminliklə deyə bilərəm ki, səhiyyə sahəsində böyük bir dönüş etdi. Bu fərmana görə, İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi, “Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi” publik hüquqi şəxsi (bundan sonra - TƏBİB) yaradıldı.

- TƏBİB öz işlərini istənilən səviyyədə qura bildimi?

- Formalaşmış və bugünkü səhiyyə sistemimiz çox təssüf ki, mövcud reallıqlara cavab vermir. Biz pandemiya şəraitində bir daha bunun şahidi olduq - yarıtmaz idarəetməsi ilə insanların ağrı-acıları ilə “koronavirus testlərinin”, xəstəxanalarda yerləşim biznesini quran bir qrup işbaz və strateji məqsədləri  olmayan səlahiyyət davaları aparan TƏBİB və səhiyyə EQO-ları. Səhiyyə sahəsindəki islahatlar və əhaliyə tibbi xidmətin göstərilməsi, inkişaf etmiş ölkələrdəki kimi yüksək səviyyəyə qaldırılması dövlət siyasətimizin prioritet istiqamətlərindən birinə çevrilsə də, bu istiqamətdəki yarıtmaz kadrların ucbatından əhalinin sağlamlığının qorunması baxımından böyük təhlükə ilə üz-üzə qalıb.
Bu insanlar səlahiyyətləri əllərinə alar-almaz, sovet səhiyyə sistemindən qalma tibb müəssisələrinin bazasında strukturlaşdırılma işinə başladılar (yəni öz yaxın dostlarına vəzifələr paylamaqla), halbuki, ilk öncə müstəqil maliyyə fəaliyyətlərini formalaşdıra biləcək hüquqi şəxs statusunda yeni müəssisələrin yaradılmasına böyük ehtiyac var idi. Çünki əsas problem fərdin tibbi sığorta bazasının hansı şəkildə formalaşa bilməsindən asılıdır. Yəni istənilən şəxsin sığorta paketinin ödənilməsi və ya maliyyə mənbəyinin tapılması müəyyən yeni strategiyaların yaranmasını zəruri edir. Payçı mülkiyyətlərə “Azərbaycan Respublikası Səhmdar Cəmiyyətləri” haqqındakı qanuna uyğun olaraq, müasir tələblərə cavab verən tibb müəssisələri təsis etmək olar. Tibb müəssisələrinin təsisində və ya yenidən strukturlaşdırılmasında idarəedilmə paketi mənsub olduğu profil təşkilatlarına və ya tabeliyindəki tibb müəssisəsi işçilərinin əldə edə biləcək səhm paketləri hesabına özünüidarəetmə hüququ statusuna malik kollektiv təsərrüfatlara aid ola bilərdi.
Bundan başqa, tibb müəssisələrinin maddi-texniki bazasının təmin edilməsi üçün və həmçinin, tibbi xidmətin səviyyəsinin yüksəldilməsi baxımından kənardan “intervent investisiya” cəlb oluna bilərdi. “İntervent investisiya” tibb müəssisəsinin səhmlərini əldə etməklə və ya müəyyən dövr həcmində gəlir fondundan pay almaqla iştirak edə bilərdi. Bu, qarşılıqlı razılaşmalar nəticəsində idarəetmə paketinə malik tərəflə intergent subyekti arasında həll edilməli idi.

- Tibb müəssisələri öz maliyyə imkanlarını necə gücləndirə bilər?

- Tibb müəssisəsi əgər müstəqil hüquqi şəxsdirsə və ya payçı səhmdar cəmiyyətdirsə, idarəetmə paketini əlində saxlayan tərəf və ya tərəflər maddi-texniki bazanın təkmilləşdirilməsi, əhaliyə tibbi xidmətin səmərəliliyinin artırılması baxımından lizinqlər şəklində banklarla əməkdaşlıq edə bilər. Bank orada payçı tərəf kimi və ya gəlir fondundan müddətli emissiyalar əldə edə bilər.

Tibb müəssisələri Azərbaycan qanunları çərçivəsində beynəlxalq strukturlardan və ya beynəlxalq maliyyə mərkəzləri tərəfindən subsidiv investisiyaların əldə olunması və bu istiqamətdə qarşılıqlı xidmət göstərməsi baxımından vacib məsələlərdən biridir. Bütün bunlar Azərbaycan səhiyyəsində həm özəl, həm də dövlət sektorunun inkişafını təmin edəcək. Bu cür sistemin tətbiqi, eyni zamanda, tibbi personalın əməkhaqlarının yüksəlməsinə səbəb olacaq. Əlbəttə, bu tip tibb müəssisələrini idarə edənlərin əsas qayəsi o olacaq ki, sağlam rəqabətə tab gətirmək üçün yüksək peşəkar mütəxəssisləri cəlb etsinlər. Həmçinin, marketoloji xidmət göstərib, ən müasir avadanlıqlarla təmin edərək, yüksək gəlir əldə etməyi düşünəcəklər. Bu komponentləri özündə birləşdirən tibb müəssisəsi səviyyəli xidmət göstərərək, daha çox gəlir əldə edərək, tibb personalına yüksək əməkhaqları verəcək. Əks təqdirdə yaxşı xidmət göstərməyən tibb müəssisələrinə müraciətlərin sayı azalacaq və sığorta şirkətləri də onlardan üz döndərəcəklər.

- Bəs tibbi sığorta bazarını necə inkişaf etdirmək olar?

- Tibbi sığorta bazarının güclənməsi üçün özəl sektorda tibbi sığorta şirkətlərinin inkişafına xüsusi ehtiyac var. İkinci isə tibb müəssisələrinə müstəsna rəqabət çox olduğundan, bəzən merkantin maraqlar işin içinə girir, çünki icbari tibbi sığorta şirkətləri ilə müqavilə bağlayan idarə və müəssisələr sığorta şirkətləri tərəfindən onlara təqdim olunmuş tibb müəssisələri çərçivəsində seçim edə bilir. Amma elə tibb müəssisələri var ki, sığorta şirkətlərinin siyahısında təmsil olunmuş tibb müəssisələrindən qat-qat üstün tibbi personala və maddi-texniki bazaya malik olur.

Vəziyyətdən çıxış yolu kimi tibb müəssisələri özləri müstəqil olaraq müəssisənin marketinqini həyata keçirmək imkanına malik olmalıdırlar. Ola bilər ki, mövcud qanunlar çərçivəsində tibb müəssisələri xidmət paketlərini müəssisə və təşkilatlara təqdim edir. Müəssisə və təşkilatlar da öz əməkdaşlarına tibbi xidmətin göstərilməsi müqaviləsini ya birbaşa, ya da tibbi sığorta təşkilatları vasitəsilə həyata keçirmək imkanını əldə edir. İkinci bir tərəfdən isə bu yanaşma müstəqil hüquqi statusa malik və ya payçı səhmdarlardan təsis olunmuş tibb müəssisələrinin fəaliyyət prinsiplərindən irəli gələrək, tibbi sığorta şirkətlərinə müraciət etmədən alternativ maliyyə mənbəyini formalaşdıra bilər. Eyni zamanda, qarşılıqlı anlaşmalardan irəli gələn xəstələrin müayinə və müalicəsi zamanı üzə çıxa biləcək problemli hüquqi vəziyyətlə əlaqəli sığorta şirkətləri ilə hissəvi paketli müqavilə imzalaya bilər. Bunun üçün də tibb müəssisəsi müəyyən sığorta ödəmələrini sığorta şirkətlərinə ödəyir. Hissəvi paketli müqavilə 3 tərəf arasında (tibb müəssisəsi, xidmət haqqını ödəyən təşkilat və sığorta şirkəti) razılaşdırılmış formada imzalanaraq həyata keçirilməlidir. Həmçinin, könüllü sığorta haqları və ya depozit tibbi sığorta ilə hər bir şəxs özünü və ailə üzvlərini müstəqil qaydada sığortalaya bilər. Ənənəvi tibbi sığortada şirkət hər əməkdaşına görə müəyyən məbləğ ödəyə bilsə (sığorta haqqı), onun müqabilində müəyyən çərçivədə tibbi xidmətlər almaq hüququna malik olurdu (sığorta məbləği). Depozit tibbi sığortada isə heç bir limit yoxdur, çünki bütün tibbi xərclər müraciət edənin öz hesabından ödənilir. Yalnız bundan sığorta şirkəti müəyyən faizlərini götürür. Depozit tibbi sığortanın əsas üstünlüyü isə həyata keçirilən müalicəyə nəzarət etməsidir. Sığorta şirkəti imkan vermir ki, həkim xəstəni lüzumsuz xidmətlərə yönəltsin və şəxsi mənafelərinə görə ucuz dərmanlar əvəzinə, analoji, amma qat-qat baha olan dərmanların təyinatının qarşısını alır. Hissəvi paketli müqavilədə də 3 tərəf arasında (tibb müəssisəsi, xidmət haqqını ödəyən təşkilat və sığorta şirkəti) razılaşdırılmış formada qarşılıqlı öhdəliklər şərtlərində tibbi sığorta şirkətinə həyata keçirilən müalicəyə nəzarət etməsi hüququnun verilməsi psixoloji olaraq balanslaşdırılmış bir situasiya yaradır. Tibbi sığorta təşkilatı tam marağında olur ki, xidmət paketinə malik olmaq üçün müstəqil şəkildə işçilərinə xidmət göstərəcək müəssisə ilə müstəqil müqavilə bağlamış tibb müəssisəsinin qüsurlarını üzə çıxarmaqda maraqlı olur.

- Sosial müdafiəyə ehtiyacı olan təbəqəyə nə kimi güzəştlər mümkündür?

- Əgər tibb müəssisəsi payçılardan biri və ya bir neçəsi hüquqi şəxsdirsə, onda o, payçı təşkilatlar qarşısında öhdəliklər götürərək həmin təşkilatın əməkdaşlarına öz gəlir fondundan ayırmalar edərək təmənnasız müayinə və müalicə edilə bilər. Bu, payçılararası razılaşmalarla həyata keçirilə bilir.
Digər intervent investisiya formalarından biri kimi, tibb müəssisələri öz səhmlərini istiqraz vərəqlərinə çevirərək maliyyə mənbəyinin formalaşmasında iştirak edəcək. Yəni bu, istiqrazları əldə edən hüquqi və fiziki şəxslərə müəyyən dövr ərzində və ya həmişəlik təmənnasız xidmət edə bilməsi imkanının yaradılmasıdır.

Tibb müəssisələri sosial cəhətdən müdafiə olunan təbəqəyə xidmət etmək müqabilində idarə və təşkilatlarda çalışan işçilərin məvacib fondundan icbari sığorta təşkilatlarına ayrılan maliyyəni əldə etmək üçün müqavilələr bağlamaq yolu ilə, əhalinin işləməyən təbəqəsinə xidməti üçün isə sosial müdafiə fondları ilə birbaşa müqavilə bağlamaqla öz xidmətlərini həyata keçirmək imkanlarına malik olmalıdır.

- Sonda səhiyyə naziri vəzifələrini icra edən Teymur  Musayevə nə arzulardınız ?

- Əvvəla bu məsul vəzifənin öhdəsindən uğurla gəlməyi, müstəqil ekspert cameəsinə açığ olmağı, cənab Prezidentin ona göstərdiyi etimadı doğrultmağı arzulayıram. Mən də öz tərəfimdən əhaliyə göstərilən tibbi xidmətin səviyyəsinin artırılması baxımından, səhiyyəmizin yenidən təşkili istiqamətində bilgilərimlə, təkliflərimlə həmkarıma kömək etməyə hazıram.

İradə SARIYEVA



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Banklarda 4.6 milyard manat pul yatıb qalıb, kredit bazarında böhrandır... Bu necə olub?...

Avropa Ermənistanı Rusiyanın əlindən alır - Kreml qəzəb püskürür...

İran Trampsayağı ad iddiasına başladı - "Xəzər" yox, "Kaspian"?..

SON XƏBƏRLƏR

12.11.2026 / 00:18
Azərbaycanda Konstitusiya Günü qeyd olunur

12.11.2026 / 00:12
Baş katib Ermənistanın KTMT-də tamhüquqlu iştirakının bərpası şərtini açıqladı - qərar onlardan asılıdır...

11.11.2026 / 23:28
Ermənistan prezidenti TRIPP layihəsi ilə bağlı qanunu imzaladı

11.11.2026 / 23:10
NATO-da casus həyəcanı - yüksək rütbəli ABŞ hərbçisinin Rusiya agenti olduğu ortaya çıxdı...

11.11.2026 / 23:02
"Tarixi Zəfər müstəqil Azərbaycanın gücünün təntənəsidir" - Vüqar Rəhimzadə

11.11.2026 / 22:53
Ukrayna Trampın Donbasın sərhədlərinin yenidən müəyyənləşdirilməsi təklifini rədd etdi...

11.11.2026 / 22:37
Rusiya Əbu-Dabidə NATO-nun 1997-ci il sərhədlərinə qayıtmasını tələb etdi...

11.11.2026 / 22:20
Fransanın müstəmləkələri də ayağa qalxacaq...

11.11.2026 / 22:05
Paşinyan Türkiyə ilə diplomatik əlaqələrə niyə çox can atır - təzə məsələ var...

11.11.2026 / 21:49
ABŞ Xəzər dənizini də İran ticarətinin üzünə bağlayir

11.11.2026 / 21:33
Azərbaycanın əleyhinə vərəqələr yayılır... Hədəfdə sülh sazişidir...

11.11.2026 / 21:18
Qarabağın landşaft memarlığı: Nəzəri əsaslar, bərpa strategiyaları və perspektiv təkliflər

11.11.2026 / 21:06
İrəvandakı Göy məscidə qarşı İran və erməni təxribatı - Dövlət Komitəsi sərt bəyanat yaydı...

11.11.2026 / 20:58
Heqsetin impiçmenti barədə şok iddia - Trampın məqsədi(?) nədir?...

11.11.2026 / 20:41
Erməni təcavüzünə dəstək verənlərin ən iyrənc əməlləri açılır...

11.11.2026 / 20:35
Leyla Əliyeva “Qlobal Sıfır Tullantı Alyansı – Dövlət və Hökumət Başçılarının Həyat Yoldaşlarının Yüksəksəviyyəli Toplantısı”nda iştirak edib - FOTO

11.11.2026 / 20:23
İranla müharibə bitmək üzrədir - İrandan Trampa təhqiramiz cavab...

11.11.2026 / 20:11
Leyla Əliyeva COP31 çərçivəsində Azərbaycan pavilyonunda olub

11.11.2026 / 20:05
Azərbaycan cüdoçusu Avropa çempionu oldu!

11.11.2026 / 20:05
“Ermənilər əmin idilər ki, Azərbaycana icazə verilməyəcək”...

11.11.2026 / 20:02
Lukaku Türkiyə millisinə qarşı oynamayacaq - AÇIQLAMA

11.11.2026 / 19:58
Paşinyan Konstitusya məsələsində açıqca manipulyasiya edir

11.11.2026 / 19:47
Düşməni Azərbaycana hücumdan çəkindirən ən güclü taktika budur...

11.11.2026 / 19:30
Milli ideaya konkret ifadə edildi - Zəfərin kökü bundadır...

11.11.2026 / 19:22
QMİ İrəvan Göy məscidindəki tədbiri vandalizm və təxribat adlandırdı

11.11.2026 / 19:16
KTMT Ermənistanla bağlı qərarını verdi – İrəvan səsvermə hüququndan məhrum edildi...

11.11.2026 / 19:03
Xəzər dənizində "Dəmir Qapı" təhlükəsi - hərbi əməliyyatlar dənizə köçürülür?

11.11.2026 / 18:25
Ramil Usubov MDB təhlükəsizlik şuraları katiblərinin Moskva görüşündə iştirak edib

11.11.2026 / 18:12
Prezident İlham Əliyevin sosial media hesablarında Mehriban Əliyeva ilə birgə COP31-in Liderlər Sammitində iştirakına dair paylaşım edilib - VİDEO

11.11.2026 / 18:08
Prezident İlham Əliyevin Türkiyəyə səfəri başa çatıb - FOTO

11.11.2026 / 17:40
Fermerlərə tam vergi güzəştinin 90 faizə endirilməsi aqrar sektorda yeni situasiya yaradır...

11.11.2026 / 16:55
Rusiya və Ukrayna Əbu-Dabidə genişmiqyaslı əsir mübadiləsi barədə razılığa gəldi...

11.11.2026 / 16:45
“KTMT Ermənistanın bu addımına reaksiya verəcək” - Peskov

11.11.2026 / 16:32
Elektrik sayğacları gec sıfırlanır: abonentlər zərərə düşəcəklərindən qorxur....

11.11.2026 / 16:27
Nisyə mal satanların işi çətinləşəcək... Yeni tələblər gəlir..

11.11.2026 / 16:08
Prezident İlham Əliyevlə Ərdoğan arasında səmimi dialoq - FOTO

11.11.2026 / 15:57
DYP adından saxta cərimə mesajları göndərilir - XƏBƏRDARLIQ

11.11.2026 / 15:43
Fərdi təsərrufatlarda yumurta və süd istehsalının statistikası aparılacaq - əhali narahatdır...

11.11.2026 / 15:22
BMT-də Azərbaycanın təşəbbüsü ilə “İtkin düşmüş şəxslər” qətnaməsi qəbul edildi

11.11.2026 / 15:12
Prezident İlham Əliyev və Birinci xanım Mehriban Əliyeva COP31-in Liderlər Sammitində iştirak ediblər - FOTO/YENİLƏNDİ

11.11.2026 / 15:08
Ərdoğan Azərbaycana təşəkkür etdi

11.11.2026 / 14:59
Şamaxıdan Azərbaycan gündəminə

11.11.2026 / 14:50
Əbu-Dabidə Rusiya, ABŞ və Ukrayna arasında üçtərəfli danışıqlar başa çatdı...

11.11.2026 / 14:37
Xocavənddə traktor minaya düşdü, bir nəfər xəsarət aldı

11.11.2026 / 14:30
Tramp "məhv etdik" dediyi məsələyə 20 milyon mükafat ayırdı - ziddiyyət...

11.11.2026 / 14:12
Trampın Azərbaycana səfir təyin etmək istədiyi diplomat kimdir?...

11.11.2026 / 13:53
Bolqarıstanda Lyayenə qarşı etiraz - Avrokomissiya rəhbərinin kortejinə yumurta atıldı

11.11.2026 / 13:37
Zəngəzur dəhlizi üzrə üçtərəfli Qrup yaradıldı...

11.11.2026 / 13:19
Dublində Baydenə hücum - keçmiş prezidentə süd paketləri atdılar...

11.11.2026 / 13:15
Əbu-Dabi görüşü Ukraynaya dair heç bir ciddi nəticə vermədi...

11.11.2026 / 13:10
Dağ kəndlərində qaz və işıq limitinin ləğv edilməsi təklif edildi...

11.11.2026 / 12:51
İrandan Azərbaycana 34 kq-dan çox narkotikin keçirilməsinin qarşısı alındı

11.11.2026 / 12:39
Minimum 21 günlük əmək məzuniyyətinin pulla əvəz edilməsi qadağan oluna bilər

11.11.2026 / 12:25
Prezident İlham Əliyev COP31-in Liderlər Sammitində iştirak etmək üçün Antalyadakı Ekspo Mərkəzinə gəlib - FOTO

11.11.2026 / 12:05
Sathesabı maaş ilk bu sahələrdə tətbiq edilə bilər...

11.11.2026 / 11:39
COP31 çərçivəsində Qarabağ Dirçəliş Fondundan mühüm təşəbbüs - mina terroruna qarşı...

11.11.2026 / 11:20
Prezident İlham Əliyev Bolqarıstan Prezidentinə başsağlığı verib

11.11.2026 / 11:20
Dünya liderləri iqlim diplomatiyası üçün Antalyada bir araya gəlir – COP31 Liderlər Zirvəsi başlayır

11.11.2026 / 10:38
DİN avtomobil idarə edərkən "TikTok"da canlı yayım açanlara xəbərdarlıq etdi

11.11.2026 / 10:29
ABŞ-ın Maliyyə maziri İran təhdidinə görə evindən hərbi bazaya köçdü...

11.11.2026 / 10:07
Ukrayna Rusiyanın Baltik dənizindəki ən böyük limanına hücum etdi...

11.11.2026 / 09:50
Azərbaycan nefti 99 dollara düşdü...

11.11.2026 / 09:37
Respublikaçılar Pentaqonun rəhbərini impiçment cəhdinin qarşısını aldı – ancaq Demokratlar dayanmayacaq...

11.11.2026 / 09:21
Evdə uşağı döyənlər 200 manat cərimələnəcək...

11.11.2026 / 08:52
Tramp demokratları Heqsetə qarşı impiçment cəhdlərinə son qoymağa çağırdı

10.11.2026 / 21:22
Ərəb millət vəkilləri İsrailin dövlət himni səsləndirilərkən Knesset zalını tərk etdilər - Mənsur Abbas xaric…

10.11.2026 / 21:02
Fransa supermarketlərində soyuducuları “qaynama dərəcəsinə” çatdıranların kimliyi bəlli oldu - iranlı haker qrupu…

10.11.2026 / 19:43
Fransada daha yaxşı təhsil şəraiti tələb edən şagirdlər məktəbləri mühasirəyə aldılar...

10.11.2026 / 19:27
Ermənistanın KTMT-də səsvermə hüququndan məhrum edilir - qərar sabah veriləcək...

10.11.2026 / 19:20
Prezident İlham Əliyevin Türkiyəyə səfəri başlayıb - FOTO

10.11.2026 / 19:05
Əbu-Dabidə Rusiya-ABŞ-Ukrayna danışıqlarının ilk günü başa çatdı - 4 saatdan çox davam edən görüşdə nələr müzakirə olundu...

10.11.2026 / 18:15
Bu şəxslər kredit götürənlərə zamin dura bilməyəcək - QƏRAR

10.11.2026 / 17:43
Rusiya Ukraynanın hücumlarına görə bütün strateji bombardmançılarını Uzaq Şərqə köçürdü...

10.11.2026 / 16:12
Azərbaycan, Türkiyə, Gürcüstan və Bolqarıstan təmiz enerji sahəsində strateji tərəfdaşlıq sazişi imzaladı

10.11.2026 / 15:10
Yerə zibil atanları 10 min manatadək cərimə gözləyir

10.11.2026 / 14:22
ABŞ daha bir Britaniya bazasından təyyarələrini geri çəkdi – İran təhlükəsi...

10.11.2026 / 14:08
Rusiya ilə Ukrayna arasında gizli razılaşma? - Ərazi mübadiləsi...

10.11.2026 / 13:44
Legioner elm: Azərbaycan elminin icarəyə verilmiş reytinqi - İlham Əhmədov yazır...

10.11.2026 / 13:07
İrəvandakı Azərbaycan məscidində erməni şairin büstü qoyulacaq - TƏXRİBAT

10.11.2026 / 12:40
Azərbaycan XİN Polşada baş verən silahlı hücumla bağlı başsağlığı verdi

10.11.2026 / 11:56
Konqres impiçment qərarına Pentaqon rəsmisindən başlayır - Heqset “narahat deyiləm” deyir…

İşğaldan azad rayonlarımızda insan faktoru həlledicidir - Məskunlaşmanın əsas istiqamətləri...

XƏBƏR ARXİVİ