Ötən gün şəhidlik zirvəsinə ucalan hərbi qulluçu Xəlilov Hüseyn Rasim oğlu torpağa tapşırılıb.
Trend-in məlumatına görə, 6 ay komada qalandan sonra ötən gün şəhidlik zirvəsinə ucalan hərbi qulluqçu Xəlilov Hüseyn Rasim oğlu ilə vida mərasimi keçirilib. Mərasimdə şəhidin yaxınları və Sabunçu rayon İcra Hakimiyyəti nümayəndələri iştirak ediblər..
hərbi qulluçumuz Xəlilov Hüseyn Rasim oğlu doğulduğu Nardaran qəsəbəsində dəfn olunub.
Qeyd edək ki, şəhid H.Xəlilov Sabunçu rayonunun Nardaran qəsəbəsində dünyaya gəlib. O, Şuşa uğrunda gedən döyüşlərdə ağır yaralanıb və komaya düşüb.