Cümə axşamı günü, 12 noyabr 2026
     

Gömrük Akademiyasının rəhbərliyi döyüşçü jurnalistlərlə tələbələrin onlayn görüşünü təşkil etdi... - FOTO

Image


Dövlət Gömrük Komitəsinin Akademiyası İctimaiyyətlə əlaqələr şöbəsindən “Bakı-Xəbər”ə verilən məlumata görə, Dövlət Gömrük Komitəsinin Akademiyası Vətən müharibəsində iştirak etmiş media nümayəndələri və gömrük xidməti əməkdaşları ilə silsilə görüşlər nəzərdə tutan “Vətən mənə oğul desə...” layihəsi çərçivəsində bir qrup jurnalistlə tələbələrin onlayn görüşünü təşkil edib.

Görüşdə I və II Qarabağ müharibəsinin iştirakçısı, Qarabağ qazisi, Prezident təqaüdçüsü Rey Kərimoğlu, II Qarabağ müharibəsinin iştirakçıları - “Azərbaycan” qəzetinin müxbiri Rəşad Baxşəliyev,  “İki sahil” qəzetinin baş redaktorunun müavini Anar Miriyev, Real TV telekanalının əməkdaşı İsmayıl Yaşaroğlu, həmçinin Vətən müharibəsində şəhidlik zirvəsinə ucalan gömrük xidməti əməkdaşı Ülvi Hacıyevin anası Həmidə Qurbanova iştirak edib.

Tədbirdən öncə Gömrük Akademiyasının rəisi, gömrük xidməti general-mayoru Qulu Novruzovun rəhbərliyi ilə Akademiyanın əməkdaşları “Azərterminalkompleks” Birliyinin inzibati binasında şəhid-gömrükçü Ülvi Hacıyevin xatirəsini əbədiləşdirmək üçün qoyulmuş büstünü ziyarət edib, şəhidin əziz xatirəsi dərin ehtiramla yad olunub.

Tədbirin əvvəlində Azərbaycanın azadlığı, ərazi bütövlüyünün təmin olunması uğrunda canından keçən bütün şəhidlərin ruhu bir dəqiqəlik sükutla anılıb.

Akademiya rəisi Qulu Novruzov açılış nitqi ilə çıxış edərək bütün dünyada Covid-19 pandemiyasının davam etdiyi dövrdə 2020-ci ildə Azərbaycan üçün fərqli bir tarix yazıldığını deyib. O, Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin rəhbərliyi və qətiyyəti ilə Azərbaycan Silahlı Qüvvələrinin Ermənistanın təcavüzkar, işğalçı ordusunun hücumlarını dəf etmək məqsədi ilə əks hücuma keçərək 44 günlük Vətən müharibəsində dəmir yumruqla zəfərə doğru irəlilədiyini bildirib. “Tarix bir daha göstərdi ki, milli birlik olduqda, xalq yenilməzdir. Xalqın önündə, dövlətin başında onu öz arxasınca apara bilən güclü və qətiyyətli lider olanda dövlət, xalq, toplum nə qədər güclü olur. Ali Baş Komandan İlham Əliyev bütün cəbhələrdə baş komandan missiyasını böyük məharət və uğurla yerinə yetirdi”, - deyə Akademiya rəisi vurğulayıb.

Bu müharibənin Azərbaycan xalqının milli kimliyini təsdiq etmək üçün bir imtahan olduğunu deyən Qulu Novruzov Azərbaycan əsgərinin Vətən müharibəsində gəncliyin istinad edəcəyi minlərlə qəhrəmanlıq nümunələrini göstərdiyini deyib. Azərbaycanın azadlığı, ərazi bütövlüyünün təmin olunması, torpaqlarımızın geri qaytarılması uğrunda mübarizədə canını fəda etmiş hər bir qəhrəmanın əziz olduğunu deyən Qulu Novruzov Vətən müharibəsində gömrük xidməti əməkdaşlarının da iştirakını qeyd edib. O, hər bir gömrük xidməti əməkdaşı üçün Vətən müharibəsində şəhid olan Ülvi Hacıyevin bir qəhrəmanlıq simvolu olduğunu vurğulayıb. “Tarix boyu zaman-zaman Azərbaycan xalqı müxtəlif vaxtlarda bu imtahanları verib, belə sınaqlardan keçib. Bu imtahanları bizim adımızdan Azərbaycan ordusu, Azərbaycan əsgəri, ruhları qarşısında baş əydiyimiz şəhidlərimiz, Ülvi Hacıyevlər verdi” - deyə o, bildirib.

Vətən müharibəsində Gömrük Akademiyasının kollektivi, tələbələrinin də fəallığından söz açan Qulu Novruzov Akademiya əməkdaşı Ceyhun Sadıxovun könüllü olaraq müharibədə iştirak etdiyini qeyd edib. Akademiyanın hər bir tələbəsinin Azərbaycan dövləti və xalqının rifahı, inkişafı naminə öz töhfələrini verəcəklərinə əminliyini ifadə edib. O, gənclərin informasiya müharibəsində aktiv olduğunu deyərək, tələbələrin informasiya savaşı cəbhəsində, xüsusən sosial şəbəkələrdə fəal olduqlarını diqqətə çatdırıb. Azərbaycanın informasiya müharibəsində media nümayəndələrinin fəaliyyətini xüsusi qeyd edən Akademiya rəisi tədbirdə iştirak edən jurnalistlərin hər birinə təşəkkür edib. Qələmini silaha çevirən jurnalistlərin yeri gəldikdə, məhz silahla düşmənə qarşı vuruşduqlarını deyib.

Şəhid gömrükçü Ülvi Hacıyevin anası Həmidə Qurbanova onun uşaqlıq, məktəb və tələbəlik illərindən danışıb. Ülvinin könüllü olaraq cəbhəyə getdiyini bildirib. Ülvinin övlad, şagird, tələbə, vətəndaş kimi nümunəvi olduğunu qeyd edib. Ülvi Hacıyevin gömrük xidmətində fəaliyyətindən söz açaraq, onun gömrük əməkdaşı kimi hər zaman Vətənini hər şeydən üstün tutduğunu deyib, körpəlikdən Azərbaycan bayrağına olan sevgisindən söz açıb və Vətən uğrunda şəhid olduğunu deyib. Milli Qəhrəman Mübariz İbrahimovu özünə ideal sayan Ülvinin itkisinin bir ana kimi ona ağır olduğunu, bununla belə, övladı ilə fəxr etdiyini bildirib. Ülvi Hacıyevin Füzuli, Cəbrayıl, Xocavənd istiqamətində döyüşlərdə vuruşduğunu, torpaqlar işğaldan azad olunduqca Ülvinin sevincini, onun hər bir qarış torpağımızın azad olunmasından fərəhləndiyini xatırlayıb. Həmidə Qurbanova gənclərə Vətənə məhəbbət, böyüklərə hörmət kimi dəyərləri yaşatmağı tövsiyə edib.

I və II Qarabağ müharibəsinin iştirakçısı, Qarabağ qazisi, Prezident təqaüdçüsü Rey Kərimoğlu II Qarabağ müharibəsində Azərbaycan əsgərlərinin rəşadətindən söz açıb. Keçmiş döyüşçü olaraq əsgərlərin ruh yüksəkliyinin, döyüş hazırlığının artırılması istiqamətində öz döyüşçü yoldaşları ilə gənclərə dəstək verdiklərini deyib. Gənc əsgər və zabitlərin qəhrəmanlığı, mətinliyi və  vətənpərvərliyinə daha yaxından şahidlik etdiyini qeyd edib. Prezident İlham Əliyevin çıxışlarının hərbi hissələrdə heyətə xüsusi döyüş ruhu verdiyini vurğulayıb. Qələbə üçün vacib olan birlik və vəhdətin yarandığını diqqətə çatdırıb. 44 gün ərzində Prezident İlham Əliyevin öz çıxış və müsahibələri ilə həm də Azərbaycan mediasının informasiya blokadasını uğurla yardığını bildirib. Gənclərə sosial şəbəkələrdə daha da fəal olmağa, düşmənlə informasiya savaşında iştirak etməyə çağırıb.

II Qarabağ müharibəsinin iştirakçısı, “Azərbaycan” qəzetinin müxbiri Rəşad Baxşəliyev Vətən müharibəsinin iştirakçısı olduğu üçün qürur hissi keçirdiyini bildirib. Müharibədən öncə hərbi müxbir kimi fəaliyyət göstərən Rəşad Baxşəliyev öz təkidi ilə döyüşlərə yollanıb, müharibədə zabit kimi xidmət keçib. O, gənc nəslin vətənpərvərliyinin nəticəsi olaraq böyük Qələbəyə nail olduğumuzu qeyd edib. Cəbrayıl, Qubadlı istiqamətində gedən döyüşlərdə iştirak edən zabit-jurnalist Prezident İlham Əliyevin sərəncamı ilə “Qubadlının azad olunmasına görə” medalı ilə təltif olunub.

II Qarabağ müharibəsinin iştirakçısı, “İki sahil” qəzetinin baş redaktorunun müavini Anar Miriyev deyib ki, gənclər üzərinə düşən tarixi missiyanı yüksək səviyyədə yerinə yetirdilər. Gömrük Akademiyasının tələbələrinin timsalında gənclərin hər birinin vətənpərvər ruhda tərbiyəsinin əhəmiyyətini vurğulayıb. Müharibə dönəmində qələmi silaha çevirən media nümayəndələrinin informasiya müharibəsində düşməni susdurmalı olduqlarını, bu istiqamətdə gənclərin də üzərinə iş düşdüyünü deyib. 

II Qarabağ müharibəsinin iştirakçısı, Real TV telekanalının əməkdaşı İsmayıl Yaşaroğlu Azərbaycan əsgəri olaraq ön cəbhədə səngərdə vuruşmaq üçün müharibəyə könüllü yazıldığını bildirib. Azərbaycanın haqlı mövqeyinin ortaya qoyulmasının vacibliyini vurğulayan İsmayıl Yaşaroğlu Gəncə, Bərdə, Tərtər şəhərlərində Ermənistan tərəfindən törədilən terror aktları ilə Xocalı soyqırımı törədən ermənilərin öz xislətini bir daha göstərmiş olduqlarını xatırladıb. İnformasiya müharibəsində medianın, həmçinin gənc nəslin fəaliyyətinin zəruri olduğunu qeyd edib. 

Tədbirdə iştirak edən media nümayəndələri hər biri Akademiya rəhbərliyinə layihə çərçivəsində qazi jurnalistlərlə görüşlərin keçirilməsinə görə minnətdarlıq ifadə ediblər. Gənclərin vətənpərvərlik hisslərinin aşılanmasında belə layihələrin vacibliyi qeyd olunub.

Hazırladı: Namiq QULİYEV



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Banklarda 4.6 milyard manat pul yatıb qalıb, kredit bazarında böhrandır... Bu necə olub?...

Avropa Ermənistanı Rusiyanın əlindən alır - Kreml qəzəb püskürür...

İran Trampsayağı ad iddiasına başladı - "Xəzər" yox, "Kaspian"?..

SON XƏBƏRLƏR

12.11.2026 / 08:21
Ağ Ev Trampın nəhəng bal salonunun kölgəsində qaldı

12.11.2026 / 00:18
Azərbaycanda Konstitusiya Günü qeyd olunur

12.11.2026 / 00:12
Baş katib Ermənistanın KTMT-də tamhüquqlu iştirakının bərpası şərtini açıqladı - qərar onlardan asılıdır...

11.11.2026 / 23:28
Ermənistan prezidenti TRIPP layihəsi ilə bağlı qanunu imzaladı

11.11.2026 / 23:10
NATO-da casus həyəcanı - yüksək rütbəli ABŞ hərbçisinin Rusiya agenti olduğu ortaya çıxdı...

11.11.2026 / 23:02
"Tarixi Zəfər müstəqil Azərbaycanın gücünün təntənəsidir" - Vüqar Rəhimzadə

11.11.2026 / 22:53
Ukrayna Trampın Donbasın sərhədlərinin yenidən müəyyənləşdirilməsi təklifini rədd etdi...

11.11.2026 / 22:37
Rusiya Əbu-Dabidə NATO-nun 1997-ci il sərhədlərinə qayıtmasını tələb etdi...

11.11.2026 / 22:20
Fransanın müstəmləkələri də ayağa qalxacaq...

11.11.2026 / 22:05
Paşinyan Türkiyə ilə diplomatik əlaqələrə niyə çox can atır - təzə məsələ var...

11.11.2026 / 21:49
ABŞ Xəzər dənizini də İran ticarətinin üzünə bağlayir

11.11.2026 / 21:33
Azərbaycanın əleyhinə vərəqələr yayılır... Hədəfdə sülh sazişidir...

11.11.2026 / 21:18
Qarabağın landşaft memarlığı: Nəzəri əsaslar, bərpa strategiyaları və perspektiv təkliflər

11.11.2026 / 21:06
İrəvandakı Göy məscidə qarşı İran və erməni təxribatı - Dövlət Komitəsi sərt bəyanat yaydı...

11.11.2026 / 20:58
Heqsetin impiçmenti barədə şok iddia - Trampın məqsədi(?) nədir?...

11.11.2026 / 20:41
Erməni təcavüzünə dəstək verənlərin ən iyrənc əməlləri açılır...

11.11.2026 / 20:35
Leyla Əliyeva “Qlobal Sıfır Tullantı Alyansı – Dövlət və Hökumət Başçılarının Həyat Yoldaşlarının Yüksəksəviyyəli Toplantısı”nda iştirak edib - FOTO

11.11.2026 / 20:23
İranla müharibə bitmək üzrədir - İrandan Trampa təhqiramiz cavab...

11.11.2026 / 20:11
Leyla Əliyeva COP31 çərçivəsində Azərbaycan pavilyonunda olub

11.11.2026 / 20:05
Azərbaycan cüdoçusu Avropa çempionu oldu!

11.11.2026 / 20:05
“Ermənilər əmin idilər ki, Azərbaycana icazə verilməyəcək”...

11.11.2026 / 20:02
Lukaku Türkiyə millisinə qarşı oynamayacaq - AÇIQLAMA

11.11.2026 / 19:58
Paşinyan Konstitusya məsələsində açıqca manipulyasiya edir

11.11.2026 / 19:47
Düşməni Azərbaycana hücumdan çəkindirən ən güclü taktika budur...

11.11.2026 / 19:30
Milli ideaya konkret ifadə edildi - Zəfərin kökü bundadır...

11.11.2026 / 19:22
QMİ İrəvan Göy məscidindəki tədbiri vandalizm və təxribat adlandırdı

11.11.2026 / 19:16
KTMT Ermənistanla bağlı qərarını verdi – İrəvan səsvermə hüququndan məhrum edildi...

11.11.2026 / 19:03
Xəzər dənizində "Dəmir Qapı" təhlükəsi - hərbi əməliyyatlar dənizə köçürülür?

11.11.2026 / 18:25
Ramil Usubov MDB təhlükəsizlik şuraları katiblərinin Moskva görüşündə iştirak edib

11.11.2026 / 18:12
Prezident İlham Əliyevin sosial media hesablarında Mehriban Əliyeva ilə birgə COP31-in Liderlər Sammitində iştirakına dair paylaşım edilib - VİDEO

11.11.2026 / 18:08
Prezident İlham Əliyevin Türkiyəyə səfəri başa çatıb - FOTO

11.11.2026 / 17:40
Fermerlərə tam vergi güzəştinin 90 faizə endirilməsi aqrar sektorda yeni situasiya yaradır...

11.11.2026 / 16:55
Rusiya və Ukrayna Əbu-Dabidə genişmiqyaslı əsir mübadiləsi barədə razılığa gəldi...

11.11.2026 / 16:45
“KTMT Ermənistanın bu addımına reaksiya verəcək” - Peskov

11.11.2026 / 16:32
Elektrik sayğacları gec sıfırlanır: abonentlər zərərə düşəcəklərindən qorxur....

11.11.2026 / 16:27
Nisyə mal satanların işi çətinləşəcək... Yeni tələblər gəlir..

11.11.2026 / 16:08
Prezident İlham Əliyevlə Ərdoğan arasında səmimi dialoq - FOTO

11.11.2026 / 15:57
DYP adından saxta cərimə mesajları göndərilir - XƏBƏRDARLIQ

11.11.2026 / 15:43
Fərdi təsərrufatlarda yumurta və süd istehsalının statistikası aparılacaq - əhali narahatdır...

11.11.2026 / 15:22
BMT-də Azərbaycanın təşəbbüsü ilə “İtkin düşmüş şəxslər” qətnaməsi qəbul edildi

11.11.2026 / 15:12
Prezident İlham Əliyev və Birinci xanım Mehriban Əliyeva COP31-in Liderlər Sammitində iştirak ediblər - FOTO/YENİLƏNDİ

11.11.2026 / 15:08
Ərdoğan Azərbaycana təşəkkür etdi

11.11.2026 / 14:59
Şamaxıdan Azərbaycan gündəminə

11.11.2026 / 14:50
Əbu-Dabidə Rusiya, ABŞ və Ukrayna arasında üçtərəfli danışıqlar başa çatdı...

11.11.2026 / 14:37
Xocavənddə traktor minaya düşdü, bir nəfər xəsarət aldı

11.11.2026 / 14:30
Tramp "məhv etdik" dediyi məsələyə 20 milyon mükafat ayırdı - ziddiyyət...

11.11.2026 / 14:12
Trampın Azərbaycana səfir təyin etmək istədiyi diplomat kimdir?...

11.11.2026 / 13:53
Bolqarıstanda Lyayenə qarşı etiraz - Avrokomissiya rəhbərinin kortejinə yumurta atıldı

11.11.2026 / 13:37
Zəngəzur dəhlizi üzrə üçtərəfli Qrup yaradıldı...

11.11.2026 / 13:19
Dublində Baydenə hücum - keçmiş prezidentə süd paketləri atdılar...

11.11.2026 / 13:15
Əbu-Dabi görüşü Ukraynaya dair heç bir ciddi nəticə vermədi...

11.11.2026 / 13:10
Dağ kəndlərində qaz və işıq limitinin ləğv edilməsi təklif edildi...

11.11.2026 / 12:51
İrandan Azərbaycana 34 kq-dan çox narkotikin keçirilməsinin qarşısı alındı

11.11.2026 / 12:39
Minimum 21 günlük əmək məzuniyyətinin pulla əvəz edilməsi qadağan oluna bilər

11.11.2026 / 12:25
Prezident İlham Əliyev COP31-in Liderlər Sammitində iştirak etmək üçün Antalyadakı Ekspo Mərkəzinə gəlib - FOTO

11.11.2026 / 12:05
Sathesabı maaş ilk bu sahələrdə tətbiq edilə bilər...

11.11.2026 / 11:39
COP31 çərçivəsində Qarabağ Dirçəliş Fondundan mühüm təşəbbüs - mina terroruna qarşı...

11.11.2026 / 11:20
Prezident İlham Əliyev Bolqarıstan Prezidentinə başsağlığı verib

11.11.2026 / 11:20
Dünya liderləri iqlim diplomatiyası üçün Antalyada bir araya gəlir – COP31 Liderlər Zirvəsi başlayır

11.11.2026 / 10:38
DİN avtomobil idarə edərkən "TikTok"da canlı yayım açanlara xəbərdarlıq etdi

11.11.2026 / 10:29
ABŞ-ın Maliyyə maziri İran təhdidinə görə evindən hərbi bazaya köçdü...

11.11.2026 / 10:07
Ukrayna Rusiyanın Baltik dənizindəki ən böyük limanına hücum etdi...

11.11.2026 / 09:50
Azərbaycan nefti 99 dollara düşdü...

11.11.2026 / 09:37
Respublikaçılar Pentaqonun rəhbərini impiçment cəhdinin qarşısını aldı – ancaq Demokratlar dayanmayacaq...

11.11.2026 / 09:21
Evdə uşağı döyənlər 200 manat cərimələnəcək...

11.11.2026 / 08:52
Tramp demokratları Heqsetə qarşı impiçment cəhdlərinə son qoymağa çağırdı

10.11.2026 / 21:22
Ərəb millət vəkilləri İsrailin dövlət himni səsləndirilərkən Knesset zalını tərk etdilər - Mənsur Abbas xaric…

10.11.2026 / 21:02
Fransa supermarketlərində soyuducuları “qaynama dərəcəsinə” çatdıranların kimliyi bəlli oldu - iranlı haker qrupu…

10.11.2026 / 19:43
Fransada daha yaxşı təhsil şəraiti tələb edən şagirdlər məktəbləri mühasirəyə aldılar...

10.11.2026 / 19:27
Ermənistanın KTMT-də səsvermə hüququndan məhrum edilir - qərar sabah veriləcək...

10.11.2026 / 19:20
Prezident İlham Əliyevin Türkiyəyə səfəri başlayıb - FOTO

10.11.2026 / 19:05
Əbu-Dabidə Rusiya-ABŞ-Ukrayna danışıqlarının ilk günü başa çatdı - 4 saatdan çox davam edən görüşdə nələr müzakirə olundu...

10.11.2026 / 18:15
Bu şəxslər kredit götürənlərə zamin dura bilməyəcək - QƏRAR

10.11.2026 / 17:43
Rusiya Ukraynanın hücumlarına görə bütün strateji bombardmançılarını Uzaq Şərqə köçürdü...

10.11.2026 / 16:12
Azərbaycan, Türkiyə, Gürcüstan və Bolqarıstan təmiz enerji sahəsində strateji tərəfdaşlıq sazişi imzaladı

10.11.2026 / 15:10
Yerə zibil atanları 10 min manatadək cərimə gözləyir

10.11.2026 / 14:22
ABŞ daha bir Britaniya bazasından təyyarələrini geri çəkdi – İran təhlükəsi...

10.11.2026 / 14:08
Rusiya ilə Ukrayna arasında gizli razılaşma? - Ərazi mübadiləsi...

10.11.2026 / 13:44
Legioner elm: Azərbaycan elminin icarəyə verilmiş reytinqi - İlham Əhmədov yazır...

10.11.2026 / 13:07
İrəvandakı Azərbaycan məscidində erməni şairin büstü qoyulacaq - TƏXRİBAT

10.11.2026 / 12:40
Azərbaycan XİN Polşada baş verən silahlı hücumla bağlı başsağlığı verdi

İşğaldan azad rayonlarımızda insan faktoru həlledicidir - Məskunlaşmanın əsas istiqamətləri...

XƏBƏR ARXİVİ