Cümə axşamı günü, 12 noyabr 2026
     

“City net”in internet-TV xidmətlərinin keyfiyyətsizliyindən narazılıqlar artır - şirkətdə sosial məsuliyyətsizlik adiləşir...

Image


Özəl internet provayder şirkətləri müştəriyə daha keyfiyyətli xidmət göstərmək, müştəri ilə bağlanan müqavilədə qeyd edildiyi kimi, onu kəsintisiz internetlə təmin etmək öhdəliyi götürsələr də, təəssüf ki, əksər şirkət müştəri qarşısında götürdüyü öhdəliklərə əməl etmək istəmir.

Öz öhdəliklərini yerinə yetirməməklə müştəri hüquqlarını kobud şəkildə pozan şirkətlərdən biri də “City net” şirkətidir ki, istifadəçilər daim bu şirkətin xidmətindən narazılıq edirlər. Müştərilərə normal xidmət göstərə bilməyən “City net”dən şikayətlər günü-gündən daha geniş miqyas alır.

Yasamal rayonu, Şəfayət Mehdiyev ünvanında yaşayan sakinlər “City net”in əlindən dad edirlər. Bu barədə redaksiyamıza şikayət ünvanlayan müştərilər qeyd edirlər ki, şirkətə mütəmadi şikayətlər etsələr də, onlar problemi həll etmək, narazılıqlara son qoymaq əvəzinə, müştəriləri aldatmaqla məşğul olurlar.

İstehlakçı hüquqlarını kobud şəkildə pozan sözügedən şirkətin müştəriləri bildirirlər ki, şirkətə məxsus 5377777 telefon nömrəsinə zəng vurub narazılıqlarını, şikayətlərini bildirəndə hər dəfə “çox qısa vaxtda nasazlıq aradan qalxacaq” vədi ilə şirkət əməkdaşları tərəfindən aldadılırlar, lakin problem həllini tapmamış qalır. Bu şirkətdən aldıqları internetin keyfiyyətindən ciddi şəkildə narazı qalan müştərilər deyirlər ki, şirkət onların şikayətlərinə o qədər etinasız, laqeyd yanaşır, buna görə də texniki nasazlıq həftələrlə davam edir, şirkət isə heç bir əməli addım atmır.

Müştərilər qeyd edirlər ki, şirkətin xidməti bərbad vəziyyətdə olduğu üçün övladları onlayn dərslərdə normal iştirak edə bilmir, dərsdən geri qalırlar. Onlar deyirlər ki, “City net” şirkəti müştəriyə normal xidmət göstərə bimirsə, öz öhdəliyini yerinə yetirmək iqtidarında deyilsə, onda niyə yalanları ilə baş qatır, nə üçün müştərinin cibini talayır, müştəriyə kompensasiya ödəyib ondan üzr istəsin və şirkəti qapatsın getsin.   

Sakinlər bizimlə söhbətlərində bu şirkətin rəhbərinin hara, kimə arxayın olduğunu bilmədiklərini, ancaq müştərilərə qarşı açıq saymazlıq etdiyini bildirdilər. Sakinlər onu da qeyd etdilər ki, şirkət rəhbərliyi onu da unutmasın, ölkə başçısının təbirincə desək, bu ölkədə toxunulmaz, imtiyazlı şəxs yoxdur, ona görə də şirkət rəhbərliyi də toxunulmaz olduğunu düşünməsin.   

Sakinlərin sözlərinə görə, heç bir abunə borcları olmadığına baxmayaraq, aprelin 1-dən indiyədək TV yayımı tam bərbad vəziyyətdədir, bir neçə dəqiqədən bir ekran donur və dəqiqələrlə açılmır. Sakinlər deyirlər ki, artıq bir həftədir vəziyyət eyni qaydada davam edir, heç cür dəyişmir, daha doğrusu, şirkət tərəfindən dəyişdirilmir. Bir həftədir yenidən hər gün davamlı olaraq “City net” şirkətinə məxsus 5377777 nömrəli telefona zəng vururlar, şirkət əməkdaşları əks əlaqə saxlamaq bəhanəsilə onlardan mobil nömrə istəyir və “yaxın bur saata sizinlə əlaqə saxlanılacaq” deyirlər. Ancaq nə zəng vurulur, nə də əlaqə saxlanılır, bir sözlə, müştərilərin vurduğu heç bir zəngə reaksiya verilmir. Müştərilərin sözlərinə görə, şirkətin operatoruna sual verəndə ki, abunə haqqı bir dəqiqə gecikən kimi internet və TV-ni kəsirsinizmi? Cavab verir ki, bəli, kəsirik. “Biz də deyirik ki, onda şirkət keyfiyyətsiz internet xidmətinə, TV yayımına görə bizə kompensasiya ödəməli deyilmi? Bizə “haqlısınız, ancaq bunları şirkət rəhbəri bilir” cavabını verirlər. Belə təəssürat yaranır ki, bu şirkətin nə hüquqşünası var, nə də meneceri, nə də digər səlahiyyətliləri, sanki “City net” şirkətində kollektivlə rəhbərliyin arasında müharibə gedir və işçilərlə rəhbərlik arasında əlaqələr itib. Hər halda, belə olmasaydı, işçilər günlərlə davam edən texniki nasazlığı aradan qaldırmaq üçün səylər edər və narazılığa birdəfəlik son qoyardılar. Ancaq biz bunu görmürük”.

Abunəçilər “City net” şirkətinin çox monopolist şirkət kimi işlədiyini bildirirlər. Abunə haqqı ödənişindən bir dəqiqə ötən kimi internet və TV kəsilir. Müştərilər deyirlər ki, buna heç bir sözləri yoxdur, xidmət haqqı vaxtında ödənilməlidir, amma gərək şirkət də müştəri qarşısında götürdüyü öhdəliklərə ciddi əməl etsin. Müştərilərin sözlərinə görə, şirkətin qəbuledilməz və bağışlanmaz özbaşınalıqlarından biri odur ki, yay aylarında istirahət və ya digər məqsədlə harasa gedən, buna görə həftələrlə evdə olmayan müştəri evə qayıdanda internet və TV xəttini kəsilmiş görür və abunəçi xətti yenidən bərpa etdirmək istəyəndə ondan abunə haqqından əlavə pul ödənişi tələb edilir. Müştərini günahkar çıxarıb deyirlər ki, gərək vaxtında evdə olmadığınıza dair ofisə gəlib xəbər verəydiniz. Bütün hallarda müştərini borclu çıxarmaq, öz fəaliyyətsizliyini, doğru-düzgün xidmət göstərməməsinin məsuliyyətini vətəndaşın ayağına yazmaq istəyən şirkət, əməlli-başlı, müştərilərin əsəbləri ilə oynayır və monopolistcəsinə hegemonluq edir. Müştəridən istifadə olunmamış TV və internet xidmətinə görə haqq tələb edən ancaq “City net” kimi əhalinin cibinə girən şirkətlər ola bilər.

  • “City net”: “Müraciət qeydiyyata alınıb və tezliklə problem həll ediləcək”

Ofisin 5377777 nömrəli telefonuna zəng edib sakinlərə günlərlə davam edən keyfiyyətsiz TV internet xidmətinin səbəbini və insanlara qarşı saymazlığın nə ilə bağlı olduğunu soruşduq. Müştərilərə saymazcasına verilən “sizin müştəri kodunuz qeydə alındı, yaxın saatlarda düzələcək” cavabı bizə də verildi.

Abunəçinin kəsilən xəttinin yenidən bərpa edilməsi üçün şirkətin ondan əlavə pul tələb etməsinin səbəblərinə gəlincə, şirkətdən bildirdilər ki, müştəri üç ay ödəniş etmirsə, onun xətti kəsilir, xəttinin bərpası ilə bağlı özü gəlib ofisə müraciət edirsə, xətt pulsuz bərpa olunur, yox, şirkət əməkdaşı müştərinin mənzilinə gedirsə, müştəri tərəfindən ona 5 manat xidmət haqqı ödənilir.

Sakinlərin öz narazılıqlarını telefon vasitəsilə deyil, şirkətin Elmlər Akademiyasında yerləşən ofisinə gələrək, yazılı müraciətlə bildirməli olduğunu deyən əməkdaşların sözlərinə görə, bu halda problem kökündən araşdırıla bilər. Son bir həftə ərzində Ş.Mehdiyev ünvanında internet və TV yayımı ilə bağlı yaranan problemin səbəbinə izah verən şirkət əməkdaşlarının sözlərinə görə, bir neçə gündür ki, həmin ərazidə qəza baş verib və hazırda problemin aradan qaldırılması üzərində iş gedir. Bəzi müştərilərin internetinin və TV yayımının bərpa edildiyini, bəzilərinin isə bərpa ediləcəyini deyən əməkdaşlar qeyd etdilər ki, “müraciət qeydiyyata alınıb və tezliklə problem həll ediləcək”. 

Şirkətin rəhbəri ilə şəxsən danışmaq istədik. Bunu şirkət əməkdaşlarına bildirdikdə onlar bildirdilər ki, şirkət rəhbərinin telefonu ictimaiyyətə, müştəriyə qapalıdır, ona görə də onunla danışa bilmədik. Amma güman edirdik ki, dövlət başçısının iş adamlarının sosial məsuliyyəti və məmurların xalqa xidmət amalı barədə dedikləri hər kəsin, o cümlədən də “City net” rəhbərliyinin də diqqətində olmalıdır. Ancaq təəssüf ki, bizi şirkətin rəhbəri ilə danışdırmaqdan hər vəchlə yayındılar.

Ş.Mehdiyev sakinlərinin şikayətlərinə biganə qalan şirkət başqa müştərilərə də analoji münasibəti davam etdirir. Araşdırmamız zamanı məlum oldu ki, sosial şəbəkələrdə də “City net” şirkətinin xidmətindən və şirkətin müştərilərə yaratdığı problemin aradan qaldırılmasına cəhd göstərməməsindən ciddi şikayətlər, narazılıqlar var, müştərilər açıq şəkildə bildirirlər ki, şirkətin göstərdiyi internet və TV xidməti sıfırdır.   

“Facebook”da “Müştəriyəm şikayətim var” səhifəsində Asif İsmayılov adılı istifadəçi yazır: “Məndə KATV idi, 2 ay “City net”ə keçdim, sözün əsl mənasında, bərbad. Özləri verdikləri modem TP-link bir işə (müştəri burada daha kobud ifadə işlətmişdi) yaramırdı, özümdə “Xiaomi 3C” modemi var idi, onu qoşdum, gördüm ki, sürəti normal vermir, yenidən KATV-yə qayıtdım”.

Kamran İsmayilov adlı müştəri də həmin səhifədə “City net”ə “Limitsiz Active” plana görə ayda 39 AZN ödəyirəm. Ancaq internet üçün. Tarifə görə 80 mbs sürət verməlidir. Mən isə 40 mbsdən çox görmürəm. Zəng edəndə isə müxtəlif bəhanələr gətirirlər. Bu gedişlə 18 AZN-lik tariflərinə keçəcəyəm” - deyə yazır.

Elsad Babayev isə “City net”in o qədər zibili var ki, saymaqla bitmir, “Elnur Sh Speedtest” və ya “YouTube” internetin stabillik göstəricisi deyil. “City net” bir çox serverlərlə sürət limitini dəfələrlə aşağı salır. Çox bərbad bir texniki dəstəyi var” - deyə yazır.

Sevgi Huseynova adlı sosial şəbəkə istifadəçisi də sözügedən səhifəyə “City net”dən narazılığını bildirib: “City net” istifadəçisiyəm. Hazırda bir saat içində üç dəfə modemi söndürüb yandırdıq. Sürət bərbaddır. Texnik bildirdi ki, modemdəndir. Onu heç bir ay deyil yenisi ilə dəyişdik, yenə də bərbaddır. Bundan öncə “Aile net” idi. Düzdür, arada problem yaşayırdıq, amma stabil idi. Kaş provayderi deyişməzdik”.

Türkay Nilay adlı sosial şəbəkə istifadəçisi də “Müştəriyəm, şikayətim var” səhifəsinə yazır: “Axşamlar sürət 0 olur. Gündüzlər problem yasamırıq. Axsam wifi sürünür. Kecən dəfə post açdım, atdılar mənim üstümə ki, wifi-də problem var. Wifi tutması axşamlar tuturmuş, öyrənmiş oldum. “City net”in də vecinə olmadı. Ən qısa zamanda rədd edib KATV-yə  keçəcəm, 8 manatım da cibimdə qalacaq” - deyə yazır.

Anar Alıyev “…Məndə “City net”dir,  internet bərbaddır. 38 mn verirlər, dediklərinə görə, sürət 15 gücnən çatır”, Abdiyev Zaur “əsas pingdir, əvvəl “City net” idi, düz-əməlli oyun oynaya bilmirdim (kabellə qoşulsam da). “YouTube” axşamlar ölə-ölə açılırdı. Dəyişdim, canımı qurtardım”, Uğur Babayev “City net” axır vaxtlar pis isləyir, bizim binada” deyə “Müştəriyəm şikayətim var”da yazırlar.

Çox ehtimal ki, şirkət əməkdaşları və rəhbərliyi sosial şəbəkə üzərindən yayılan müştəri narazılığını da açıq-aşkar görürlər, lakin abunəçilərin haqlı iradlarına cavab verməməyə üstünlük verirlər, çünki müştəriyə verməyə cavabları yoxdur, fəaliyyətləri də, göstərdikləri xidmətin keyfiyyətsizliyi də, müştəriyə yalnız pul qoparmaq meyarı ilə yanaşdıqları da, onlara saymaz, etinasız yanaşmaları da göz qabağındadır.

  • Şəmsəddin Əliyev: “Müştərinin hüquqlarından biri odur ki, o, özünə dəyən ziyanla bağlı məhkəməyə müraciət etsin və keyfiyyətsiz xidmət göstərən şirkətə qarşı təzminat davası açsın”

“Polisə Dəstək” İctimai Birliyinin rəhbəri, tanınmış hüquqşünas Şəmsəddin Əliyev bizimlə söhbətində təəssüflə bildirdi ki, əksər halda bir sıra özəl şirkətlər “Siti net” kimi müştəri narazılığına biganə yanaşırlar. Ş.Əliyev qeyd etdi ki, narazılığın bu şəkildə yüksək olması onu göstərir ki, bu şirkət öz üzərinə düşən öhdəliklərə əməl etmək, müştəri müraciətlərinə əhəmiyyət vermək istəmir. Ş.Əliyev hesab edir ki, bütün hallarda, bu, müştəri hüquqlarının ciddi pozulmasıdır və müştərilər bununla bağlı ya fərdi, ya da kollektiv şəkildə müfaviq sənədləri toplayıb faktları məhkəməyə təqdim etməli, şirkət tərəfindən onlara vurulan maddi və mənəvi dəyərə görə təzminat tələb etməlidirlər. Ş.Əliyev qeyd etdi ki, istehlakçılar mütəxəssislərin iştirakı ilə faktları təsdiqləməli və şirkətə qarşı məhkəmə davası açmalıdırlar: “Açıq görünür ki, şirkət abunəçilərin hüquqlarını pozur, müştərilərin ödədiyi abunə haqqı müqabilində keyfiyyətli xidmət göstərə bilmir, onda şirkəti müvafiq qaydalar üzrə məhkəməyə verə və ondan təzminat tələb edə bilərlər”.

Müsahibimizin sözlərinə görə, son aylar təhsilin distant keçilməsi bəzi özəl provayder şirkətlərin xidmət səviyyəsini ifşa edib. “Bu bizim cəmiyyətin ağrılı problemlərindən biridir. Son zamanlar təhsil onlayn qaydaya keçdikdən sonra biz bunun şahidi olduq ki, internetin keyfiyyətsizliyi ucbatından nə qədər evdə uşaqlar dərslərə qoşula bilmirlər. Əhalini kəsintisiz, keyfiyyətli internetlə təmin etmək üçün öz üzərinə öhdəliklər götürən, müqavilə bağlayan özəl provayder şirkətləri öz öhdəliklərini yerinə yetirməlidirlər. Həmin özəl şirkətin müqaviləsində göstərilən və tərəflər üçün məqbul sayılan şərtlərə hər iki tərəf razılıq verib imza atırlarsa və şirkət tərəfindən öhdəliklərə əməl edilmirsə, müştəriyə keyfiyyətsiz xidmət göstərilirsə, müştəri o şirkətin xidmətindən imtina edə bilər, yaxud da onu məhkəməyə verə bilər. Müştərinin hüquqlarından biri odur ki, o, özünə dəyən ziyanla bağlı məhkəməyə müraciət etsin və keyfiyyətsiz xidmət göstərən şirkətə qarşı təzminat davası açsın, təzminatın ödədilməsinə nail olsun. Orada da məbləğin də həddi yoxdur, müştəri istədiyi məbləği təqdim edə bilər. Bu iddiaya məhkəmə baxır və qərar qəbul edir” - deyə Ş.Əliyev qeyd edir.    

Bütün şirkətlərin vətəndaş qarşısında sosial məsuliyyətini dərk etməli olduğunu deyən Ş.Əliyev hesab edir ki, çoxları bu məsuliyyəti dərk etmək istəmir. “Bəzi özəl şirkətlərin rəhbərləri özünün sosial məsuliyyətinə biganə yanaşır, onların borcu vətəndaşların yazılı, yaxud şifahi müraciətlərinə baxmaqdır. Vətəndaşların müraciətlərinə baxılmasına aid qanun var, bu o qanunun tələblərində göstərilir” - deyə Ş.Əliyev qeyd etdi.   

Mövzunu davam etdirəcəyik.

İradə SARIYEVA



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Banklarda 4.6 milyard manat pul yatıb qalıb, kredit bazarında böhrandır... Bu necə olub?...

Avropa Ermənistanı Rusiyanın əlindən alır - Kreml qəzəb püskürür...

İran Trampsayağı ad iddiasına başladı - "Xəzər" yox, "Kaspian"?..

SON XƏBƏRLƏR

12.11.2026 / 09:11
Trampın elçiləri Putinlə görüşmək üçün Rusiyaya səfər edib

12.11.2026 / 08:56
Birinci vitse-prezident Mehriban Əliyeva Konstitusiya Günü münasibətilə paylaşım edib

12.11.2026 / 08:40
İtaliya məktəblərində bomba həyəcanı - təhdid məktubları “Mixail Andropovdan” gəlir

12.11.2026 / 08:21
Ağ Ev Trampın nəhəng bal salonunun kölgəsində qaldı

12.11.2026 / 00:18
Azərbaycanda Konstitusiya Günü qeyd olunur

12.11.2026 / 00:12
Baş katib Ermənistanın KTMT-də tamhüquqlu iştirakının bərpası şərtini açıqladı - qərar onlardan asılıdır...

11.11.2026 / 23:28
Ermənistan prezidenti TRIPP layihəsi ilə bağlı qanunu imzaladı

11.11.2026 / 23:10
NATO-da casus həyəcanı - yüksək rütbəli ABŞ hərbçisinin Rusiya agenti olduğu ortaya çıxdı...

11.11.2026 / 23:02
"Tarixi Zəfər müstəqil Azərbaycanın gücünün təntənəsidir" - Vüqar Rəhimzadə

11.11.2026 / 22:53
Ukrayna Trampın Donbasın sərhədlərinin yenidən müəyyənləşdirilməsi təklifini rədd etdi...

11.11.2026 / 22:37
Rusiya Əbu-Dabidə NATO-nun 1997-ci il sərhədlərinə qayıtmasını tələb etdi...

11.11.2026 / 22:20
Fransanın müstəmləkələri də ayağa qalxacaq...

11.11.2026 / 22:05
Paşinyan Türkiyə ilə diplomatik əlaqələrə niyə çox can atır - təzə məsələ var...

11.11.2026 / 21:49
ABŞ Xəzər dənizini də İran ticarətinin üzünə bağlayir

11.11.2026 / 21:33
Azərbaycanın əleyhinə vərəqələr yayılır... Hədəfdə sülh sazişidir...

11.11.2026 / 21:18
Qarabağın landşaft memarlığı: Nəzəri əsaslar, bərpa strategiyaları və perspektiv təkliflər

11.11.2026 / 21:06
İrəvandakı Göy məscidə qarşı İran və erməni təxribatı - Dövlət Komitəsi sərt bəyanat yaydı...

11.11.2026 / 20:58
Heqsetin impiçmenti barədə şok iddia - Trampın məqsədi(?) nədir?...

11.11.2026 / 20:41
Erməni təcavüzünə dəstək verənlərin ən iyrənc əməlləri açılır...

11.11.2026 / 20:35
Leyla Əliyeva “Qlobal Sıfır Tullantı Alyansı – Dövlət və Hökumət Başçılarının Həyat Yoldaşlarının Yüksəksəviyyəli Toplantısı”nda iştirak edib - FOTO

11.11.2026 / 20:23
İranla müharibə bitmək üzrədir - İrandan Trampa təhqiramiz cavab...

11.11.2026 / 20:11
Leyla Əliyeva COP31 çərçivəsində Azərbaycan pavilyonunda olub

11.11.2026 / 20:05
Azərbaycan cüdoçusu Avropa çempionu oldu!

11.11.2026 / 20:05
“Ermənilər əmin idilər ki, Azərbaycana icazə verilməyəcək”...

11.11.2026 / 20:02
Lukaku Türkiyə millisinə qarşı oynamayacaq - AÇIQLAMA

11.11.2026 / 19:58
Paşinyan Konstitusya məsələsində açıqca manipulyasiya edir

11.11.2026 / 19:47
Düşməni Azərbaycana hücumdan çəkindirən ən güclü taktika budur...

11.11.2026 / 19:30
Milli ideaya konkret ifadə edildi - Zəfərin kökü bundadır...

11.11.2026 / 19:22
QMİ İrəvan Göy məscidindəki tədbiri vandalizm və təxribat adlandırdı

11.11.2026 / 19:16
KTMT Ermənistanla bağlı qərarını verdi – İrəvan səsvermə hüququndan məhrum edildi...

11.11.2026 / 19:03
Xəzər dənizində "Dəmir Qapı" təhlükəsi - hərbi əməliyyatlar dənizə köçürülür?

11.11.2026 / 18:25
Ramil Usubov MDB təhlükəsizlik şuraları katiblərinin Moskva görüşündə iştirak edib

11.11.2026 / 18:12
Prezident İlham Əliyevin sosial media hesablarında Mehriban Əliyeva ilə birgə COP31-in Liderlər Sammitində iştirakına dair paylaşım edilib - VİDEO

11.11.2026 / 18:08
Prezident İlham Əliyevin Türkiyəyə səfəri başa çatıb - FOTO

11.11.2026 / 17:40
Fermerlərə tam vergi güzəştinin 90 faizə endirilməsi aqrar sektorda yeni situasiya yaradır...

11.11.2026 / 16:55
Rusiya və Ukrayna Əbu-Dabidə genişmiqyaslı əsir mübadiləsi barədə razılığa gəldi...

11.11.2026 / 16:45
“KTMT Ermənistanın bu addımına reaksiya verəcək” - Peskov

11.11.2026 / 16:32
Elektrik sayğacları gec sıfırlanır: abonentlər zərərə düşəcəklərindən qorxur....

11.11.2026 / 16:27
Nisyə mal satanların işi çətinləşəcək... Yeni tələblər gəlir..

11.11.2026 / 16:08
Prezident İlham Əliyevlə Ərdoğan arasında səmimi dialoq - FOTO

11.11.2026 / 15:57
DYP adından saxta cərimə mesajları göndərilir - XƏBƏRDARLIQ

11.11.2026 / 15:43
Fərdi təsərrufatlarda yumurta və süd istehsalının statistikası aparılacaq - əhali narahatdır...

11.11.2026 / 15:22
BMT-də Azərbaycanın təşəbbüsü ilə “İtkin düşmüş şəxslər” qətnaməsi qəbul edildi

11.11.2026 / 15:12
Prezident İlham Əliyev və Birinci xanım Mehriban Əliyeva COP31-in Liderlər Sammitində iştirak ediblər - FOTO/YENİLƏNDİ

11.11.2026 / 15:08
Ərdoğan Azərbaycana təşəkkür etdi

11.11.2026 / 14:59
Şamaxıdan Azərbaycan gündəminə

11.11.2026 / 14:50
Əbu-Dabidə Rusiya, ABŞ və Ukrayna arasında üçtərəfli danışıqlar başa çatdı...

11.11.2026 / 14:37
Xocavənddə traktor minaya düşdü, bir nəfər xəsarət aldı

11.11.2026 / 14:30
Tramp "məhv etdik" dediyi məsələyə 20 milyon mükafat ayırdı - ziddiyyət...

11.11.2026 / 14:12
Trampın Azərbaycana səfir təyin etmək istədiyi diplomat kimdir?...

11.11.2026 / 13:53
Bolqarıstanda Lyayenə qarşı etiraz - Avrokomissiya rəhbərinin kortejinə yumurta atıldı

11.11.2026 / 13:37
Zəngəzur dəhlizi üzrə üçtərəfli Qrup yaradıldı...

11.11.2026 / 13:19
Dublində Baydenə hücum - keçmiş prezidentə süd paketləri atdılar...

11.11.2026 / 13:15
Əbu-Dabi görüşü Ukraynaya dair heç bir ciddi nəticə vermədi...

11.11.2026 / 13:10
Dağ kəndlərində qaz və işıq limitinin ləğv edilməsi təklif edildi...

11.11.2026 / 12:51
İrandan Azərbaycana 34 kq-dan çox narkotikin keçirilməsinin qarşısı alındı

11.11.2026 / 12:39
Minimum 21 günlük əmək məzuniyyətinin pulla əvəz edilməsi qadağan oluna bilər

11.11.2026 / 12:25
Prezident İlham Əliyev COP31-in Liderlər Sammitində iştirak etmək üçün Antalyadakı Ekspo Mərkəzinə gəlib - FOTO

11.11.2026 / 12:05
Sathesabı maaş ilk bu sahələrdə tətbiq edilə bilər...

11.11.2026 / 11:39
COP31 çərçivəsində Qarabağ Dirçəliş Fondundan mühüm təşəbbüs - mina terroruna qarşı...

11.11.2026 / 11:20
Prezident İlham Əliyev Bolqarıstan Prezidentinə başsağlığı verib

11.11.2026 / 11:20
Dünya liderləri iqlim diplomatiyası üçün Antalyada bir araya gəlir – COP31 Liderlər Zirvəsi başlayır

11.11.2026 / 10:38
DİN avtomobil idarə edərkən "TikTok"da canlı yayım açanlara xəbərdarlıq etdi

11.11.2026 / 10:29
ABŞ-ın Maliyyə maziri İran təhdidinə görə evindən hərbi bazaya köçdü...

11.11.2026 / 10:07
Ukrayna Rusiyanın Baltik dənizindəki ən böyük limanına hücum etdi...

11.11.2026 / 09:50
Azərbaycan nefti 99 dollara düşdü...

11.11.2026 / 09:37
Respublikaçılar Pentaqonun rəhbərini impiçment cəhdinin qarşısını aldı – ancaq Demokratlar dayanmayacaq...

11.11.2026 / 09:21
Evdə uşağı döyənlər 200 manat cərimələnəcək...

11.11.2026 / 08:52
Tramp demokratları Heqsetə qarşı impiçment cəhdlərinə son qoymağa çağırdı

10.11.2026 / 21:22
Ərəb millət vəkilləri İsrailin dövlət himni səsləndirilərkən Knesset zalını tərk etdilər - Mənsur Abbas xaric…

10.11.2026 / 21:02
Fransa supermarketlərində soyuducuları “qaynama dərəcəsinə” çatdıranların kimliyi bəlli oldu - iranlı haker qrupu…

10.11.2026 / 19:43
Fransada daha yaxşı təhsil şəraiti tələb edən şagirdlər məktəbləri mühasirəyə aldılar...

10.11.2026 / 19:27
Ermənistanın KTMT-də səsvermə hüququndan məhrum edilir - qərar sabah veriləcək...

10.11.2026 / 19:20
Prezident İlham Əliyevin Türkiyəyə səfəri başlayıb - FOTO

10.11.2026 / 19:05
Əbu-Dabidə Rusiya-ABŞ-Ukrayna danışıqlarının ilk günü başa çatdı - 4 saatdan çox davam edən görüşdə nələr müzakirə olundu...

10.11.2026 / 18:15
Bu şəxslər kredit götürənlərə zamin dura bilməyəcək - QƏRAR

10.11.2026 / 17:43
Rusiya Ukraynanın hücumlarına görə bütün strateji bombardmançılarını Uzaq Şərqə köçürdü...

10.11.2026 / 16:12
Azərbaycan, Türkiyə, Gürcüstan və Bolqarıstan təmiz enerji sahəsində strateji tərəfdaşlıq sazişi imzaladı

10.11.2026 / 15:10
Yerə zibil atanları 10 min manatadək cərimə gözləyir

10.11.2026 / 14:22
ABŞ daha bir Britaniya bazasından təyyarələrini geri çəkdi – İran təhlükəsi...

10.11.2026 / 14:08
Rusiya ilə Ukrayna arasında gizli razılaşma? - Ərazi mübadiləsi...

İşğaldan azad rayonlarımızda insan faktoru həlledicidir - Məskunlaşmanın əsas istiqamətləri...

XƏBƏR ARXİVİ