Cümə axşamı günü, 12 noyabr 2026
     

“AstraZeneca” vaksininin qan laxtalanmasına səbəb olduğunu İtaliya təsdiqlədi - bu vaksindən Azərbaycan da alıb axı...

Image


Bir müddət əvvəl “AstraZeneca” peyvəndinin qan laxtalanmasına səbəb olması ilə bağlı şayiələr dolaşırdı. Avropa Dərman Agentliyi “AstraZeneca” peyvəndi ilə qan laxtalanmasının əmələ gəlməsi arasındakı əlaqəni, nəhayət, təsdiqləyib. Lent.az xarici mediaya istinadla bildirir ki, bu barədə İtaliyanın ANSA nəşri xəbər verib.

Məlumata görə, bunu Avropa Birliyinin əsas əczaçılıq tənzimləyicisinin peyvənd şöbəsinin müdiri Marko Kavaleri deyib: “AstraZeneca” peyvəndi ilə qeyri-adi qan laxtalanması halları arasında nadir bir əlaqə olduğunu inkar etmək getdikcə daha çətindir”.

Onun sözlərinə görə, hazırda dərmanla tromboz arasındakı əlaqəni tapmaq mümkün olmayıb - tədqiqatçılar onu araşdırmağa davam edirlər. Bu səbəbdən  peyvəndin istifadəsi üçün yaş məhdudiyyətləri tövsiyə edilmir. Bildiyiniz kimi, qan laxtalanması əsasən 55 yaşınadək qadınlarda müşahidə edilib. “Fikrimcə, indi peyvəndlə əlaqənin açıq olduğunu söyləyə bilərik. Ancaq bu reaksiyanın səbəbi nədir, hələ də bilmirik” - tənzimləyicinin nümayəndəsi izah edib.

O, agentliyin yaxın zamanda “AstraZeneca” peyvəndi ilə tromboz arasındakı əlaqəni rəsmi olaraq elan edəcəyini söyləyib.

Buna baxmayaraq, Marko Kavaleriyə görə, bu dərmanı istifadə etməyin faydaları potensial risqlərdən çoxdur.

Avropa Dərman Agentliyinin “AstraZeneca” vaksini vurulan bəzi insanların qanında tromb yaranmasının vaksinlə əlaqəli olmasına dair açıqlamasına münasibət bildirən səhiyyə nazirinin müavini Viktor Qasımov mətbuata bildirib ki, Azərbaycanda yeni növ koronavirusa qarşı “AstraZeneca” şirkətinə məxsus vaksinin istifadəsinə hələlik başlanılmayıb.

Vətəndaşlara keyfiyyətli və təhlükəsiz vaksin vurulmasına çalışdıqlarını qeyd edən V.Qasımov bütün dünyada vaksinlərlə bağlı məsələnin Ümumdünya Səhiyyə Təşkilatı tərəfindən tənzimləndiyini söyləyib: “Heç kəs özbaşına qərar qəbul etmir”.

Mətbuatda qeyd edilənə görə, aprelin 4-də Azərbaycana Koreyadan “AstraZeneca” şirkətinə məxsus 84 000 doza COVID-19 vaksin dərman vasitəsi (“Vaxzevria”) gətirilib. Ümumilikdə, “AstraZeneca” şirkətinə məxsus 432 000 doza COVID-19 vaksin dərman vasitəsinin may ayının sonuna qədər Azərbaycana idxalı nəzərdə tutulub.

Avropa Dərman Agentliyi "AstraZeneca" şirkətinin yeni növ koronavirusa (COVID-19) qarşı vaksini ilə bağlı araşdırmanın nəticəsini açıqlayıb. Agentlik peyvənd vurulan şəxslərin qanında müşahidə olunan ciddi tromblaşmanın vaksinlə əlaqəli olduğu qənaətinə gəlib.

  • Adil Qeybulla: “...deyilənlərlə razılaşmıram”

Tanınmış tibb mütəxəssisi, professor Adil Qeybulla “Bakı-Xəbər”ə bildirdi ki, “AstraZeneca” peyvəndi haqda deyilənləri doğru hesab etmir və bu çox yüksək keyfiyyətə malik peyvənddir. A.Qeybullanın sözlərinə görə, vətəndaşlarımız bu vaksindən istifadə etməkdən çəkinməməlidirlər. “Bilirsiniz, “AstraZeneca” peyvəndini təkcə Azərbaycan almayıb və başqa ölkələr də alıblar. Eyni zamanda, İngiltərədə 20 milyona yaxın insan “AstraZeneca” ilə vaksinasiya olunub. Bu vaksin qanda tromblaşmaya səbəb olursa, bəs nə üçün orada bu hallar müşahidə olunmadı. Deyə bilmərəm, tək-tük epizodlar ola bilər. “AstraZeneca” çox yüksək keyfiyyətli vaksindir və hesab edirəm ki, bunun haqqında bu cür danışmaq düzgün deyil”.

A.Qeybullanın sözlərinə görə, ayrı-ayrı epizodlar olubsa, bunlar da araşdırılmalıdır, amma, bütövlükdə, bu vaksin haqda bu cür danışmaq doğru deyil: “Bununla bağlı yalnız müvafiq mərkəzlər, Ümumdünya Səhiyyə Təşkilatı bütün məlumatları ümumiləşdirərək qərar verə bilər. Təsəvvür edin ki, İngiltərə əhalisi bu vaksinlə vaksinasiya olunur. Bu vaksin Oksford universiteti kimi dünyanın ən nəhəng və nüfuzlu universitetlərindən birində icad olunub. Yəni bu vaksin necə keyfiyyətsiz ola bilər? “AstraZeneca” ilə bağlı deyilənlərlə razılaşmıram” - deyə A.Qeybulla bildirdi.

  • Pərvanə Vəliyeva: “Ümumdünya Səhiyyə Təşkilatı məlumat verdi ki, müşahidə edilən tromblaşma “AstraZeneca” vaksini ilə bağlı deyil”

“Sağlamlığa Xidmət” İctimai Birliyinin icraçı direktoru Pərvanə Vəliyevanın sözlərinə görə, hazırda 163 ölkədə vaksinasiya aparılır və 163 ölkədən 101-də “AstraZeneca” istifadə olunur: “Hazırda dünyada 163 ölkədə COVID-19 əleyhinə vaksinasiya aparılır. Onlardan 101-də “AstraZeneca”, 82-də “Pfizer/BioNTech”, 35-də “Moderna”,

20-də “Sputnik V”, 15-də “Sinovak” istifadə olunur.

Elə ölkələr var ki, ora bəzi vaksinləri vurduranlar buraxılmır. Məsələn, İngiltərəyə “Sinovak” vurduranda getmək olmur. Yəni həmin o vaksin qəbul olunmur, yalnız “AstraZeneca”, “Pfizer/BioNTech”, “Moderna” vurularsa, getmək olur. “AstraZeneca”nın tromb yaratması ilə bağlı məlumatdan sonra bəzi ölkələr onu dayandırıb. Amma Ümumdünya Səhiyyə Təşkilatı məlumat verdi ki, müşahidə edilən tromblaşma “AstraZeneca” vaksini ilə bağlı deyil. Həm də qanında tromblaşma çıxan insanların statistikasını da aparmışdı həmin şirkət, bu, hardasa, 0,2 nəfərdə görülmüş hallardır. Yəni bu, birbaşa vaksinlə əlaqəli deyildi deyə düşünülmür. Qeyd edildiyi kimi, bizim ölkədə də ondan hələ istifadə olunmur. Yəqin ki, onun tromblaşma yaratmasının elmi əsasları olarsa, Azərbaycanda da istifadə olunmaz. Amma hazırda 101 ölkədə “AstraZeneca” vurulur”.

P.Vəliyeva qeyd etdi ki, bu vaksin Şərqi Avropa, Mərkəzi Asiya ölkələrinə, Tacikistana, Ermənistana, Özbəkistana, Gürcüstana və başqa ölkələrə göndərilir: “Bizdə “Sinovak” olduğu təqdirdə onlarda başqa vaksin yoxdur, ancaq “AstraZeneca” istifadə edirlər. Mənim mövqeyim bu cürdür” - deyə ekspert qeyd etdi.

İradə SARIYEVA



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Banklarda 4.6 milyard manat pul yatıb qalıb, kredit bazarında böhrandır... Bu necə olub?...

Avropa Ermənistanı Rusiyanın əlindən alır - Kreml qəzəb püskürür...

İran Trampsayağı ad iddiasına başladı - "Xəzər" yox, "Kaspian"?..

SON XƏBƏRLƏR

12.11.2026 / 09:11
Trampın elçiləri Putinlə görüşmək üçün Rusiyaya səfər edib

12.11.2026 / 08:56
Birinci vitse-prezident Mehriban Əliyeva Konstitusiya Günü münasibətilə paylaşım edib

12.11.2026 / 08:40
İtaliya məktəblərində bomba həyəcanı - təhdid məktubları “Mixail Andropovdan” gəlir

12.11.2026 / 08:21
Ağ Ev Trampın nəhəng bal salonunun kölgəsində qaldı

12.11.2026 / 00:18
Azərbaycanda Konstitusiya Günü qeyd olunur

12.11.2026 / 00:12
Baş katib Ermənistanın KTMT-də tamhüquqlu iştirakının bərpası şərtini açıqladı - qərar onlardan asılıdır...

11.11.2026 / 23:28
Ermənistan prezidenti TRIPP layihəsi ilə bağlı qanunu imzaladı

11.11.2026 / 23:10
NATO-da casus həyəcanı - yüksək rütbəli ABŞ hərbçisinin Rusiya agenti olduğu ortaya çıxdı...

11.11.2026 / 23:02
"Tarixi Zəfər müstəqil Azərbaycanın gücünün təntənəsidir" - Vüqar Rəhimzadə

11.11.2026 / 22:53
Ukrayna Trampın Donbasın sərhədlərinin yenidən müəyyənləşdirilməsi təklifini rədd etdi...

11.11.2026 / 22:37
Rusiya Əbu-Dabidə NATO-nun 1997-ci il sərhədlərinə qayıtmasını tələb etdi...

11.11.2026 / 22:20
Fransanın müstəmləkələri də ayağa qalxacaq...

11.11.2026 / 22:05
Paşinyan Türkiyə ilə diplomatik əlaqələrə niyə çox can atır - təzə məsələ var...

11.11.2026 / 21:49
ABŞ Xəzər dənizini də İran ticarətinin üzünə bağlayir

11.11.2026 / 21:33
Azərbaycanın əleyhinə vərəqələr yayılır... Hədəfdə sülh sazişidir...

11.11.2026 / 21:18
Qarabağın landşaft memarlığı: Nəzəri əsaslar, bərpa strategiyaları və perspektiv təkliflər

11.11.2026 / 21:06
İrəvandakı Göy məscidə qarşı İran və erməni təxribatı - Dövlət Komitəsi sərt bəyanat yaydı...

11.11.2026 / 20:58
Heqsetin impiçmenti barədə şok iddia - Trampın məqsədi(?) nədir?...

11.11.2026 / 20:41
Erməni təcavüzünə dəstək verənlərin ən iyrənc əməlləri açılır...

11.11.2026 / 20:35
Leyla Əliyeva “Qlobal Sıfır Tullantı Alyansı – Dövlət və Hökumət Başçılarının Həyat Yoldaşlarının Yüksəksəviyyəli Toplantısı”nda iştirak edib - FOTO

11.11.2026 / 20:23
İranla müharibə bitmək üzrədir - İrandan Trampa təhqiramiz cavab...

11.11.2026 / 20:11
Leyla Əliyeva COP31 çərçivəsində Azərbaycan pavilyonunda olub

11.11.2026 / 20:05
Azərbaycan cüdoçusu Avropa çempionu oldu!

11.11.2026 / 20:05
“Ermənilər əmin idilər ki, Azərbaycana icazə verilməyəcək”...

11.11.2026 / 20:02
Lukaku Türkiyə millisinə qarşı oynamayacaq - AÇIQLAMA

11.11.2026 / 19:58
Paşinyan Konstitusya məsələsində açıqca manipulyasiya edir

11.11.2026 / 19:47
Düşməni Azərbaycana hücumdan çəkindirən ən güclü taktika budur...

11.11.2026 / 19:30
Milli ideaya konkret ifadə edildi - Zəfərin kökü bundadır...

11.11.2026 / 19:22
QMİ İrəvan Göy məscidindəki tədbiri vandalizm və təxribat adlandırdı

11.11.2026 / 19:16
KTMT Ermənistanla bağlı qərarını verdi – İrəvan səsvermə hüququndan məhrum edildi...

11.11.2026 / 19:03
Xəzər dənizində "Dəmir Qapı" təhlükəsi - hərbi əməliyyatlar dənizə köçürülür?

11.11.2026 / 18:25
Ramil Usubov MDB təhlükəsizlik şuraları katiblərinin Moskva görüşündə iştirak edib

11.11.2026 / 18:12
Prezident İlham Əliyevin sosial media hesablarında Mehriban Əliyeva ilə birgə COP31-in Liderlər Sammitində iştirakına dair paylaşım edilib - VİDEO

11.11.2026 / 18:08
Prezident İlham Əliyevin Türkiyəyə səfəri başa çatıb - FOTO

11.11.2026 / 17:40
Fermerlərə tam vergi güzəştinin 90 faizə endirilməsi aqrar sektorda yeni situasiya yaradır...

11.11.2026 / 16:55
Rusiya və Ukrayna Əbu-Dabidə genişmiqyaslı əsir mübadiləsi barədə razılığa gəldi...

11.11.2026 / 16:45
“KTMT Ermənistanın bu addımına reaksiya verəcək” - Peskov

11.11.2026 / 16:32
Elektrik sayğacları gec sıfırlanır: abonentlər zərərə düşəcəklərindən qorxur....

11.11.2026 / 16:27
Nisyə mal satanların işi çətinləşəcək... Yeni tələblər gəlir..

11.11.2026 / 16:08
Prezident İlham Əliyevlə Ərdoğan arasında səmimi dialoq - FOTO

11.11.2026 / 15:57
DYP adından saxta cərimə mesajları göndərilir - XƏBƏRDARLIQ

11.11.2026 / 15:43
Fərdi təsərrufatlarda yumurta və süd istehsalının statistikası aparılacaq - əhali narahatdır...

11.11.2026 / 15:22
BMT-də Azərbaycanın təşəbbüsü ilə “İtkin düşmüş şəxslər” qətnaməsi qəbul edildi

11.11.2026 / 15:12
Prezident İlham Əliyev və Birinci xanım Mehriban Əliyeva COP31-in Liderlər Sammitində iştirak ediblər - FOTO/YENİLƏNDİ

11.11.2026 / 15:08
Ərdoğan Azərbaycana təşəkkür etdi

11.11.2026 / 14:59
Şamaxıdan Azərbaycan gündəminə

11.11.2026 / 14:50
Əbu-Dabidə Rusiya, ABŞ və Ukrayna arasında üçtərəfli danışıqlar başa çatdı...

11.11.2026 / 14:37
Xocavənddə traktor minaya düşdü, bir nəfər xəsarət aldı

11.11.2026 / 14:30
Tramp "məhv etdik" dediyi məsələyə 20 milyon mükafat ayırdı - ziddiyyət...

11.11.2026 / 14:12
Trampın Azərbaycana səfir təyin etmək istədiyi diplomat kimdir?...

11.11.2026 / 13:53
Bolqarıstanda Lyayenə qarşı etiraz - Avrokomissiya rəhbərinin kortejinə yumurta atıldı

11.11.2026 / 13:37
Zəngəzur dəhlizi üzrə üçtərəfli Qrup yaradıldı...

11.11.2026 / 13:19
Dublində Baydenə hücum - keçmiş prezidentə süd paketləri atdılar...

11.11.2026 / 13:15
Əbu-Dabi görüşü Ukraynaya dair heç bir ciddi nəticə vermədi...

11.11.2026 / 13:10
Dağ kəndlərində qaz və işıq limitinin ləğv edilməsi təklif edildi...

11.11.2026 / 12:51
İrandan Azərbaycana 34 kq-dan çox narkotikin keçirilməsinin qarşısı alındı

11.11.2026 / 12:39
Minimum 21 günlük əmək məzuniyyətinin pulla əvəz edilməsi qadağan oluna bilər

11.11.2026 / 12:25
Prezident İlham Əliyev COP31-in Liderlər Sammitində iştirak etmək üçün Antalyadakı Ekspo Mərkəzinə gəlib - FOTO

11.11.2026 / 12:05
Sathesabı maaş ilk bu sahələrdə tətbiq edilə bilər...

11.11.2026 / 11:39
COP31 çərçivəsində Qarabağ Dirçəliş Fondundan mühüm təşəbbüs - mina terroruna qarşı...

11.11.2026 / 11:20
Prezident İlham Əliyev Bolqarıstan Prezidentinə başsağlığı verib

11.11.2026 / 11:20
Dünya liderləri iqlim diplomatiyası üçün Antalyada bir araya gəlir – COP31 Liderlər Zirvəsi başlayır

11.11.2026 / 10:38
DİN avtomobil idarə edərkən "TikTok"da canlı yayım açanlara xəbərdarlıq etdi

11.11.2026 / 10:29
ABŞ-ın Maliyyə maziri İran təhdidinə görə evindən hərbi bazaya köçdü...

11.11.2026 / 10:07
Ukrayna Rusiyanın Baltik dənizindəki ən böyük limanına hücum etdi...

11.11.2026 / 09:50
Azərbaycan nefti 99 dollara düşdü...

11.11.2026 / 09:37
Respublikaçılar Pentaqonun rəhbərini impiçment cəhdinin qarşısını aldı – ancaq Demokratlar dayanmayacaq...

11.11.2026 / 09:21
Evdə uşağı döyənlər 200 manat cərimələnəcək...

11.11.2026 / 08:52
Tramp demokratları Heqsetə qarşı impiçment cəhdlərinə son qoymağa çağırdı

10.11.2026 / 21:22
Ərəb millət vəkilləri İsrailin dövlət himni səsləndirilərkən Knesset zalını tərk etdilər - Mənsur Abbas xaric…

10.11.2026 / 21:02
Fransa supermarketlərində soyuducuları “qaynama dərəcəsinə” çatdıranların kimliyi bəlli oldu - iranlı haker qrupu…

10.11.2026 / 19:43
Fransada daha yaxşı təhsil şəraiti tələb edən şagirdlər məktəbləri mühasirəyə aldılar...

10.11.2026 / 19:27
Ermənistanın KTMT-də səsvermə hüququndan məhrum edilir - qərar sabah veriləcək...

10.11.2026 / 19:20
Prezident İlham Əliyevin Türkiyəyə səfəri başlayıb - FOTO

10.11.2026 / 19:05
Əbu-Dabidə Rusiya-ABŞ-Ukrayna danışıqlarının ilk günü başa çatdı - 4 saatdan çox davam edən görüşdə nələr müzakirə olundu...

10.11.2026 / 18:15
Bu şəxslər kredit götürənlərə zamin dura bilməyəcək - QƏRAR

10.11.2026 / 17:43
Rusiya Ukraynanın hücumlarına görə bütün strateji bombardmançılarını Uzaq Şərqə köçürdü...

10.11.2026 / 16:12
Azərbaycan, Türkiyə, Gürcüstan və Bolqarıstan təmiz enerji sahəsində strateji tərəfdaşlıq sazişi imzaladı

10.11.2026 / 15:10
Yerə zibil atanları 10 min manatadək cərimə gözləyir

10.11.2026 / 14:22
ABŞ daha bir Britaniya bazasından təyyarələrini geri çəkdi – İran təhlükəsi...

10.11.2026 / 14:08
Rusiya ilə Ukrayna arasında gizli razılaşma? - Ərazi mübadiləsi...

İşğaldan azad rayonlarımızda insan faktoru həlledicidir - Məskunlaşmanın əsas istiqamətləri...

XƏBƏR ARXİVİ