Cümə axşamı günü, 12 noyabr 2026
     

Rasim Quliyevin işində ittiham olunan şirkətin rəhbəri danışdı

Image


Baş Prokurorluq Bakı Şəhər İcra Hakimiyyətinin sabiq aparat rəhbəri Rasim Quliyevin həbsi ilə bağlı rəsmi açıqlamasında sözügedən şəxsin Nəsimi rayonu, Dilarə Əliyeva küçəsi 141 ünvanında yerləşən yaşayış binalarının, habelə yerli əhəmiyyətli mədəniyyət abidəsi kimi dövlət tərəfindən mühafizə olunan yaşayış evinin sökülməsi və yeni yaşayış binalarının tikintisinə dair “FF-2011” Mənzil Tikinti Kooperativinə qanunsuz icazə verdiyi qeyd olunub.

Həmin bəyanatda adı çəkilən şirkətin - “FF-2011” MTK-nın rəhbəri Tamilla İbrahimova ittihamlara cavab verib.

- Baş Prokurorluğun rəsmi açıqlamasında sizin şirkətin adı çəkilib. Bu ittihamlarla bağlı nə deyə bilərsiniz?

- Bununla bağlı onu deyə bilərəm ki, mənim bütün sənədlərim qanuni və düzgündür. Bir az ətraflı qeyd edim ki, Nəsimi rayonu, M.İbrahimov, D.Əliyeva, Ə.Topçubaşov və M.Əliyev küçələrinin kəsişməsində yerləşən ərazidə əsasən istismar vaxtı keçmiş və qəzalı vəziyyətdə olan mənzillərin sökülüb, yerlərində çoxmərtəbəli, müasir standartlara uyğun yaşayış binasının tikilməsi üçün mən Bakı şəhər İcra Hakimiyyətinə müraciət etmişdim. Onlar altı aydan sonra mənə bu yöndə fəaliyyət göstərməyim üçün sərəncam verdilər. Ondan sonra bütün sənədlərimi toplayıb, inşaat pasportu aldım. Eskiz və işçi lahiyələrim təsdiqləndi. Şəhərsalmadan keçdikdən sonra, 2016-cı ildə tikintiyə başlamaq üçün Bakı meriyasından xüsusi nişan aldıq. Tikinti ilə bağlı yeni dəyişikliklər olduğu üçün mən yenidən müraciət edərək, 2018-ci ildə öncədən istənilməyən “Tikintiyə icazə sərəncamı”nı da aldım. Biz tikintiyə başlayandan sonra Mədəniyyət Nazirliyindən ərazidə tarixi memarlıq abidəsinin olduğuna dair məktub gəldi və mən o məktub əsasında Bakı şəhər İcra Hakimiyyətinə müraciət etdim. Bizə şəxsən sabiq mer Hacıbala Abutalıbov tərəfindən bildirildi ki, o ərazidə yeganə tarixi bina keçmiş Basin küçəsindəydi və sürüşdürülüb, başqa heç bir tarixi dəyəri olan memarlıq abidəsi yoxdur. Eyni zamanda qeyd etməliyəm ki, Bakı şəhər icra hakimiyyətinin sabiq başçısı Hacıbala Abutalıbovun 13.01.2017-ci il tarixli, 7-94/17 saylı məktubunda açıq mətnlə bildirib ki, bütün söküntü işlərini meriya aparıb. Ərazidə yeni yol və park qurulduğu üçün Bakı şəhər İcra Hakimiyyəti söküntü işlərini nə bizə, nə də digər şirkətlərə həvalə etdi və bütün prossesi başdan sona qədər özü apardı. Yəni, bütün sənədlər də qaydasında olub, fəaliyyətimizi də buna uyğun qurmuşuq.

-  Bəs sənədləriniz qaydasındadırsa, fəaliyyətinizə necə əngəl olunur?

- Dövlət Şəhərsalma və Arxitektura Komitəsindən dedilər ki, sənin sənədinə Rasim Quliyev icazə verib, bu doğru deyil. Sual verdim ki, bura kim imza çəkməli idi? Dedilər ki, müavin imzalamalıdır. Onlara bildirdim ki, meriyada imzanı kimin atması Bakı şəhər İcra Hakimiyyətinin məsuliyyətində olan məsələdir və şirkətə aidiyyatı yoxdur. Bizim üçün önəmli olan möhürdür. Bütün sənədlərimizdə Bakı şəhər İcra Hakimiyyətinin möhürü var. Eyni zamanda bundan narahat olduğum üçün Hacıbala Abutalıbovun qəbuluna getdim. Şəxsən özünə sual verdim ki, Hacıbala müəllim, DŞAK mənə irad tutur ki, sənədə qolu müavin çəkməli idi, aparatın rəhbəri niyə qol çəkib? Hacıbala Abutalıbov izah elədi ki, Rauf Pənahov rəhmətə getdiyi  üçün müraciət etdim rəhbərliyə. Mənə göstəriş verildi ki, bu işi müvəqqəti kiməsə həvalə elə. Digər müavinim humanitar məsələlərə baxdığı üçün mən də bu işi müvəqqəti Rasim Quliyevə həvalə etdim. Bu barədə, müvafiq sərəncamım da var. Bundan sonra Hacıbala Abutalıbov mənə həmin sənədi təqdim etdi. Sənəddə yazılıb ki, Rauf Pənahovun vəfatı ilə əlaqədar başçının müavini səlahiyyətlərini Rasim Quliyevə həvalə edir və sərəncamın icrasına nəzarəti özündə saxlayır.

- Söküntü işini kim aparıb?

- Bir daha təkrar edirəm ki, söküntü işini Bakı şəhər icra hakimiyyəti yerinə yetirib. Park və yola zərər dəyməməsi üçün meriya bu məsuliyyəti öz üzərinə götürdü. DŞAK-da da Namiq Hümbətov var, birinci müavindir. Biz bir-birimizi on ildir ki, tanıyırıq və onun o prossesdən, hansı sənədlərin olub-olmamasından çox gözəl xəbəri var. O çox gözəl bilir ki, ora necə sökülürdü. Mənim sənədlərimin düzgün olduğunu da bilir. Tikinti işlərinin dayanmasından sonra yenə ona müraciət etdim. Məni get-gələ saldı və 2020-ci ilin sentyabrında ümumi razılığa gəlmək üçün mərtəbə sayının azaldılmasını təklif etdi və biz razılaşdıq. Yanvar ayında isə mənə həyat yoldaşım vasitəsi ilə xəbər göndərdi ki, biz tərəfdən alınmır, dərdini “yuxarı” ilə çözsün. Bizim işimizi dayandıran bu komitədir və “yuxarı” deyiləndə kimin nəzərdə tutulduğunu mən bilmirəm. Dəfələrlə Anar Quliyevin də qəbuluna düşmək istəsəm də, heç bir cəhdim alınmayıb. Mən Namiq Hümbətova öz vəziyyətimin çətinliyi, həmin ərazinin sakinlərinin bu səbəbdən yaşadığı problemləri bildirdikdə, açıq şəkildə dedi ki, “get hamıya de ki, Namiq Hümbətov tikintiyə icazə vermir”. Axı mən illərdi kirayədə yaşayan insanlara bunu necə deyim? 

- Yəni, siz bu məsələdə zərərçəkən olduğunuzu iddia edirsiz?

- 14 oktyabr 2018-ci ildə mən Dövlət Şəhərsalma və Arxitektura Komitəsində oldum və onların razılığı ilə yenidən işə başladım. İki mərtəbəsi zirzəmi olmaqla, səkkiz mərtəbənin sütunlarını qaldırdıq. 2019-cu ilin martında tikintini dayandırdılar. O zamandan da tikintiyə icazə verilmir. Zərər də mənə dəyir.  Çünki insanları ərazidən köçürmüşəm, banklardan kreditlər götürmüşəm, 4 ildir kirə pulu verdiyim adamlar var. Mən o insanlar üçün üzülürəm, xəcalət çəkirəm, ancaq əlimdən heç nə gəlmir. Bu gün bütün qurumlar yaxşı bilirlər ki, mənim bu məsələlərdə heç bir günahım yoxdur. 126 şirkətin adı Korrupsiyada ola-ola, sadəcə, mənim şirkətimin adı hallandırılır, mənin işgüzar nüfuzumla oynanılır. Bu barədə Birinci Vitse-prezidentimiz Mehriban xanım Əliyevaya müraciət etmişik.



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Banklarda 4.6 milyard manat pul yatıb qalıb, kredit bazarında böhrandır... Bu necə olub?...

Avropa Ermənistanı Rusiyanın əlindən alır - Kreml qəzəb püskürür...

İran Trampsayağı ad iddiasına başladı - "Xəzər" yox, "Kaspian"?..

SON XƏBƏRLƏR

12.11.2026 / 09:27
Vens İran rəsmisi ilə üzbəüz danışıqlar aparmağa hazırlaşır...

12.11.2026 / 09:11
Trampın elçiləri Putinlə görüşmək üçün Rusiyaya səfər edib

12.11.2026 / 08:56
Birinci vitse-prezident Mehriban Əliyeva Konstitusiya Günü münasibətilə paylaşım edib

12.11.2026 / 08:40
İtaliya məktəblərində bomba həyəcanı - təhdid məktubları “Mixail Andropovdan” gəlir

12.11.2026 / 08:21
Ağ Ev Trampın nəhəng bal salonunun kölgəsində qaldı

12.11.2026 / 00:18
Azərbaycanda Konstitusiya Günü qeyd olunur

12.11.2026 / 00:12
Baş katib Ermənistanın KTMT-də tamhüquqlu iştirakının bərpası şərtini açıqladı - qərar onlardan asılıdır...

11.11.2026 / 23:28
Ermənistan prezidenti TRIPP layihəsi ilə bağlı qanunu imzaladı

11.11.2026 / 23:10
NATO-da casus həyəcanı - yüksək rütbəli ABŞ hərbçisinin Rusiya agenti olduğu ortaya çıxdı...

11.11.2026 / 23:02
"Tarixi Zəfər müstəqil Azərbaycanın gücünün təntənəsidir" - Vüqar Rəhimzadə

11.11.2026 / 22:53
Ukrayna Trampın Donbasın sərhədlərinin yenidən müəyyənləşdirilməsi təklifini rədd etdi...

11.11.2026 / 22:37
Rusiya Əbu-Dabidə NATO-nun 1997-ci il sərhədlərinə qayıtmasını tələb etdi...

11.11.2026 / 22:20
Fransanın müstəmləkələri də ayağa qalxacaq...

11.11.2026 / 22:05
Paşinyan Türkiyə ilə diplomatik əlaqələrə niyə çox can atır - təzə məsələ var...

11.11.2026 / 21:49
ABŞ Xəzər dənizini də İran ticarətinin üzünə bağlayir

11.11.2026 / 21:33
Azərbaycanın əleyhinə vərəqələr yayılır... Hədəfdə sülh sazişidir...

11.11.2026 / 21:18
Qarabağın landşaft memarlığı: Nəzəri əsaslar, bərpa strategiyaları və perspektiv təkliflər

11.11.2026 / 21:06
İrəvandakı Göy məscidə qarşı İran və erməni təxribatı - Dövlət Komitəsi sərt bəyanat yaydı...

11.11.2026 / 20:58
Heqsetin impiçmenti barədə şok iddia - Trampın məqsədi(?) nədir?...

11.11.2026 / 20:41
Erməni təcavüzünə dəstək verənlərin ən iyrənc əməlləri açılır...

11.11.2026 / 20:35
Leyla Əliyeva “Qlobal Sıfır Tullantı Alyansı – Dövlət və Hökumət Başçılarının Həyat Yoldaşlarının Yüksəksəviyyəli Toplantısı”nda iştirak edib - FOTO

11.11.2026 / 20:23
İranla müharibə bitmək üzrədir - İrandan Trampa təhqiramiz cavab...

11.11.2026 / 20:11
Leyla Əliyeva COP31 çərçivəsində Azərbaycan pavilyonunda olub

11.11.2026 / 20:05
Azərbaycan cüdoçusu Avropa çempionu oldu!

11.11.2026 / 20:05
“Ermənilər əmin idilər ki, Azərbaycana icazə verilməyəcək”...

11.11.2026 / 20:02
Lukaku Türkiyə millisinə qarşı oynamayacaq - AÇIQLAMA

11.11.2026 / 19:58
Paşinyan Konstitusya məsələsində açıqca manipulyasiya edir

11.11.2026 / 19:47
Düşməni Azərbaycana hücumdan çəkindirən ən güclü taktika budur...

11.11.2026 / 19:30
Milli ideaya konkret ifadə edildi - Zəfərin kökü bundadır...

11.11.2026 / 19:22
QMİ İrəvan Göy məscidindəki tədbiri vandalizm və təxribat adlandırdı

11.11.2026 / 19:16
KTMT Ermənistanla bağlı qərarını verdi – İrəvan səsvermə hüququndan məhrum edildi...

11.11.2026 / 19:03
Xəzər dənizində "Dəmir Qapı" təhlükəsi - hərbi əməliyyatlar dənizə köçürülür?

11.11.2026 / 18:25
Ramil Usubov MDB təhlükəsizlik şuraları katiblərinin Moskva görüşündə iştirak edib

11.11.2026 / 18:12
Prezident İlham Əliyevin sosial media hesablarında Mehriban Əliyeva ilə birgə COP31-in Liderlər Sammitində iştirakına dair paylaşım edilib - VİDEO

11.11.2026 / 18:08
Prezident İlham Əliyevin Türkiyəyə səfəri başa çatıb - FOTO

11.11.2026 / 17:40
Fermerlərə tam vergi güzəştinin 90 faizə endirilməsi aqrar sektorda yeni situasiya yaradır...

11.11.2026 / 16:55
Rusiya və Ukrayna Əbu-Dabidə genişmiqyaslı əsir mübadiləsi barədə razılığa gəldi...

11.11.2026 / 16:45
“KTMT Ermənistanın bu addımına reaksiya verəcək” - Peskov

11.11.2026 / 16:32
Elektrik sayğacları gec sıfırlanır: abonentlər zərərə düşəcəklərindən qorxur....

11.11.2026 / 16:27
Nisyə mal satanların işi çətinləşəcək... Yeni tələblər gəlir..

11.11.2026 / 16:08
Prezident İlham Əliyevlə Ərdoğan arasında səmimi dialoq - FOTO

11.11.2026 / 15:57
DYP adından saxta cərimə mesajları göndərilir - XƏBƏRDARLIQ

11.11.2026 / 15:43
Fərdi təsərrufatlarda yumurta və süd istehsalının statistikası aparılacaq - əhali narahatdır...

11.11.2026 / 15:22
BMT-də Azərbaycanın təşəbbüsü ilə “İtkin düşmüş şəxslər” qətnaməsi qəbul edildi

11.11.2026 / 15:12
Prezident İlham Əliyev və Birinci xanım Mehriban Əliyeva COP31-in Liderlər Sammitində iştirak ediblər - FOTO/YENİLƏNDİ

11.11.2026 / 15:08
Ərdoğan Azərbaycana təşəkkür etdi

11.11.2026 / 14:59
Şamaxıdan Azərbaycan gündəminə

11.11.2026 / 14:50
Əbu-Dabidə Rusiya, ABŞ və Ukrayna arasında üçtərəfli danışıqlar başa çatdı...

11.11.2026 / 14:37
Xocavənddə traktor minaya düşdü, bir nəfər xəsarət aldı

11.11.2026 / 14:30
Tramp "məhv etdik" dediyi məsələyə 20 milyon mükafat ayırdı - ziddiyyət...

11.11.2026 / 14:12
Trampın Azərbaycana səfir təyin etmək istədiyi diplomat kimdir?...

11.11.2026 / 13:53
Bolqarıstanda Lyayenə qarşı etiraz - Avrokomissiya rəhbərinin kortejinə yumurta atıldı

11.11.2026 / 13:37
Zəngəzur dəhlizi üzrə üçtərəfli Qrup yaradıldı...

11.11.2026 / 13:19
Dublində Baydenə hücum - keçmiş prezidentə süd paketləri atdılar...

11.11.2026 / 13:15
Əbu-Dabi görüşü Ukraynaya dair heç bir ciddi nəticə vermədi...

11.11.2026 / 13:10
Dağ kəndlərində qaz və işıq limitinin ləğv edilməsi təklif edildi...

11.11.2026 / 12:51
İrandan Azərbaycana 34 kq-dan çox narkotikin keçirilməsinin qarşısı alındı

11.11.2026 / 12:39
Minimum 21 günlük əmək məzuniyyətinin pulla əvəz edilməsi qadağan oluna bilər

11.11.2026 / 12:25
Prezident İlham Əliyev COP31-in Liderlər Sammitində iştirak etmək üçün Antalyadakı Ekspo Mərkəzinə gəlib - FOTO

11.11.2026 / 12:05
Sathesabı maaş ilk bu sahələrdə tətbiq edilə bilər...

11.11.2026 / 11:39
COP31 çərçivəsində Qarabağ Dirçəliş Fondundan mühüm təşəbbüs - mina terroruna qarşı...

11.11.2026 / 11:20
Prezident İlham Əliyev Bolqarıstan Prezidentinə başsağlığı verib

11.11.2026 / 11:20
Dünya liderləri iqlim diplomatiyası üçün Antalyada bir araya gəlir – COP31 Liderlər Zirvəsi başlayır

11.11.2026 / 10:38
DİN avtomobil idarə edərkən "TikTok"da canlı yayım açanlara xəbərdarlıq etdi

11.11.2026 / 10:29
ABŞ-ın Maliyyə maziri İran təhdidinə görə evindən hərbi bazaya köçdü...

11.11.2026 / 10:07
Ukrayna Rusiyanın Baltik dənizindəki ən böyük limanına hücum etdi...

11.11.2026 / 09:50
Azərbaycan nefti 99 dollara düşdü...

11.11.2026 / 09:37
Respublikaçılar Pentaqonun rəhbərini impiçment cəhdinin qarşısını aldı – ancaq Demokratlar dayanmayacaq...

11.11.2026 / 09:21
Evdə uşağı döyənlər 200 manat cərimələnəcək...

11.11.2026 / 08:52
Tramp demokratları Heqsetə qarşı impiçment cəhdlərinə son qoymağa çağırdı

10.11.2026 / 21:22
Ərəb millət vəkilləri İsrailin dövlət himni səsləndirilərkən Knesset zalını tərk etdilər - Mənsur Abbas xaric…

10.11.2026 / 21:02
Fransa supermarketlərində soyuducuları “qaynama dərəcəsinə” çatdıranların kimliyi bəlli oldu - iranlı haker qrupu…

10.11.2026 / 19:43
Fransada daha yaxşı təhsil şəraiti tələb edən şagirdlər məktəbləri mühasirəyə aldılar...

10.11.2026 / 19:27
Ermənistanın KTMT-də səsvermə hüququndan məhrum edilir - qərar sabah veriləcək...

10.11.2026 / 19:20
Prezident İlham Əliyevin Türkiyəyə səfəri başlayıb - FOTO

10.11.2026 / 19:05
Əbu-Dabidə Rusiya-ABŞ-Ukrayna danışıqlarının ilk günü başa çatdı - 4 saatdan çox davam edən görüşdə nələr müzakirə olundu...

10.11.2026 / 18:15
Bu şəxslər kredit götürənlərə zamin dura bilməyəcək - QƏRAR

10.11.2026 / 17:43
Rusiya Ukraynanın hücumlarına görə bütün strateji bombardmançılarını Uzaq Şərqə köçürdü...

10.11.2026 / 16:12
Azərbaycan, Türkiyə, Gürcüstan və Bolqarıstan təmiz enerji sahəsində strateji tərəfdaşlıq sazişi imzaladı

10.11.2026 / 15:10
Yerə zibil atanları 10 min manatadək cərimə gözləyir

10.11.2026 / 14:22
ABŞ daha bir Britaniya bazasından təyyarələrini geri çəkdi – İran təhlükəsi...

İşğaldan azad rayonlarımızda insan faktoru həlledicidir - Məskunlaşmanın əsas istiqamətləri...

XƏBƏR ARXİVİ