Cümə axşamı günü, 12 noyabr 2026
     

Lələ Təpə fatehi – Rasim Məmmədov...

Image


Elə bil bu dünya sənsizliyə qərq olub. Hər yerdən sənsizlik boylanır. Hər kəsin gözlərindən sənsizlik tökülür. Artıq 5 il ötməsinə baxmayaraq, bu sənsizlik ilk günkü kimidir. Ürək sənsizliyin ilk toxunuşunda necə titrəmişdisə hələ də eyni titrəyir. Hələ bəzi xəyallar ki var, bax ən çox onlar düçar olub sənsizliyə. Səni sənsiz yaşadan xəyallar. Sanki bir nəfəs kimi yaxın olduğun xəyalların qanadları bir anda qırılır və bir daş məzara çırpılır. O an bütün cahanı sən adlı sənsizlik bürüyür, Rasim...

Əslində sən doğulduğun gün - 1977-ci ilin 20 mayında vətənə pənah olmuşdun. O zaman heç kim bunun fərqində olmasa da, qısa müddət sonra əqidənlə sən bunu aşkara çıxardın. Fərqliliyinlə fərqləndin. Bir az da ailənin qəhrəmanlarına bənzəyirdin. Axı böyüdüyün ailə qəhrəmanlar ailəsi idi. Atanın, əminin ürəyindəki vətən eşqi ürəyinə, gözlərindəki intiqam qığılcımı isə gözlərinə sıçramışdı. 1983-1994-cü illərdə Cəhri kənd orta məktəbində oxuyan şagirdlər arasında vətənin işıqlı sabahı olacağın heç kimə sirr deyildi. Çünki sən bir qəhrəman oğlu idin. O qəhrəmanın isə düşməndən alınacaq qisası var idi. Bir də düşmən tapdağında olan torpaqlar. Bir qazi oğlu vətən torpaqlarının düşmən tapdağında olmağına razı olarmı? Xeyr!

Sən sonunu bildiyin yolu getməkdə qərarlı idin. Çünki o yolun yolçusu olan atan Əbdül Məmmədov gözlərinin önündə idi. Yaxşı bilirdin ki, vətən yolu gedənlərin son dayanacağı ya şəhadətdir, ya da şəhadətin bir addımlığından dönülən qazilik. Bu gerçəyi bilərəkdən 1996-cı ildə Bakı Ali Birləşmiş Komandirlər Məktəbinə addım atdın.2000-ci ildə həmin məktəbi tank qoşunları komandiri ixtisası üzrə bitirdikdən sonra Müdafiə Nazirliyinin əmri ilə hərbi xidmətini N saylı hərbi hissədə davam etdirdin. Sən artıq bir Leytenant Rasim Məmmədov idin. Ancaq hələ gedəcək yolun uzun idi. 2000-ci ildən 2001-ci ilə qədər N saylı hərbi hissədə "təlim taborunun tuşlayıcı tağımının komandiri, 2001-ci ildən 2002-ci ilə qədər isə həmin hərbi hissədə "təlim döyüş tankları" taqımının komandiri vəzifələrində çalışdın. 2002-ci ildə Müdafiə naziri Səfər Əbiyevin əmri ilə baş leytenant rütbəsi aldın. Həmin ildən 2005-ci ilə qədər N saylı hərbi hissədə "tank" taqımının komandiri vəzifəsində çalışdın. Baş leytenant rütbəsi aldıqdan 3 il sonra, 2005-ci ildə kapitan rütbəsi aldın və N saylı hərbi hissədə Mexanikləşdirilmiş bölük komandiri vəzifəsində çalışdın. Ötən zamanla bərabər bir hərbçi kimi püxtələşdin. Körpəlikdən könül verdiyin vətəninə sevərək xidmət etməyin çətinliyi gözlərinə görünmürdü. Axı sevənlər sevdiyi uğrunda ölümə belə gedərlər. 2007-ci ildən 2010-cu ilə qədər Motoatıcı Taborun Qərargah rəisinin Maddi Texniki Təminat üzrə köməkçisi, 2010-cu ildən 2011-ci ilə qədər isə həmin Motoatıcı Taborun rəisi vəzifəsində çalışdın. Daha sonra bir müddət digər hərbi hissənin Motoatıcı Taborun Qərargah rəisi kimi xidmət etdin. 2011-ci ildə Müdafiə Naziri Səfər Əbiyevin əmri ilə mayor rütbəsinə yüksəldin. Ancaq yüksələcəyin ən böyük rütbə hələ qabaqda idi. 2011-ci ildən 2012-ci ilə qədər N sayılı hərbi hissədə Motoatıcı Taborun komandirinin müavini, 2012-ci ildən 2014-cü ilə qədər isə həmin hərbi hissədə Motoatıcı Taborun komandiri vəzifəsində çalışdıqdan sonra, 2014-cü ildən 2015-ci ilə qədər həmin hərbi hissənin 2-ci Motoatıcı Taborun komandiri kimi xidmət etdin.18 aprel 2015-ci ildən, şəhid olduğun günə qədər isə N saylı hərbi hissədə Motoatıcı Taborun komandiri vəzifəsində çalışdın.

Ömrünün hər anından vətən boyda ümid boylanırdı vətənə. İki əlli tutduğun vətənin yolunda irəlilədikcə sevdiklərindən uzağa düşürdün. Addım-addım uzaqlaşırdın. Məsafələr dərinləşir, kəskinləşirdi. Bəzən həsrətin sevənlərinin ürəyinə toxunurdu. Ancaq bir gəlişinlə qışdan sonra gələn bahar kimi çöhrələrə gülüş bəxş edərdin, yazda qoxan torpaq kimi qoxardın vətən oğlu. Nazilə ana səndən övlad qoxusu duyardı, Qazi Əbdülsə həsrət qaldığı torpaqların qoxusun. Bir gün o həsrətli torpaqların, Qarabağın torpağını gətirəcəyin arzusu ilə yaşayırdı səni sevənlər. Elə də oldu. Bir zaman sən torpaq qoxurdun, indi isə torpaq sən qoxur. Qoxunu duydum şəhid. Lələ təpə torpağına hopan qanının qoxusunu...

Əbəs yerə Lələ Təpə fatehi deyilmir sənə. Sən o torpağı fəth edən qəhrəman kimi tarixin yaddaşına həkk olunmusan, Rasim Məmmədov. 

2016-cı ilin aprel ayında tarixin toz tutan səhifələrini igidlər qanla yudular. Vətən yollarına şəhidlər qan, şəhid anaları göz yaşı çilədi. O yolların bir çox yolçuları dönüşlərində azad olan torpaqlarda ucalan bayraqların əksi düşən tabutlarda döndülər. Sənin kimi...

Dönüşün duruşun kimi əsalətindən xəbər verirdi. Zarafat deyil illərdən sonra düşmən tapdağından torpaq azad etmək. Azadlığa gedən yoldan bəhs olunan "Aprel zəfəri" adlı qəhrəmanlıq dastanının ilk səhifəsini qanı ilə yazan şəhidlərdən biri kimi tarixdə qaldın. Sən qalib kimi döndün. Şanına yaraşdı ucaltdığın bayraq. İllərdi addım ata bilməyən atan bayraqlı tabutunun önündə məğrur durdu. İllər öncə Sədərəkdə məğrur duruşu ilə göz oxşayan hərbçi indi şəhid atası kimi məğrur duruşu ilə göz oxşadı. Ürəyindən qopan o teli bəlli etmədi kimsəyə. Əslində həmin gün ruhu yaşamdan ayrıldı cismi günlər sonra yaşamdan ayrılan şəhid atasının.

Qardaşların Aslan, Şahin və Etibar şəhadətinin alovu ilə yanan ürəklərinə əmanətlərinin göz yaşlarını çilədilər. Bu həsrətin küləyi nə qədər sərt əssə də qardaşlar bir-birinə tutunub ayaqda qalmağı bacardılar. Axı onlar şəhid qardaşlarıdır.O adı qürurla daşıdılar. 

Həmin gün qanınla boyanan şanlı bayraq övladlarının göz yaşları ilə islandı. Onlar atasızlıq adında sonu görünməyən bir yola ilk addım atdılar. Ürəyi sevginlə döyünən yarın həmin gün sənsizliyə düçar oldu. 

Aprelin 4-dən 5-nə keçən gecə sanki Naxçıvanın gözlərinin yuxusu ərşə çəkilmişdi. Bütün naxçıvanlılar qəhrəmanının gələn yollarına düzülmüşdü. Hər kəs qalibiyyətin dərilən çiçəyinə gözlərindən səhər jaləsi pay verməyə çalışırdı. Vətəndaşlar son dəfə sevgi seli ilə şəhidini son mənzilə yola saldılar. Əslində isə 5 aprel günü sənin cismin torpağa tapşırılsa da, adın ürəklərdə əbədi yazıldı. 

Həsrətinə atan kimi dözməyib cənnətinə tələsənlər də oldu, bu dünyada sənsizliyə qərq olanlar da...

Vətənə elə layiqli xidmət etdin ki, ilk öncə əsgərlərin, zabitlərin, rəğbətini qazandın. Daha sonra xidmətin ölkə başçısı İlham Əliyevin sərəncamı ilə "Azərbaycan Respublikası Silahlı Qüvvələrinin 95 İlliyi" yubiley medalı, "Azərbaycan Respublikası Silahlı Qüvvələrinin 90 illiyi (1918-2008)" yubiley medalı, "Qüsursuz xidmətə görə" 3-cü dərəcəli medalı, "Azərbaycan Respublikası Silahlı Qüvvələrinin 10 illiyi (1991-2001)" yubiley medallarına layiq görüldün. Şəhadətə ucaldığın gün ən ali mükafatı qazandın və şəhadətindən sonra "Qüsursuz xidmətə görə " 2-ci dərəcəli medalı və "Vətən uğrunda" medalına layiq görüldün.

Şəhadət ən böyük arzun olsa da, Qarabağı tam azad etdikdən sonra şəhadətə ucalmaq arzusunda idin. Ancaq sən Qarabağa gedən yoldakı ən aşılmaz səddi aşdın və şəhid oldun. Sayəndə 5 il öncə Lələ Təpə yüksəkliyinə sancılan bayraq hər əsintisində Azərbaycan ordusunda qalibiyyət əzmini daha da artırdı. Həmin o əzmin gücündən 2020-ci ildə zəfər doğdu. Azərbaycan Ordusu sənin və sənin kimi minlərlə oğulların intiqamını alıb, Qarabağın vətən həsrətli ürəyində bayraq ucaltdı.

ŞƏHİD RASİM

Sənin məzarından vətənin əksi, 

Görünür hər Günəş qürub edəndə. 

Gecənin sükutu susub dinləyir, 

Susmuş rəsimlərin dilə gələndə. 

 

Bu susmuş daş məzar dil açıb deyir, 

Vətənin qanayan yaralarından. 

Sanki anaları xəbərdar edir, 

Yaralı can verən balalarından. 

 

Neçə əsgərinin son nəfəsində, 

Sonuncu kəlməsin duymusan şəhid?! 

Sən də son nəfəsi verdiyin zaman, 

O son nəfəsinə kim oldu şahid? 

 

Sən Lələtəpəyə sancdığın bayraq, 

Zəfər sədasıyla hey dalğalanır. 

Bu günkü zəfərin qalib ordusu, 

Bütün şəhidləri rəhmətlə anır. 

 

İlk zəfər sevincin siz yaşatdınız, 

Dərdi tükənməyən uca millətə. 

Rasim, öz ömrünü sən bəxş elədin, 

Qəlbi dağlı olan bu məmləkətə. 

Manya SƏXAVƏTQIZI 



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Banklarda 4.6 milyard manat pul yatıb qalıb, kredit bazarında böhrandır... Bu necə olub?...

Avropa Ermənistanı Rusiyanın əlindən alır - Kreml qəzəb püskürür...

İran Trampsayağı ad iddiasına başladı - "Xəzər" yox, "Kaspian"?..

SON XƏBƏRLƏR

12.11.2026 / 10:20
Azərbaycan neftinin qiyməti 100 dolları ötdü...

12.11.2026 / 10:12
Paşinyan Antalyada banan "oğurlayıb" Dublinə apardı - VİDEO

12.11.2026 / 10:04
Orbanın qardaşı viza alveri işi üzrə həbs edildi

12.11.2026 / 09:27
Vens İran rəsmisi ilə üzbəüz danışıqlar aparmağa hazırlaşır...

12.11.2026 / 09:11
Trampın elçiləri Putinlə görüşmək üçün Rusiyaya səfər edib

12.11.2026 / 08:56
Birinci vitse-prezident Mehriban Əliyeva Konstitusiya Günü münasibətilə paylaşım edib

12.11.2026 / 08:40
İtaliya məktəblərində bomba həyəcanı - təhdid məktubları “Mixail Andropovdan” gəlir

12.11.2026 / 08:21
Ağ Ev Trampın nəhəng bal salonunun kölgəsində qaldı

12.11.2026 / 00:18
Azərbaycanda Konstitusiya Günü qeyd olunur

12.11.2026 / 00:12
Baş katib Ermənistanın KTMT-də tamhüquqlu iştirakının bərpası şərtini açıqladı - qərar onlardan asılıdır...

11.11.2026 / 23:28
Ermənistan prezidenti TRIPP layihəsi ilə bağlı qanunu imzaladı

11.11.2026 / 23:10
NATO-da casus həyəcanı - yüksək rütbəli ABŞ hərbçisinin Rusiya agenti olduğu ortaya çıxdı...

11.11.2026 / 23:02
"Tarixi Zəfər müstəqil Azərbaycanın gücünün təntənəsidir" - Vüqar Rəhimzadə

11.11.2026 / 22:53
Ukrayna Trampın Donbasın sərhədlərinin yenidən müəyyənləşdirilməsi təklifini rədd etdi...

11.11.2026 / 22:37
Rusiya Əbu-Dabidə NATO-nun 1997-ci il sərhədlərinə qayıtmasını tələb etdi...

11.11.2026 / 22:20
Fransanın müstəmləkələri də ayağa qalxacaq...

11.11.2026 / 22:05
Paşinyan Türkiyə ilə diplomatik əlaqələrə niyə çox can atır - təzə məsələ var...

11.11.2026 / 21:49
ABŞ Xəzər dənizini də İran ticarətinin üzünə bağlayir

11.11.2026 / 21:33
Azərbaycanın əleyhinə vərəqələr yayılır... Hədəfdə sülh sazişidir...

11.11.2026 / 21:18
Qarabağın landşaft memarlığı: Nəzəri əsaslar, bərpa strategiyaları və perspektiv təkliflər

11.11.2026 / 21:06
İrəvandakı Göy məscidə qarşı İran və erməni təxribatı - Dövlət Komitəsi sərt bəyanat yaydı...

11.11.2026 / 20:58
Heqsetin impiçmenti barədə şok iddia - Trampın məqsədi(?) nədir?...

11.11.2026 / 20:41
Erməni təcavüzünə dəstək verənlərin ən iyrənc əməlləri açılır...

11.11.2026 / 20:35
Leyla Əliyeva “Qlobal Sıfır Tullantı Alyansı – Dövlət və Hökumət Başçılarının Həyat Yoldaşlarının Yüksəksəviyyəli Toplantısı”nda iştirak edib - FOTO

11.11.2026 / 20:23
İranla müharibə bitmək üzrədir - İrandan Trampa təhqiramiz cavab...

11.11.2026 / 20:11
Leyla Əliyeva COP31 çərçivəsində Azərbaycan pavilyonunda olub

11.11.2026 / 20:05
Azərbaycan cüdoçusu Avropa çempionu oldu!

11.11.2026 / 20:05
“Ermənilər əmin idilər ki, Azərbaycana icazə verilməyəcək”...

11.11.2026 / 20:02
Lukaku Türkiyə millisinə qarşı oynamayacaq - AÇIQLAMA

11.11.2026 / 19:58
Paşinyan Konstitusya məsələsində açıqca manipulyasiya edir

11.11.2026 / 19:47
Düşməni Azərbaycana hücumdan çəkindirən ən güclü taktika budur...

11.11.2026 / 19:30
Milli ideaya konkret ifadə edildi - Zəfərin kökü bundadır...

11.11.2026 / 19:22
QMİ İrəvan Göy məscidindəki tədbiri vandalizm və təxribat adlandırdı

11.11.2026 / 19:16
KTMT Ermənistanla bağlı qərarını verdi – İrəvan səsvermə hüququndan məhrum edildi...

11.11.2026 / 19:03
Xəzər dənizində "Dəmir Qapı" təhlükəsi - hərbi əməliyyatlar dənizə köçürülür?

11.11.2026 / 18:25
Ramil Usubov MDB təhlükəsizlik şuraları katiblərinin Moskva görüşündə iştirak edib

11.11.2026 / 18:12
Prezident İlham Əliyevin sosial media hesablarında Mehriban Əliyeva ilə birgə COP31-in Liderlər Sammitində iştirakına dair paylaşım edilib - VİDEO

11.11.2026 / 18:08
Prezident İlham Əliyevin Türkiyəyə səfəri başa çatıb - FOTO

11.11.2026 / 17:40
Fermerlərə tam vergi güzəştinin 90 faizə endirilməsi aqrar sektorda yeni situasiya yaradır...

11.11.2026 / 16:55
Rusiya və Ukrayna Əbu-Dabidə genişmiqyaslı əsir mübadiləsi barədə razılığa gəldi...

11.11.2026 / 16:45
“KTMT Ermənistanın bu addımına reaksiya verəcək” - Peskov

11.11.2026 / 16:32
Elektrik sayğacları gec sıfırlanır: abonentlər zərərə düşəcəklərindən qorxur....

11.11.2026 / 16:27
Nisyə mal satanların işi çətinləşəcək... Yeni tələblər gəlir..

11.11.2026 / 16:08
Prezident İlham Əliyevlə Ərdoğan arasında səmimi dialoq - FOTO

11.11.2026 / 15:57
DYP adından saxta cərimə mesajları göndərilir - XƏBƏRDARLIQ

11.11.2026 / 15:43
Fərdi təsərrufatlarda yumurta və süd istehsalının statistikası aparılacaq - əhali narahatdır...

11.11.2026 / 15:22
BMT-də Azərbaycanın təşəbbüsü ilə “İtkin düşmüş şəxslər” qətnaməsi qəbul edildi

11.11.2026 / 15:12
Prezident İlham Əliyev və Birinci xanım Mehriban Əliyeva COP31-in Liderlər Sammitində iştirak ediblər - FOTO/YENİLƏNDİ

11.11.2026 / 15:08
Ərdoğan Azərbaycana təşəkkür etdi

11.11.2026 / 14:59
Şamaxıdan Azərbaycan gündəminə

11.11.2026 / 14:50
Əbu-Dabidə Rusiya, ABŞ və Ukrayna arasında üçtərəfli danışıqlar başa çatdı...

11.11.2026 / 14:37
Xocavənddə traktor minaya düşdü, bir nəfər xəsarət aldı

11.11.2026 / 14:30
Tramp "məhv etdik" dediyi məsələyə 20 milyon mükafat ayırdı - ziddiyyət...

11.11.2026 / 14:12
Trampın Azərbaycana səfir təyin etmək istədiyi diplomat kimdir?...

11.11.2026 / 13:53
Bolqarıstanda Lyayenə qarşı etiraz - Avrokomissiya rəhbərinin kortejinə yumurta atıldı

11.11.2026 / 13:37
Zəngəzur dəhlizi üzrə üçtərəfli Qrup yaradıldı...

11.11.2026 / 13:19
Dublində Baydenə hücum - keçmiş prezidentə süd paketləri atdılar...

11.11.2026 / 13:15
Əbu-Dabi görüşü Ukraynaya dair heç bir ciddi nəticə vermədi...

11.11.2026 / 13:10
Dağ kəndlərində qaz və işıq limitinin ləğv edilməsi təklif edildi...

11.11.2026 / 12:51
İrandan Azərbaycana 34 kq-dan çox narkotikin keçirilməsinin qarşısı alındı

11.11.2026 / 12:39
Minimum 21 günlük əmək məzuniyyətinin pulla əvəz edilməsi qadağan oluna bilər

11.11.2026 / 12:25
Prezident İlham Əliyev COP31-in Liderlər Sammitində iştirak etmək üçün Antalyadakı Ekspo Mərkəzinə gəlib - FOTO

11.11.2026 / 12:05
Sathesabı maaş ilk bu sahələrdə tətbiq edilə bilər...

11.11.2026 / 11:39
COP31 çərçivəsində Qarabağ Dirçəliş Fondundan mühüm təşəbbüs - mina terroruna qarşı...

11.11.2026 / 11:20
Prezident İlham Əliyev Bolqarıstan Prezidentinə başsağlığı verib

11.11.2026 / 11:20
Dünya liderləri iqlim diplomatiyası üçün Antalyada bir araya gəlir – COP31 Liderlər Zirvəsi başlayır

11.11.2026 / 10:38
DİN avtomobil idarə edərkən "TikTok"da canlı yayım açanlara xəbərdarlıq etdi

11.11.2026 / 10:29
ABŞ-ın Maliyyə maziri İran təhdidinə görə evindən hərbi bazaya köçdü...

11.11.2026 / 10:07
Ukrayna Rusiyanın Baltik dənizindəki ən böyük limanına hücum etdi...

11.11.2026 / 09:50
Azərbaycan nefti 99 dollara düşdü...

11.11.2026 / 09:37
Respublikaçılar Pentaqonun rəhbərini impiçment cəhdinin qarşısını aldı – ancaq Demokratlar dayanmayacaq...

11.11.2026 / 09:21
Evdə uşağı döyənlər 200 manat cərimələnəcək...

11.11.2026 / 08:52
Tramp demokratları Heqsetə qarşı impiçment cəhdlərinə son qoymağa çağırdı

10.11.2026 / 21:22
Ərəb millət vəkilləri İsrailin dövlət himni səsləndirilərkən Knesset zalını tərk etdilər - Mənsur Abbas xaric…

10.11.2026 / 21:02
Fransa supermarketlərində soyuducuları “qaynama dərəcəsinə” çatdıranların kimliyi bəlli oldu - iranlı haker qrupu…

10.11.2026 / 19:43
Fransada daha yaxşı təhsil şəraiti tələb edən şagirdlər məktəbləri mühasirəyə aldılar...

10.11.2026 / 19:27
Ermənistanın KTMT-də səsvermə hüququndan məhrum edilir - qərar sabah veriləcək...

10.11.2026 / 19:20
Prezident İlham Əliyevin Türkiyəyə səfəri başlayıb - FOTO

10.11.2026 / 19:05
Əbu-Dabidə Rusiya-ABŞ-Ukrayna danışıqlarının ilk günü başa çatdı - 4 saatdan çox davam edən görüşdə nələr müzakirə olundu...

10.11.2026 / 18:15
Bu şəxslər kredit götürənlərə zamin dura bilməyəcək - QƏRAR

10.11.2026 / 17:43
Rusiya Ukraynanın hücumlarına görə bütün strateji bombardmançılarını Uzaq Şərqə köçürdü...

İşğaldan azad rayonlarımızda insan faktoru həlledicidir - Məskunlaşmanın əsas istiqamətləri...

XƏBƏR ARXİVİ