çərşənbə axşamı günü, 22 sentyabr 2026
     

Ekspertlər müştərilərlə bağlı belə halların tək "Şəki Qala" restoranında olmadığını deyir - "Şəki Qala"nın öz fikri…

Image


Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov Bakıda fəaliyyət göstərən “Şəki Qala” restoranının 8 Mart Beynəlxalq Qadınlar Günü qadın müştərilərini aldatdığı iddiası ilə çıxış edib. 

Qurum sədrinin ictimailəşdirdiyi məktuba imza atan Bakı şəhər sakinləri İsmayıllı Aygün Nizami qızı, Əsgərzadə Aygül Müşfiq qızı və Əsgərova Şərqiyyə Azər qızı bildirirlər ki, 6 mart 2021-ci il tarixdə Bakı şəhəri, Nərimanov rayonu, Əhməd Rəcəbli küçəsi 38 ünvanında yerləşən “Şəki Qala” restoranı ilə əlaqə saxlayaraq, 8 mart Beynəlxalq Qadınlar Bayramı münasibətilə tədbir nəzərdə tutulması ilə maraqlanıblar: “Bizə bildirildi ki, 8 Mart bayramı münasibətilə həmin gün restoranda öncədən hazırlanmış menyu əsasında 1 nəfərə 100 manat olmaqla tədbir keçirilir. Restorandan bizə o da bildirildi ki, 3 nəfər və 10 yaşlı uşaq, cəmi 4 nəfər ödənişli xidmət əsasında, digər 6 və 3 yaşlı 2 uşaq isə ödənişsiz olaraq tədbirdə iştirak edə bilər. Restorandan əlavə olaraq bildirildi ki, menyuda olan təamlar masaya fasiləsiz olaraq istənilən miqdarda veriləcək. Həmçinin restorandan ödənişin cəmi məbləği olan 400 manatın öncədən ödənilməli olması bizə deyildi. Yuxarıda qeyd edilənlərə əsasən 06 mart 2021-ci il tarixdə 400 manat pulu restorana nağd ödədik. Bu zaman heç bir maliyyə sənədi, kassa qəbzi təqdim olunmadı!

08 mart 2021-ci ildə axşam saatlarında restoranda olarkən restoran yetkililəri bizə azyaşlı 2 uşağa görə ( 3 yaş və 6 yaş) menyuda nəzərdə tutulan təamlardan verilməyəcəyini bildirdilər. Restoran əməkdaşları bunu 2 uşağa görə 200 manat pulu ödəməməyimizlə əsaslandırdılar. Biz onlara restoran rəhbərliyinin azyaşlıların biletə düşmədikləri, yəni onların valideynləri ilə birlikdə menyuya uyğun təmin edəcəkləri barədə qarşımızda 6.03 tarixdə öhdəlik götürüldüyünü bildirsək də, restoran adminstratoru azyaşlılara görə pul ödənilməli olduğunu bildirdi və məclisin sonuna qədər azyaşlılara hər hansı bir qida, su, şirə və sair təamların verilməsindən imtina etdi. Məcburiyyət qarşısında qalaraq bizə verilən yeməkləri və digər məmulatları uşaqlarımıza verdik. Təəccüblüdür, 3 yaşlı uşaq və ya hər hansı bir böyük yaşlı adam axşam saatlarında 100 AZN dəyərində yemək yeyə bilərmi!?

Bundan başqa, razılaşma mərhələsində restoran mülkiyyətçisi menyuda qeyd olunan qida məmulatlarının masaya fasiləsiz olaraq veriləcəyi barədə öhdəlik götürsə də, faktiki olaraq menyuda nəzərdə tutulan qida məmulatlarından hər kəsə yalnız 1 ədəd verilib. Eyni zamanda, yeməklər və salatlar masaya yalnız bir qabda, həmçinin normadan olduqca az həddə, yəni kiçik ölçülü qablarda verilib. Ümumilikdə bizim üçün açılmış süfrənin dəyəri 60-70AZN olardı. Yaranmış problemlər barədə restoranda işləyən Rəfail adlı şəxsə məlumat verilsə də, həm şəxs də restoran yetkililərinin qanunsuz əməllərinə son qoyulmasına çalışmadı.

İşin faktiki hallarından göründüyü kimi, “Şəki Qala” restoranın mülkiyyətçisi (administratoru) bizə 4 nəfər 10 yaşdan yuxarı, 2 nəfər 7 yaşdan aşağı cəmi 6 nəfərə 400 manat müqabilində menyuda nəzərdə tutulan yeməklərdən fasiləsiz veriləcəyini yalandan vəd verməklə bizi aldatmış, belə yalan vəd verməklə məhz həmin restoranı seçməyimizi təmin edərək, 2 gün əvvəldən ödənişi alaraq tədbir günü 2 nəfər 7 yaşdan aşağı uşağa qida verməkdən imtina etmiş, digərlərinə hər kəsə 1 ədəd olmaqla yemək vermiş, yeməklər və digər qida məmulatları həcmcə normadan az olmuş, istehlakçı hüquqları pozulmuş, hüquqlarımızın pozulmasının aradan qaldırılmasına dair tələblərimizə əhəmiyyətsiz yanaşılmışdır.  Restoran rəhbərliyinin məsuliyyətsiz və dələduzluq elementləri ilə zəngin olan əməlləri nəticəsində aldadılmış və mənəvi sarsıntı keçirmişik. Orda, həmçinin, sosial məsafənin qorunmasına qətiyyən əməl edilmirdi! Restoran mülkiyyətçisi 400 manat ödəniş edilərkən bizə kassa mədaxil qəbzinin təqdim edilməsini təmin etməyib. Eyni zamanda, tələb etməyimizə baxmayaraq, masaya təqdim edilən qida məmulatlarının qiymət preyskurantı bizə təqdim edilməyib. Bizə məlum deyil ki, 400 manat ödəniş qarşılığında hansı yeməklər və sair qida məmulatları hansı qiymətə təqdim edilib. Göründüyü kimi, restoran rəhbərliyi tərəfindən həmçinin vergi qanunvericiliyinin tələbləri pozulub. Restorandakı bu qanunsuzluqlar barədə müxtəlif dövlət orqanlarına məlumat verilsə də, bugünə kimi heç bir əməli tədbir görülməyib, ona görə də sizə müraciət etmək qərarına gəldik.

Bu günlərdə maraqlandıqda bizə restoranın sahibinin Qəribov Zöhrab Fərhad oğlu olması bildirilsə də, restoranın kimin adında qeydiyyatda olması dövlət orqanlarında dəqiqləşdirilməli, restoran sahibinin araşdırmaya cəlb edilməsi təmin olunmalıdır.

Göstərilənləri nəzərə alaraq, “Şəki Qala” restoranının mülkiyyətçisinin və administratorunun müştəriləri aldadan əməllərinin inzibati icraat qaydalarına uyğun olaraq iştirakımız təmin edilməklə araşdırılmasına, həmçinin “Şəki Qala” restoranının mülkiyyətçisinin və administratorunun barəsində lazımi tədbirlərin görülməsinə köməklik göstərməyinizi, artıq ödədiyim 320 manat pulun mənə qaytarılmasını, insanları aldadan bu restoran xidməti barədə dövlət orqanlarına məlumat verilməsini sizdən xahiş edirik”.

Qeyd edək ki, bu, 8 Mart bayramı ilə bağlı restoranlarda yaranan ilk narazılıq deyil. Ekspertlər hesab edir ki, bəzi restoranlar bayramlarla bağlı müştəri axınını nəzərə alaraq reklam mətnlərini bir qədər cəlbedici edirlər. Bu da müştərilərlə restoran arasında anlaşılmazlığa səbəb olur. Bütün  səslənən ittihamlara aydınlıq gətirmək üçün sözügedən restoranla əlaqə saxladıq. Restoranın müdiri  Rafiq Aslanov  “Bakı-Xəbər”ə açıqlamasında bildirdi ki, bu barədə səslənən iddialardan xəbərdardı: “Həmin şikayət həqiqətə uyğun deyil. Bizim restoran tanınmış bir brenddi. İstəmərik ki, kimsə bizdən narazı getsin. Bayram günlərində biz elə proqramlar təşkil edirik. Orada ödənilən pul bir adamın yeməyinə ödənilmir. Müxtəlif şou proqramlar, tanınmış müğənnilərin iştirakı ilə konsret təşkil olunur. Deyilən xanımlar həqiqətən bizim restoranda olublar. Onlar əvvəlcədən pulu ödəyiblər. Bunu hamı eyni qaydada edib. Çünki restorandakı yerlər sifarişlərə çatmır. Hər bir nəfər üçün qiymət 100 manat olub. Yanlarında iki azyaşlı uşaq gətiriblər. Onların da masa arxasında oturulması üçün şərait yaradılıb və heç bir ödəniş alınmayıb. Sonra müştərilər uşaqlar üçün əlavə yemək tələb ediblər. Biz təklif etmişik ki, masaya əlavə olaraq nə istəsələr, ödənişsiz sifariş edə bilərlər. Razılaşmadılar. Görünən bu idi ki, həmin müştərilər sanki bayram keçirməyə deyil, nəsə problem yaşatmağa gəliblər. Onlara əlavə olaraq çay və ona aid pulsuz mürəbbələr də verildi. Sonra eşitdik ki, bizdən polisə şikayət ediblər. Dünən Eyyub Hüseynov mənə zəng etmişdi. Deyir, bizi barışdırmaq istəyir. Axı, biz müştərilərlə küsməmişik ki, bizi barışdırsın. Aparılan bu kampaniyanı özümüzə qarşı qərəz sayıram. Hansı instansiyada araşdırılsa, yenə də biz haqlı çıxacağıq”.

Restoran müdiri bildirdi ki, vergi ödənişləri və qəbzlərin verilməsilə də bağlı fəaliyyətləri tam qaydasındadır: “Mən başa düşə bilmirəm, bunlar müştəri olub, yoxsa audit yoxlaması? Bizim qapımız bütün təşkilatların üzünə açıqdır, buyursunlar gəlsinlər və bizim restoranın fəaliyyətilə yaxından tanış olsunlar”.

Məhəmmədəli QƏRİBLİ



VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Dünyada xaos böyüyür, Azərbaycana təhlükə də artır... - VİDEO

Ermənistanda keçmiş "Arsax"la bağlı qondarma dövlət qurumları qadağan edildi...

Qərbdə Azərbaycana qarşı media kampaniyaları hər gün güclənir - səbəb...

Ərəblərdən sonra Albaniya Aqvan adlandı, ancaq heç vaxt Hayastan olmadı...

SON XƏBƏRLƏR

21.09.2026 / 23:08
ABŞ-dan bütün dünyaya İran təhdidi - dollar sistemindən çıxarılacaqsınız…

21.09.2026 / 22:45
Tramp ABŞ ordusuna husilərə hücum əmr verdi, qısa müddət sonra qərarını ləğv etdi...

21.09.2026 / 22:19
Avroittifaq Rusiyaya qarşı sanksiyaları uzadır - milyarderlər siyahıdan çıxarılır…

21.09.2026 / 21:56
Tramp Rusiyanın neft sənayesi üzərində nəzarəti itirdiyini dedi – zavodların çoxu vuulub…

21.09.2026 / 21:40
Paşinyan Rusiyanı Ermənistanda ancaq metro tikintisinə buraxır...

21.09.2026 / 21:22
"Karusel səsverməsi" Putinin də, Dumanın da dadına yetişdi...

21.09.2026 / 21:07
Azərbaycan 2023 - Antiterroru keçirməsəydi... Olacaq hansı dəhşətlərdən yan keçdik...

21.09.2026 / 20:42
Paşinyan Putinə - “qonşu ilə münaqişədə olan Ermənistanla sülh içindəki Ermənistanın fərqini bilin”...

21.09.2026 / 20:20
Ötən il 1,2 faiz böyüdük - bu il 3,5 faiz arta bilərik?... Müzakirə...

21.09.2026 / 20:03
Azərbaycan güclü alternativ tapacaq - Cənub Qaz Dəhlizinə görə Avropaya mesaj...

21.09.2026 / 19:44
Özbəkistan Naxçıvan vasitəsilə Türkiyə limanlarına çıxışı nəzərdən keçirir

21.09.2026 / 19:27
Nazir Vilayət Eyvazov sıra baxışı keçirdi - FOTO/VİDEO

21.09.2026 / 19:10
Hörmüz boğazında daha bir tanker vuruldu – yaralılar var…

21.09.2026 / 18:29
İrana hücum Trampın neçənci “qələbəsi” sayıldı...

21.09.2026 / 18:15
Husilər Pakistanın, Səudiyyə və Türkiyənin hərbi "Məkkə ittifaqını" dağıda bilər...

21.09.2026 / 18:10
Nazirlər Kabineti dövlət məktəblərində geyim formaları qaydalarına dəyişikliyi təsdiqlədi

21.09.2026 / 18:00
Çin Orta Asiya üzərindən İrana dəmiryolu açdı - Pekin ABŞ-a şok yaşatdı...

21.09.2026 / 17:53
Rusiya ilə Ermənistanın əmlak savaşı hər ikisini siyasi uçuruma aparır...

21.09.2026 / 17:36
"Bakı Biznes Mərkəzi" Mədəniyyət Nazirliyinin tabeliyinə verildi

21.09.2026 / 17:30
Qarabağdakı əməliyyatlarla bağlı dünyanın susduğu daha bir məqam...

21.09.2026 / 17:20
Qafqaz Albaniyasının yazılı irsi: Alban əlifbasının genezisi, məhv edilməsi və tarixi saxtalaşdırma cəhdləri

21.09.2026 / 17:05
Albanlar erməni idilərsə, niyə özlərinə fərqli əlifba yaratdılar...

21.09.2026 / 16:58
Türk Dövlətləri Təşkilatının qlobal rolu artır

21.09.2026 / 16:40
ABŞ Ermənistan ordusunu Rusiya və İrana qarşı hazırlayır - ən sonda Azərbaycan...

21.09.2026 / 16:37
Ermənistanı Avropa İttifaqı ilə bir neçə konkret mərhələli çətinlik gözləyir...

21.09.2026 / 16:31
Azərbaycan U-15 dünya çempionatı ilə bağlı viza qaydalarını asanlaşdırır

21.09.2026 / 16:18
Milli Məclisin deputatı Vüqar Rəhimzadə Culfada seçiciləri ilə növbəti görüşünü keçirib - FOTO

21.09.2026 / 16:14
ABŞ-Çin "süni intellekt müharibəsinə" start verildi...

21.09.2026 / 16:08
Həsən Həsənov: “Albaniya ərazisində üç fərqli dinin mövcud olub”

21.09.2026 / 15:58
Naxçıvan Müəllimlər İnstitutu ləğv edilir

21.09.2026 / 15:51
Həsən Həsənov: “Çində, uyğurların yaşadığı ərazilərin yaxınlığında alban adlı türkəsilli qruplar yaşayır, Qazaxıstanda da alban adlı tayfalar var”

21.09.2026 / 15:40
Tramp növbəti dəfə Zelenskiyə çağırış etdi – Rusiyanın neft zavodlarına hücumu dayandırın…

21.09.2026 / 15:33
Tarixçi alim dərsliklərdəki nöqsanlarla bağlı nazirliyə müraciət edib

21.09.2026 / 15:26
Ukraynadan Rusiyaya daha bir ağır zərbə - 60 milyon dollarlıq radar stansiyası vuruldu…

21.09.2026 / 15:17
Həsən Həsənov: “Albaniya Atropatenanın törəməsidir”

21.09.2026 / 15:10
Venesuelanın 4 milyardlıq qızıl ehtiyatı da ABŞ-ın əlinə keçdi - 31 ton qızıl Nyu-Yorka aparıldı…

21.09.2026 / 15:05
Tarixçi-alim: Alban irsinin öyrənilməsində toponimlər mühüm mənbədir

21.09.2026 / 14:53
“Qafqaz Albaniyasının irsinə tarixi baxış” mövzusunda maarifləndirici seminar təşkil olunub

21.09.2026 / 14:29
Polis Lerikdə əməliyyat keçirdi - bir nəfər 15 kq narkotiklə yaxalandı...

21.09.2026 / 14:17
Tramp Rusiya ilə geniş iqtisadi-ticarət əlaqələrinə başlayır - Ukraynaya zərbə...

21.09.2026 / 14:01
Putin Abxaziya və Cənubi Osetiyanı birləşdirməkdən hələlik vaz keçir - səbəb...

21.09.2026 / 13:46
Hörmüz boğazı iki il ərzində əhəmiyyətini itirəcək? – Qətərdən ABŞ-ın iddiasına reaksiya…

21.09.2026 / 13:31
Ukrayna Ufada neft emalı zavodunu vurdu...

21.09.2026 / 13:19
Formula 1 Azərbaycanla bağlı paylaşım etdi - Biz yenə Bakıdayıq!

21.09.2026 / 13:12
Avropa Ukraynanı qışa hazırlayır – Kiyevə gizli şəkildə silah daşınır…

21.09.2026 / 13:04
Polşada Azərbaycana qarşı təxribatın qarşısı alındı

21.09.2026 / 12:53
Alban-Udi icmasının nümayəndələri Gəncəsər məbədini ziyarət ediblər

21.09.2026 / 12:30
Ramiz Mehdiyevin cinayət işi üzrə hazırlıq iclası keçirildi

21.09.2026 / 12:16
Tovuzda 7 evi soyan oğru yaxalandı...

21.09.2026 / 12:08
Səyyad Aran deputatların səlahiyyətinin artırılmasını təklif etdi

21.09.2026 / 11:55
Kremlin müharibədən sonrakı ilk sınağı – seçicilər seçki qutusunda Putinə bu mesajı verdi…

21.09.2026 / 11:36
"Ermənistanda ən böyük revanşist elə kilsədir" - Fərhad Məmmədov

21.09.2026 / 11:21
Qazaxıstan Xəzərdə Rusiya ilə neft kəşfiyyat layihəsini sanksiyalara görə dayandırdı...

21.09.2026 / 10:57
İran Hörmüz boğazı üzərində ABŞ PUA-sını vurdu...

21.09.2026 / 10:43
"Qafqaz Albaniyasının tarixinin müəyyən dairələr tərəfindən dəyişdirilərək erməniləşdirilməsinə cəhdlər edilir" - Fərid Şəfiyev

21.09.2026 / 10:34
Zakir Həsənov hərbi polisin döyüş hazırlığı prosesini izlədi - FOTO/VİDEO

21.09.2026 / 10:26
Avropa kəşfiyyatlarından xəbərdarlıq... Rusiya yaxın aylarda NATO-ya hücum edə bilər...

21.09.2026 / 10:10
Ucarda narkotik tərkibli bitkilər yetişdirən şəxs saxlandı

21.09.2026 / 09:58
Ramiz Mehdiyev məhkəmə qarşısına çıxarılır...

21.09.2026 / 09:34
Tehranda Fransa səfirliyi ilə əlaqəli dil mərkəzinin gizli fəaliyyəti ifşa edildi - bağlandı...

21.09.2026 / 09:08
Mərkəzi Bank uçot dərəcəsi ilə bağlı növbəti qərarını bu həftə açıqlayacaq...

21.09.2026 / 08:06
Təbiətə münasibət özümüzdən başlayır

20.09.2026 / 23:31
Xəzər dənizinin qərb sahilləri və Abşeron yarımadası rus-hay siyasi-hərbi qüvvələrinə qarşı... XX əsrin əvvəllərində...

20.09.2026 / 22:55
Rusiya 2027-ci ilin payızında Avropaya hücum edəcək - Fransa kəşfiyyatından iddia…

20.09.2026 / 22:38
Macarıstanın Baş naziri hücuma məruz qaldı – Macyarın üzünə içki çırpdılar… VİDEO

20.09.2026 / 22:22
“Arşın mal alan” operettası Lənkəran teatrının təqdimatında Xankəndidə nümayiş olunub

20.09.2026 / 22:12
Ukrayna Avropa ölkələrini Rus Evlərini bağlamağa çağırdı – onlardan casusluq fəaliyyəti üçün istifadə edilir…

20.09.2026 / 21:53
Xocavənddə ilk dəfə Şəhər Günü keçirilir

20.09.2026 / 21:21
Vüqar Rəhimzadə: “Əsrin müqaviləsi”ndən başlanan inkişaf bizi suverenliyimizin bərpasına qovuşdurdu

20.09.2026 / 19:49
Tramp BMT iclası zamanı Pezeşkianla görüşə biləcəyi mesajını verdi - çox böyük hadisələr baş verəcək...

20.09.2026 / 19:22
ABŞ İranı yenidən vurmağa hazırlaşır – Tehrandan region ölkələrinə sərt xəbərdarlıq…

20.09.2026 / 15:25
Ukrayna Moskva Neft Emalı Zavodunu da bombaladı… - VİDEO

20.09.2026 / 15:04
Türkiyə səfirliyi Azərbaycanı təbrik etdi

20.09.2026 / 14:47
ABŞ-ın təyyarə gəmiləri təhlükədə - İran 80 döyüş başlığına bölünən yeni raketi sınaqdan keçirdi…

20.09.2026 / 14:25
Dünyanın ən böyük müsəlman ölkəsi ilk təyyarə gəmiyə sahib oldu…

20.09.2026 / 12:50
Tramp Yaxın Şərqdə gərginliyin artır - Tramp təcili Ağ Evə qayıtdı, husilərə genişmiqyaslı hücum əməliyyatı masada…

20.09.2026 / 12:14
DİN: "Tarixi missiya uğurla yerinə yetirildi" - VİDEO

20.09.2026 / 11:44
Moskvaya görünməmiş dron hücumu – bir gecədə 2 mindən çox dron vuruldu…

20.09.2026 / 11:08
Ceyhun Bayramov ABŞ-a getdi...

20.09.2026 / 10:46
İsrail səfirliyi Azərbaycanı Suverenlik Günü münasibətilə təbrik etdi

20.09.2026 / 10:19
“Əsrin müqaviləsi”nin imzalanmasından 32 il ötür...

Əliyev Qarabağda dünya presedenti yaratdı - işğala son, separatçılara cəza presedenti...

XƏBƏR ARXİVİ