Cümə axşamı günü, 12 noyabr 2026
     

“Cinayət varsa, ona uyğun cəza da mütləq olacaq” – Şəmsəddin Əliyev

Image


Müsahibimiz uzun müddət DİO-da çalışmış,hüquqşünas, birinci Vətən müharibəsinin iştirakçısı, media məkanında tanınan “Polisə Dəstək” İB-nin sədri Şəmsəddin Əliyevdir.

-Şəmsəddin bəy, İlk sualımız belədir: Ümümiyyətlə cinayətkarlıq və cinayət eyni məna kəsb edirmi?

-Fərqlidir, amma qarşılıqlı və sıx bağlılıqlar var. Səbəblər və səbəbli əlaqə olmazsa cinayətlər də törədilməz. Cinayətkarlıq hər bir sosial-siyasi sistemə xas olan və kökünün kəsilməsi mümkün olmayan sosial hadisələrin məcmusudur. Bir növ cinayətkarlıq insanların ictimai orqanizmin normal inkişafına mane olub, onun fəaliyyətini qəsdən və ya ehtiyatsızlıqdan  pozan sosial davranış formasıdır. Tarixən cinayətkarlığın meydana gəlməsi dövlətin və hüququn yaranması ilə bağlıdır. İnsan cəmiyyətindəki sosial və əmlak bərabərsizlikləri sinfi ziddiyyətlərin antoqonist həddə çatması dövrü - quldarlıq dövrü ilə əlaqələndirilir. Bir az da konkretləşdirsəm, cinayətkarlıq cəmiyyət - insanlar üçün neqativ, arzuolunmaz hallar doğuran və ona nəzarət üçün dövlətin (özünə xas) spesifik tədbirlər planını tələb edən, müəyyən dövr ərzində müəyyən ərazidə və regionda baş vermiş sosial hadisələrin kəmiyyət və keyfiyyət göstəricisidir.

Cinayət - Azərbaycan Respublikası CM-də (14.1) qeyd olunduğu kimi, qüvvədə olan cinayət hüquq qanunvericiliyi ilə və cəza təhdidi altında qadağan olunmuş ictimai təhlükəli əməlin təqsirli olaraq törədilməsidir.Açması belədir: ictimai təhlükəli əməli törədənlər öz hərəkət və hərəkətsizliklərinin nəticəsini görür və arzulayırsa, ona şüurlu şəkildə (nə etdiyini bilirsə) yol verirsə, deməli onu qəsdən törədir və yaxud, əməlin nəticəsini arzulamırsa və yaxud onun qarşısını almağa yüngül fikirlə ümid edirsə, bu, ehtiyatsızlıq üzündən törədilən ictimai-təhlükəli əməl hesab olunur. Yol-nəqliyyat hadisələri bu baxımdan qəsdən yox, ehtiyatsızdıq üzündən baş verir.

Ölkə ərazisində il ərzində baş verən ümumi cinayətlər kəmiyyət və keyfiyyət göstəricilərinə görə cinayətkarlığın vəziyyətini əks etdirir.

Cinayətkarlıqla mübarizənin 2020-ci ilin yekun təhlilindən məlum olur ki, il ərzində 26004 cinayət qeydə alınmışdır. Burada diqqət çəkən cəhət ondan ibarətdir ki, ötən il ərzində 2019-cu  ilin müvafiq dövrü ilə müqayisədə qeydə alınan cnayətlərin sayı 668 fakt və yaxud 2,5% azdir. 26004 cinayətin 13,3%-i, yəni 3263-ü ağır və xüsusilə ağır cinayətlər növünə aiddir. Bu da böyük və ya narahatedici rəqəm deyil. Avropa ölkələrindən və MDB-dən fərqli olaraq, Azərbaycanda hər 100 min əhaliyə düşən cinayətlərin sayı 257 fakt təşkil edirsə, qeyd etdiyim Avropa və MDB məkanında bu rəqəm minə qədər olur və ya o rəqəmi ötür. Fərqi görməmək mümkün deyil. Amma bu vəziyyəti, cəmiyyətdəki sabitliyi qoruyub saxlaya bilən qüvvələr var. Biz heç vaxt bunun fərqində olmamışıq. Düşünürük ki, belə də olmalıdır. Axı vəziyyətin bu məcrada qorunub saxlanmasına bütün gücünü sərf edən vətənpərvər, andına sədaqət nümayiş etdirən qüvvələr var. Göstərilən etibara və etimada məsuliyyətlə yanaşan zabitəli polis məmurları və yüksək rütbəli zabitlər var. Ümumilikdə cinayətkarlıqla mübarizə asan başa gəlmir. Təhlükəsizliyin və ictimai qaydanın təmin edilməsi spesifik səlahiyyətə malik heyətin narahat gecələrinin və rahatsız keçən istirahət, habelə bayram günlərinin hesabına əldə edilir.

-Adətən cinayətkarlıqla mübarizənin vəziyyəti cinayətlərin ayrı-ayrı növlərinin statistik göstəricilərini qeyd etməkdə əks olunur. Amma onu doğuran səbəb və şəraitin aradan qaldırılması, müəyyən dərəcədə tədqiq etmək, cəmiyyətə zidd halların zərərsizləşdirilməsi istiqamətində nə etmək lazımdır - problem unudulur. Sizcə nə etmək və mübarizənin taktikasını necə seçmək lazımdır?

- Təəssüf ki, belədir. Azərbaycanda cinayətkarlığı doğuran səbəblərin tədqiqi və ona qarşı mübarizənin səmərəsini artırmaq üçün elmi tədqiqat (ETİ) institutu yoxdur. RF-də, Avropada və qardaş Türkiyədə belə tədqiqat institutları var. ETİ-də sosioloq-hüquqşünaslar, antropoloqlar, hüquqşünas-kriminoloqlar səbəbləri tədqiq və təhlil etdikdən sonra hökumətin qarşısında kriminogen durumun kökünü kəsmək yox, onu zərərsizləşdirmək və qarşısını almaq üçün təkliflər zərfi hazırlayır. Təkliflər zərfində NK-nin tərkibinə daxil olan bütün mərkəzi icra hakimiyyəti orqanlarının fəaliyyətinə aid müvafiq tapşırıqlar yer alır, bu qurumların koordinasion qaydada işləməsi təklif olunur və s. Azərbaycan müstəqil demokratik, hüquqi dövlət kimi mütəşəkkil və transmilli mütəşəkkil cinayətkarlığın təhlükəli növlərindən olan “İnsan alverinə qarşı mübarizə”, habelə “Narkotik maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsi” ilə bağlı çoxillik Dövlət Proqramlarını qəbul edib. Amma burada da mütəxəssislərin təcrübəsi və peşəkarlığı ilə uzlaşan”Nə etmək lazımdır” təklifləri hiss olunmur. Cinayətlərin təşkilatçıları və təhrikçiləri, bəzən icraçıları da cəzasızlıq mühitindən faydalanıb, təkrar cinayətlərin törədilməsindən çəkinmirlər. Doğuran səbəblər və motiv isə, demək olar ki, bütün dünyada eynidir: Sosial, iqtisadi, işsizlik, yoxsulluq və təbii ki,cəhalət və s. .

Sözün geniş mənasında cinayətkarlığın səbəbləri elə hallar-faktorlardır ki, onlarsiz ictimai münaisbətlərə zidd heç nə baş vermir. Hamının başa düşdüyü dildə ifadə etsəm, su qızdırılmazsa, onun buxara çevrilməsi mümkün olmaz. Hər dəfə su qızdırıldıqda onun buxara çevrilməsi prosesi başlayır. Və yaxud, kimya elmində reaksiyaların (tənliyin) bərabərləşməsi elektron nəzəri əlaqələrin istifadəsi üzərində əsas kimi qəbul edilir. Buna uyğun olaraq da kimyəvi elementlər ionlaşır. Lakin heç vaxt heç kim belə tənliklərin reaksiyasında bir ionu belə görə bilməyib. Bir növ, cinayətkarlığı doğuran səbəb və şərait, sosial faktorlar da görünmür, səbəb nəticəni hasil edir. Oğurluqlar, quldurluqlar və qarətlər (dövlət əmlakının oğurluqları) eyni və ya müxtəlif “xətlə”ola bilər. Doğuran səbəblər və cinayət törətmək yolu ilə ehtiyacını təmin etmək istəyənlər ”zərurətdən” bunu etsələr də məsuliyyətdən azad olunmurlar. Amma bu istiqamətdə mübarizə dövlətin cinayətkarlıqla mübarizə siyasətinin əsas qayəsini təşkil etdiyindən, DİN-in həyata keçirdiyi əməliyyat-axtarış tədbirləri Azərbaycan modeli və taktikası kimi Avropada da tədqiq olunur. Bunu əyani şəkildə də diqqətinizə çatdırmaq istərdim: Azərbaycan hər 100 min əhaliyə düşən cinayətlərin sayına görə Avropa ölkələrindən irəlidədir. Bizdə bu rəqəm 271 nəfər təşkil edir. Almaniyada 7.903, Belçikada 7.662, Avstriyada 6.123, RF-də 1.518, Qazaxıstanda 1.802 nəfər təşkil edir. Moldova,Yunanıstan və Belarusda da vəziyyət kirtikdir...

Qeyri-aşkar şəraitdə baş verən cinayətlərin açılmasında, şübhəli şəxslərin yerinin və şəxsiyyətinin müəyyən olunmasında ictimai dəstək var, vətəndaşlardan daxil olan məlumatlar təsdiqini tapır.

Yeri gəlmişkən qeyd etmək istərdim ki, bəzən cinayətkarlıqla mübarizə aparan bəzi əməkdaşların missiyasını və fəaliyyətini həyata keçirən vaxt ərzində müvazinətini qoruyub saxlaya bilmədikləri haqda KİV-də işgüzar nüfuza təsir edən informasiyaların yayılması dövlət və cəmiyyət üçün arzuolunan deyil. Belə məlumatların yayılması məqsədli xarakter daşıyır. Ehtiyatlı olmaq lazımdır, hissə qapılmaq olmaz.

Ötən il ərzində məhz hüquq-mühafizə orqanlarının birgə mübarizəsi nəticəsində quldurluq (16,9%),oğurluqlar (11,8%), soyğunçuluqlar-qarətlər (7,8%) azlma ilə müşahidə olunmuşdur. Mütəşəkkil cinayətkarlıqla mübarizə sahəsində həyata keçirilən əməliyyat tədbirləri nəticəsində 2237 nəfəri vahid niyyətlə birləşdirən 882 cinayətkar qrup zərərsizləşdirilmişdir.

Hesabat dövründə İnsan alverinə qarşı mübarizədə də prinsipallıq və peşəkarlıq nümayiş etdirilmişdir.155 insan alveri faktı aşkar edilmiş, 3 cinayətkar qrup zərərsizləşdirilmişdir.

Transmilli mütəşəkkil cinayətkarlığın təhlükəli növlərindən olan narkotiklərin qanunsuz dövriyyəsinə qarşı da mübarizə səmərəli olmuş, 301 nəfərdən ibarət olan 131 cinayətkar qrup zərərsizləşdirilmiş, 5041 (bu 2019-cu il ilə müqayisədə 965 fakt çoxdur) fakt aşkar edilmiş, 1 tona yaxın tiryək və heroin dövriyyədən çıxarılmışdır. Görürsünüz, cəmiyyət üçün zərərli olan  narkotik vasitələrlə  bağlı nə qədər faktlar aşkar edilib? Bir az dərin düşünəndə bu faktların üzə çıxarılması zaman və gərgin xidmət, prinsipiallıq və peşəkarlıq, həm də fiziki baxımdan hazırlıq tələb edir. Bunu bacarmaq lazımdır. Elə-belə başa gəlmir. Mən daha ətraflı, geniş izahat xarakterli məlumat verə bilərdim. Amma düşünürəm ki, həm KİV üçün, həm də çəmiyyət üçün cinayətkarlıqla mübarizə vəziyyətinə  bələd olmağa bir xəritə-dislokasiya ( marşrut) təqdim edə bildim..

-Çox sağ olun, amma belə çıxır ki, polisin fəaliyyətini tənqid etmək olmaz?

- Yox, fikrimi elə ifadə etmədim. Cəmiyyətə bəlli olmayan bəzi nüanslara toxunmağı vacib sanıb bunları dedim. Polisin qanunsuz hərəkətləri ilə bağlı onun xidmət etdiyi orqanın rəhbərliyinə müraciət etməyi daha vacib sayıram. Səmimi deyirəm, polisin hərəkət və hərəkətsizlikləri ilə bağlı DİN-ə daxil olmuş şikayətlərə diqqətlə və obyektiv baxılır. Bu orqan spesifik dövlət orqanı olmaqla onun fəaliyyət istiqamətləri də spesifik fəaliyyətə aid edilir. Qanunvericiliklə DİO-ya verilən səlahiyyət heç bir dövlət orqanına verilməyib.  Polis əməkdaşı hakimiyyətin müəyyən səlahiyyətlər verdiyi şəxsdir. Onun qanuni tələbləri hamı üçün məcburidir. Hakimin qüvvədə olan aktının icra edilməməsinə qanunvericilik necə reaksiya verirsə, burda da eyni məsuliyyət yaranır.

- Bəs, sizcə nə etmək lazımdır?

-Cəmiyyətin cinayətkarlıqdan və cinayətlərdən doymuş həddi olmayıb, olmayacaq. Bu baxımdan hər bir cəmiyyətin də özünəməxsus cinayətkarları və cinayətləri olur. Yəni cinayətkarlıq və cinayətlər “ərsəyə gətirdiyimiz bir ağacın meyvələridir”, cəmiyyət kimi əbədidir - deyərdim. Cəmiyyət mürəkkəbləşdikcə, orada fərdlərin də yaşamağı, həyat tərzi çətinləşir, davranışlar pozulur, ekstravaqant (qeyri-adi) hərəkətlərə yol verilir. Qanunların çoxluğu, artan sanksiyalara tab gətirə bilməmək, emosiyaların nəzarətdən çıxıb cılovlanmaması və s. hallar insanları “yolunu azmağa” sövq edir.

Məsələn: Son günlər intihar hallarını KİV yaydıqca zəif iradəyə məxsus gənclər və ya yeniyetmələr “özlərini nümayiş” etdirmək və “qeyri-adi davranışlarını” ictimaiyyətə təqdim etmək üçün bu addımı atmağa başladılar.(Bilmədiyimiz səbəblər də var. İstintaq buna aydınlıq gətirəcək) Amma KİV belə faktları tirajlamaqdan çəkinmədi, əksinə, ucuz, lakin cəmiyyət üçün təhlükəli bir “reklam oyunu” tapdılar. Məlumat üçün ictimai diqqətə çatdırmaq istəyirəm ki, Azərbaycanda intihar halları hər 100 min nəfərə 3-5 fakt düşür. Bu, 10 milyon əhali üçün faciə deyil. Amma Rusiyada bu rəqəm 31-40, Avropada 31-41 fakt təşkil edir. Təbii, bu faktlar cəmiyyətin faciəsidir, doğuran səbəblər araşdırılmır, tədqiq olunmur, təhlil edilməli olduğu halda edilmir. Bəzi psixoloqların bu sahədəki mülahizələri isə real vəziyyəti əks etdirmir.  Ümid edirəm ki, Ailə, Qadın və Uşaq problemləri üzrə Komitə bu sahədə səbəbləri təhlil edə bilmək bacarığındadır.

Sezmədiyimz bir cəhət də var. İnsan hüquq və azadlıqlarının təmin edilməsi məqsədilə mərhələli şəkildə cəza humanistləşdirilir. Amma cinayətkarlar humanistləşmirlər, davranışlarında humanizmi tapdalayır, ona tüpürürlər. Dünyada gedən humanizm islahatlarının əleyhinə deyiləm. Amma daha çox hərəkətlərinə sahib çıxa bilməyənlərə humanizmi aşılamaq lazımdır, onlar anlamalıdırlar ki, cinayət varsa, ona uyğun cəza da mütləq olacaq.

Söhbətləşdi: Namiq QULİYEV



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Banklarda 4.6 milyard manat pul yatıb qalıb, kredit bazarında böhrandır... Bu necə olub?...

Avropa Ermənistanı Rusiyanın əlindən alır - Kreml qəzəb püskürür...

İran Trampsayağı ad iddiasına başladı - "Xəzər" yox, "Kaspian"?..

SON XƏBƏRLƏR

12.11.2026 / 10:41
Sankt-Peterburqda son üç ayda ikinci sui-qəsd - yüksək rütbəli hərbçinin avtomobili partladıldı...

12.11.2026 / 10:33
Şəmkirdə avtomobil yol kənarına yuvarlandı - ölənlər var...

12.11.2026 / 10:20
Azərbaycan neftinin qiyməti 100 dolları ötdü...

12.11.2026 / 10:12
Paşinyan Antalyada banan "oğurlayıb" Dublinə apardı - VİDEO

12.11.2026 / 10:04
Orbanın qardaşı viza alveri işi üzrə həbs edildi

12.11.2026 / 09:27
Vens İran rəsmisi ilə üzbəüz danışıqlar aparmağa hazırlaşır...

12.11.2026 / 09:11
Trampın elçiləri Putinlə görüşmək üçün Rusiyaya səfər edib

12.11.2026 / 08:56
Birinci vitse-prezident Mehriban Əliyeva Konstitusiya Günü münasibətilə paylaşım edib

12.11.2026 / 08:40
İtaliya məktəblərində bomba həyəcanı - təhdid məktubları “Mixail Andropovdan” gəlir

12.11.2026 / 08:21
Ağ Ev Trampın nəhəng bal salonunun kölgəsində qaldı

12.11.2026 / 00:18
Azərbaycanda Konstitusiya Günü qeyd olunur

12.11.2026 / 00:12
Baş katib Ermənistanın KTMT-də tamhüquqlu iştirakının bərpası şərtini açıqladı - qərar onlardan asılıdır...

11.11.2026 / 23:28
Ermənistan prezidenti TRIPP layihəsi ilə bağlı qanunu imzaladı

11.11.2026 / 23:10
NATO-da casus həyəcanı - yüksək rütbəli ABŞ hərbçisinin Rusiya agenti olduğu ortaya çıxdı...

11.11.2026 / 23:02
"Tarixi Zəfər müstəqil Azərbaycanın gücünün təntənəsidir" - Vüqar Rəhimzadə

11.11.2026 / 22:53
Ukrayna Trampın Donbasın sərhədlərinin yenidən müəyyənləşdirilməsi təklifini rədd etdi...

11.11.2026 / 22:37
Rusiya Əbu-Dabidə NATO-nun 1997-ci il sərhədlərinə qayıtmasını tələb etdi...

11.11.2026 / 22:20
Fransanın müstəmləkələri də ayağa qalxacaq...

11.11.2026 / 22:05
Paşinyan Türkiyə ilə diplomatik əlaqələrə niyə çox can atır - təzə məsələ var...

11.11.2026 / 21:49
ABŞ Xəzər dənizini də İran ticarətinin üzünə bağlayir

11.11.2026 / 21:33
Azərbaycanın əleyhinə vərəqələr yayılır... Hədəfdə sülh sazişidir...

11.11.2026 / 21:18
Qarabağın landşaft memarlığı: Nəzəri əsaslar, bərpa strategiyaları və perspektiv təkliflər

11.11.2026 / 21:06
İrəvandakı Göy məscidə qarşı İran və erməni təxribatı - Dövlət Komitəsi sərt bəyanat yaydı...

11.11.2026 / 20:58
Heqsetin impiçmenti barədə şok iddia - Trampın məqsədi(?) nədir?...

11.11.2026 / 20:41
Erməni təcavüzünə dəstək verənlərin ən iyrənc əməlləri açılır...

11.11.2026 / 20:35
Leyla Əliyeva “Qlobal Sıfır Tullantı Alyansı – Dövlət və Hökumət Başçılarının Həyat Yoldaşlarının Yüksəksəviyyəli Toplantısı”nda iştirak edib - FOTO

11.11.2026 / 20:23
İranla müharibə bitmək üzrədir - İrandan Trampa təhqiramiz cavab...

11.11.2026 / 20:11
Leyla Əliyeva COP31 çərçivəsində Azərbaycan pavilyonunda olub

11.11.2026 / 20:05
Azərbaycan cüdoçusu Avropa çempionu oldu!

11.11.2026 / 20:05
“Ermənilər əmin idilər ki, Azərbaycana icazə verilməyəcək”...

11.11.2026 / 20:02
Lukaku Türkiyə millisinə qarşı oynamayacaq - AÇIQLAMA

11.11.2026 / 19:58
Paşinyan Konstitusya məsələsində açıqca manipulyasiya edir

11.11.2026 / 19:47
Düşməni Azərbaycana hücumdan çəkindirən ən güclü taktika budur...

11.11.2026 / 19:30
Milli ideaya konkret ifadə edildi - Zəfərin kökü bundadır...

11.11.2026 / 19:22
QMİ İrəvan Göy məscidindəki tədbiri vandalizm və təxribat adlandırdı

11.11.2026 / 19:16
KTMT Ermənistanla bağlı qərarını verdi – İrəvan səsvermə hüququndan məhrum edildi...

11.11.2026 / 19:03
Xəzər dənizində "Dəmir Qapı" təhlükəsi - hərbi əməliyyatlar dənizə köçürülür?

11.11.2026 / 18:25
Ramil Usubov MDB təhlükəsizlik şuraları katiblərinin Moskva görüşündə iştirak edib

11.11.2026 / 18:12
Prezident İlham Əliyevin sosial media hesablarında Mehriban Əliyeva ilə birgə COP31-in Liderlər Sammitində iştirakına dair paylaşım edilib - VİDEO

11.11.2026 / 18:08
Prezident İlham Əliyevin Türkiyəyə səfəri başa çatıb - FOTO

11.11.2026 / 17:40
Fermerlərə tam vergi güzəştinin 90 faizə endirilməsi aqrar sektorda yeni situasiya yaradır...

11.11.2026 / 16:55
Rusiya və Ukrayna Əbu-Dabidə genişmiqyaslı əsir mübadiləsi barədə razılığa gəldi...

11.11.2026 / 16:45
“KTMT Ermənistanın bu addımına reaksiya verəcək” - Peskov

11.11.2026 / 16:32
Elektrik sayğacları gec sıfırlanır: abonentlər zərərə düşəcəklərindən qorxur....

11.11.2026 / 16:27
Nisyə mal satanların işi çətinləşəcək... Yeni tələblər gəlir..

11.11.2026 / 16:08
Prezident İlham Əliyevlə Ərdoğan arasında səmimi dialoq - FOTO

11.11.2026 / 15:57
DYP adından saxta cərimə mesajları göndərilir - XƏBƏRDARLIQ

11.11.2026 / 15:43
Fərdi təsərrufatlarda yumurta və süd istehsalının statistikası aparılacaq - əhali narahatdır...

11.11.2026 / 15:22
BMT-də Azərbaycanın təşəbbüsü ilə “İtkin düşmüş şəxslər” qətnaməsi qəbul edildi

11.11.2026 / 15:12
Prezident İlham Əliyev və Birinci xanım Mehriban Əliyeva COP31-in Liderlər Sammitində iştirak ediblər - FOTO/YENİLƏNDİ

11.11.2026 / 15:08
Ərdoğan Azərbaycana təşəkkür etdi

11.11.2026 / 14:59
Şamaxıdan Azərbaycan gündəminə

11.11.2026 / 14:50
Əbu-Dabidə Rusiya, ABŞ və Ukrayna arasında üçtərəfli danışıqlar başa çatdı...

11.11.2026 / 14:37
Xocavənddə traktor minaya düşdü, bir nəfər xəsarət aldı

11.11.2026 / 14:30
Tramp "məhv etdik" dediyi məsələyə 20 milyon mükafat ayırdı - ziddiyyət...

11.11.2026 / 14:12
Trampın Azərbaycana səfir təyin etmək istədiyi diplomat kimdir?...

11.11.2026 / 13:53
Bolqarıstanda Lyayenə qarşı etiraz - Avrokomissiya rəhbərinin kortejinə yumurta atıldı

11.11.2026 / 13:37
Zəngəzur dəhlizi üzrə üçtərəfli Qrup yaradıldı...

11.11.2026 / 13:19
Dublində Baydenə hücum - keçmiş prezidentə süd paketləri atdılar...

11.11.2026 / 13:15
Əbu-Dabi görüşü Ukraynaya dair heç bir ciddi nəticə vermədi...

11.11.2026 / 13:10
Dağ kəndlərində qaz və işıq limitinin ləğv edilməsi təklif edildi...

11.11.2026 / 12:51
İrandan Azərbaycana 34 kq-dan çox narkotikin keçirilməsinin qarşısı alındı

11.11.2026 / 12:39
Minimum 21 günlük əmək məzuniyyətinin pulla əvəz edilməsi qadağan oluna bilər

11.11.2026 / 12:25
Prezident İlham Əliyev COP31-in Liderlər Sammitində iştirak etmək üçün Antalyadakı Ekspo Mərkəzinə gəlib - FOTO

11.11.2026 / 12:05
Sathesabı maaş ilk bu sahələrdə tətbiq edilə bilər...

11.11.2026 / 11:39
COP31 çərçivəsində Qarabağ Dirçəliş Fondundan mühüm təşəbbüs - mina terroruna qarşı...

11.11.2026 / 11:20
Prezident İlham Əliyev Bolqarıstan Prezidentinə başsağlığı verib

11.11.2026 / 11:20
Dünya liderləri iqlim diplomatiyası üçün Antalyada bir araya gəlir – COP31 Liderlər Zirvəsi başlayır

11.11.2026 / 10:38
DİN avtomobil idarə edərkən "TikTok"da canlı yayım açanlara xəbərdarlıq etdi

11.11.2026 / 10:29
ABŞ-ın Maliyyə maziri İran təhdidinə görə evindən hərbi bazaya köçdü...

11.11.2026 / 10:07
Ukrayna Rusiyanın Baltik dənizindəki ən böyük limanına hücum etdi...

11.11.2026 / 09:50
Azərbaycan nefti 99 dollara düşdü...

11.11.2026 / 09:37
Respublikaçılar Pentaqonun rəhbərini impiçment cəhdinin qarşısını aldı – ancaq Demokratlar dayanmayacaq...

11.11.2026 / 09:21
Evdə uşağı döyənlər 200 manat cərimələnəcək...

11.11.2026 / 08:52
Tramp demokratları Heqsetə qarşı impiçment cəhdlərinə son qoymağa çağırdı

10.11.2026 / 21:22
Ərəb millət vəkilləri İsrailin dövlət himni səsləndirilərkən Knesset zalını tərk etdilər - Mənsur Abbas xaric…

10.11.2026 / 21:02
Fransa supermarketlərində soyuducuları “qaynama dərəcəsinə” çatdıranların kimliyi bəlli oldu - iranlı haker qrupu…

10.11.2026 / 19:43
Fransada daha yaxşı təhsil şəraiti tələb edən şagirdlər məktəbləri mühasirəyə aldılar...

10.11.2026 / 19:27
Ermənistanın KTMT-də səsvermə hüququndan məhrum edilir - qərar sabah veriləcək...

10.11.2026 / 19:20
Prezident İlham Əliyevin Türkiyəyə səfəri başlayıb - FOTO

10.11.2026 / 19:05
Əbu-Dabidə Rusiya-ABŞ-Ukrayna danışıqlarının ilk günü başa çatdı - 4 saatdan çox davam edən görüşdə nələr müzakirə olundu...

İşğaldan azad rayonlarımızda insan faktoru həlledicidir - Məskunlaşmanın əsas istiqamətləri...

XƏBƏR ARXİVİ