Cümə axşamı günü, 12 noyabr 2026
     

Ərəb turistlər Azərbaycanda sayı cəmi 200-ə yaxın olan quşların kökünü kəsməyə başlayıblar - həm də yerli məmurlarımızın köməyi ilə...

Image


Ölkəmizə turist kimi gələn ərəblərin bütün etik və hüquqi sərhədləri aşan son davranışları ciddi ictimai narazılıq yaradıb. Xüsusən də nəsli tükənməkdə olan və “Qırmızı kitab”a daxil olan quş növlərini ovladıqdan sonra onların fotolarını sosial şəbəkələrdə yaymaları həm narazılığa, həm də yeni iddiaların meydana çıxmasına səbəb olub.

Ərəblərin adı “Qırmızı kitab”a düşən və nadir növ olan və ölkəmizdə sayının cəmi 200 cüt olduğu deyilən Qafqaz durnasını ovlaması bir sıra iddiaların meydana çıxmasına rəvac verib. Belə iddialar səslənir ki, qanunsuz ovla məşğul olan şəxslər, həm xaricilər, həm yerli turistlər bunun üçün ya qoruq rəhbərlərinə, ya yerli icra orqanlarının məsul şəxslərinə pul ödəyirlər və ödədikləri rüşvətin müqabilində isə gen-bol ovçuluq edirlər. İddiaçılar hesab edirlər ki, bu belə olmasa, Azərbaycanın xüsusi mühafizə edilən qoruqlarda ərəblər, yaxud başqaları bu cür özbaşınalıqlar edə bilməzlər.

Bu iddiada olanlar deyirlər ki, hansısa bir zooloq, bioloq və sair aidiyyəti sahələr üzrə mütəxəssislər o qoruqlara tədqiqat məqsədilə daxil olmaq üçün min bir prosedurdan keçir, bəlkə 10 instansiyadan izacə almalı olurlar, amma ərəblər heç bir maneə olmadan bu kimi qanunsuz hərəkətlərə yol verirlər.

  • “...heyvanlara qarşı vəhşi davranışlara qarşıyam”

“Müasir İnkişaf” Birliyinin sədri Mübariz Göyüşlü baki-xeber.com-a bildirdi ki, bu, olduqca aktual mövzudur və baş verənlər cəmiyyəti ciddi şəkildə narahat edir: “Neçə gündür ki, cəmiyyətin, ictimaiyyətin bu məsələ ilə bağlı haqlı narazılığını eşidirik. Əlbəttə, mənim də baş verənlərə reaksiyam çox mənfidir və nəsli kəsilməkdə olan heyvanların, quşların bu şəkildə ovlanmasına, heyvanlara qarşı vəhşi davranışlara qarşıyam. Belə məsələlər yolverilməzdir və buna yol verənlər ciddi şəkildə cəzalandırılmalıdırlar. Mənə elə gəlir ki, ərəblərin ovu qadağan edilmiş və nəsli kəsilməkdə olan Qafqaz durnasını, yaxud başqa quş növlərini qanunsuz olaraq ovlaması faktı ilə bağlı əlaqədar qurumlar açıqlama verməli, münasibət bildirməlidirlər. Bu sahəyə məsul olan şəxslər açıqlama verməlidirlər ki, qoruqlarda nəsli kəsilməkdə olan quşların ərəblər tərəfindən ovlanmasına kim icazə verib, bu, qanuni, yoxsa qanunsuz ödəmələr müqabilində baş verib?  İnanmıram ki, ərəblərin ov məsələsi qanunu icazə əsasında olub, burada qanunsuz addımların olduğu istisna deyil. Hesab edirəm ki, ərəblərə bu şəraiti yaradan vəzifəli şəxslər olub. Bu məsələ ətraflı şəkildə araşdırılmalı və bu qanunsuzluqda əli olan hər kəs cəzalandırılmalıdır. O cümlədən, iştirakları olubsa, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin aidiyyəti sahə üzrə  əməkdaşları, yerli icra hakimiyyətinin məsul şəxsləri, bələdiyyələrin nümayəndələrinin çox ciddi şəkildə cəzalandırılmasını tələb edirəm”.

M.Göyüşlü hesab edir ki, burada söhbət təkcə ərəblərdən getmir, bütövlükdə, rüşvət müqabilində qanunsuz ov edən şəxslərdən və onlara şərait yaradan məsul şəxslərdən, səlahiyyət sahiblərindən gedir. “Söhbət qanunsuzluğa rüşvət müqabilində  şərait yaradılmasından gedir. Rüşvəti azərbaycanlı da, rus da, ərəb də, ingilis də, alman da versə, bizim bəzi məmurlar bu qanunsuzluqlara şərait yaradacaqlar. Sözümün canı odur ki, bu işdə bir qanunsuzluq əməli varsa, onun üstünə gedilməlidir. Mənim niyyətim heç də qanunsuz ov edənlərə haqq, bəraət qazandırmaq deyil, onların hər biri mütləq şəkildə cəzalandırılmalıdır. Bu qanunsuzluğa icazə verən, şərait yaradan, onun baş verməsinə göz yuman məmurlar, səlahiyyətli şəxslər cəzalandırılmalıdırlar ki, bu, başqalarına dərs olsun. Azərbaycanlı məmur bu qanunsuzluqlara şərait yaratmasa, heç bir xarici ölkə vətəndaşı, yaxud öz vətəndaşlarımız qanunazidd addım atmazlar.

Burada bir başqa məsələ də diqqətimi çəkir. Nəsli kəsilməkdə olan müxtəlif heyvanların, quşların saxlandığı qoruqlarda xarici vətəndaşlarla yanaşı, öz vətəndaşlarımızın da qanunsuz ov etmələri ilə bağlı məlumatlar yayılır. Yəni belə görünür ki, bu qanunsuz proses daim baş verir, sadəcə, onlar mətbuata sızmadığı üçün cəmiyyət bundan xəbər tutmur, amma son hadisə ictimailəşdirildiyi üçün ona belə sərt reaksiya verildi.

Hesab edirəm ki, nəsli kəsilməkdə olan heyvanları qanunsuz olaraq ovlayan Azərbaycan oliqarxları da cəzalandırılmalıdırlar. Bu barədə bizim aidiyyəti qurumlar sərt tədbirlər görməlidirlər” - deyə M.Göyüşlü qeyd etdi.

İradə SARIYEVA



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Banklarda 4.6 milyard manat pul yatıb qalıb, kredit bazarında böhrandır... Bu necə olub?...

Avropa Ermənistanı Rusiyanın əlindən alır - Kreml qəzəb püskürür...

İran Trampsayağı ad iddiasına başladı - "Xəzər" yox, "Kaspian"?..

SON XƏBƏRLƏR

12.11.2026 / 10:59
“Ermənistan hakimiyyəti odla oynayır” - Rusiya senatoru

12.11.2026 / 10:41
Sankt-Peterburqda son üç ayda ikinci sui-qəsd - yüksək rütbəli hərbçinin avtomobili partladıldı...

12.11.2026 / 10:33
Şəmkirdə avtomobil yol kənarına yuvarlandı - ölənlər var...

12.11.2026 / 10:20
Azərbaycan neftinin qiyməti 100 dolları ötdü...

12.11.2026 / 10:12
Paşinyan Antalyada banan "oğurlayıb" Dublinə apardı - VİDEO

12.11.2026 / 10:04
Orbanın qardaşı viza alveri işi üzrə həbs edildi

12.11.2026 / 09:27
Vens İran rəsmisi ilə üzbəüz danışıqlar aparmağa hazırlaşır...

12.11.2026 / 09:11
Trampın elçiləri Putinlə görüşmək üçün Rusiyaya səfər edib

12.11.2026 / 08:56
Birinci vitse-prezident Mehriban Əliyeva Konstitusiya Günü münasibətilə paylaşım edib

12.11.2026 / 08:40
İtaliya məktəblərində bomba həyəcanı - təhdid məktubları “Mixail Andropovdan” gəlir

12.11.2026 / 08:21
Ağ Ev Trampın nəhəng bal salonunun kölgəsində qaldı

12.11.2026 / 00:18
Azərbaycanda Konstitusiya Günü qeyd olunur

12.11.2026 / 00:12
Baş katib Ermənistanın KTMT-də tamhüquqlu iştirakının bərpası şərtini açıqladı - qərar onlardan asılıdır...

11.11.2026 / 23:28
Ermənistan prezidenti TRIPP layihəsi ilə bağlı qanunu imzaladı

11.11.2026 / 23:10
NATO-da casus həyəcanı - yüksək rütbəli ABŞ hərbçisinin Rusiya agenti olduğu ortaya çıxdı...

11.11.2026 / 23:02
"Tarixi Zəfər müstəqil Azərbaycanın gücünün təntənəsidir" - Vüqar Rəhimzadə

11.11.2026 / 22:53
Ukrayna Trampın Donbasın sərhədlərinin yenidən müəyyənləşdirilməsi təklifini rədd etdi...

11.11.2026 / 22:37
Rusiya Əbu-Dabidə NATO-nun 1997-ci il sərhədlərinə qayıtmasını tələb etdi...

11.11.2026 / 22:20
Fransanın müstəmləkələri də ayağa qalxacaq...

11.11.2026 / 22:05
Paşinyan Türkiyə ilə diplomatik əlaqələrə niyə çox can atır - təzə məsələ var...

11.11.2026 / 21:49
ABŞ Xəzər dənizini də İran ticarətinin üzünə bağlayir

11.11.2026 / 21:33
Azərbaycanın əleyhinə vərəqələr yayılır... Hədəfdə sülh sazişidir...

11.11.2026 / 21:18
Qarabağın landşaft memarlığı: Nəzəri əsaslar, bərpa strategiyaları və perspektiv təkliflər

11.11.2026 / 21:06
İrəvandakı Göy məscidə qarşı İran və erməni təxribatı - Dövlət Komitəsi sərt bəyanat yaydı...

11.11.2026 / 20:58
Heqsetin impiçmenti barədə şok iddia - Trampın məqsədi(?) nədir?...

11.11.2026 / 20:41
Erməni təcavüzünə dəstək verənlərin ən iyrənc əməlləri açılır...

11.11.2026 / 20:35
Leyla Əliyeva “Qlobal Sıfır Tullantı Alyansı – Dövlət və Hökumət Başçılarının Həyat Yoldaşlarının Yüksəksəviyyəli Toplantısı”nda iştirak edib - FOTO

11.11.2026 / 20:23
İranla müharibə bitmək üzrədir - İrandan Trampa təhqiramiz cavab...

11.11.2026 / 20:11
Leyla Əliyeva COP31 çərçivəsində Azərbaycan pavilyonunda olub

11.11.2026 / 20:05
Azərbaycan cüdoçusu Avropa çempionu oldu!

11.11.2026 / 20:05
“Ermənilər əmin idilər ki, Azərbaycana icazə verilməyəcək”...

11.11.2026 / 20:02
Lukaku Türkiyə millisinə qarşı oynamayacaq - AÇIQLAMA

11.11.2026 / 19:58
Paşinyan Konstitusya məsələsində açıqca manipulyasiya edir

11.11.2026 / 19:47
Düşməni Azərbaycana hücumdan çəkindirən ən güclü taktika budur...

11.11.2026 / 19:30
Milli ideaya konkret ifadə edildi - Zəfərin kökü bundadır...

11.11.2026 / 19:22
QMİ İrəvan Göy məscidindəki tədbiri vandalizm və təxribat adlandırdı

11.11.2026 / 19:16
KTMT Ermənistanla bağlı qərarını verdi – İrəvan səsvermə hüququndan məhrum edildi...

11.11.2026 / 19:03
Xəzər dənizində "Dəmir Qapı" təhlükəsi - hərbi əməliyyatlar dənizə köçürülür?

11.11.2026 / 18:25
Ramil Usubov MDB təhlükəsizlik şuraları katiblərinin Moskva görüşündə iştirak edib

11.11.2026 / 18:12
Prezident İlham Əliyevin sosial media hesablarında Mehriban Əliyeva ilə birgə COP31-in Liderlər Sammitində iştirakına dair paylaşım edilib - VİDEO

11.11.2026 / 18:08
Prezident İlham Əliyevin Türkiyəyə səfəri başa çatıb - FOTO

11.11.2026 / 17:40
Fermerlərə tam vergi güzəştinin 90 faizə endirilməsi aqrar sektorda yeni situasiya yaradır...

11.11.2026 / 16:55
Rusiya və Ukrayna Əbu-Dabidə genişmiqyaslı əsir mübadiləsi barədə razılığa gəldi...

11.11.2026 / 16:45
“KTMT Ermənistanın bu addımına reaksiya verəcək” - Peskov

11.11.2026 / 16:32
Elektrik sayğacları gec sıfırlanır: abonentlər zərərə düşəcəklərindən qorxur....

11.11.2026 / 16:27
Nisyə mal satanların işi çətinləşəcək... Yeni tələblər gəlir..

11.11.2026 / 16:08
Prezident İlham Əliyevlə Ərdoğan arasında səmimi dialoq - FOTO

11.11.2026 / 15:57
DYP adından saxta cərimə mesajları göndərilir - XƏBƏRDARLIQ

11.11.2026 / 15:43
Fərdi təsərrufatlarda yumurta və süd istehsalının statistikası aparılacaq - əhali narahatdır...

11.11.2026 / 15:22
BMT-də Azərbaycanın təşəbbüsü ilə “İtkin düşmüş şəxslər” qətnaməsi qəbul edildi

11.11.2026 / 15:12
Prezident İlham Əliyev və Birinci xanım Mehriban Əliyeva COP31-in Liderlər Sammitində iştirak ediblər - FOTO/YENİLƏNDİ

11.11.2026 / 15:08
Ərdoğan Azərbaycana təşəkkür etdi

11.11.2026 / 14:59
Şamaxıdan Azərbaycan gündəminə

11.11.2026 / 14:50
Əbu-Dabidə Rusiya, ABŞ və Ukrayna arasında üçtərəfli danışıqlar başa çatdı...

11.11.2026 / 14:37
Xocavənddə traktor minaya düşdü, bir nəfər xəsarət aldı

11.11.2026 / 14:30
Tramp "məhv etdik" dediyi məsələyə 20 milyon mükafat ayırdı - ziddiyyət...

11.11.2026 / 14:12
Trampın Azərbaycana səfir təyin etmək istədiyi diplomat kimdir?...

11.11.2026 / 13:53
Bolqarıstanda Lyayenə qarşı etiraz - Avrokomissiya rəhbərinin kortejinə yumurta atıldı

11.11.2026 / 13:37
Zəngəzur dəhlizi üzrə üçtərəfli Qrup yaradıldı...

11.11.2026 / 13:19
Dublində Baydenə hücum - keçmiş prezidentə süd paketləri atdılar...

11.11.2026 / 13:15
Əbu-Dabi görüşü Ukraynaya dair heç bir ciddi nəticə vermədi...

11.11.2026 / 13:10
Dağ kəndlərində qaz və işıq limitinin ləğv edilməsi təklif edildi...

11.11.2026 / 12:51
İrandan Azərbaycana 34 kq-dan çox narkotikin keçirilməsinin qarşısı alındı

11.11.2026 / 12:39
Minimum 21 günlük əmək məzuniyyətinin pulla əvəz edilməsi qadağan oluna bilər

11.11.2026 / 12:25
Prezident İlham Əliyev COP31-in Liderlər Sammitində iştirak etmək üçün Antalyadakı Ekspo Mərkəzinə gəlib - FOTO

11.11.2026 / 12:05
Sathesabı maaş ilk bu sahələrdə tətbiq edilə bilər...

11.11.2026 / 11:39
COP31 çərçivəsində Qarabağ Dirçəliş Fondundan mühüm təşəbbüs - mina terroruna qarşı...

11.11.2026 / 11:20
Prezident İlham Əliyev Bolqarıstan Prezidentinə başsağlığı verib

11.11.2026 / 11:20
Dünya liderləri iqlim diplomatiyası üçün Antalyada bir araya gəlir – COP31 Liderlər Zirvəsi başlayır

11.11.2026 / 10:38
DİN avtomobil idarə edərkən "TikTok"da canlı yayım açanlara xəbərdarlıq etdi

11.11.2026 / 10:29
ABŞ-ın Maliyyə maziri İran təhdidinə görə evindən hərbi bazaya köçdü...

11.11.2026 / 10:07
Ukrayna Rusiyanın Baltik dənizindəki ən böyük limanına hücum etdi...

11.11.2026 / 09:50
Azərbaycan nefti 99 dollara düşdü...

11.11.2026 / 09:37
Respublikaçılar Pentaqonun rəhbərini impiçment cəhdinin qarşısını aldı – ancaq Demokratlar dayanmayacaq...

11.11.2026 / 09:21
Evdə uşağı döyənlər 200 manat cərimələnəcək...

11.11.2026 / 08:52
Tramp demokratları Heqsetə qarşı impiçment cəhdlərinə son qoymağa çağırdı

10.11.2026 / 21:22
Ərəb millət vəkilləri İsrailin dövlət himni səsləndirilərkən Knesset zalını tərk etdilər - Mənsur Abbas xaric…

10.11.2026 / 21:02
Fransa supermarketlərində soyuducuları “qaynama dərəcəsinə” çatdıranların kimliyi bəlli oldu - iranlı haker qrupu…

10.11.2026 / 19:43
Fransada daha yaxşı təhsil şəraiti tələb edən şagirdlər məktəbləri mühasirəyə aldılar...

10.11.2026 / 19:27
Ermənistanın KTMT-də səsvermə hüququndan məhrum edilir - qərar sabah veriləcək...

10.11.2026 / 19:20
Prezident İlham Əliyevin Türkiyəyə səfəri başlayıb - FOTO

İşğaldan azad rayonlarımızda insan faktoru həlledicidir - Məskunlaşmanın əsas istiqamətləri...

XƏBƏR ARXİVİ