Gələn həftə Birləşmiş Ərəb Əmirliklərində “Sputnik V” vaksininin və “AstraZeneca” şirkəti tərəfindən işlənib hazırlanmış vaksinin kombinasiya edilmiş tətbiqinin sınağına başlanması gözlənilir.
Baki-xeber.com «İnterfax»a istinadən xəbər verir ki, bu barədə Rusiyanın Birbaşa İnvestisiyalar Fondunun (RBİF) rəhbəri Kirill Dmitriyev məlumat verib.
“Artıq Azərbaycanda sınaqlar başlayıb, ümid edirik ki, gələn həftə BƏƏ-də başlayacaq”, - deyə o, “CNBC India” telekanalına müsahibəsində bildirib.