Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 1 185 yeni yoluxma faktı qeydə alınıb, 478 nəfər müalicə olunaraq sağalıb.
Nazirlər Kabineti yanında Operativ Qərargahdan baki-xeber.com-a verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 20 nəfər vəfat edib.
İndiyədək ölkədə ümumilikdə 249 492 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 233 834 nəfər müalicə olunaraq sağalıb, 3 404 nəfər vəfat edib, aktiv xəstə sayı 12 254-dür.