Cümə axşamı günü, 12 noyabr 2026
     

Deputatın(?) qohumunun olduğu deyilən "Azəri tikinti" MMC Bakı sakinini 29 ayda 200 min manat gəlirdən edib, üstəlik, bir neçə milyonluq üçmərtəbəli obyektini dağılmaq təhlükəsi ilə üzbəüz qoyub - FOTO

Image


Kimsə düşünə bilər ki, belə şeylər olsa-olsa ancaq Afrikada, Latın Amerikası ölkələrində baş verə bilər. Ancaq yox, Azərbaycanda da oxşar özbaşınalıqlar, insanların haqqına və əmlakına, malına yanakı deyil, birbaşa qəsd edilə bilirmiş - əgər arxanda məşhur və var-dövlətinə görə qüdrətli bir deputat, ya məmur dayanırsa...

Bakı şəhər sakini Məmmədli Tacnur Dilqəm qızının redaksiyamıza etdiyi müraciətin ardınca bu qədər yürüməz, onun başına gətirilən müsibəti yüzlərlə adi əmlak mübahisələrindən biri kimi qəbul edib yola verərdik... Ancaq bu mümkünmü? Ölkə Prezidenti indi hər bir vətəndaşın qanuni haqq və hüquqlarının mühafizəsinə dövlətin ali prioriteti kimi baxırsa, biznesin məmurlar və deputatlar tərəfindən qanunsuz himayə edilməsi hallarına barışmaz baxırsa, vətəndaş məmnunluğuna ölkəmizin hüzr və rifah dolu sabahının əsas təminatçısı kimi yanaşırsa, qanunsuzluqlara və neqativlərə qarşı barışmaz mübarizədə medianı və jurnalistləri "öz köməkçisi" sayırsa, əsl zülmə düçar edilmiş bir vətəndaşın müraciətini yola vermək əsla mümkün və ədalətli olmazdı...

Heç bir məhkəmə qərarı olmadan vətəndaşın qanuni üçmərtəbəli əmlakını zora salaraq dağıtmaq, 29 ay ərzində onu dövlət və özəl qiymətləndirici qurumların rəsmən təsdiq etdikləri kimi... təkcə 200 min manatdan artıq icarə gəlirindən məhrum etmək, üstəlik, onu hələ məhkəmələrə də çəkmək nə deməkdir? Ərazidə tikinti aparmaq haqda icra hakimiyyəti ilə sazişi bir tikinti şirkəti imzalayır, vətəndaşın üçmərtəbəli əmlakını isə başqa bir şirkət gəlib darmadağın edir. Bu boyda qanunsuzluğa hətta ad vermək çətindir. Ancaq adı var. Bunun adı "qüdrətli himayəyə söykənərək hamını, hər şeyi ayaqlamağa hazır olan vəhşi biznesin tüğyanıdır"...

Redaksiyamıza Bakının Nəsimi rayonunda cərəyan edən, 2018-ci ildən indiyə qədər süründürülən, mahiyyəti isə, sadəcə, bir vətəndaşın qanuni mülkiyyət haqqının cəngəllik qaydaları ilə ayaqlar altına atılmasından ibarət bir işin materialları göndərilib. Təsəvvür edin ki, məhkəmə qərarı olmadan, vətəndaşın rəsmi razılığı alınmadan, onun iddiasına görə, ayda 5 min manatdan artıq icarə gəliri verən əmlakı yerlə yeksən edilir. Həm də bilirsinizmi hansı qeyri-şəffaf üsullarla? Köhnə binaları yeniləmək adı altında bir şirkət 2018-ci ilin fevralında Nəsimi Rayon İcra Hakimiyyəti ilə rəsmi tikinti sazişi imzalayır, üstündən heç 6 ay keçməmiş, həmin ilin sentyabrında həmin şirkət başqa bir şirkətə qoşularaq, vəkilin çox gülməli formada izah etdiyi kimi "özünü genişləndirərək" hüquqi varisə çevrilir və tam yeni adla vətəndaşın  milyonlarla dəyəri olan 367 kv. metrlik əmlakını uçub dağılmaq həddinə gətirir.

Nazirlər Kabinetinin qərarı ilə bir neçə rayonda, o cümlədən, Nəsimi rayonu, Sahib Zeynalov küçəsi 19 ünvanında köhnə binaların yerində yenilərinin tikilməsi sözsüz ki, Bakının gözəlləşməsinə xidmət edən layihədir. Lakin belə layihələr hökumət qərarında da deyildiyi kimi, tikinti şirkəti tərəfindən hər bir sakinlə razılaşma əldə olunandan sonra aparılmalıdır. Halbuki, konkret halda “Pilot1” və ya "Azəri tikinti" MMC vətəndaş Tacnur Məmmədli ilə heç bir razılaşma əldə etmədən onun üçmərtəbəli şəxsi əmlakının üç tərəfində çoxmərtəbəli binaların tikintisi üçün dərin katlavanlar qazaraq, nəticədə T. Məmmədlinin mülkiyyətinin uçularaq fotolarda gördüyünüz hala düşməsinə səbəb olub. Bütün hallarda, mülkiyyət sahibi olan vətəndaşla razılaşmasız, məhkəmə qərarı olmadan onun əmlakına ziyan vuran hərəkətlər qanunlara ziddir.

Hökumətin qərarı ilə Nəsimi rayonunda köhnə və qəzalı binaların təmiri və yerində yeni tikintilər aparmaq şansı kimi böyük maliyyə tutumlu pilot layihəni udan "Pilot1" MMC-nin bu uduşlu layihəni bir neçə aydan sonra "Azəri tikinti" MMC-yə “transfer etməsi" müəmmalı deyilmi?

Ən maraqlı faktlardan biri budur ki, deputatın qohumuna məxsus olduğu və onun himayəsinə söykəndiyi iddia edilən "Azəri tikinti" MMC şirkətinin Nəsimi Rayon İcra Hakimiyyətinə qarşı iddiası üzrə 2019-cu ilin 25 oktyabrında keçirilmiş 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəmənin iclası MMC-nin iddiasını təmin etməyib. İddia isə bu olub ki, Nəsimi Rayon İcra Hakimiyyətinin T.Məmmədlinin həmin ünvandakı 32 və 33 saylı mənzillərinin qeyri-yaşayış sahəsinə keçirilməsi barədə qərarı ləğv edilsin. Sual olunur ki, "Azəri tikinti” MMC hansı maraq çərçivəsində Nəsimi İcra Hakimiyyətinin qanuni sərəncamını ləğv etdirmək istəyib? Bu sayaq müəmmalı, lakin məlum sualların cavabları T.Məmmədlinin redaksiyamıza etdiyi müraciətdədir.

Məmmədli Tacnur bildirir ki, "Azəri tikinti" MMC şirkətinin sahibi millət vəkillərindən birinin qohumudur və bütün fəaliyyətlərində bunu özü üçün imtiyaza çevirib.

Bakıda bu pilot layihənin kim tətəfindən himayə edildiyini az qala bilməyən yoxdur. Baxmayaraq ki, şirkət təmsilçiləri hansısa məmur və deputat tərəfindən "özəl mal" kimi himayə olunduqlarını inkar edir, lakin həqiqi faktlar bunun əksini sübut edir. Beləliklə, "Pilot 1" MMC-nin nə vaxt və hansı əsasda "Azəri tikinti" MMC-yə qoşulduğu, iki MMC-nin sahibləri arasında hansı əlaqələrin olduğu araşdırmalarımızın əsas mövzularındandır.

Yaxın saylarımızda araşdırmanın nəticələrini görəcəksiniz... Bəzi sualları aydınlaşdırmaq üçün  müvafiq instansiyalara rəsmi müraciətlər etmişik.

"Azəri tikinti" MMC-nin sədri İlqar Həsənova, vəkil Ağalar Ağaşirinova ünvanladığımız yazılı suallara aldığımız cavablar əsasında (əgər bunlara cavab demək mümkünsə) hazırladığımız geniş materialları yaxın günlərdə təqdim edəcəyik. Şirkət sahibinin sözügedən deputatla qohumluq əlaqələrinə də aydınlıq gətiriləcək.

Ardı olacaq...



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Banklarda 4.6 milyard manat pul yatıb qalıb, kredit bazarında böhrandır... Bu necə olub?...

Avropa Ermənistanı Rusiyanın əlindən alır - Kreml qəzəb püskürür...

İran Trampsayağı ad iddiasına başladı - "Xəzər" yox, "Kaspian"?..

SON XƏBƏRLƏR

12.11.2026 / 10:59
“Ermənistan hakimiyyəti odla oynayır” - Rusiya senatoru

12.11.2026 / 10:41
Sankt-Peterburqda son üç ayda ikinci sui-qəsd - yüksək rütbəli hərbçinin avtomobili partladıldı...

12.11.2026 / 10:33
Şəmkirdə avtomobil yol kənarına yuvarlandı - ölənlər var...

12.11.2026 / 10:20
Azərbaycan neftinin qiyməti 100 dolları ötdü...

12.11.2026 / 10:12
Paşinyan Antalyada banan "oğurlayıb" Dublinə apardı - VİDEO

12.11.2026 / 10:04
Orbanın qardaşı viza alveri işi üzrə həbs edildi

12.11.2026 / 09:27
Vens İran rəsmisi ilə üzbəüz danışıqlar aparmağa hazırlaşır...

12.11.2026 / 09:11
Trampın elçiləri Putinlə görüşmək üçün Rusiyaya səfər edib

12.11.2026 / 08:56
Birinci vitse-prezident Mehriban Əliyeva Konstitusiya Günü münasibətilə paylaşım edib

12.11.2026 / 08:40
İtaliya məktəblərində bomba həyəcanı - təhdid məktubları “Mixail Andropovdan” gəlir

12.11.2026 / 08:21
Ağ Ev Trampın nəhəng bal salonunun kölgəsində qaldı

12.11.2026 / 00:18
Azərbaycanda Konstitusiya Günü qeyd olunur

12.11.2026 / 00:12
Baş katib Ermənistanın KTMT-də tamhüquqlu iştirakının bərpası şərtini açıqladı - qərar onlardan asılıdır...

11.11.2026 / 23:28
Ermənistan prezidenti TRIPP layihəsi ilə bağlı qanunu imzaladı

11.11.2026 / 23:10
NATO-da casus həyəcanı - yüksək rütbəli ABŞ hərbçisinin Rusiya agenti olduğu ortaya çıxdı...

11.11.2026 / 23:02
"Tarixi Zəfər müstəqil Azərbaycanın gücünün təntənəsidir" - Vüqar Rəhimzadə

11.11.2026 / 22:53
Ukrayna Trampın Donbasın sərhədlərinin yenidən müəyyənləşdirilməsi təklifini rədd etdi...

11.11.2026 / 22:37
Rusiya Əbu-Dabidə NATO-nun 1997-ci il sərhədlərinə qayıtmasını tələb etdi...

11.11.2026 / 22:20
Fransanın müstəmləkələri də ayağa qalxacaq...

11.11.2026 / 22:05
Paşinyan Türkiyə ilə diplomatik əlaqələrə niyə çox can atır - təzə məsələ var...

11.11.2026 / 21:49
ABŞ Xəzər dənizini də İran ticarətinin üzünə bağlayir

11.11.2026 / 21:33
Azərbaycanın əleyhinə vərəqələr yayılır... Hədəfdə sülh sazişidir...

11.11.2026 / 21:18
Qarabağın landşaft memarlığı: Nəzəri əsaslar, bərpa strategiyaları və perspektiv təkliflər

11.11.2026 / 21:06
İrəvandakı Göy məscidə qarşı İran və erməni təxribatı - Dövlət Komitəsi sərt bəyanat yaydı...

11.11.2026 / 20:58
Heqsetin impiçmenti barədə şok iddia - Trampın məqsədi(?) nədir?...

11.11.2026 / 20:41
Erməni təcavüzünə dəstək verənlərin ən iyrənc əməlləri açılır...

11.11.2026 / 20:35
Leyla Əliyeva “Qlobal Sıfır Tullantı Alyansı – Dövlət və Hökumət Başçılarının Həyat Yoldaşlarının Yüksəksəviyyəli Toplantısı”nda iştirak edib - FOTO

11.11.2026 / 20:23
İranla müharibə bitmək üzrədir - İrandan Trampa təhqiramiz cavab...

11.11.2026 / 20:11
Leyla Əliyeva COP31 çərçivəsində Azərbaycan pavilyonunda olub

11.11.2026 / 20:05
Azərbaycan cüdoçusu Avropa çempionu oldu!

11.11.2026 / 20:05
“Ermənilər əmin idilər ki, Azərbaycana icazə verilməyəcək”...

11.11.2026 / 20:02
Lukaku Türkiyə millisinə qarşı oynamayacaq - AÇIQLAMA

11.11.2026 / 19:58
Paşinyan Konstitusya məsələsində açıqca manipulyasiya edir

11.11.2026 / 19:47
Düşməni Azərbaycana hücumdan çəkindirən ən güclü taktika budur...

11.11.2026 / 19:30
Milli ideaya konkret ifadə edildi - Zəfərin kökü bundadır...

11.11.2026 / 19:22
QMİ İrəvan Göy məscidindəki tədbiri vandalizm və təxribat adlandırdı

11.11.2026 / 19:16
KTMT Ermənistanla bağlı qərarını verdi – İrəvan səsvermə hüququndan məhrum edildi...

11.11.2026 / 19:03
Xəzər dənizində "Dəmir Qapı" təhlükəsi - hərbi əməliyyatlar dənizə köçürülür?

11.11.2026 / 18:25
Ramil Usubov MDB təhlükəsizlik şuraları katiblərinin Moskva görüşündə iştirak edib

11.11.2026 / 18:12
Prezident İlham Əliyevin sosial media hesablarında Mehriban Əliyeva ilə birgə COP31-in Liderlər Sammitində iştirakına dair paylaşım edilib - VİDEO

11.11.2026 / 18:08
Prezident İlham Əliyevin Türkiyəyə səfəri başa çatıb - FOTO

11.11.2026 / 17:40
Fermerlərə tam vergi güzəştinin 90 faizə endirilməsi aqrar sektorda yeni situasiya yaradır...

11.11.2026 / 16:55
Rusiya və Ukrayna Əbu-Dabidə genişmiqyaslı əsir mübadiləsi barədə razılığa gəldi...

11.11.2026 / 16:45
“KTMT Ermənistanın bu addımına reaksiya verəcək” - Peskov

11.11.2026 / 16:32
Elektrik sayğacları gec sıfırlanır: abonentlər zərərə düşəcəklərindən qorxur....

11.11.2026 / 16:27
Nisyə mal satanların işi çətinləşəcək... Yeni tələblər gəlir..

11.11.2026 / 16:08
Prezident İlham Əliyevlə Ərdoğan arasında səmimi dialoq - FOTO

11.11.2026 / 15:57
DYP adından saxta cərimə mesajları göndərilir - XƏBƏRDARLIQ

11.11.2026 / 15:43
Fərdi təsərrufatlarda yumurta və süd istehsalının statistikası aparılacaq - əhali narahatdır...

11.11.2026 / 15:22
BMT-də Azərbaycanın təşəbbüsü ilə “İtkin düşmüş şəxslər” qətnaməsi qəbul edildi

11.11.2026 / 15:12
Prezident İlham Əliyev və Birinci xanım Mehriban Əliyeva COP31-in Liderlər Sammitində iştirak ediblər - FOTO/YENİLƏNDİ

11.11.2026 / 15:08
Ərdoğan Azərbaycana təşəkkür etdi

11.11.2026 / 14:59
Şamaxıdan Azərbaycan gündəminə

11.11.2026 / 14:50
Əbu-Dabidə Rusiya, ABŞ və Ukrayna arasında üçtərəfli danışıqlar başa çatdı...

11.11.2026 / 14:37
Xocavənddə traktor minaya düşdü, bir nəfər xəsarət aldı

11.11.2026 / 14:30
Tramp "məhv etdik" dediyi məsələyə 20 milyon mükafat ayırdı - ziddiyyət...

11.11.2026 / 14:12
Trampın Azərbaycana səfir təyin etmək istədiyi diplomat kimdir?...

11.11.2026 / 13:53
Bolqarıstanda Lyayenə qarşı etiraz - Avrokomissiya rəhbərinin kortejinə yumurta atıldı

11.11.2026 / 13:37
Zəngəzur dəhlizi üzrə üçtərəfli Qrup yaradıldı...

11.11.2026 / 13:19
Dublində Baydenə hücum - keçmiş prezidentə süd paketləri atdılar...

11.11.2026 / 13:15
Əbu-Dabi görüşü Ukraynaya dair heç bir ciddi nəticə vermədi...

11.11.2026 / 13:10
Dağ kəndlərində qaz və işıq limitinin ləğv edilməsi təklif edildi...

11.11.2026 / 12:51
İrandan Azərbaycana 34 kq-dan çox narkotikin keçirilməsinin qarşısı alındı

11.11.2026 / 12:39
Minimum 21 günlük əmək məzuniyyətinin pulla əvəz edilməsi qadağan oluna bilər

11.11.2026 / 12:25
Prezident İlham Əliyev COP31-in Liderlər Sammitində iştirak etmək üçün Antalyadakı Ekspo Mərkəzinə gəlib - FOTO

11.11.2026 / 12:05
Sathesabı maaş ilk bu sahələrdə tətbiq edilə bilər...

11.11.2026 / 11:39
COP31 çərçivəsində Qarabağ Dirçəliş Fondundan mühüm təşəbbüs - mina terroruna qarşı...

11.11.2026 / 11:20
Prezident İlham Əliyev Bolqarıstan Prezidentinə başsağlığı verib

11.11.2026 / 11:20
Dünya liderləri iqlim diplomatiyası üçün Antalyada bir araya gəlir – COP31 Liderlər Zirvəsi başlayır

11.11.2026 / 10:38
DİN avtomobil idarə edərkən "TikTok"da canlı yayım açanlara xəbərdarlıq etdi

11.11.2026 / 10:29
ABŞ-ın Maliyyə maziri İran təhdidinə görə evindən hərbi bazaya köçdü...

11.11.2026 / 10:07
Ukrayna Rusiyanın Baltik dənizindəki ən böyük limanına hücum etdi...

11.11.2026 / 09:50
Azərbaycan nefti 99 dollara düşdü...

11.11.2026 / 09:37
Respublikaçılar Pentaqonun rəhbərini impiçment cəhdinin qarşısını aldı – ancaq Demokratlar dayanmayacaq...

11.11.2026 / 09:21
Evdə uşağı döyənlər 200 manat cərimələnəcək...

11.11.2026 / 08:52
Tramp demokratları Heqsetə qarşı impiçment cəhdlərinə son qoymağa çağırdı

10.11.2026 / 21:22
Ərəb millət vəkilləri İsrailin dövlət himni səsləndirilərkən Knesset zalını tərk etdilər - Mənsur Abbas xaric…

10.11.2026 / 21:02
Fransa supermarketlərində soyuducuları “qaynama dərəcəsinə” çatdıranların kimliyi bəlli oldu - iranlı haker qrupu…

10.11.2026 / 19:43
Fransada daha yaxşı təhsil şəraiti tələb edən şagirdlər məktəbləri mühasirəyə aldılar...

10.11.2026 / 19:27
Ermənistanın KTMT-də səsvermə hüququndan məhrum edilir - qərar sabah veriləcək...

10.11.2026 / 19:20
Prezident İlham Əliyevin Türkiyəyə səfəri başlayıb - FOTO

İşğaldan azad rayonlarımızda insan faktoru həlledicidir - Məskunlaşmanın əsas istiqamətləri...

XƏBƏR ARXİVİ