Cümə axşamı günü, 12 noyabr 2026
     

Qurbanı qəbul olan oğul…

Image


Hər ocaqda oğul övladı dünyaya gələndə "Vətənə layiq övlad olsun" deyirlər. Valideynlər oğullarının vətənə layiq olması üçün çalışırlar. Oğul ata-anaları övladlarını çox sevsələr də, hər şeydən daha üstün bildikləri vətəni, torpağı oğullarına bir sərdabə bilirlər. Vətən qeyrətdi, namusdu. Torpağı işğalda olmaq hər kəsin alnının ləkəsi deməkdi. Dünyaya göz açan hər oğul o ləkəni təmizləmək iqtidarında olmalıdı. Azərbaycan oğlu elə yetişməlidir ki, ayağının səsindən düşmən lərzəyə gəlsin. Elə vətənə layiq o oğullar qəlblərdə qələbə məşəlin yandırdılar.

"Ana, məndən sənə oğul olmaz, mən vətənin oğluyam". Bu sözləri Ayxan anasına 8 Mart günü demişdi. Bir ananın oğlundan duya biləcəyi ən qürurlu və eyni zamanda qəlb sızladan sözlər idi bu sözlər. Bir neçə ay sonra Ayxan vətənin oğlu oldu. 

Zülmətləri yaran Ay kimi Ayxan da illərdi zülmətə qərq olan torpaqlarda bir anda bərq vurdu. Məmmədov Ayxan Rəfail oğlu da Naxçıvanın yetirdiyi qəhrəman oğullardandı. 1998-ci il sentyabrın 14-də Şərurun Xanlıqlar kəndində dünyaya gəlmişdi. Doğulduğu gün özü ilə bərabərində böyük xoşbəxtlik də gətirmişdi. Hər kəs bu xoşbəxtlikdən öz nəsibini götürmüşdü. Şəlalə ana oğlunu laylalarla oxşayardı. O hər layla dedikdə qəribə bir duyğuya qapılardı. Rəfail kişinin isə tək bir arzusu var idi - Ayxan vətənə layiq övlad olsun. Oldu, həm də o qədər layiqli bir oğul oldu ki, bütün nəsil və Azərbaycan xalqı onunla qürur duydu.

Ayxan 2004-cü ildə Şərur rayon Xanlıqlar kəndi Zülfüqar Hüseynov adına tam orta məktəbdə təhsil almağa başlayıb. 2013-cü ildə Heydər Əliyev adına Ali Hərbi liseyə daxil olub. Oranı bitirdikdən sonra 2016 - cı ildə Azərbaycan Ali Hərbi məktəbinə daxil olub. Orada da 4 il təhsil aldıqdan sonra 2020 - ci ildə leytenant hərbi rütbəsinə layiq görülüb. İyunun 20-də təyinatla Beyləqana göndərilib. 10 gün sonra kəşfiyyat kurslarına qatılıb və 20 günlük kursu müvəffəqiyyətlə başa vurub. Daha sonra Cəlilabada göndərilib. Elə 44 günlük Vətən müharibəsinə də Cəlilabadan yollanıb. Sonuncu dəfə 23 fevral 2020-ci ildə evlərindən, sevdiklərindən ayrılan Ayxan 9 ay həsrət qaldıqlarına sarılmadan döyüşə yollanıb. Hər kəs Ayxanın həsrətini çəkirdi. Ancaq bir nəfər vardı ki, Ayxanın hər anının ağrı-acısını hiss edirdi. Çünki Ayxanı ürəyinə bükmüşdü. Soyuq gecələrdə od-alov saçan atəşin içində Ayxanı xəyallarında sevdası ilə isidirdi Sevda. Arzularının hər biri Ayxana uzanıb çatırdı. Barmağındakı nişan üzüyü Ayxanın nişanəsi idi. O qədər sevirdi ki, Allah yuxuda Ayxanın şəhid olacağını ayan etmişdi Sevdaya.

Oktyabrın 18-də Ayxan ailəsinə zəng edib. Hər kəslə danışıb. Atasına "Ata, mənə qurban kəs" deyib. Ancaq qurbanı hansı səbəbə dediyini deməyib. Səhəri tezdən atası oğlunun adına qurban kəsib. Qurbanı kəsilən Ayxan bir daha zəng etməyib ki, qurbanının kəsildiyini atası ona desin. Bəlkə illər sonra vətən torpağının azad olunduğu üçün qurban kəsilsin istədi. Bəlkə də şəhadət yoluna qədəm qoyduğu üçün... Zəng etdiyi gündən cəmi 3 gün sonra oktyabrın 21-i Cəbrayıl, Füzuli istiqamətində gedən döyüşlər zamanı şəhid olsa da, Ayxanın şəhid olduğu xəbəri oktyabrın 23-də yayılır. Heç kimin çəsarəti çatmır bu xəbəri şəhidin ailəsinə desin. Min bəhanə ilə qohum-qonşu şəhidin evinə axışır. Bu gəl-getlər artıq ailəyə acı gerçəkdən xəbər verirdi. Ancaq onlar Ayxanın yoxluğu barəsində düşünmürdülər. Oktyabrın 24-ü Naxçıvanın səmasında bir təyyarə göründü. O təyyarə ruhu göyə ucalan 12-i qəhrəmanın cismini ana torpağına gətirdi. Bir-bir endirilən şəhidlər cərgə ilə düzüldü. Hər bir tabut bir məğrurluq nümunəsi idi. Hər biri zəfərin müjdəçisi idi. Naxçıvan camaatı artıq neçənci dəfə idi cərgə ilə düzülən qəhrəman şəhidlərin tabutlarının başında pərvanə olurdu. Hərəsi son dəfə öz ata ocağına aparılan şəhidlərdən biri olan Ayxan da ata ocağına gətirildi. Elə həmin gün də doğulub boya-başa çatdığı Şərur rayon Xanlıqlar kənd qəbirsanlığında torpağa tapşırıldı. Ayxanın özü ilə bərabər sevgisi və arzuları da dəfn olundu. Gedişi ilə Ayxansızlıq adında dərin və sağalmaz yara vuruldu ürəklərə.

Ölkə başçısı İlham Əliyevin sərəncamı ilə leytenant Məmmədov Ayxan Rəfail oğlu şəhadətindən sonra "Azərbaycan bayrağı" ordeni və "Vətən uğrunda" medalı ilə təltif edilib.

ŞƏHİD AYXAN 

Sən özün qurban oldun,

Vətənimə, elimə.

Bəs "Mənə qurban kəsin",

Neyçün gəldi dilinə?

 

Yoluna qurban dedin,

Yoxsa ki, torpaqlara?

Sən ucalıb bənzədin,

Azad olan dağlara.

 

Dağlar kimi vüqarlı,

Vətən tək əziz şəhid.

Adını büküb qəlbdə,

Saxlayırıq biz igid.

 

Ay kimi işıq saçdın,

Sən vətənimə Ayxan.

Əsil vətən oğlu tək,

Vətənimə verdin can.

Manya SƏXAVƏTQIZI 



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Banklarda 4.6 milyard manat pul yatıb qalıb, kredit bazarında böhrandır... Bu necə olub?...

Avropa Ermənistanı Rusiyanın əlindən alır - Kreml qəzəb püskürür...

İran Trampsayağı ad iddiasına başladı - "Xəzər" yox, "Kaspian"?..

SON XƏBƏRLƏR

12.11.2026 / 10:59
“Ermənistan hakimiyyəti odla oynayır” - Rusiya senatoru

12.11.2026 / 10:41
Sankt-Peterburqda son üç ayda ikinci sui-qəsd - yüksək rütbəli hərbçinin avtomobili partladıldı...

12.11.2026 / 10:33
Şəmkirdə avtomobil yol kənarına yuvarlandı - ölənlər var...

12.11.2026 / 10:20
Azərbaycan neftinin qiyməti 100 dolları ötdü...

12.11.2026 / 10:12
Paşinyan Antalyada banan "oğurlayıb" Dublinə apardı - VİDEO

12.11.2026 / 10:04
Orbanın qardaşı viza alveri işi üzrə həbs edildi

12.11.2026 / 09:27
Vens İran rəsmisi ilə üzbəüz danışıqlar aparmağa hazırlaşır...

12.11.2026 / 09:11
Trampın elçiləri Putinlə görüşmək üçün Rusiyaya səfər edib

12.11.2026 / 08:56
Birinci vitse-prezident Mehriban Əliyeva Konstitusiya Günü münasibətilə paylaşım edib

12.11.2026 / 08:40
İtaliya məktəblərində bomba həyəcanı - təhdid məktubları “Mixail Andropovdan” gəlir

12.11.2026 / 08:21
Ağ Ev Trampın nəhəng bal salonunun kölgəsində qaldı

12.11.2026 / 00:18
Azərbaycanda Konstitusiya Günü qeyd olunur

12.11.2026 / 00:12
Baş katib Ermənistanın KTMT-də tamhüquqlu iştirakının bərpası şərtini açıqladı - qərar onlardan asılıdır...

11.11.2026 / 23:28
Ermənistan prezidenti TRIPP layihəsi ilə bağlı qanunu imzaladı

11.11.2026 / 23:10
NATO-da casus həyəcanı - yüksək rütbəli ABŞ hərbçisinin Rusiya agenti olduğu ortaya çıxdı...

11.11.2026 / 23:02
"Tarixi Zəfər müstəqil Azərbaycanın gücünün təntənəsidir" - Vüqar Rəhimzadə

11.11.2026 / 22:53
Ukrayna Trampın Donbasın sərhədlərinin yenidən müəyyənləşdirilməsi təklifini rədd etdi...

11.11.2026 / 22:37
Rusiya Əbu-Dabidə NATO-nun 1997-ci il sərhədlərinə qayıtmasını tələb etdi...

11.11.2026 / 22:20
Fransanın müstəmləkələri də ayağa qalxacaq...

11.11.2026 / 22:05
Paşinyan Türkiyə ilə diplomatik əlaqələrə niyə çox can atır - təzə məsələ var...

11.11.2026 / 21:49
ABŞ Xəzər dənizini də İran ticarətinin üzünə bağlayir

11.11.2026 / 21:33
Azərbaycanın əleyhinə vərəqələr yayılır... Hədəfdə sülh sazişidir...

11.11.2026 / 21:18
Qarabağın landşaft memarlığı: Nəzəri əsaslar, bərpa strategiyaları və perspektiv təkliflər

11.11.2026 / 21:06
İrəvandakı Göy məscidə qarşı İran və erməni təxribatı - Dövlət Komitəsi sərt bəyanat yaydı...

11.11.2026 / 20:58
Heqsetin impiçmenti barədə şok iddia - Trampın məqsədi(?) nədir?...

11.11.2026 / 20:41
Erməni təcavüzünə dəstək verənlərin ən iyrənc əməlləri açılır...

11.11.2026 / 20:35
Leyla Əliyeva “Qlobal Sıfır Tullantı Alyansı – Dövlət və Hökumət Başçılarının Həyat Yoldaşlarının Yüksəksəviyyəli Toplantısı”nda iştirak edib - FOTO

11.11.2026 / 20:23
İranla müharibə bitmək üzrədir - İrandan Trampa təhqiramiz cavab...

11.11.2026 / 20:11
Leyla Əliyeva COP31 çərçivəsində Azərbaycan pavilyonunda olub

11.11.2026 / 20:05
Azərbaycan cüdoçusu Avropa çempionu oldu!

11.11.2026 / 20:05
“Ermənilər əmin idilər ki, Azərbaycana icazə verilməyəcək”...

11.11.2026 / 20:02
Lukaku Türkiyə millisinə qarşı oynamayacaq - AÇIQLAMA

11.11.2026 / 19:58
Paşinyan Konstitusya məsələsində açıqca manipulyasiya edir

11.11.2026 / 19:47
Düşməni Azərbaycana hücumdan çəkindirən ən güclü taktika budur...

11.11.2026 / 19:30
Milli ideaya konkret ifadə edildi - Zəfərin kökü bundadır...

11.11.2026 / 19:22
QMİ İrəvan Göy məscidindəki tədbiri vandalizm və təxribat adlandırdı

11.11.2026 / 19:16
KTMT Ermənistanla bağlı qərarını verdi – İrəvan səsvermə hüququndan məhrum edildi...

11.11.2026 / 19:03
Xəzər dənizində "Dəmir Qapı" təhlükəsi - hərbi əməliyyatlar dənizə köçürülür?

11.11.2026 / 18:25
Ramil Usubov MDB təhlükəsizlik şuraları katiblərinin Moskva görüşündə iştirak edib

11.11.2026 / 18:12
Prezident İlham Əliyevin sosial media hesablarında Mehriban Əliyeva ilə birgə COP31-in Liderlər Sammitində iştirakına dair paylaşım edilib - VİDEO

11.11.2026 / 18:08
Prezident İlham Əliyevin Türkiyəyə səfəri başa çatıb - FOTO

11.11.2026 / 17:40
Fermerlərə tam vergi güzəştinin 90 faizə endirilməsi aqrar sektorda yeni situasiya yaradır...

11.11.2026 / 16:55
Rusiya və Ukrayna Əbu-Dabidə genişmiqyaslı əsir mübadiləsi barədə razılığa gəldi...

11.11.2026 / 16:45
“KTMT Ermənistanın bu addımına reaksiya verəcək” - Peskov

11.11.2026 / 16:32
Elektrik sayğacları gec sıfırlanır: abonentlər zərərə düşəcəklərindən qorxur....

11.11.2026 / 16:27
Nisyə mal satanların işi çətinləşəcək... Yeni tələblər gəlir..

11.11.2026 / 16:08
Prezident İlham Əliyevlə Ərdoğan arasında səmimi dialoq - FOTO

11.11.2026 / 15:57
DYP adından saxta cərimə mesajları göndərilir - XƏBƏRDARLIQ

11.11.2026 / 15:43
Fərdi təsərrufatlarda yumurta və süd istehsalının statistikası aparılacaq - əhali narahatdır...

11.11.2026 / 15:22
BMT-də Azərbaycanın təşəbbüsü ilə “İtkin düşmüş şəxslər” qətnaməsi qəbul edildi

11.11.2026 / 15:12
Prezident İlham Əliyev və Birinci xanım Mehriban Əliyeva COP31-in Liderlər Sammitində iştirak ediblər - FOTO/YENİLƏNDİ

11.11.2026 / 15:08
Ərdoğan Azərbaycana təşəkkür etdi

11.11.2026 / 14:59
Şamaxıdan Azərbaycan gündəminə

11.11.2026 / 14:50
Əbu-Dabidə Rusiya, ABŞ və Ukrayna arasında üçtərəfli danışıqlar başa çatdı...

11.11.2026 / 14:37
Xocavənddə traktor minaya düşdü, bir nəfər xəsarət aldı

11.11.2026 / 14:30
Tramp "məhv etdik" dediyi məsələyə 20 milyon mükafat ayırdı - ziddiyyət...

11.11.2026 / 14:12
Trampın Azərbaycana səfir təyin etmək istədiyi diplomat kimdir?...

11.11.2026 / 13:53
Bolqarıstanda Lyayenə qarşı etiraz - Avrokomissiya rəhbərinin kortejinə yumurta atıldı

11.11.2026 / 13:37
Zəngəzur dəhlizi üzrə üçtərəfli Qrup yaradıldı...

11.11.2026 / 13:19
Dublində Baydenə hücum - keçmiş prezidentə süd paketləri atdılar...

11.11.2026 / 13:15
Əbu-Dabi görüşü Ukraynaya dair heç bir ciddi nəticə vermədi...

11.11.2026 / 13:10
Dağ kəndlərində qaz və işıq limitinin ləğv edilməsi təklif edildi...

11.11.2026 / 12:51
İrandan Azərbaycana 34 kq-dan çox narkotikin keçirilməsinin qarşısı alındı

11.11.2026 / 12:39
Minimum 21 günlük əmək məzuniyyətinin pulla əvəz edilməsi qadağan oluna bilər

11.11.2026 / 12:25
Prezident İlham Əliyev COP31-in Liderlər Sammitində iştirak etmək üçün Antalyadakı Ekspo Mərkəzinə gəlib - FOTO

11.11.2026 / 12:05
Sathesabı maaş ilk bu sahələrdə tətbiq edilə bilər...

11.11.2026 / 11:39
COP31 çərçivəsində Qarabağ Dirçəliş Fondundan mühüm təşəbbüs - mina terroruna qarşı...

11.11.2026 / 11:20
Prezident İlham Əliyev Bolqarıstan Prezidentinə başsağlığı verib

11.11.2026 / 11:20
Dünya liderləri iqlim diplomatiyası üçün Antalyada bir araya gəlir – COP31 Liderlər Zirvəsi başlayır

11.11.2026 / 10:38
DİN avtomobil idarə edərkən "TikTok"da canlı yayım açanlara xəbərdarlıq etdi

11.11.2026 / 10:29
ABŞ-ın Maliyyə maziri İran təhdidinə görə evindən hərbi bazaya köçdü...

11.11.2026 / 10:07
Ukrayna Rusiyanın Baltik dənizindəki ən böyük limanına hücum etdi...

11.11.2026 / 09:50
Azərbaycan nefti 99 dollara düşdü...

11.11.2026 / 09:37
Respublikaçılar Pentaqonun rəhbərini impiçment cəhdinin qarşısını aldı – ancaq Demokratlar dayanmayacaq...

11.11.2026 / 09:21
Evdə uşağı döyənlər 200 manat cərimələnəcək...

11.11.2026 / 08:52
Tramp demokratları Heqsetə qarşı impiçment cəhdlərinə son qoymağa çağırdı

10.11.2026 / 21:22
Ərəb millət vəkilləri İsrailin dövlət himni səsləndirilərkən Knesset zalını tərk etdilər - Mənsur Abbas xaric…

10.11.2026 / 21:02
Fransa supermarketlərində soyuducuları “qaynama dərəcəsinə” çatdıranların kimliyi bəlli oldu - iranlı haker qrupu…

10.11.2026 / 19:43
Fransada daha yaxşı təhsil şəraiti tələb edən şagirdlər məktəbləri mühasirəyə aldılar...

10.11.2026 / 19:27
Ermənistanın KTMT-də səsvermə hüququndan məhrum edilir - qərar sabah veriləcək...

10.11.2026 / 19:20
Prezident İlham Əliyevin Türkiyəyə səfəri başlayıb - FOTO

İşğaldan azad rayonlarımızda insan faktoru həlledicidir - Məskunlaşmanın əsas istiqamətləri...

XƏBƏR ARXİVİ