Cümə axşamı günü, 12 noyabr 2026
     

Dodaqda qalan "Vətən" sözü…

Image


Vətən torpağında uğrunda can verən neçə-neçə qəhrəmanın torpağa qarışan cismindən şərəf, ləyaqət, qəhrəmanlıq, şücaət toxumu cücərir. Göz yaşı səhər şehi, həsrətli dualar isə bahar mehi olur şəhid məzarlarına.

Bir məzarın üzərində qürurla dalğalanan bayraq. O bayraq ki, şəhidin tabutu üzərində göz oxşadı. O bayraq ki, anaların, övladların göz yaşı ilə islandı. İndi neçə göz bayrağı həsrətlə seyr edir, torpağı sevdiyi kimi əzizləyir. Axı o bayraq uğrunda canından can ayrılıb,axı o torpaqda sevdiyi əbədi uyuyub. Şəhid dərdi çəkənlər açan çiçəklərdən şəhid qoxusun duyurlar. Ömrünün ən gözəl çağında vətən uğrunda solan qönçə ömürlər həyatın hər anında yer alırlar. 

Maralın aldığı hər nəfəsdə Seymur can tapır. Heç bilmirəm bu sevgini hansı sözlərlə izah edim. Sevgilərinin təməli 27 sentyabr 2009-cu ildə atılan bu cütlük həyatın hər çətinliyinə birlikdə sinə gəlirdilər. Seymurla birgə həyata başladığı gün hərbçi yarının hansı çətinliyə sinə gəlməli olduğunu yaxşı bilirdi Maral. Ancaq hər çətinliyin sonunda hədiyyəsi olan bir təbəssümlə sevgilərin ən gözəlini yaşayırdı. Sevgi dolu ailə gün keçdikcə qol-budaq atırdı. Əvvəlcə qız övladları Sevincin sevincini yaşayan Seymur və Maral sonra Nihadın gətirdiyi xoşbəxtliyə qərq oldular. Bir zamanlar öz gəlişi ilə ata - anasına sevinc yaşadan Seymur özü övlad sevincinə qərq olmuşdu. 

Cabbarov Seymur İlham oğlu 16 mart 1987-ci ildə Naxçıvan Muxtar Respublikasının Şərur rayonunun Çərçiboğan kəndində dünyaya göz açmışdı. Orta təhsilini 1993- 2001-ci illərdə Ramin Abbasov adına tam orta məktəbdə almağa başlamışdı. VIII sinifi bitirdikdən sonra 2001-ci ildə Heydər Əliyev adına Ali Hərbi liseyə daxil olmuşdu. 2004-cü ildə bitirmiş və elə həmin il Heydər Əliyev adına Azərbaycan Ali Hərbi məktəbinə daxil olmuşdu. 2008-ci ildə həmin məktəbi bitirdikdən sonra Müdafiə Nazirliyinin əmrinə əsasən Leytenant hərbi rütbəsi almış,Silahlı Qüvvələrin Təlim və Tədris mərkəzinin Zabit İxtisas Kursunun dinləyicisi təyin edilmişdi. 2009-cu ildə Silahlı Qüvvələrin Təlim və Tədris mərkəzinin Zabit İxtisas Kursunu bitirmişdi. Azərbaycanın Gəncə, Gədəbəy, Füzuli, Naxçıvan, Ağcabədi və Beyləqan kimi bölgələrində xidmət etmişdi. Seymur ordunun peşəkar zabitlərindən biri idi. O, ordudakı xidmətlərinə görə "Azərbaycan Silahlı Qüvvələrinin 90 illiyi" yubiley medalı, "Azərbaycan Silahlı Qüvvələrinin 95 illiyi" yubiley medalı, "Qüsursuz xidmətə görə" lll dərəcəli medalı, "Azərbaycan Ordusunun 100 illiyi" yubiley medalı ilə təltif edilmişdi. Ancaq o bunlarla kifayətlənmirdi. Seymurun bir amalı vardı. Bir gün bütün işğal altındakı torpaları azad etmək və şəhidlərin intiqamını almaq. Onun illər öncə Aprel döyüşlərində qəhrəmancasına şəhid olan mayor Rasim Məmmədov haqqında yazdığı  "Mənim mərd ,cəsur, igid ,qorxmaz, qəhrəman kambatım qazi oğlu Rasim Məmmədov, sənin qisasını biz alacağıq və mən inanıram ki, sizin ruhunuz da o an bizimlə birgə vuruşacaq" sözləri onun intiqam hissi ilə yaşadığının sübutudur.

Zəfər ili kimi tarixdə silinməyən iz salan 2020 - ci ilin 27 sentyabrında Azərbaycan ordusunun bütün əsgər və zabit heyəti, bütün Azərbaycan xalqı bir "Dəmir yumruq" kimi birləşdi. Zəfərə doğru addımlayanlardan biri də Seymur Cabbarov idi. "Ölərəm dönmərəm" deyən qəhrəman son nəfəsinə qədər tarix yazdı. Ən çətin döyüşlərdən biri olan Füzuli rayonunun azad olunması zamanı yanlarına mərmi düşməsi nəticəsində qəhrəmancasına şəhid olub. Son nəfəsində su istəyən Seymura döyüş yoldaşı yağış yağması nəticəsində islanan torpağı sıxıb bir damla su verib. Qəribəsi odur ki, elə həmin zaman Seymurun oğlu Nihad da eyniylə atası kimi su istəyib. Yəqin ki, uşaq yuxuda atasının sonuncu nəfəsini hiss edib.

Ömrünün sonuna qədər sevdiyinin əlini buraxmayacağına söz verən Maral heç düşünməzdi ki, sevdiyi ilə bu qədər tez sonuncu yolçuluğa çıxar. Bir qadının 2 övladı ilə birlikdə sevdiyinin cənazəsi (hətta başqa şəhid cənazələri) ilə birlikdə bir təyyarədə getməsinin nə demək olduğunu yalnız onu yaşayan bilər. Onu izah edə biləcək cümlə yoxdu.

Cabbarov Seymur İlham oğlu 3 oktyabr 2020-ci ildə Şərur rayon Şəhidlər xiyabanında torpağa tapşırılıb. Şəhadəti ilə xalq ürəyinə adı yazılan qəhrəman Ali Baş Komandan İlham Əliyevin sərəncamı ilə "Vətən uğrunda" medalı və "Füzulinin azad olunmasına görə" medalı ilə təltif edilib.

Susuz dodaqlarında "Vətən" kəlməsi donub qalan şəhidim, sən Vətən boyda sevginə can verib, Vətən kimi müqəddəsləşdin.

Şəhid Seymur 

Yatdığın torpaqdan başlayır vətən,

Vətənçün can verib vətəndə bitən,

Azadlıq toxumun vətənə səpən,

Gül açıb azadlıq nə gözəl qoxur

Adınla anılır qələbə Seymur.

 

Sənin şücaətin qəhrəmanlığın,

Düşmən ürəyinə çəkdiyin dağın,

Daşlara yazılan tər cavanlığın,

Düşüb dildən-dilə tez-tez duyulur

Vətən qəhrəmanı şəhidim Seymur. 

 

Sən heç Qarabağda çəkmədin səfa, 

Vətən dərdi oldu qəlbinə cəfa, 

Torpağı köksünə sıxıb son dəfə, 

Dedin "Vətən, canım qurbanın olur" 

Cismin bütövləşdi vətənlə Seymur. 

 

Adın qürurudur iki balanın, 

Sevgin həsrətidir nazlı sonanın, 

Şəhid dərdi ilə yaralananın, 

Loğman da dərdinin dərmanı olmur

Yoxluğun ağır bir sınaqdı Seymur. 

Manya SƏXAVƏTQIZI 



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Banklarda 4.6 milyard manat pul yatıb qalıb, kredit bazarında böhrandır... Bu necə olub?...

Avropa Ermənistanı Rusiyanın əlindən alır - Kreml qəzəb püskürür...

İran Trampsayağı ad iddiasına başladı - "Xəzər" yox, "Kaspian"?..

SON XƏBƏRLƏR

12.11.2026 / 11:51
İsrail ordusuna göstəriş verildi - İrana mümkün hücumla bağlı hazırlıqlar artırılır...

12.11.2026 / 11:36
Gələn il mediaya 68 milyon manat ayrılacaq

12.11.2026 / 10:59
“Ermənistan hakimiyyəti odla oynayır” - Rusiya senatoru

12.11.2026 / 10:41
Sankt-Peterburqda son üç ayda ikinci sui-qəsd - yüksək rütbəli hərbçinin avtomobili partladıldı...

12.11.2026 / 10:33
Şəmkirdə avtomobil yol kənarına yuvarlandı - ölənlər var...

12.11.2026 / 10:20
Azərbaycan neftinin qiyməti 100 dolları ötdü...

12.11.2026 / 10:12
Paşinyan Antalyada banan "oğurlayıb" Dublinə apardı - VİDEO

12.11.2026 / 10:04
Orbanın qardaşı viza alveri işi üzrə həbs edildi

12.11.2026 / 09:27
Vens İran rəsmisi ilə üzbəüz danışıqlar aparmağa hazırlaşır...

12.11.2026 / 09:11
Trampın elçiləri Putinlə görüşmək üçün Rusiyaya səfər edib

12.11.2026 / 08:56
Birinci vitse-prezident Mehriban Əliyeva Konstitusiya Günü münasibətilə paylaşım edib

12.11.2026 / 08:40
İtaliya məktəblərində bomba həyəcanı - təhdid məktubları “Mixail Andropovdan” gəlir

12.11.2026 / 08:21
Ağ Ev Trampın nəhəng bal salonunun kölgəsində qaldı

12.11.2026 / 00:18
Azərbaycanda Konstitusiya Günü qeyd olunur

12.11.2026 / 00:12
Baş katib Ermənistanın KTMT-də tamhüquqlu iştirakının bərpası şərtini açıqladı - qərar onlardan asılıdır...

11.11.2026 / 23:28
Ermənistan prezidenti TRIPP layihəsi ilə bağlı qanunu imzaladı

11.11.2026 / 23:10
NATO-da casus həyəcanı - yüksək rütbəli ABŞ hərbçisinin Rusiya agenti olduğu ortaya çıxdı...

11.11.2026 / 23:02
"Tarixi Zəfər müstəqil Azərbaycanın gücünün təntənəsidir" - Vüqar Rəhimzadə

11.11.2026 / 22:53
Ukrayna Trampın Donbasın sərhədlərinin yenidən müəyyənləşdirilməsi təklifini rədd etdi...

11.11.2026 / 22:37
Rusiya Əbu-Dabidə NATO-nun 1997-ci il sərhədlərinə qayıtmasını tələb etdi...

11.11.2026 / 22:20
Fransanın müstəmləkələri də ayağa qalxacaq...

11.11.2026 / 22:05
Paşinyan Türkiyə ilə diplomatik əlaqələrə niyə çox can atır - təzə məsələ var...

11.11.2026 / 21:49
ABŞ Xəzər dənizini də İran ticarətinin üzünə bağlayir

11.11.2026 / 21:33
Azərbaycanın əleyhinə vərəqələr yayılır... Hədəfdə sülh sazişidir...

11.11.2026 / 21:18
Qarabağın landşaft memarlığı: Nəzəri əsaslar, bərpa strategiyaları və perspektiv təkliflər

11.11.2026 / 21:06
İrəvandakı Göy məscidə qarşı İran və erməni təxribatı - Dövlət Komitəsi sərt bəyanat yaydı...

11.11.2026 / 20:58
Heqsetin impiçmenti barədə şok iddia - Trampın məqsədi(?) nədir?...

11.11.2026 / 20:41
Erməni təcavüzünə dəstək verənlərin ən iyrənc əməlləri açılır...

11.11.2026 / 20:35
Leyla Əliyeva “Qlobal Sıfır Tullantı Alyansı – Dövlət və Hökumət Başçılarının Həyat Yoldaşlarının Yüksəksəviyyəli Toplantısı”nda iştirak edib - FOTO

11.11.2026 / 20:23
İranla müharibə bitmək üzrədir - İrandan Trampa təhqiramiz cavab...

11.11.2026 / 20:11
Leyla Əliyeva COP31 çərçivəsində Azərbaycan pavilyonunda olub

11.11.2026 / 20:05
Azərbaycan cüdoçusu Avropa çempionu oldu!

11.11.2026 / 20:05
“Ermənilər əmin idilər ki, Azərbaycana icazə verilməyəcək”...

11.11.2026 / 20:02
Lukaku Türkiyə millisinə qarşı oynamayacaq - AÇIQLAMA

11.11.2026 / 19:58
Paşinyan Konstitusya məsələsində açıqca manipulyasiya edir

11.11.2026 / 19:47
Düşməni Azərbaycana hücumdan çəkindirən ən güclü taktika budur...

11.11.2026 / 19:30
Milli ideaya konkret ifadə edildi - Zəfərin kökü bundadır...

11.11.2026 / 19:22
QMİ İrəvan Göy məscidindəki tədbiri vandalizm və təxribat adlandırdı

11.11.2026 / 19:16
KTMT Ermənistanla bağlı qərarını verdi – İrəvan səsvermə hüququndan məhrum edildi...

11.11.2026 / 19:03
Xəzər dənizində "Dəmir Qapı" təhlükəsi - hərbi əməliyyatlar dənizə köçürülür?

11.11.2026 / 18:25
Ramil Usubov MDB təhlükəsizlik şuraları katiblərinin Moskva görüşündə iştirak edib

11.11.2026 / 18:12
Prezident İlham Əliyevin sosial media hesablarında Mehriban Əliyeva ilə birgə COP31-in Liderlər Sammitində iştirakına dair paylaşım edilib - VİDEO

11.11.2026 / 18:08
Prezident İlham Əliyevin Türkiyəyə səfəri başa çatıb - FOTO

11.11.2026 / 17:40
Fermerlərə tam vergi güzəştinin 90 faizə endirilməsi aqrar sektorda yeni situasiya yaradır...

11.11.2026 / 16:55
Rusiya və Ukrayna Əbu-Dabidə genişmiqyaslı əsir mübadiləsi barədə razılığa gəldi...

11.11.2026 / 16:45
“KTMT Ermənistanın bu addımına reaksiya verəcək” - Peskov

11.11.2026 / 16:32
Elektrik sayğacları gec sıfırlanır: abonentlər zərərə düşəcəklərindən qorxur....

11.11.2026 / 16:27
Nisyə mal satanların işi çətinləşəcək... Yeni tələblər gəlir..

11.11.2026 / 16:08
Prezident İlham Əliyevlə Ərdoğan arasında səmimi dialoq - FOTO

11.11.2026 / 15:57
DYP adından saxta cərimə mesajları göndərilir - XƏBƏRDARLIQ

11.11.2026 / 15:43
Fərdi təsərrufatlarda yumurta və süd istehsalının statistikası aparılacaq - əhali narahatdır...

11.11.2026 / 15:22
BMT-də Azərbaycanın təşəbbüsü ilə “İtkin düşmüş şəxslər” qətnaməsi qəbul edildi

11.11.2026 / 15:12
Prezident İlham Əliyev və Birinci xanım Mehriban Əliyeva COP31-in Liderlər Sammitində iştirak ediblər - FOTO/YENİLƏNDİ

11.11.2026 / 15:08
Ərdoğan Azərbaycana təşəkkür etdi

11.11.2026 / 14:59
Şamaxıdan Azərbaycan gündəminə

11.11.2026 / 14:50
Əbu-Dabidə Rusiya, ABŞ və Ukrayna arasında üçtərəfli danışıqlar başa çatdı...

11.11.2026 / 14:37
Xocavənddə traktor minaya düşdü, bir nəfər xəsarət aldı

11.11.2026 / 14:30
Tramp "məhv etdik" dediyi məsələyə 20 milyon mükafat ayırdı - ziddiyyət...

11.11.2026 / 14:12
Trampın Azərbaycana səfir təyin etmək istədiyi diplomat kimdir?...

11.11.2026 / 13:53
Bolqarıstanda Lyayenə qarşı etiraz - Avrokomissiya rəhbərinin kortejinə yumurta atıldı

11.11.2026 / 13:37
Zəngəzur dəhlizi üzrə üçtərəfli Qrup yaradıldı...

11.11.2026 / 13:19
Dublində Baydenə hücum - keçmiş prezidentə süd paketləri atdılar...

11.11.2026 / 13:15
Əbu-Dabi görüşü Ukraynaya dair heç bir ciddi nəticə vermədi...

11.11.2026 / 13:10
Dağ kəndlərində qaz və işıq limitinin ləğv edilməsi təklif edildi...

11.11.2026 / 12:51
İrandan Azərbaycana 34 kq-dan çox narkotikin keçirilməsinin qarşısı alındı

11.11.2026 / 12:39
Minimum 21 günlük əmək məzuniyyətinin pulla əvəz edilməsi qadağan oluna bilər

11.11.2026 / 12:25
Prezident İlham Əliyev COP31-in Liderlər Sammitində iştirak etmək üçün Antalyadakı Ekspo Mərkəzinə gəlib - FOTO

11.11.2026 / 12:05
Sathesabı maaş ilk bu sahələrdə tətbiq edilə bilər...

11.11.2026 / 11:39
COP31 çərçivəsində Qarabağ Dirçəliş Fondundan mühüm təşəbbüs - mina terroruna qarşı...

11.11.2026 / 11:20
Prezident İlham Əliyev Bolqarıstan Prezidentinə başsağlığı verib

11.11.2026 / 11:20
Dünya liderləri iqlim diplomatiyası üçün Antalyada bir araya gəlir – COP31 Liderlər Zirvəsi başlayır

11.11.2026 / 10:38
DİN avtomobil idarə edərkən "TikTok"da canlı yayım açanlara xəbərdarlıq etdi

11.11.2026 / 10:29
ABŞ-ın Maliyyə maziri İran təhdidinə görə evindən hərbi bazaya köçdü...

11.11.2026 / 10:07
Ukrayna Rusiyanın Baltik dənizindəki ən böyük limanına hücum etdi...

11.11.2026 / 09:50
Azərbaycan nefti 99 dollara düşdü...

11.11.2026 / 09:37
Respublikaçılar Pentaqonun rəhbərini impiçment cəhdinin qarşısını aldı – ancaq Demokratlar dayanmayacaq...

11.11.2026 / 09:21
Evdə uşağı döyənlər 200 manat cərimələnəcək...

11.11.2026 / 08:52
Tramp demokratları Heqsetə qarşı impiçment cəhdlərinə son qoymağa çağırdı

10.11.2026 / 21:22
Ərəb millət vəkilləri İsrailin dövlət himni səsləndirilərkən Knesset zalını tərk etdilər - Mənsur Abbas xaric…

10.11.2026 / 21:02
Fransa supermarketlərində soyuducuları “qaynama dərəcəsinə” çatdıranların kimliyi bəlli oldu - iranlı haker qrupu…

10.11.2026 / 19:43
Fransada daha yaxşı təhsil şəraiti tələb edən şagirdlər məktəbləri mühasirəyə aldılar...

İşğaldan azad rayonlarımızda insan faktoru həlledicidir - Məskunlaşmanın əsas istiqamətləri...

XƏBƏR ARXİVİ