Azərbaycanda daha iki məktəb koronavirus səbəbindən distant təhsilə keçib. Trend-in məlumatına görə, Bakı şəhəri Xətai rayonu 27 nömrəli tam orta məktəb yoluxmaya görə bağlanıb.
Distant təhsilə keçən digər məktəb isə Qax rayonu 2 nömrəli ümumtəhsil müəssisəsidir. Məktəbdən məlumatı təsdiqləyiblər.