Cümə axşamı günü, 12 noyabr 2026
     

Prezidentin 4 dəfə təltif etdiyi Vətən Qəhrəmanı, Xüsusi Təyinatlıların “Canavar” ləqəbli şəhid zabiti - İsmayıl... - FOTO

Image


...Həlmət xanım gecə yarısı hövlanak yuxudan ayılıb “İsmayıl, İsmayıl” deyə, uca səslə çağıra-çağıra qapıya sarı getdi. Onun səsinə əvvəlcə həyat yoldaşı Məhəmməd, sonra isə qonşu otaqlarda yatan ailə üzvüləri ayıldılar.

Əri ona yaxınlaşaraq “Həlmət, nə olub sənə, kim gəlir, oğlumuz İsmayılmı? Bəlkə yuxu görürsən? Sakitləş, sakitləş gecənin yarısıdır...” Sonra oğlu Elvin ona yaxınlaşaraq anasını sakitləşdirməyə çalışdı... İsmayılın qızı Nurgül isə nənəsinin başını sığallaya-sığallaya “Əziz nənə, nədi, atam gəlir? Nə yaxşı, nə yaxşı” – deyərək, sevincək anası Bəsti xanımın üstünə qaçdı: “ana, ana atamız gəlir... Həlmət ana isə evin çöl qapısını açıb həyətə düşdü və darvazaya sarı getdi... Ancaq çöl qaranlıq, heç kim yox, göydə isə ulduzlar sayrışırdı və peşman geri qayıtdı... Oğlu İsmayıl müharibəyə gedəndən ananın yuxuları ərşə çəkilmiş, gözlərini azca yuman kimi də oğlunu yuxuda görürdü. Özünü çox narahat hiss edirdi. Cəbhədən hər acı xəbər gələndə, sanki o dünyaya gedib-qayıdırdı. Gecə-gündüz düşmənlərimizi lənətləyir, onları gəbərdən oğlunun və cəsur hərbiçilərimizin qələbə müjdəsi ilə sağ-salamat qayıtmaları üçün daima dualar edirdi...

Ailə üzvləri hər an Həlmət xanımı səbrli, təmkinli, inadkar olmağa çağırırdılar. Ana isə tez-tez pıçıldayaraq “Kaş mən oğlumun hərbiçi olmağına razılaşmazdım, başqa sənət seçib yanımızda olardı” deyirdi. Onda belə hallar oğlu 2016-cı ilin aprel döyüşlərində iştirak edəndə baş vermişdi. Şükürlər olsun ki, İsmayıl həmin vaxt sağ-salamat dönmüşdü. Ana qəlbi isə rahatlıq tapmırdı. Xüsusi Təyinatlıların bölük komandiri olan kapitan İsmayıl Məhəmməd oğlu Səmədov müharibənin ən qızğın ön mövqelərində döyüşsə də, valideynləri, həyat yoldaşı ilə tez-tez telefon əlaqəsi saxlayanda: “Ana, ata, Bəsti xanım, siz darıxmayın, hər şey yaxşıdır, balalarımdan, özünüzdən, bacım Vəsilədən muğayat olun. Müharibədi, itki də olacaq, yaralanan da olacaq, narahat olmayın, düşmənin başını necə lazımdırsa əzirik, qələbə xəbəri ilə az müddətə qayıdacağıq sizlərin yanına...”- deyirdi.

Müharibə başlayandan bir müddət sonra cəsur zabitimiz İsmayıl dayağı, sevimli həyat yoldaşını və iki şirin balasını da götürüb, yaşadıqları Yaşmadakı hərbi şəhərcikdən Lahıc kəndinə dönmüşdü. Bəsti xanım da özünü çox-çox narahat hiss edirdi... İsmayıldan çox nigaran idi...

Bəli, söhbət həyatda Vətən sevdası ilə yaşamış, qısa ömür yolunu mənalı, qəhrəmanlıqla keçirmiş və son savaşda döyüşə-döyüşə şəhidlik zirvəsini fəth etmiş XTD-nin xüsusi təcrübəli zabiti İsmayıl Məhəmməd oğlu Səmədovdan gedir...

Heyf Sizdən – Azərbaycanımızın mərd və qəhrəman oğlu! İsmayıl Zaqatala rayonunun Lahıc kəndində 1990-cı il avqust ayının 9-da dünyaya gələndə Qarabağda savaşlar başlamışdı. Bu cəngavər eloğlumuzun anası Həlmət xanım və həyat yoldaşı Bəsti xanım İsmayılın şərəfli həyatını nəql edəndə, onları həyəcansız dinləmək mümkün deyildi. O, Lahıc kəndindəki Birinci Qarabağ müharibəsində şəhid olmuş Qoca Qocayev adına tam orta məktəbi 2007-ci ildə 8-ci sinfini bitirdikdən sonra Bakı şəhərindəki kimya-biologiya liseyində təhsilini davam etdirmişdi. Həlmət ananın söylədiyinə görə, İsmayılın Heydər Əliyev adına Ali Hərbi Məktəbə daxil olmasından sonradan xəbər tutmuşdu: “İsmayıl məktəb illərində təbiət fənlərini çox sevsə də, hərbiyə daha çox meylli idi. İkinci Dünya müharibəsində həlak olan Sovet İttifaqı Qəhrəmanı Mehdi Hüseynzadənin keçdiyi qəhrəmanlıq yolu ilə daima maraqlanardı. Onun haqqında çəkilən “Uzaq sahillərdə” filminə tez-tez baxardı. Mehdini çox sevdiyi üçün 1 yaşlı oğluna da onun adını qoymuşdu. İsmayıl həm də Birinci Qarabağ savaşında şəhid olmuş igidlərimizin göstərdiyi şücaətlərlə daima maraqlanardı. Onların qisasını almaq istəyi ilə yaşayan İsmayıl özü könüllü olaraq hərbçi olmağı seçmişdi. Həyatını bu peşəyə həsr etmiş oğlum gənclərə daima örnək oldu” – söyləyən şəhid anası sonra bildirdi ki, o, təhsil aldığı 4 ildə hərbi biliklərə ürəkdən, həvəslə və böyük ümidlərlə yiyələnirdi. “İsmayıl balam 2011-ci ildə arzusuna qovuşdu. Ali Hərbi Məktəbi bitirdikdən sonra 1 il Təlim-Tədris məşğələlərini yüksək fəallıqla keçirib, leytenant rütbəsini alıb. Mənim oğlum bu hərbi sahəni seçəndə narahat idim. “Ana nigaran qalma, mənim seçimim yanlış deyil, baxarsınız necə zabit olacağam. Siz mənimlə fəxr edəcəksiniz, qürur duyacaqsınız və bir  vətənpərvər kimi adımı qəhrəmanlar sırasında görəcəksiniz” – demişdi oğlum. O, 1 il Mingəçevir şəhərində Müdafiə Nazirliyinin “N” sayı hərbi hissəsində qulluq göstərib. Daha sonra isə Xüsusi Təyinatlıların 6 aylıq kursunu keçib və Yaşmada yerləşən Azərbaycan Silahlı Qüvvələrinin Xüsusi Təyinatlılarının Hərbi Hissəsində xidmətini davam etdirib. İsmayıl 2016-cı il aprel döyüşlərində də Xüsusi Təyinatlılarının zabiti kimi iştirak edərək, böyük igidlik və şücaət göstərib. Həmin döyüşlərdə o, düşmənin onlarla canlı qüvvəsini məhv etmiş, neçə-neçə yaralımızı döyüş meydanlarınan çıxartmış və hospitallar1a yola salmışdı”.

Qeyd edək ki, “Lələ-təpə” yüksəkliyinin alınmasında göstərdiyi xidmətlərinə görə ölkə Prezidenti, Ali Baş Komandan İlham Əliyev İsmayıl Səmədovu birbaşa cəbhə xəttində şəxsən mükafatlandırmışdı. 

Anası deyir ki, oğlu İsmayıl hələ Ali Hərbi Məktəbdə təhsil aldığı dövrlərdən Lahıc kəndindən olan ibtidai sinif müəlliməsi Bəsti xanımı sevirdi və onunla əhdi-peyman bağlamışdı.

İsmayıl aprel döyüşlərindən sonra həmin xanımla möhkəm təməlli, mehriban bir ailə həyatı qurmuşdu. Bu izdivacdan onların 1 qız, 1 oğlan övladı dünyaya gəlmişdi.

Cəsur, Qəhrəman şəhid zabitimiz İsmayılın dilavər, şirin dilli, göyçək, çox həssas qızı Nurgülün 3 yaşı, atasıtək gülərüz, coşqun baxışlı oğlu Mehdinin isə 1 yaşı tamam olub. Amma onun ad günü İsmayılsız keçdi. O çox arzulayırdı ki, əfsanəvi partizan Mehdinin adaşı oğlunun 1 yaşını xüsusi təm-təraqla keçirsin...

“Taleyin qismətinə bir baxın, gənc olmasına baxmayaraq, bütün mürəkkəb tapşırıqları əla yerinə yetirən, hərbi təlimlərdən, sınaqlardan, hətta hərbi idman yarışlarından üzü ağ çıxan oğlum... Bəs nə oldu sənə? 2016-cı ilin aprel döyüşlərində böyük igidlik, şücaət göstərdin. Neçə-neçə yaralını güllə “yağışı altından” çıxartdın. Onların həyatını xilas etdin. O azğın düşmənə qan uddurdun, məhv etdin... – deyə, oğlunun qəhrəmanlıq epizodlarından danışan, göz yaşları qurumayan ana – Həlmət xanım gözlərindən axan yaşı silə-silə söhbəti davam etdirir: “İsmayılı aprel döyüşlərində göstərdiyi şücaətə görə Ali Baş Komandan cənab İlham Əliyev şəxsən özü mükafatlandırmışdı. Birbaşa ön cəbhə xəttində oğluma Prezident tərəfindən verilən Diplom və medallar bir zabit kimi onun bütün şəxsi heyət qarşısında nüfuzunu artırmışdı... Seçdiyi sənətinə, doğma Vətəni Zaqatalaya vurğun, sakit adam idi İsmayıl, Niyyəti gələcəkdə Azərbaycan Silahlı Qüvvələrində pillə-pillə yüksələrək daha ali rütbə almaq idi... Sözsüz ki, oğlum qısa ömrünün hər anını səmərəli, mənalı keçirdi... Onun hərbi fəaliyyəti təbliğ olunmalı, məktəblilər tərəfindən öyrənilməli, mütaliə olunmalıdır... Həyatdan, əzizlərindən doymadı, 2 körpə balasını doyunca qucaqlamadı, oxşatmadı... getdi – qəhrəman kimi... əbədiyyətə qovuşdu – şəhid kimi...

Hərbçinin həyat yoldaşı olmaq hər bir qadına qismət olmur. Daima narahat olan, çox gecələr yatmayan, nigaran qalan, hətta hərbi sirrləri saxlayanlardan biri də məhz hərbçilərin  həyat yoldaşlarıdır...

Bəsti xanım ailə həyatı qurduğu vaxtdan İsmayılın dayağı, sirdaşı, dostu oldu. Uşaqlarının, onun qayğısına qaldı. Onun qüruruna, dəyanətinə, hərbçi həyatını mürəkkəb yaşamasına dözdü Bəsti xanım. Onun mərdliyinə valeh oldum... Zabit ərinin yoxluğuna inanmayan Bəsti xanım İsmayılın keçdiyi həyat yolunu vərəqlədikcə, sanki xəyallara dalırdı: “İsmayılın daha yaddaqalan hərbi uğurları: 2018 –ci il Türkiyə Respublikasında, dünyanın 25 ölkəsinin seçilmiş hərbçilərin keçdiyi Efess – hərbi-təlim yarışlarında onun rəhbərlik etdiyi bölük yüksək məharət və peşəkarlıq göstərərək qalib oldu. Qazanılan bu uğura görə ona növbəsiz kapitan rütbəsi verildi. Gürcüstan dövlətində keçirilən beynəlxalq hərbi-təlim yarışlarında onun çəkdiyi əziyyət öz bəhrəsini verdi. İsmayılın rəhbərlik etdiyi dəstə birinci yeri tutdu. Lakin İsmayıl bu təlimlərdən, uğurlardan danışmazdı...

Onların, Xüsusi Təyinatlıların gecəsi-gündüzü yox idi... Hiss olunurdu ki, gec-tez onlar erməni xainlərinə sarsıdıcı zərbələr endirəcəklər...

Nəhayət, Həlmət ana yuxusunun “Çin” olduğu – O gecə... Yəni, sentyabr ayının 27 –si 2020 –ci il. Xüsusi Təyinatlı Qüvvələrin ən bacarıqlı zabiti İsmayıl Səmədovun bir komandir kimi qorxmazlığı, cəsarəti 44 günlük Vətən müharibəsində tam şəkildə özünü göstərdi. Onlar müharibənin ilk günündən əməliyyata Murov dağından başladı. Xüsusi Təyinatlılar, öndə İsmayıl olmaqla, hər yüksəklik, hər kənd, hər mövqe uğrunda düşmənə elə zərbələr endirirdilər ki, düşmən onların adlarını eşidəndə qorxuya, təlaşa düşür, lərzəyə düşərək geri çəkilirdi.

İkinci hissə: Düşmənə qan udduran döyüşlər

İsmayıl Səmədovun dəstəsi Murov dağından sonra Cəbrayıl, Füzuli istiqamətlərində gedən döyüşlərdə igidlik göstərərək, yurd yerlərimizin azad olunmasında fəal iştirak edir. Kapitan təcrübəli zabit kimi döyüşlərdə tabeçiliyində olan hərbiçiləri irəliyə aparır, döyüş tapşırıqlarının uğurla yerinə yetirilməsi, sonda düşmən mövqelərinin, istehkamlarının, silah-sursatlarının, döyüş texnikalarının və yüzlərlə canlı qüvvələrinin məhv olunması ilə nəticələnirdi...

“Bir canımız var, Allah nə yazıbsa, o da olacaq. Şərəfli və doğru yolu seçin, yalnız 3 məqsədimiz olsun. Ya qalib olaq, ya qazi olaq, ya da şəhid. Azərbaycan əsgərinin başqa seçimi ola bilməz...” Kapitan İsmayıl Səmədov bu sözləri ilə hərbçilərimizə əsl vətənpərvərlik ruhu aşıladı... Qeyd edək ki, Füzuli istiqamətində Zaqatalanın cəsur zabiti İsmayılın komandiri olduğu Xüsusi Təyinatlıların Dəstəsi düşmənin güclü müdafiə xətlərini yarmaqda əsil şücaət göstərdilər...

İsmayılın sağ əli olan gizir, əslən Quba rayonunun Alpan kəndindən olan Cavad Nasir oğlu Babayevin mətbuata verdiyi açıqlama: “Ruhun şad olsun, Allah rəhmət eləsin İsmayıl qardaş! Sən bizim həm komandirimiz, həm yol göstərənimiz, sipərimiz olmusan... O, ən ağır döyüşlərdə belə öndə gedib bizi qorudu, döyüşlər zamanı beynəlxalq taktikalardan yararlandı və uğurlu əməliyyatlar qurdu...

Oktyabr ayının 4 –dən başlayaraq, Cəbrayıl, Füzuli, Hadrut istiqamətlərində şiddətli döyüşlər getdi. Cəsur komandirimizin bölüyü, yəni biz oktyabr ayının 3-dən 4-nə keçən gecə Cəbrayıl istiqamətində düşmənin televiziya qülləsini qoruyan bir tankını və 8 nəfərlik canlı qüvvəsini məhv etdik. Oktyabr ayının 7-də komandirimiz İsmayıl Səmədovun əmrinə əsasən, gecə saatlarında Füzuli-Hadrut yolunu düşməndən təmizlədik. Bizim bölüyümüzün nəzarətçi qrupu ərazidə düşmən snayperlərin olduğunu müəyyənləşdirdi. Əvvəlcə bu snayperlərdən 3-nü, sonra isə arxadan bizə atəş açan düşmənləri məhv etdik. Qeyd edim ki, biz növbəti tapşırığı oktyabr ayının 10-da Füzuli rayonu Gorazıl kəndini və Horadiz – Füzuli – Hadrut yolunu tutmaq tapşırığını aldıq. Bu əməliyyat zamanı biz gərgin anlar keçirdik. Əvvəlcə düşmənin 10 –a yaxın texnikasını zərərsizləşdirərək, yolu təmizlədik və həmin kəndə daxil olduq. Ertəsi gün, yəni oktyabr ayının 11-də Hadrut qəsəbəsinin azad olunması uğrunda düşmənlə bizim taborumuzun daha ağır, şiddətli döyüşləri oldu. Həmin döyüşdə xain ermənilər bizə qarşı, daha çox saylı canlı qüvvəi ilə hücum etdilər. Düşmənin çoxlu sayda texnikasını, onların döyüşçülərini darmadağın etməyimizə baxmayaraq, biz tərəfdən xeyli itki verdik. Həmin döyüşdə çox təəssüflər olsun ki, bizim fəxrimiz, Silahlı Qüvvələrimizin dəyərli, təcrübəli zabitimiz, bölük komandiri, Xüsusi Təyinatlıların öncülü, kapitan İsmayıl Səmədov da namərd düşmənin snayperlə açdığı atəş nəticəsində qəhrəmancasına həlak oldu. Çox, çox heyf ondan, o, bizim Xüsusi Təyinatlıların gələcəyi, vüqarı idi... Allah onun əzizlərini, balalarını qorusun! İsmayıl, heç təəssüflənmə, o dığalardan sənin qisasını aldıq, onlara yerlərini göstərdik... Qələbə qazandıq... Bütün şəhidlərimizin qisasını almışıq, cənab Kapitan..! Rahat uyu, əziz qardaşımız, əsl qəhrəmanımız.”

İsmayılın oktyabrın 11-dəki son döyüşündə onunla birlikdə daha 3 nəfər zabitimiz şəhid olub. Ümumiyyətlə, yüksək təcrübəli Xüsusi Təyinatlılardan ibarət 133 nəfərdən şəxsi heyətdən cəmi 63 nəfər sağ qaldı. Onların da əksəriyyəti ağır yaralanaraq, qazi oldular... Gizir Cavad Babayev kimi... Hadrut uğrunda gedən döyüşlərdə İsmayıl Səmədovun dəstəsi 80 nəfər azğın düşməni və müxtəlif növ texnikalarını da zərərsizləşdirdik. Bizim səyimiz nəticəsində Hadrut füşməndən azad olundu...

Bəli, həmin gün... Təəssüflər olsun ki, Həlmət ananın narahat günləri və gecələri gerçəkləşdi... Azərbaycan Xüsusi Təyinatlılarının gələcəyi, yüksək təlimlər keçmiş, düşmənə od püskürən cəsur zabitimiz, qəlbi yaratmaq, yaşatmaq eşqi ilə döyünmüş, min cür arzularla yaşamış İsmayıl Səmədov beləcə qəhrəman kimi ömrünü bir vətənpərvər kimi döyüş meydanında bitirdi... İllər keçəcək, əsrlər ötəcək, ancaq İsmayılın keçdiyi hərb yolunu dönə-dönə öyrənəcəklər...

Qeyd edək ki, Zaqatala rayonunun Lahıc kəndində dünyaya göz açan İsmayılın anası Həlmət xanım və atası Məhəmməd kişi çox zəhmətsevərdirlər. Bir qız və iki oğlunu da belə ruhda, halal zəhmətlə böyüdüblər. Qızı Vəsilə xanım gözəl ailə başçısıdır, balaca oğlunun bir övladı var və Zaqatala Hava Limanında Mühafizəçi polis əməkdaşıdır.

Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin 19.12.2020-ci il  tarixli Sərəncamı ilə Vətənimizin ərazi bütövlüyü, torpaqlarımızın düşmən işğalından azad edilməsi uğrunda gedən döyüşlərdə çoxlu sayda düşmən və hərbi sursat texnikasını məhv etdiyinə görə igidlik və mərdlik nümayiş etdirdiyinə görə İsmayıla “Vətən Müharibəsi Qəhrəmanı” fəxri adı verildi.

İsmayıl Səmədov döyüş əməliyyatlarına qatılaraq, döyüş tapşırıqlarını yüksək səviyyədə şərəflə və fədakarlıqla yerinə yetirdiyinə görə isə ölkə başçısının digər sərəncamları ilə “Vətən uğrunda” və “Cəbrayılın azadlığı uğrunda” medalları ilə təltif olunub... Bu təltiflərə qədər, hərbi xidməti dövründə “Nümunəvi və Qüsursuz xidmətlərinə görə” III dərəcəli, “Hərbi xidmətdə fərqlənməyə görə”, “Qüsursuz xidmətə görə”, “Azərbaycan Silahlı Qüvvələrinin 95 illiyi”, “Azərbaycan Ordusunun 100 illiyi” yubileyi medalları, fəxri fərmanlarla və qiymətli hədiyyələrlə təltif olunmuşdu İsmayıl...

...Bu günlər uca şəhidlik zirvəsinə ucalanların adına qəhrəmanlıq dastanları, kitablar yazılacaq, kinolar çəkiləcək və mahnılar yazılacaq, İsmayıl. Sizə ən böyük mükafatı Xalqımız verir. Ruhun şad olsun, Bizim xilaskarımız!

Elman MALIYEV
Azərbaycan Jurnalistlər Birliyinin üzvü



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Banklarda 4.6 milyard manat pul yatıb qalıb, kredit bazarında böhrandır... Bu necə olub?...

Avropa Ermənistanı Rusiyanın əlindən alır - Kreml qəzəb püskürür...

İran Trampsayağı ad iddiasına başladı - "Xəzər" yox, "Kaspian"?..

SON XƏBƏRLƏR

12.11.2026 / 14:41
Belarus Ermənistanın KTMT-nin məxfi sənədlərinə çıxışının məhdudlaşdırılmasını təklif etdi - “saxta müttəfiq”...

12.11.2026 / 14:15
“Ermənistan KTMT-dən çıxacağı təqdirdə çox şey itirəcək” - Matviyenko

12.11.2026 / 13:58
Aralıq dənizində ABŞ-la Kiprin Türkiyə əleyhinə gedişi hələ cavabsız qalır...

12.11.2026 / 13:25
Daşkənddəki Azərbaycan dili mərkəzinin maliyyəsi niyə dayandırılıb?

12.11.2026 / 13:04
Qazaxıstanda iki yüksək vəzifəli məmur həbs edildi...

12.11.2026 / 12:50
Əlilliyi bərpa olunan şəxslərə əvvəlki ayların da pulu verilsin! - Deputatdan təklif...

12.11.2026 / 12:39
Şəkidə 100-dən artıq ağacı qanunsuz kəsməkdə şübhəli bilinən altı nəfər saxlandı

12.11.2026 / 12:33
Hörmüz boğazından keçməyə cəhd edən iki supertankerdə güclü partlayış...

12.11.2026 / 12:17
Sahibkarlara şad xəbər - elektrik xərclərinin yarısını dövlət ödəyəcək

12.11.2026 / 12:05
Ermənistan parlamenti TRİPP-lə bağlı qanunvericilik dəyişikliklərini təsdiqlədi...

12.11.2026 / 11:51
İsrail ordusuna göstəriş verildi - İrana mümkün hücumla bağlı hazırlıqlar artırılır...

12.11.2026 / 11:36
Gələn il mediaya 68 milyon manat ayrılacaq

12.11.2026 / 11:25
Abşeronda tikiş sexindən 15 min manatlıq oğurluq - 3 nəfər saxlandı

12.11.2026 / 10:59
“Ermənistan hakimiyyəti odla oynayır” - Rusiya senatoru

12.11.2026 / 10:41
Sankt-Peterburqda son üç ayda ikinci sui-qəsd - yüksək rütbəli hərbçinin avtomobili partladıldı...

12.11.2026 / 10:33
Şəmkirdə avtomobil yol kənarına yuvarlandı - ölənlər var...

12.11.2026 / 10:20
Azərbaycan neftinin qiyməti 100 dolları ötdü...

12.11.2026 / 10:12
Paşinyan Antalyada banan "oğurlayıb" Dublinə apardı - VİDEO

12.11.2026 / 10:04
Orbanın qardaşı viza alveri işi üzrə həbs edildi

12.11.2026 / 09:27
Vens İran rəsmisi ilə üzbəüz danışıqlar aparmağa hazırlaşır...

12.11.2026 / 09:11
Trampın elçiləri Putinlə görüşmək üçün Rusiyaya səfər edib

12.11.2026 / 08:56
Birinci vitse-prezident Mehriban Əliyeva Konstitusiya Günü münasibətilə paylaşım edib

12.11.2026 / 08:40
İtaliya məktəblərində bomba həyəcanı - təhdid məktubları “Mixail Andropovdan” gəlir

12.11.2026 / 08:21
Ağ Ev Trampın nəhəng bal salonunun kölgəsində qaldı

12.11.2026 / 00:18
Azərbaycanda Konstitusiya Günü qeyd olunur

12.11.2026 / 00:12
Baş katib Ermənistanın KTMT-də tamhüquqlu iştirakının bərpası şərtini açıqladı - qərar onlardan asılıdır...

11.11.2026 / 23:28
Ermənistan prezidenti TRIPP layihəsi ilə bağlı qanunu imzaladı

11.11.2026 / 23:10
NATO-da casus həyəcanı - yüksək rütbəli ABŞ hərbçisinin Rusiya agenti olduğu ortaya çıxdı...

11.11.2026 / 23:02
"Tarixi Zəfər müstəqil Azərbaycanın gücünün təntənəsidir" - Vüqar Rəhimzadə

11.11.2026 / 22:53
Ukrayna Trampın Donbasın sərhədlərinin yenidən müəyyənləşdirilməsi təklifini rədd etdi...

11.11.2026 / 22:37
Rusiya Əbu-Dabidə NATO-nun 1997-ci il sərhədlərinə qayıtmasını tələb etdi...

11.11.2026 / 22:20
Fransanın müstəmləkələri də ayağa qalxacaq...

11.11.2026 / 22:05
Paşinyan Türkiyə ilə diplomatik əlaqələrə niyə çox can atır - təzə məsələ var...

11.11.2026 / 21:49
ABŞ Xəzər dənizini də İran ticarətinin üzünə bağlayir

11.11.2026 / 21:33
Azərbaycanın əleyhinə vərəqələr yayılır... Hədəfdə sülh sazişidir...

11.11.2026 / 21:18
Qarabağın landşaft memarlığı: Nəzəri əsaslar, bərpa strategiyaları və perspektiv təkliflər

11.11.2026 / 21:06
İrəvandakı Göy məscidə qarşı İran və erməni təxribatı - Dövlət Komitəsi sərt bəyanat yaydı...

11.11.2026 / 20:58
Heqsetin impiçmenti barədə şok iddia - Trampın məqsədi(?) nədir?...

11.11.2026 / 20:41
Erməni təcavüzünə dəstək verənlərin ən iyrənc əməlləri açılır...

11.11.2026 / 20:35
Leyla Əliyeva “Qlobal Sıfır Tullantı Alyansı – Dövlət və Hökumət Başçılarının Həyat Yoldaşlarının Yüksəksəviyyəli Toplantısı”nda iştirak edib - FOTO

11.11.2026 / 20:23
İranla müharibə bitmək üzrədir - İrandan Trampa təhqiramiz cavab...

11.11.2026 / 20:11
Leyla Əliyeva COP31 çərçivəsində Azərbaycan pavilyonunda olub

11.11.2026 / 20:05
Azərbaycan cüdoçusu Avropa çempionu oldu!

11.11.2026 / 20:05
“Ermənilər əmin idilər ki, Azərbaycana icazə verilməyəcək”...

11.11.2026 / 20:02
Lukaku Türkiyə millisinə qarşı oynamayacaq - AÇIQLAMA

11.11.2026 / 19:58
Paşinyan Konstitusya məsələsində açıqca manipulyasiya edir

11.11.2026 / 19:47
Düşməni Azərbaycana hücumdan çəkindirən ən güclü taktika budur...

11.11.2026 / 19:30
Milli ideaya konkret ifadə edildi - Zəfərin kökü bundadır...

11.11.2026 / 19:22
QMİ İrəvan Göy məscidindəki tədbiri vandalizm və təxribat adlandırdı

11.11.2026 / 19:16
KTMT Ermənistanla bağlı qərarını verdi – İrəvan səsvermə hüququndan məhrum edildi...

11.11.2026 / 19:03
Xəzər dənizində "Dəmir Qapı" təhlükəsi - hərbi əməliyyatlar dənizə köçürülür?

11.11.2026 / 18:25
Ramil Usubov MDB təhlükəsizlik şuraları katiblərinin Moskva görüşündə iştirak edib

11.11.2026 / 18:12
Prezident İlham Əliyevin sosial media hesablarında Mehriban Əliyeva ilə birgə COP31-in Liderlər Sammitində iştirakına dair paylaşım edilib - VİDEO

11.11.2026 / 18:08
Prezident İlham Əliyevin Türkiyəyə səfəri başa çatıb - FOTO

11.11.2026 / 17:40
Fermerlərə tam vergi güzəştinin 90 faizə endirilməsi aqrar sektorda yeni situasiya yaradır...

11.11.2026 / 16:55
Rusiya və Ukrayna Əbu-Dabidə genişmiqyaslı əsir mübadiləsi barədə razılığa gəldi...

11.11.2026 / 16:45
“KTMT Ermənistanın bu addımına reaksiya verəcək” - Peskov

11.11.2026 / 16:32
Elektrik sayğacları gec sıfırlanır: abonentlər zərərə düşəcəklərindən qorxur....

11.11.2026 / 16:27
Nisyə mal satanların işi çətinləşəcək... Yeni tələblər gəlir..

11.11.2026 / 16:08
Prezident İlham Əliyevlə Ərdoğan arasında səmimi dialoq - FOTO

11.11.2026 / 15:57
DYP adından saxta cərimə mesajları göndərilir - XƏBƏRDARLIQ

11.11.2026 / 15:43
Fərdi təsərrufatlarda yumurta və süd istehsalının statistikası aparılacaq - əhali narahatdır...

11.11.2026 / 15:22
BMT-də Azərbaycanın təşəbbüsü ilə “İtkin düşmüş şəxslər” qətnaməsi qəbul edildi

11.11.2026 / 15:12
Prezident İlham Əliyev və Birinci xanım Mehriban Əliyeva COP31-in Liderlər Sammitində iştirak ediblər - FOTO/YENİLƏNDİ

11.11.2026 / 15:08
Ərdoğan Azərbaycana təşəkkür etdi

11.11.2026 / 14:59
Şamaxıdan Azərbaycan gündəminə

11.11.2026 / 14:50
Əbu-Dabidə Rusiya, ABŞ və Ukrayna arasında üçtərəfli danışıqlar başa çatdı...

11.11.2026 / 14:37
Xocavənddə traktor minaya düşdü, bir nəfər xəsarət aldı

11.11.2026 / 14:30
Tramp "məhv etdik" dediyi məsələyə 20 milyon mükafat ayırdı - ziddiyyət...

11.11.2026 / 14:12
Trampın Azərbaycana səfir təyin etmək istədiyi diplomat kimdir?...

11.11.2026 / 13:53
Bolqarıstanda Lyayenə qarşı etiraz - Avrokomissiya rəhbərinin kortejinə yumurta atıldı

11.11.2026 / 13:37
Zəngəzur dəhlizi üzrə üçtərəfli Qrup yaradıldı...

11.11.2026 / 13:19
Dublində Baydenə hücum - keçmiş prezidentə süd paketləri atdılar...

11.11.2026 / 13:15
Əbu-Dabi görüşü Ukraynaya dair heç bir ciddi nəticə vermədi...

11.11.2026 / 13:10
Dağ kəndlərində qaz və işıq limitinin ləğv edilməsi təklif edildi...

11.11.2026 / 12:51
İrandan Azərbaycana 34 kq-dan çox narkotikin keçirilməsinin qarşısı alındı

11.11.2026 / 12:39
Minimum 21 günlük əmək məzuniyyətinin pulla əvəz edilməsi qadağan oluna bilər

11.11.2026 / 12:25
Prezident İlham Əliyev COP31-in Liderlər Sammitində iştirak etmək üçün Antalyadakı Ekspo Mərkəzinə gəlib - FOTO

11.11.2026 / 12:05
Sathesabı maaş ilk bu sahələrdə tətbiq edilə bilər...

11.11.2026 / 11:39
COP31 çərçivəsində Qarabağ Dirçəliş Fondundan mühüm təşəbbüs - mina terroruna qarşı...

11.11.2026 / 11:20
Prezident İlham Əliyev Bolqarıstan Prezidentinə başsağlığı verib

İşğaldan azad rayonlarımızda insan faktoru həlledicidir - Məskunlaşmanın əsas istiqamətləri...

XƏBƏR ARXİVİ