Cümə axşamı günü, 12 noyabr 2026
     

“... əsir düşməkdənsə, özümü qumbara ilə partlatmağı üstün tuturam…” - Qazi

Image


Qırx dörd günlük İkinci Qarabağ müharibəsi Azərbaycan xalqının yurd, torpaq sevgisinin, işğalçıya, düşmənə layiq olduğu dərsi verməyin örnəyidir. Xalq, Ali Baş Komandan və ordu birliyində reallaşan bu qələbə günümüzün qəhrəmanlıq salnaməsidir. Özgə torpağına, özgə malına göz dikməyin aqibətinin göstəricisidir. Hər cür vandalizmə, terrora köklənən və onu həyat kredosuna çevirən erməni vəhşiliyinin layiqli cavabıdır. Və o cavab qəhrəman Azərbaycan Ordusu tərəfindən layiqincə verildi…

Qırx dörd günlük müharibənin qəhrəmanlarından biri də qazi Raqil Əlibaba oğlu Bayramovdur. Raqil Bayramov Murov, Füzuli, Cəbrayıl və Xocavənd istiqamətində gedən döyüşlərdə iştirak edib. Bir dəfə yaralanan Bayramov sağaldıqdan sonra yenidən cəbhəyə yollanıb. Qazimiz müharibədə göstərdiyi qəhrəmanlığa görə baş leytenant rütbəsi alıb. Daha sonra isə Prezidentin sərəncamı ilə Füzuli, Cəbrayıl və Xocavənd uğrunda gedən döyüşlərdə göstərdiyi igidliyə görə medallarla təltif edilib.

Raqil Bayramov 16 avqust 1988-ci ildə Azərbaycanın dilbər güşələrindən olan Lerik rayonunun Pirasora kəndində dünyaya göz açıb. Orta təhsilini doğulub boya-başa çatdığı Şəhid Azər Təhməzov adına Pirasora kənd məktəbində alıb. Azərbaycan Kooperasiya Universitetinin maliyyə-kredit fakültəsini bitirib. 2014-2015-ci illərdə Ağdam rayonundakı “N” saylı hərbi hissədə xidmətdə olub. Müdafiə Nazirliyinin Tədris Təlim Mərkəzində təhsil alaraq leytenant rütbəsinə yiyələnib. 

Könüllü olaraq Qarabağ müharibəsinə yollanan Raqil Bayrovun döyüş yolu ilə bağlı onunla söhbətimizi sizlərə təqdim edirik.

- Raqil bəy, Qarabağ müharibəsindəki iştirakınız və döyüş yolunuz barədə məlumat verməyinizi sizdən xahiş edirik.

- Hərbi komissarlığa Aprel və Tovuz döyüşlərində könüllü iştirak etmək üçün müraciət etmişdim. İkinci Qarabağ müharibəsi başlayan zaman da yenidən könüllü yazıldım. Müharibənin ikinci günü Hərbi Komissarlığa çağırıldım, Gəncə şəhərindəki Əməliyyat taboruna (Kəşfiyyat) könüllü yazılandan bir gün sonra ön cəbhəyə – Murovdağa  yollandım. Hərbi sirr olduğu üçün bu haqda ətraflı məlumat verə bilməyəcəyəm. Yalnız onu deyə bilərəm ki, orada çox qalmadım. Bir neçə gündən sonra bizi Füzuli, Cəbrayıl və Xocavənd istiqamətində gedən döyüşlərə yolladılar. Orada bizə verilən ilk tapşırıq Veysəlli kəndini işğaldan azad etmək idi. Gecə qurulan planlar əsasında səhəri gün sübh tezdən kəndi işğaldan azad etdik. Növbəti tapşırıq Xocavənd rayonundakı 650 m-lik adsız yüksəklikliyini və Füzuli rayonunun asfalt yolunu düşməndən azad etmək idi. Bizə gələn dəstəyin Xocavənd rayonuna daha rahat keçə bilməsi üçün həmin yolu mütləq azad etməliydik. Plan üzrə o yolu və yüksəkliyi də gec ikən düşməndən azad etdik. Sonra isə düşmənin arxasına keçdik və bir neçə kilometr irəlilədik. Çox çətin və uzun çəkən döyüşdə bizim tabor mühasirəyə düşdü. Düşmənin silahlı dəstəsinin bizə yaxınlaşdığını gördük. Doğrusu, mühasirəyə düşəcəyimizi gözləmirdik. Lakin buna baxmayaraq, qızğın döyüşlər nəticəsində, düşməni yerindəcə məhv elədik. Halbuki, düşmən bizimlə döyüş vaxtı hava hücumundan başqa hər cür silahdan istifadə edirdi…

-Müharibə zamanı necə oldu ki, yaralandınız. Xatırlayırsınızmı o anları?

- Döyüşdə yaralanmaq, şəhid olmaq müharibənin yazılmamış qanunlarından biridir. Kimisi tank, kimisi minamyot qəlpəsi ilə yaralanırdı. Mənim də qismətimə snayperlə yaralanmaq düşdü. Məndə dörd daraqlıq güllə vardı, onun yarısından istifadə etmişdim. Düşündüm ki, düşmən yaxınlaşdıqca daraqdakı güllələr bitəcək, ona görə də üstümdə olan güllələri darağa doldurmaq lazımdır. Elə oldu ki, mən darağı çıxarıb güllələri ona yerləşdirmək istəyəndə qolumdan snayperlə vuruldum. Snayperlə yaralandıqdan sonra ilk olaraq məni Füzuli rayon Xəstəxanasına apardılar. Orada 2 həftə müalicə aldıqdan sonra Ucar rayon Xəstəxanasına, daha sonra isə Xocavənd rayonunda yerləşən Hərbi Hissənin Tibb Məntəqəsinə gətirdilər. Müalicəm başa çatdıqdan sonra xidmətimi davam etdirmək üçün əvvəlcə Xocavənd rayonuna, oradan isə Kəlbəcər rayonuna yollandım. O zaman artıq müharibə bitmiş, zəfər elan olunmuşdur. Məndən başqa tağımda yaralanan və şəhid olan əsgərlərimiz də var idi. İtkilərimizə baxmayaraq, hərbçilərimizdə ruh düşgünlüyü yox idi, hamımız bir nəfər kimi əlimizə silah alıb döyüşə davam edirdik. Bu dəfə də şəhidlərimiz, itkilərimiz oldu. Onların şəhid olarkən söylədikləri son sözləri, vəsiyyətləri, o anları sözlə ifadə etmək çox çətindir. Şəhidlərimizdən biri mənim əsgərim olmuş Mirxəyal Valeh oğlu Kərimzadə idi. Mən yaralanan zaman mənə ilk tibbi yardımı o göstərmişdi. Sonra yanımda şəhid oldu. Doğrudur, şəhidlik hər insana nəsib olmur. Lakin mənimlə birlikdə çiyin-çiyinə döyüşən əsgərimin gözümün önündə şəhid olmaşı mənə çox təsir etmişdi. Mən oradan təxliyə olunub qayıdanda Mirxəyalın nəşini özümlə gətirdim. Qardaşımla əlaqə saxladım və Mirxəyalın ailəsinə bildirdik ki, övladınız şəhid olub. Onu doğulduğu Lənkəran şəhərində dəfn etdik. Nə qədər acı olsa da, deyim ki, döyüş vaxtı hər saniyə, hər dəqiqə yanımızda bir əsgər şəhid olurdu. Bizim 4 qrupumuz var idi. Həmin qruplara nəzarət edən komandirimiz Səməd Hüseynov da həmin döyüşdə yaralandı. O, yaralı vəziyyətdə məni yanına çağırıb dedi: “Bu vəziyyətdə nə edə bilərik? Sənin fikrin nədir?”.

Mən əlimlə bir göstərib göstərib dedim ki, “əsir düşməkdənsə özümüzü qumbara ilə partladaq, həm də bizimlə birlikdə bir neçə düşməni də məhv edək”. Biz üç tağım komandiri hər zaman bir yerdə olurduq. Sabirabad rayonundan olan tağım komandiri Nurlan Zeynalov dedi: “Buradan geri dönüşümüz, çox güman ki, olmayacaq. Əgər aramızda sağ qalanlar, qazilərimiz olarsa şəhid olan qardaşlarımızın məzarını ziyarət edib, əsgər salamı versin”. Xocavənddə bizim taborda ilk şəhidimiz də elə Nurlan Zeynalov oldu. Füzuli rayonuna daxil olan zaman Fərid adlı bir əsgərimiz ürək nahiyyəsindən, digər bir əsgərimiz isə başından vuruldu.

Onu da deyim ki, çox zaman düşmənin silah-sursatını ələ keçirib onları öz silahları ilə məhv edirdik. Ermənilər yüz metrlik məsafədən bizə tanklardan atəş açıb qaçırdılar. Günlərlə ac qalırdıq, yorğun olurduq. Ancaq hər dəfə rayonlarımızın, kəndlərimizin işğaldan azad olunmas xəbərini eşidəndə bütün aclığımızı, susuzluğumuzu, yorğunluğumuzu unudurduq. Qələbə xəbərləri bizə ruh yüksəkliyi verirdi… Döyüş xatirələrim çoxdur, yalnız onlardan bir neçəsini sizinlə bölüşdüm.

- Müharibədən sonra qazilərə cəmiyyət tərəfindən göstərilən münasibət barədə nə deyə bilərsiniz?

- Haqq savaşımızdan sonra biz qazilərə çox böyük hörmət və ehtiram görürük. Onların sevgi və qayğılarını, dəstəklərini hər zaman üzərimizdə hiss edirik. Ümid edirəm ki, bundan sonra da belə olacaq. Azərbaycan xalqı öz qazisinə, şəhidinə dəyər verən xalqdır.

- Müharibə dövründə tez-tez erməni əsgərlərinin döyüşdən imtina etməsi ilə bağlı xəbərlər eşidirdik. Bu haqda nə deyə bilərsiniz?

- Düşmən Azərbaycanın güclü və rəşadətli ordusu qarşısında tab gətirməyib, çıxış yolunu geri çəkilməkdə, qaçmaqda görürdü. Nəticə artıq göz qabağındadı. Zəfər paradında nümayiş olunan hərbi qənimətlər məhz ermənilərin öz tanklarını, digər hərbi texnikalarını döyüş meydanlarında qoyub qaçdığını bir daha sübut etdir.

- Sizcə, qazanılan bu qələbəmizi təmin edən əsas hansı amillər oldu?

– Bu tək mənim yox, Azərbaycan xalqının ortaq fikridir ki, qələbəmizin kökündə duran əsas amillərdən biri gənclərimizin Vətən sevgisi idi. Ali Baş Komandan, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin də qeyd etdiyi kimi, vətən sevgisi bizi qələbəyə gətirdi, vətən sevgisi, vətənpərvərlik qələbəmizin əsas amilinə çevrildi. Eyni zamanda, bu qələbədə ilk öncə Ali Baş Komandan cənab İlham Əliyevin xüsusi rolu vardı. Sentyabrın 27-dən sonra yaşadığımız günlər tariximizin unudulmaz və parlaq səhifəsi oldu. 30 il ərzində gözlədiyimiz, arzuladığımız nəticəni cəmi 44 gündə əldə etdik. Bu qələbənin qazanılmasında dövlət başçımızın cəsarəti, uzaqgörənliyi, vətənpərvərliyi, liderə xas olan bütün keyfiyyətləri əsas rol oynadı. Prezident-xalq birliyi, hərtərəfli hazırlıqlı yenilməz Azərbaycan Ordusu qələbəmizin əsasını təşkil etdi. Bu qələbə ilə bütün dünyaya sübut etdik ki, torpaqlarının işğalı ilə barışmayan mübariz Azərbaycan xalqı var. Düşməni məğlub etməklə, həm də regionda qara ləkə olan erməni faşizmini məhv etdik. Onu da deyim ki, ön cəbhədə hər bir sıravi əsgərimizdən generalına kimi hər kəs qələbə üçün döyüşürdü. 30 illik doğma torpaqlarımıza qovuşmaq arzusu, ruhyüksəkliyi bizi düşmən üzərində qələbə qazanmağa vadar etdi. Həmçinin, arxa cəbhədə olan xalqımız, onların dəstəyi, qələbə istəyi, torpaqlarına qovuşmaq arzusu qələbədə əsas rolu oynadı. 44 günlük müharibə zamanı mülki əhalidən, xalqımızdan yüksək səviyyədə maddi və mənəvi dəstək gördük. Bu müharibədə biz nələrə şahid olmadıq? Dəmir yurmuq kimi birləşdik, hər kəs əlindən gələni etdi, bacardığı qədər dəstək oldu. Doğrudur, Müdafiə Nazirliyi geyimdən tutmuş yeməyə, silah-sursata qədər, hər cür bizi təmin etmişdi, demək olar ki, heç nəyə ehtiyacımız yox idi. Ancaq arxa cəbhədəki insanlarımızın birlik olub bizi düşünmələri döyüşçülərimiz üçün çox xoş idi. Ona görə də xalqımla, azərbaycanlı olmağımla fəxr edirəm. Onu qeyd edim ki, Ali Baş Komandan cənab İlham Əliyevin sərəncamı ilə Füzuli, Cəbrayıl və Xocavənd rayonları uğrunda gedən döyüşlərdə iştirakıma görə medallarla təltif olunmuşam. Həmçinin, leytenant kimi qatıldığım müharibədə nümunəvi xidmətimə görə baş leytenant rütbəsinə layiq görülmüşəm. Qazilərimizə, döyüşdə iştirak edən hərbçilərimizə və şəhid ailələrinə göstərdiyi xüsusi dəstəyə, diqqət və qayğıya görə Ali Baş Komandanımıza sonsuz minnətdarlığımızı bildiririk.

- Bəzi hərbi ekspertlər bu müharibənin digər müharibələrdən fərqləndiyini deyirlər, siz bu məsələdə nə deyə bilərsiniz?

- Müharibə özü siyasətdir, onu da ağılla idarə etmək lazımdır. Əgər hərbi ekspertlər bu müharibəni digərindən fərqləndirirlərsə, demək ki, uğurlu siyasətin nəticəsi olub. Ali Baş Komandanın məqsədyönlü siyasəti, düzgün idarəetməsi, iradəsi, təmkini, səbri, xalqının ona inamı nəticəsində 30 illik həsrətə son qoyuldu. Təbii ki, bu nüanslara görə İkinci Qarabağ müharibəsi digər müharibələrdən fərqləndi.

- Qələbə hissini yaşamaq necə hissdir?

- 30 il işğal altında olan torpaqlarımızı mənfur düşmənlərdən azad etdik, üçrəngli şanlı bayrağımızı o torpaqlarda dalğalandırdıq. Buna yalnız sevinmək olar. Düzdür, minlərlə şəhidimizin qanı, qazilərimizin sağlamlığı bahasına başa gəlib. Qələbəni asan qazanmadıq. Hər qarış torpaq üçün savaşdıq, döyüşdük. Torpaqlarımızın azadlığı yolunda şəhid olan əsgərlərimizə Allahdan rəhmət, qazilərimizə şəfa, ailələrinə isə səbir diləyirəm.

- Müharibə hər bir iştirakçının həyatında silinməz izlər buraxır. 44 günlük müharibə ilə bağlı sizin fikirlərinizi bilmək maraqlıdır.

- Doğrudan da bu müharibə ömrümüzdə silinməz izlər buraxdı. 44 günün hər dəqiqəsi, hər saniyəsi bizim üçün bir xatirədir, unudulmaz anlardır. İtkilərimiz oldu, müharibədir, olmalıdır. Hər birimiz bunu gözə alıb döyüşə getmişdik. 44 günlük müharibə bir ömür yaddaşımdan silinməz xatirələr, izlər buraxdı. Mən fəxr edirəm ki, müharibə iştirakçısı oldum, Böyük Vətən müharibəsinin qazisiyəm.

- Maraqlıdır, ordudan tərxis olub evə qayıdan zaman yaşadığınız hissi necə ifadə edərdiniz?

- Evə qayıdacağım günü hər kəs kimi mən də səbrsizliklə gözləmişəm. Hər an ailəmə qovuşmaq xəyalı ilə yaşamışam, onları düşünmüşəm. Çünki ailəm üçün, anam Amana xanım üçün, övladlarım Aytən, Rəşad, Banu üçün çox darıxmışdım. Onlara tezliklə qovuşmaq istəyirdim. Allahıma min şükürlər olsun ki, məni ailəmlə qovuşdurdu.

- Erməni vəhşiliyi ilə bağlı nə deyə bilərsiniz?

- Ermənilərin dəhşətli dərəcədə necə vəhşi olduqlarını bütün dünya bilir. Gəncə, Tərtər, Bərdə şəhərlərində dinc əhaliyə qarşı edilən terror, işğal zamanı məscidlərimizdə saxladıqları donuzları və başqa misalları göstərmək olar. İşğal altında olan rayonlarımızın ermənilər tərəfindən viran qoyulması, yerlə-yeksan edilməsi hər kəsə bəllidir. Erməni vəhşiliyi barədə həmçinin Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev Ağdam, Şuşa, Cəbrayıl və Füzuli rayonlarına səfəri zamanı şəxsən özü söyləyib göstərmişdi. Eyni zamanda, Azərbaycan Respublikası Prezidentinin köməkçisi, Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyevin dünya ölkələrinin səfirlərini, xarici diplomatları məhz işğaldan azad edilmiş torpaqlara, terror edilən ərazilərə apararaq göstərməsi erməni vəhşiliyini əyani şəkildə birbaşa dünyaya nümayiş etdirmiş oldu.

- Bundan sonra nə işlə məşğul olacaqsınız?

- Hazırda özəl şirkətlərin birində mühasib işləyirəm. Yəqin ki, bu sahədə işimi davam etdirəcəyəm. Əgər bundan sonra da vətənimin mənə ehtiyacı olarsa, yenə də hər an döyüşə getməyə hazıram.

Söhbətləşdi: Sevinc MƏHƏRRƏMQIZI



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Banklarda 4.6 milyard manat pul yatıb qalıb, kredit bazarında böhrandır... Bu necə olub?...

Avropa Ermənistanı Rusiyanın əlindən alır - Kreml qəzəb püskürür...

İran Trampsayağı ad iddiasına başladı - "Xəzər" yox, "Kaspian"?..

SON XƏBƏRLƏR

12.11.2026 / 14:41
Belarus Ermənistanın KTMT-nin məxfi sənədlərinə çıxışının məhdudlaşdırılmasını təklif etdi - “saxta müttəfiq”...

12.11.2026 / 14:15
“Ermənistan KTMT-dən çıxacağı təqdirdə çox şey itirəcək” - Matviyenko

12.11.2026 / 13:58
Aralıq dənizində ABŞ-la Kiprin Türkiyə əleyhinə gedişi hələ cavabsız qalır...

12.11.2026 / 13:25
Daşkənddəki Azərbaycan dili mərkəzinin maliyyəsi niyə dayandırılıb?

12.11.2026 / 13:04
Qazaxıstanda iki yüksək vəzifəli məmur həbs edildi...

12.11.2026 / 12:50
Əlilliyi bərpa olunan şəxslərə əvvəlki ayların da pulu verilsin! - Deputatdan təklif...

12.11.2026 / 12:39
Şəkidə 100-dən artıq ağacı qanunsuz kəsməkdə şübhəli bilinən altı nəfər saxlandı

12.11.2026 / 12:33
Hörmüz boğazından keçməyə cəhd edən iki supertankerdə güclü partlayış...

12.11.2026 / 12:17
Sahibkarlara şad xəbər - elektrik xərclərinin yarısını dövlət ödəyəcək

12.11.2026 / 12:05
Ermənistan parlamenti TRİPP-lə bağlı qanunvericilik dəyişikliklərini təsdiqlədi...

12.11.2026 / 11:51
İsrail ordusuna göstəriş verildi - İrana mümkün hücumla bağlı hazırlıqlar artırılır...

12.11.2026 / 11:36
Gələn il mediaya 68 milyon manat ayrılacaq

12.11.2026 / 11:25
Abşeronda tikiş sexindən 15 min manatlıq oğurluq - 3 nəfər saxlandı

12.11.2026 / 10:59
“Ermənistan hakimiyyəti odla oynayır” - Rusiya senatoru

12.11.2026 / 10:41
Sankt-Peterburqda son üç ayda ikinci sui-qəsd - yüksək rütbəli hərbçinin avtomobili partladıldı...

12.11.2026 / 10:33
Şəmkirdə avtomobil yol kənarına yuvarlandı - ölənlər var...

12.11.2026 / 10:20
Azərbaycan neftinin qiyməti 100 dolları ötdü...

12.11.2026 / 10:12
Paşinyan Antalyada banan "oğurlayıb" Dublinə apardı - VİDEO

12.11.2026 / 10:04
Orbanın qardaşı viza alveri işi üzrə həbs edildi

12.11.2026 / 09:27
Vens İran rəsmisi ilə üzbəüz danışıqlar aparmağa hazırlaşır...

12.11.2026 / 09:11
Trampın elçiləri Putinlə görüşmək üçün Rusiyaya səfər edib

12.11.2026 / 08:56
Birinci vitse-prezident Mehriban Əliyeva Konstitusiya Günü münasibətilə paylaşım edib

12.11.2026 / 08:40
İtaliya məktəblərində bomba həyəcanı - təhdid məktubları “Mixail Andropovdan” gəlir

12.11.2026 / 08:21
Ağ Ev Trampın nəhəng bal salonunun kölgəsində qaldı

12.11.2026 / 00:18
Azərbaycanda Konstitusiya Günü qeyd olunur

12.11.2026 / 00:12
Baş katib Ermənistanın KTMT-də tamhüquqlu iştirakının bərpası şərtini açıqladı - qərar onlardan asılıdır...

11.11.2026 / 23:28
Ermənistan prezidenti TRIPP layihəsi ilə bağlı qanunu imzaladı

11.11.2026 / 23:10
NATO-da casus həyəcanı - yüksək rütbəli ABŞ hərbçisinin Rusiya agenti olduğu ortaya çıxdı...

11.11.2026 / 23:02
"Tarixi Zəfər müstəqil Azərbaycanın gücünün təntənəsidir" - Vüqar Rəhimzadə

11.11.2026 / 22:53
Ukrayna Trampın Donbasın sərhədlərinin yenidən müəyyənləşdirilməsi təklifini rədd etdi...

11.11.2026 / 22:37
Rusiya Əbu-Dabidə NATO-nun 1997-ci il sərhədlərinə qayıtmasını tələb etdi...

11.11.2026 / 22:20
Fransanın müstəmləkələri də ayağa qalxacaq...

11.11.2026 / 22:05
Paşinyan Türkiyə ilə diplomatik əlaqələrə niyə çox can atır - təzə məsələ var...

11.11.2026 / 21:49
ABŞ Xəzər dənizini də İran ticarətinin üzünə bağlayir

11.11.2026 / 21:33
Azərbaycanın əleyhinə vərəqələr yayılır... Hədəfdə sülh sazişidir...

11.11.2026 / 21:18
Qarabağın landşaft memarlığı: Nəzəri əsaslar, bərpa strategiyaları və perspektiv təkliflər

11.11.2026 / 21:06
İrəvandakı Göy məscidə qarşı İran və erməni təxribatı - Dövlət Komitəsi sərt bəyanat yaydı...

11.11.2026 / 20:58
Heqsetin impiçmenti barədə şok iddia - Trampın məqsədi(?) nədir?...

11.11.2026 / 20:41
Erməni təcavüzünə dəstək verənlərin ən iyrənc əməlləri açılır...

11.11.2026 / 20:35
Leyla Əliyeva “Qlobal Sıfır Tullantı Alyansı – Dövlət və Hökumət Başçılarının Həyat Yoldaşlarının Yüksəksəviyyəli Toplantısı”nda iştirak edib - FOTO

11.11.2026 / 20:23
İranla müharibə bitmək üzrədir - İrandan Trampa təhqiramiz cavab...

11.11.2026 / 20:11
Leyla Əliyeva COP31 çərçivəsində Azərbaycan pavilyonunda olub

11.11.2026 / 20:05
Azərbaycan cüdoçusu Avropa çempionu oldu!

11.11.2026 / 20:05
“Ermənilər əmin idilər ki, Azərbaycana icazə verilməyəcək”...

11.11.2026 / 20:02
Lukaku Türkiyə millisinə qarşı oynamayacaq - AÇIQLAMA

11.11.2026 / 19:58
Paşinyan Konstitusya məsələsində açıqca manipulyasiya edir

11.11.2026 / 19:47
Düşməni Azərbaycana hücumdan çəkindirən ən güclü taktika budur...

11.11.2026 / 19:30
Milli ideaya konkret ifadə edildi - Zəfərin kökü bundadır...

11.11.2026 / 19:22
QMİ İrəvan Göy məscidindəki tədbiri vandalizm və təxribat adlandırdı

11.11.2026 / 19:16
KTMT Ermənistanla bağlı qərarını verdi – İrəvan səsvermə hüququndan məhrum edildi...

11.11.2026 / 19:03
Xəzər dənizində "Dəmir Qapı" təhlükəsi - hərbi əməliyyatlar dənizə köçürülür?

11.11.2026 / 18:25
Ramil Usubov MDB təhlükəsizlik şuraları katiblərinin Moskva görüşündə iştirak edib

11.11.2026 / 18:12
Prezident İlham Əliyevin sosial media hesablarında Mehriban Əliyeva ilə birgə COP31-in Liderlər Sammitində iştirakına dair paylaşım edilib - VİDEO

11.11.2026 / 18:08
Prezident İlham Əliyevin Türkiyəyə səfəri başa çatıb - FOTO

11.11.2026 / 17:40
Fermerlərə tam vergi güzəştinin 90 faizə endirilməsi aqrar sektorda yeni situasiya yaradır...

11.11.2026 / 16:55
Rusiya və Ukrayna Əbu-Dabidə genişmiqyaslı əsir mübadiləsi barədə razılığa gəldi...

11.11.2026 / 16:45
“KTMT Ermənistanın bu addımına reaksiya verəcək” - Peskov

11.11.2026 / 16:32
Elektrik sayğacları gec sıfırlanır: abonentlər zərərə düşəcəklərindən qorxur....

11.11.2026 / 16:27
Nisyə mal satanların işi çətinləşəcək... Yeni tələblər gəlir..

11.11.2026 / 16:08
Prezident İlham Əliyevlə Ərdoğan arasında səmimi dialoq - FOTO

11.11.2026 / 15:57
DYP adından saxta cərimə mesajları göndərilir - XƏBƏRDARLIQ

11.11.2026 / 15:43
Fərdi təsərrufatlarda yumurta və süd istehsalının statistikası aparılacaq - əhali narahatdır...

11.11.2026 / 15:22
BMT-də Azərbaycanın təşəbbüsü ilə “İtkin düşmüş şəxslər” qətnaməsi qəbul edildi

11.11.2026 / 15:12
Prezident İlham Əliyev və Birinci xanım Mehriban Əliyeva COP31-in Liderlər Sammitində iştirak ediblər - FOTO/YENİLƏNDİ

11.11.2026 / 15:08
Ərdoğan Azərbaycana təşəkkür etdi

11.11.2026 / 14:59
Şamaxıdan Azərbaycan gündəminə

11.11.2026 / 14:50
Əbu-Dabidə Rusiya, ABŞ və Ukrayna arasında üçtərəfli danışıqlar başa çatdı...

11.11.2026 / 14:37
Xocavənddə traktor minaya düşdü, bir nəfər xəsarət aldı

11.11.2026 / 14:30
Tramp "məhv etdik" dediyi məsələyə 20 milyon mükafat ayırdı - ziddiyyət...

11.11.2026 / 14:12
Trampın Azərbaycana səfir təyin etmək istədiyi diplomat kimdir?...

11.11.2026 / 13:53
Bolqarıstanda Lyayenə qarşı etiraz - Avrokomissiya rəhbərinin kortejinə yumurta atıldı

11.11.2026 / 13:37
Zəngəzur dəhlizi üzrə üçtərəfli Qrup yaradıldı...

11.11.2026 / 13:19
Dublində Baydenə hücum - keçmiş prezidentə süd paketləri atdılar...

11.11.2026 / 13:15
Əbu-Dabi görüşü Ukraynaya dair heç bir ciddi nəticə vermədi...

11.11.2026 / 13:10
Dağ kəndlərində qaz və işıq limitinin ləğv edilməsi təklif edildi...

11.11.2026 / 12:51
İrandan Azərbaycana 34 kq-dan çox narkotikin keçirilməsinin qarşısı alındı

11.11.2026 / 12:39
Minimum 21 günlük əmək məzuniyyətinin pulla əvəz edilməsi qadağan oluna bilər

11.11.2026 / 12:25
Prezident İlham Əliyev COP31-in Liderlər Sammitində iştirak etmək üçün Antalyadakı Ekspo Mərkəzinə gəlib - FOTO

11.11.2026 / 12:05
Sathesabı maaş ilk bu sahələrdə tətbiq edilə bilər...

11.11.2026 / 11:39
COP31 çərçivəsində Qarabağ Dirçəliş Fondundan mühüm təşəbbüs - mina terroruna qarşı...

11.11.2026 / 11:20
Prezident İlham Əliyev Bolqarıstan Prezidentinə başsağlığı verib

İşğaldan azad rayonlarımızda insan faktoru həlledicidir - Məskunlaşmanın əsas istiqamətləri...

XƏBƏR ARXİVİ