Cümə axşamı günü, 12 noyabr 2026
     

İşsizliyə yox deyək! - Yunus OĞUZ yazır

Image


Bir  gün padşahın vəziri baxır ki, qibleyi-aləm səfərdən "çox yaxşı" qayıtdığından keyfi ala buludlardadır. Deyir:

-          Qibleyi-aləm! Cahanın dörd bir tərəfi səndən danışır, qəbuluna gələn qonaqlar günlərlə növbə

gözləyirlər. Heç rəvadırmı ölkəmizdəki  dilənçiləri görsünlər?  Bazardan ta şah qapısına qədər hər yerdə dilənirlər. Soruşanda ki, niyə dilənirsən, get işlə, deyir, iş ver işləyim. Buna bir əncam çəkmək lazımdır.

Padşah baxır ki, vəziri ağıllı söz danışır. Bir qədər fikirləşib deyir:

-          Düz deyirsən, vəzir. Bu dilənçilər, işsizlər, tənbəllər, bizi əcnəbilərin yanında xar edirlər. Gəl belə edək. Böyük bir Ev tikək, bütün işsizləri, tənbəlləri o evə yığaq, səltənət hesabına onları müftə yedizdirək. Evin ətrafına da mühafizəçilər qoyaq ki,  girən girsin, amma çıxana mane olsunlar.

Elə də edirlər. Evin təhvil verilməsindən bir il keçəndə vəzir başılovlu özünü çatdırır padşahın yanına ki, bəs "Şah sağ olsun!" ölkədə işləyən qalmadı. Hamı işsiz, tənbəl adıyla özünü verir tikdirdiyin Evə.

Şah görür ki, (ağıllı idi) belə getsə ölkədə işləyən qalmayacaq. Bir qədər düşünüb əmr verir:

-          Vəzir, o Evə od vurun. Alovun içindən kim axırıncı çıxsa, onu da dövlətin işsizi, tənbəli elan edək və yalnız onu yedizdirək.

Belə də edirlər. Nə başınızı ağrıdım, o boyda evə od vururlar, havayı yeyənlər  qaçıb dağılışırlar. Alovun içində iki nəfər qalır. Biri qışqırır:

-          Ay yandım, kömək edin!

Yanındakı onu dümsükləyir:

-          Ə, sən canın, mənim yerimə də qışqır.

Beləliklə, bu iki nəfəri birtəhər odun-alovun  içindən çıxarıb ölkənin tənbəli, işsizi elan edirlər.

Yox-yox, heç də fikirləşməyin ki, bizdə də belədir. Bizdə hamı işləmək istəyir, amma bu zəhrimar pandemiya yaxamızdan tutub işləməyə imkan vermir. Bizim camaat işləməyə alışıb, çalışıb, vuruşub hardan olsa evinə bir tikə çörək  aparacaq. Oğurluqdu, doğurluqdu, bu başqa məsələdi. Vallah, heç verilən o 190 manata da gözünü dikməzdi. Biz dövlətə pul verməyə öyrəşmişik, ondan almağa yox. Hələ, bu 190-dan da sosial ayrımlar edib bir hissəsini geri qaytaranda alanın istehzalı təbəssümü ətrafdakılara da sirayət edir. Bu pulu niyə verirdin ki, istehza ilə də qarşılaşasan. Kiçik və orta sahibkarlardan heç söhbət etmək istəmirəm. Çöküşlərinə bir şey qalmayıb.

O gün nazirlik açıqlama verib ki, bəs iki mindən çox adama "donqili", yəni giydirmə əlillik kağızı verilib. İşiniz-gücünüz yoxdu, e. Dövlət işsizliyi aradan qaldırır, sizsə onların sayını artırırsınız. Heç yaxşı hal deyil.

Bəs onda Səfər əkə neynəsin? Müstəqillik dövründən üzü bəri  " bəzilərini" "komisovat", yəni yararsız eləyib ki, o kağızı verənlər işsiz qalmasın, yoxsa acından qırılardılar. Mən hələ hərbi komissarları demirəm. Hansını tərpətsən iki-üç işçi villalarında işləyir. Bəs neyləsinlər? Onlar da belə işsizliklə mübarizə aparırlar. Azərbaycanda heç kim işsiz olmur, sadəcə qeydiyyatdan keçmirlər ki, birdən kimsə bunun vergisini tələb edər. Üstəlik də gedib işsiz kimi adını yazdırır ki, dövlətdən müavinət alsın. Bəs nə bilmişdiniz?

Bizdə bəzi hökumət qurumları var ki, işçilərini heç vaxt ixtisara salmır, hətta bəziləri onların sayını artırır da.

Bax, Sulutəpədə bir dairə var. Səkkiz ildə düz beş dəfə bu dairəni gah böyüdüb, gah da kiçildiblər. Elə başa düşməyin ki, pul silirlər. Yox dadaş, bizdə belə şeylər yalnız yuxarı vəzifəlilər üçün olur. Onlarlada qara maskalılar məşğul olurlar. Mən də çox fikirləşdim bu dairəni niyə böyüdüb, sonra da daraldırlar? Heç zad, sadəcə olaraq işsizliklə mübarizə aparırlar. Onlar bekar qaldıqda tənbələ çevrilirlər. Yoxsa, tıxac-mıxac veclərinə deyil.

Xızı şəhərində qaz işçiləri bekar qalmasınlar deyə ayda iki dəfə sayğacları yoxlayır, ödəmək üçün kağız da verirlər. Bekar qalmasınlarda. Qaz müdiri sağ olsun, işsizliyi, tənbəlliyi belə ləğv edir. Lazım gəlsə lap ayda üç dəfə yoxlatdırar.

Bu şəhərdə hələ su sayğacını demirəm. Birinin sayğacına kağız gəlib ki, bəs qışın bu vaxtında beş yüz ton su sərf etmisən. Ay sizi xatakarlar! Bu yaxşıdır, bekar qala bilmirsiniz. Burdan qiymət qaldırırsınız, ordan başqa məmurdan ala bilmədiyiniz pulu belə balanslaşdırırsınız.

Sayğac demişkən, yadıma qaz sayğaclarının dəyişdirilməsi düşdü. Ölkə başçısı hər yerdə deyir ki, Azərbaycanı, o cümlədən də Qarabağı "ağıllı" (smart) şəhər və kəndlərə çevirəcəm. Bəs sizin məqsədiniz nədir? Bu "smart"ları mexaniki sayğaclara niyə dəyişirsiniz. Biz irəli gedirik, yoxsa geri? Bu qədər xərc çəkib "smart"ları niyə alırdınız? Hə, başa düşdüm. Heç kimi işsiz saxlamaq istəmirsiniz.

Yadıma Molla Nəsrəddinin bir lətifəsi düşdü. Molla iki girvənkə ət alıb arvadına verir və tapşırır ki, axşama bozbaş bişirsin. Özü də çıxıb gedir. Arvad gözünə döndüyüm də, bozbaşı bişirib qonşu arvadlarla yeyir. Axşam Molla evə gələndə arvad deyir ki, a kişi bəs qonşularla başım söhbətə qarışdı, pişik əti yedi.

Molla eləmə tənbəllik pişiyi tutub qoyur tərəzinin bir gözünə. Baxır ki, pişiyin çəkisi iki girvənkədir. Üzünü arvadına tutur:

-          Arvad,  bu pişikdirsə ət hanı, ətdirsə pişik hanı?

Bildiniz də nəyə işarəni vurdum . Ta özünüz nəticə çıxardın.

İşsizlik məsələsini yol, kanalizasiya, işıq, telefon idarələri daha yaxşı həll ediblər. Biri əvvəlcə yol çəkir, sonra o birisi gəlib sökür, üçüncü yolu daha dərindən qazıyır, dördüncü ört-basdır edir. Vay, dədəm,  vay! Gör nə qədər tənbələ, işsizə çörək verirlər, e.

Hələ müharibədən sonrakı vəziyyəti demirəm. Müharibə vaxtı bəzi işbazlar tənbəllik etməyib azad olunan torpaqlardan nə qədər çuğundur, qoyun-quzu, maşın, nələr, nələri qənimət kimi ələ keçiriblər. Deyirlər İmişli şəkər zavodunda maşınlar növbəyə durublarmış, sayı-hesabı bilinmirdi. Ağır maşın sürücülərinin, çobanların, maşın ustalarının rəngləri elə bil bir az açılıb,  yoxsa işsizlikdən qapqara komürə dönmüşdülər. Hə onu deyirdim axı. Azad olunan ərazilərdə minaların partlamasının əsl səbəbini bilirsinizmi? Yox, deyim. Torpaq həsrətində qalanlar həm ziyarətə gedirlər, həm də ticarətə. Torpağı öpəndən sonra başlayırlar metalalom yığımına. Əlbəttə,  bu hamıya aid deyil. Bunu orada bekar qalanlar edir. Özlərini işlə yükləyirlər.

Deyəsən çox gəvəzədim. Daha yazmayım, yoxsa ucun  tutub ucuzluğa gedəcəm. Hələ işsizliklə mübarizə aparan idarələr, şöbələr, komitələr, agentliklər, nazirliklər var. Onları da gələn dəfə yazaram

Məndə  işsiz qalmayım deyə özümü bu yazı ilə yüklədim, yoxsa, aqqacanı uşaqların üzünə baxa bilmərəm. Evə çörəksiz gedəndə adama birtəhət baxırlar... e...

İşsizliyə yox deyək!

P.S İşsizliklə ən böyük mübarizəni 2019-cu ildə kameral təsvirlə əhalinin siyahıya alınmasında  Statistika komitəsi aparıb. Sonra deməyin ki, yazmadım..



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Banklarda 4.6 milyard manat pul yatıb qalıb, kredit bazarında böhrandır... Bu necə olub?...

Avropa Ermənistanı Rusiyanın əlindən alır - Kreml qəzəb püskürür...

İran Trampsayağı ad iddiasına başladı - "Xəzər" yox, "Kaspian"?..

SON XƏBƏRLƏR

12.11.2026 / 14:41
Belarus Ermənistanın KTMT-nin məxfi sənədlərinə çıxışının məhdudlaşdırılmasını təklif etdi - “saxta müttəfiq”...

12.11.2026 / 14:15
“Ermənistan KTMT-dən çıxacağı təqdirdə çox şey itirəcək” - Matviyenko

12.11.2026 / 13:58
Aralıq dənizində ABŞ-la Kiprin Türkiyə əleyhinə gedişi hələ cavabsız qalır...

12.11.2026 / 13:25
Daşkənddəki Azərbaycan dili mərkəzinin maliyyəsi niyə dayandırılıb?

12.11.2026 / 13:04
Qazaxıstanda iki yüksək vəzifəli məmur həbs edildi...

12.11.2026 / 12:50
Əlilliyi bərpa olunan şəxslərə əvvəlki ayların da pulu verilsin! - Deputatdan təklif...

12.11.2026 / 12:39
Şəkidə 100-dən artıq ağacı qanunsuz kəsməkdə şübhəli bilinən altı nəfər saxlandı

12.11.2026 / 12:33
Hörmüz boğazından keçməyə cəhd edən iki supertankerdə güclü partlayış...

12.11.2026 / 12:17
Sahibkarlara şad xəbər - elektrik xərclərinin yarısını dövlət ödəyəcək

12.11.2026 / 12:05
Ermənistan parlamenti TRİPP-lə bağlı qanunvericilik dəyişikliklərini təsdiqlədi...

12.11.2026 / 11:51
İsrail ordusuna göstəriş verildi - İrana mümkün hücumla bağlı hazırlıqlar artırılır...

12.11.2026 / 11:36
Gələn il mediaya 68 milyon manat ayrılacaq

12.11.2026 / 11:25
Abşeronda tikiş sexindən 15 min manatlıq oğurluq - 3 nəfər saxlandı

12.11.2026 / 10:59
“Ermənistan hakimiyyəti odla oynayır” - Rusiya senatoru

12.11.2026 / 10:41
Sankt-Peterburqda son üç ayda ikinci sui-qəsd - yüksək rütbəli hərbçinin avtomobili partladıldı...

12.11.2026 / 10:33
Şəmkirdə avtomobil yol kənarına yuvarlandı - ölənlər var...

12.11.2026 / 10:20
Azərbaycan neftinin qiyməti 100 dolları ötdü...

12.11.2026 / 10:12
Paşinyan Antalyada banan "oğurlayıb" Dublinə apardı - VİDEO

12.11.2026 / 10:04
Orbanın qardaşı viza alveri işi üzrə həbs edildi

12.11.2026 / 09:27
Vens İran rəsmisi ilə üzbəüz danışıqlar aparmağa hazırlaşır...

12.11.2026 / 09:11
Trampın elçiləri Putinlə görüşmək üçün Rusiyaya səfər edib

12.11.2026 / 08:56
Birinci vitse-prezident Mehriban Əliyeva Konstitusiya Günü münasibətilə paylaşım edib

12.11.2026 / 08:40
İtaliya məktəblərində bomba həyəcanı - təhdid məktubları “Mixail Andropovdan” gəlir

12.11.2026 / 08:21
Ağ Ev Trampın nəhəng bal salonunun kölgəsində qaldı

12.11.2026 / 00:18
Azərbaycanda Konstitusiya Günü qeyd olunur

12.11.2026 / 00:12
Baş katib Ermənistanın KTMT-də tamhüquqlu iştirakının bərpası şərtini açıqladı - qərar onlardan asılıdır...

11.11.2026 / 23:28
Ermənistan prezidenti TRIPP layihəsi ilə bağlı qanunu imzaladı

11.11.2026 / 23:10
NATO-da casus həyəcanı - yüksək rütbəli ABŞ hərbçisinin Rusiya agenti olduğu ortaya çıxdı...

11.11.2026 / 23:02
"Tarixi Zəfər müstəqil Azərbaycanın gücünün təntənəsidir" - Vüqar Rəhimzadə

11.11.2026 / 22:53
Ukrayna Trampın Donbasın sərhədlərinin yenidən müəyyənləşdirilməsi təklifini rədd etdi...

11.11.2026 / 22:37
Rusiya Əbu-Dabidə NATO-nun 1997-ci il sərhədlərinə qayıtmasını tələb etdi...

11.11.2026 / 22:20
Fransanın müstəmləkələri də ayağa qalxacaq...

11.11.2026 / 22:05
Paşinyan Türkiyə ilə diplomatik əlaqələrə niyə çox can atır - təzə məsələ var...

11.11.2026 / 21:49
ABŞ Xəzər dənizini də İran ticarətinin üzünə bağlayir

11.11.2026 / 21:33
Azərbaycanın əleyhinə vərəqələr yayılır... Hədəfdə sülh sazişidir...

11.11.2026 / 21:18
Qarabağın landşaft memarlığı: Nəzəri əsaslar, bərpa strategiyaları və perspektiv təkliflər

11.11.2026 / 21:06
İrəvandakı Göy məscidə qarşı İran və erməni təxribatı - Dövlət Komitəsi sərt bəyanat yaydı...

11.11.2026 / 20:58
Heqsetin impiçmenti barədə şok iddia - Trampın məqsədi(?) nədir?...

11.11.2026 / 20:41
Erməni təcavüzünə dəstək verənlərin ən iyrənc əməlləri açılır...

11.11.2026 / 20:35
Leyla Əliyeva “Qlobal Sıfır Tullantı Alyansı – Dövlət və Hökumət Başçılarının Həyat Yoldaşlarının Yüksəksəviyyəli Toplantısı”nda iştirak edib - FOTO

11.11.2026 / 20:23
İranla müharibə bitmək üzrədir - İrandan Trampa təhqiramiz cavab...

11.11.2026 / 20:11
Leyla Əliyeva COP31 çərçivəsində Azərbaycan pavilyonunda olub

11.11.2026 / 20:05
Azərbaycan cüdoçusu Avropa çempionu oldu!

11.11.2026 / 20:05
“Ermənilər əmin idilər ki, Azərbaycana icazə verilməyəcək”...

11.11.2026 / 20:02
Lukaku Türkiyə millisinə qarşı oynamayacaq - AÇIQLAMA

11.11.2026 / 19:58
Paşinyan Konstitusya məsələsində açıqca manipulyasiya edir

11.11.2026 / 19:47
Düşməni Azərbaycana hücumdan çəkindirən ən güclü taktika budur...

11.11.2026 / 19:30
Milli ideaya konkret ifadə edildi - Zəfərin kökü bundadır...

11.11.2026 / 19:22
QMİ İrəvan Göy məscidindəki tədbiri vandalizm və təxribat adlandırdı

11.11.2026 / 19:16
KTMT Ermənistanla bağlı qərarını verdi – İrəvan səsvermə hüququndan məhrum edildi...

11.11.2026 / 19:03
Xəzər dənizində "Dəmir Qapı" təhlükəsi - hərbi əməliyyatlar dənizə köçürülür?

11.11.2026 / 18:25
Ramil Usubov MDB təhlükəsizlik şuraları katiblərinin Moskva görüşündə iştirak edib

11.11.2026 / 18:12
Prezident İlham Əliyevin sosial media hesablarında Mehriban Əliyeva ilə birgə COP31-in Liderlər Sammitində iştirakına dair paylaşım edilib - VİDEO

11.11.2026 / 18:08
Prezident İlham Əliyevin Türkiyəyə səfəri başa çatıb - FOTO

11.11.2026 / 17:40
Fermerlərə tam vergi güzəştinin 90 faizə endirilməsi aqrar sektorda yeni situasiya yaradır...

11.11.2026 / 16:55
Rusiya və Ukrayna Əbu-Dabidə genişmiqyaslı əsir mübadiləsi barədə razılığa gəldi...

11.11.2026 / 16:45
“KTMT Ermənistanın bu addımına reaksiya verəcək” - Peskov

11.11.2026 / 16:32
Elektrik sayğacları gec sıfırlanır: abonentlər zərərə düşəcəklərindən qorxur....

11.11.2026 / 16:27
Nisyə mal satanların işi çətinləşəcək... Yeni tələblər gəlir..

11.11.2026 / 16:08
Prezident İlham Əliyevlə Ərdoğan arasında səmimi dialoq - FOTO

11.11.2026 / 15:57
DYP adından saxta cərimə mesajları göndərilir - XƏBƏRDARLIQ

11.11.2026 / 15:43
Fərdi təsərrufatlarda yumurta və süd istehsalının statistikası aparılacaq - əhali narahatdır...

11.11.2026 / 15:22
BMT-də Azərbaycanın təşəbbüsü ilə “İtkin düşmüş şəxslər” qətnaməsi qəbul edildi

11.11.2026 / 15:12
Prezident İlham Əliyev və Birinci xanım Mehriban Əliyeva COP31-in Liderlər Sammitində iştirak ediblər - FOTO/YENİLƏNDİ

11.11.2026 / 15:08
Ərdoğan Azərbaycana təşəkkür etdi

11.11.2026 / 14:59
Şamaxıdan Azərbaycan gündəminə

11.11.2026 / 14:50
Əbu-Dabidə Rusiya, ABŞ və Ukrayna arasında üçtərəfli danışıqlar başa çatdı...

11.11.2026 / 14:37
Xocavənddə traktor minaya düşdü, bir nəfər xəsarət aldı

11.11.2026 / 14:30
Tramp "məhv etdik" dediyi məsələyə 20 milyon mükafat ayırdı - ziddiyyət...

11.11.2026 / 14:12
Trampın Azərbaycana səfir təyin etmək istədiyi diplomat kimdir?...

11.11.2026 / 13:53
Bolqarıstanda Lyayenə qarşı etiraz - Avrokomissiya rəhbərinin kortejinə yumurta atıldı

11.11.2026 / 13:37
Zəngəzur dəhlizi üzrə üçtərəfli Qrup yaradıldı...

11.11.2026 / 13:19
Dublində Baydenə hücum - keçmiş prezidentə süd paketləri atdılar...

11.11.2026 / 13:15
Əbu-Dabi görüşü Ukraynaya dair heç bir ciddi nəticə vermədi...

11.11.2026 / 13:10
Dağ kəndlərində qaz və işıq limitinin ləğv edilməsi təklif edildi...

11.11.2026 / 12:51
İrandan Azərbaycana 34 kq-dan çox narkotikin keçirilməsinin qarşısı alındı

11.11.2026 / 12:39
Minimum 21 günlük əmək məzuniyyətinin pulla əvəz edilməsi qadağan oluna bilər

11.11.2026 / 12:25
Prezident İlham Əliyev COP31-in Liderlər Sammitində iştirak etmək üçün Antalyadakı Ekspo Mərkəzinə gəlib - FOTO

11.11.2026 / 12:05
Sathesabı maaş ilk bu sahələrdə tətbiq edilə bilər...

11.11.2026 / 11:39
COP31 çərçivəsində Qarabağ Dirçəliş Fondundan mühüm təşəbbüs - mina terroruna qarşı...

11.11.2026 / 11:20
Prezident İlham Əliyev Bolqarıstan Prezidentinə başsağlığı verib

İşğaldan azad rayonlarımızda insan faktoru həlledicidir - Məskunlaşmanın əsas istiqamətləri...

XƏBƏR ARXİVİ