Cümə axşamı günü, 12 noyabr 2026
     

Ömrün həsrət fəsli - FOTO

Image


Sənsizliyi heç xəyal etmədim mən. Mənim arzularımda yarımçıq bir xoşbəxtlik yer almamışdı. Hələ nə qədər paylaşacağımız duyğuların sevincini yaşayacaqdıq. Nəfəs qədər yaxın olanım, ruhumun mənəvi qidası idin.

O qədər gözəl sevirdin ki, o sevginin hər anından bir roman yazmaq olar. Mən sənin vətən sevginin böyüklüyünü duyurdum. Ancaq o sevginin bizim sevgidən böyük olduğunu bilmirdim. Sənin sonsuz olan sevginin qurbanı mənim kəpənək ömürlü ailə sevincim oldu. Üç il nişanlı, bir il evli olduğumuz müddətdə məhəbbətinlə ömrümə ömür qatdın. Sanki sən hiss etmişdin ki, bu həyatdan tez köçüb gedəcəksən. Sənin sevgin aşdı-daşdı. Həmişə deyirlər "ad insanın həyatına təsir edir". Sənin də sevgin ürəyində zəbt olunmadı, Daşqın. Bəzən "Necə yaşayıram" deyə özümə sual verirəm. Cavabımı da özüm verirəm. Mən səni yaşatmaq üçün yaşayıram, sevgi payım, can yoldaşım. Cənnətdə səninlə xoşbəxt olum deyə yaşayıram. Sənin dünyaya gəlişindən əbədiyyətə köçdüyün günün hər anına hər gün təkrar-təkrar düşünürəm…

Rzalı Daşqın Elşad oğlu 1993-cü il mayın 27-də Naxçıvan Muxtar Respublikasının Culfa rayonunun Yaycı kəndində anadan olub. Bir bacının əkiz qardaşlarından biri olub. 2000-ci ildə  1 saylı Yaycı kənd tam orta məktəbində təhsil almağa başlayıb. Orta məktəbdə oxuduğu zamandan idmanın cüdo növü ilə məşğul olub. Dəfələrlə birincilik qazanıb. Hətta Naxçıvan Muxtar Respublikası üzrə 1-ci yeri qazananda onu Bakı şəhərinə yarışa göndərmək istəyiblər. Ancaq imkansızlıqdan o bu yarışa qatıla bilməyib. Daşqın hələ 2-ci sinifdə oxuyarkən atasını itirib. Həyatın çətinliyini körpəlikdən çiyinlərinə yığan Daşqın ailəsinə kömək olmaq üçün erkən yaşlarından çalışıb. 2011-ci ildə məktəbi bitirib. 2012-ci il 9 iyulda hərbi xidmətə gedib. Naxçıvanda yerləşən N saylı hərbi hissədə xidmət edib. 2013-cü ilin yanvarında xidmətini başa vurub. Hər zaman hərbiyə marağı olub. Özünü hərbçi peşəsindən başqa bir peşədə görməyib. 2017-ci ildə nəhayət ki, arzusuna çatıb. Dövlət Sərhəd Xidmətindən çağrılıb. Yevlaxa göndərilib. 6 ay kurs keçdikdən sonra təyinatla Lənkərana göndərilib. 2019-cu ilin aprelinə qədər orda xidmət edib. Sonra isə Xızıya göndərilib. Çox istəyirdi ki, Xüsusi Təyinatlı Qüvvələrin dəstəsində xidmət etsin. 

Mən heç bilməzdim ki, 2014-cü ildə çıxdığım yol məni sənin ürəyinə gətirər. O günləri xatırlayanda özümü danlayıram. Axı sənin kimi bir insanı mən necə bir il cavabsız qoydum? 2015-ci ilin 14 noyabrında mən xoşbəxtliyə qapı açdım. 2016-cı il 24 yanvarda isə sevgimizin simvolu olan üzüyünü barmağıma taxdın. Mənim universiteti bitirməyimi gözləməyimiz səbəb oldu gec qovuşmağımıza. O qədər kaşkilərim var ki. Kaş ki, heç universitetə qəbul olmasaydım. Ancaq nə deyim? Qismət... Bizim taleyimizə əzəldən həsrət yazılıbmış. Sandıq ki, həsrətimizin sonu 2019-cu il avqustun 4-də qovuşduğumuz gün çatdı. O xoşbəxtliyin izi bir ömür boyu silinməyəcək. O qədər gözəl sevdin ki, o sevginin hər saniyəsi mənim üçün özəl idi. Ah Daşqın, vaxt var idi sən mənim şəklimi böyüdüb, bir telimi şəklimin üzərinə yapışdırıb baş ucundan asmışdın. İndi isə mən sənin şəklini böyüdüb evimdən, xəyalını gözümdən asmışam. O qədər həsrətini çəkirəm ki, qaçaraq gəlişinin. Bilirsən, sevdiyim, daha saçlarım gözəlliyini itirib. Çünki onları əllərin sığallamır. Mən indi sənli xatirələrlə yaşayıram. Bir an belə səni unutmuram. Nə sonuncu dəfə sentyabrın 1-də gedişini, nə oktyabrın 15-də gələn son zəngini, nə də mənə "gözlə Fatiməm, gələcəm" deyişini. Bir də, "sənin üçün burnumun ucu göynəyir, gələndə görəcəksən ki burnumun ucu oyulub" sözlərin ürəyimə dağ çəkir. İndi mənim ürəyim oyulur sənsiz, Daşqın. Biz ruh əkizi idik səninlə. Dost idik, sirdaş idik. Mən səni ruhən duyurdum. Elə oktyabrın 19-da da səni ruhən duydum. Sən can verəndə mən canımdan olduğumu hiss edirdim. Ancaq ağlamaqdan başqa bir şey bacarmırdım. Səndən xəbər ala bilməmək mənə zülm verirdi. Çarəsizlikdən qıvranırdım. 21-i telefonundan gələn zənglə bir anda sıçradım. İlahi, o an nə böyük ümidə qapıldım?! Can dedim, candan olduğumu öyrəndim. Telefona cavab verənin hərbi komisarlıqdan olduğunu öyrəndiyimdə dünya başıma yıxıldı. Ancaq sənin gedəcəyini heç təsəvvür etmədim. Mənə sənin şəhid olduğun xəbərini demədilər. Mən sənin şəhid olduğun xəbərini öyrəndiyim an cismim o acının böyüklüyünə tab gətirmədi. Özümə gəldiyimdə isə morqda olduğunu öyrəndim. Sənin görüşünə morqda gəldim. Bəmbəyaz çöhrəndə bir nur var idi. Səni oxşadım, ancaq vidalaşmadım. Ruhun narahat olar deyə göz yaşlarımı çöhrəmə yox, ürəyimə axıtdım. Bir də çox sevdiyin tellərimdən qoparıb üzərinə qoyub üzünü örtdüm. Gözlə sevdiyim, yanına gələcəm ümidi ilə uzun bir yolçuluğa çıxdıq. Hər özəl günümüzə həkk olunan 4 rəqəmi bu dəfə də öz yerini aldı. Oktyabrın 24-ü Naxçıvan səni qarşıladı. Torpağa tapşırıldığın ana qədər bir an belə səni tək qoymadım. Əlim əlinə dəyməsə də tabutundan ayırmadım əlimi. Ta ki, Yaycı kənd qəbirsanlığına qədər. Orda isə sənin cismin məndən əbədi ayrıldı. Çox istədim o an mən də o məzara dəfn olunum. Özümə ölüm dilədim ki, səndən ayrılmayım. Ancaq özüm gömülməsəm də, heç zaman yanından ayırmadığın saç gülümü səninlə birgə dəfn etmələrini xahiş etdim. Səndən sonra 4 rəqəminin önəmini yenə hiss etdim. Alınan 16 qərənfilin 2-nin qırılıb düşməsi ilə 14 qərənfilin məzarına düzülməsinin xoşbəxtliyimizin ömrünün 4 il olmağına işarə olduğunu düşündüm. 

Bilirəm, sən məni hiss edirsən. Ruhun mənim yanımdadı. Əgər elə olmasaydı, bu qədər yuxulara girib məndən nigaran olduğunu deməzdin. 

Mənim qəhrəman şəhidim, sən xalqının da qəhrəmanısan. Sənin şücaətlərin Ali Baş Komandan İlham Əliyevin sərəncamı ilə "Vətən Uğrunda" ordeni, "Vətən Uğrunda" lll dərəcəli medalı, "Zəngilanın azad olunmasına görə" medalı ilə qiymətləndirilib. Adın tarixin qəhrəmanlıq səhifəsinə həkk olunub, şəhid Rzalı Daşqın Elşad oğlu… 

YARIMÇIQ SƏADƏT

Sevgimin izahın edə biləcək,

Bir kəlmə düşməyib hələ lüğətə.

Mən sənlə yaşadım, səninlə öldüm,

Sənsiz çevrilmişəm bir parça ətə.

Həsrətin qəlbimi sızladır hər an,

Əllərim, tellərim əlinə həsrət.

Ası düşmürəm mən, ancaq Allahım,

Bəs niyə yazırdın yarımçıq qismət?

Daşqınsız bu həyat həyat deyil ki,

İşığı olmayan məzardı mənə.

Onun uyuduğu nəmli torpaqtək,

Yanağım qurumur, hey dönür nəmə.

Vətən sevgisiylə dastanlar yazan,

Sevdiyim qəlbimə adın həkk etdi.

Sevgisi cənnətim olan o insan,

Özü əbədilik cənnətə getdi. 

Manya SƏXAVƏTQIZI



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Banklarda 4.6 milyard manat pul yatıb qalıb, kredit bazarında böhrandır... Bu necə olub?...

Avropa Ermənistanı Rusiyanın əlindən alır - Kreml qəzəb püskürür...

İran Trampsayağı ad iddiasına başladı - "Xəzər" yox, "Kaspian"?..

SON XƏBƏRLƏR

12.11.2026 / 14:41
Belarus Ermənistanın KTMT-nin məxfi sənədlərinə çıxışının məhdudlaşdırılmasını təklif etdi - “saxta müttəfiq”...

12.11.2026 / 14:15
“Ermənistan KTMT-dən çıxacağı təqdirdə çox şey itirəcək” - Matviyenko

12.11.2026 / 13:58
Aralıq dənizində ABŞ-la Kiprin Türkiyə əleyhinə gedişi hələ cavabsız qalır...

12.11.2026 / 13:25
Daşkənddəki Azərbaycan dili mərkəzinin maliyyəsi niyə dayandırılıb?

12.11.2026 / 13:04
Qazaxıstanda iki yüksək vəzifəli məmur həbs edildi...

12.11.2026 / 12:50
Əlilliyi bərpa olunan şəxslərə əvvəlki ayların da pulu verilsin! - Deputatdan təklif...

12.11.2026 / 12:39
Şəkidə 100-dən artıq ağacı qanunsuz kəsməkdə şübhəli bilinən altı nəfər saxlandı

12.11.2026 / 12:33
Hörmüz boğazından keçməyə cəhd edən iki supertankerdə güclü partlayış...

12.11.2026 / 12:17
Sahibkarlara şad xəbər - elektrik xərclərinin yarısını dövlət ödəyəcək

12.11.2026 / 12:05
Ermənistan parlamenti TRİPP-lə bağlı qanunvericilik dəyişikliklərini təsdiqlədi...

12.11.2026 / 11:51
İsrail ordusuna göstəriş verildi - İrana mümkün hücumla bağlı hazırlıqlar artırılır...

12.11.2026 / 11:36
Gələn il mediaya 68 milyon manat ayrılacaq

12.11.2026 / 11:25
Abşeronda tikiş sexindən 15 min manatlıq oğurluq - 3 nəfər saxlandı

12.11.2026 / 10:59
“Ermənistan hakimiyyəti odla oynayır” - Rusiya senatoru

12.11.2026 / 10:41
Sankt-Peterburqda son üç ayda ikinci sui-qəsd - yüksək rütbəli hərbçinin avtomobili partladıldı...

12.11.2026 / 10:33
Şəmkirdə avtomobil yol kənarına yuvarlandı - ölənlər var...

12.11.2026 / 10:20
Azərbaycan neftinin qiyməti 100 dolları ötdü...

12.11.2026 / 10:12
Paşinyan Antalyada banan "oğurlayıb" Dublinə apardı - VİDEO

12.11.2026 / 10:04
Orbanın qardaşı viza alveri işi üzrə həbs edildi

12.11.2026 / 09:27
Vens İran rəsmisi ilə üzbəüz danışıqlar aparmağa hazırlaşır...

12.11.2026 / 09:11
Trampın elçiləri Putinlə görüşmək üçün Rusiyaya səfər edib

12.11.2026 / 08:56
Birinci vitse-prezident Mehriban Əliyeva Konstitusiya Günü münasibətilə paylaşım edib

12.11.2026 / 08:40
İtaliya məktəblərində bomba həyəcanı - təhdid məktubları “Mixail Andropovdan” gəlir

12.11.2026 / 08:21
Ağ Ev Trampın nəhəng bal salonunun kölgəsində qaldı

12.11.2026 / 00:18
Azərbaycanda Konstitusiya Günü qeyd olunur

12.11.2026 / 00:12
Baş katib Ermənistanın KTMT-də tamhüquqlu iştirakının bərpası şərtini açıqladı - qərar onlardan asılıdır...

11.11.2026 / 23:28
Ermənistan prezidenti TRIPP layihəsi ilə bağlı qanunu imzaladı

11.11.2026 / 23:10
NATO-da casus həyəcanı - yüksək rütbəli ABŞ hərbçisinin Rusiya agenti olduğu ortaya çıxdı...

11.11.2026 / 23:02
"Tarixi Zəfər müstəqil Azərbaycanın gücünün təntənəsidir" - Vüqar Rəhimzadə

11.11.2026 / 22:53
Ukrayna Trampın Donbasın sərhədlərinin yenidən müəyyənləşdirilməsi təklifini rədd etdi...

11.11.2026 / 22:37
Rusiya Əbu-Dabidə NATO-nun 1997-ci il sərhədlərinə qayıtmasını tələb etdi...

11.11.2026 / 22:20
Fransanın müstəmləkələri də ayağa qalxacaq...

11.11.2026 / 22:05
Paşinyan Türkiyə ilə diplomatik əlaqələrə niyə çox can atır - təzə məsələ var...

11.11.2026 / 21:49
ABŞ Xəzər dənizini də İran ticarətinin üzünə bağlayir

11.11.2026 / 21:33
Azərbaycanın əleyhinə vərəqələr yayılır... Hədəfdə sülh sazişidir...

11.11.2026 / 21:18
Qarabağın landşaft memarlığı: Nəzəri əsaslar, bərpa strategiyaları və perspektiv təkliflər

11.11.2026 / 21:06
İrəvandakı Göy məscidə qarşı İran və erməni təxribatı - Dövlət Komitəsi sərt bəyanat yaydı...

11.11.2026 / 20:58
Heqsetin impiçmenti barədə şok iddia - Trampın məqsədi(?) nədir?...

11.11.2026 / 20:41
Erməni təcavüzünə dəstək verənlərin ən iyrənc əməlləri açılır...

11.11.2026 / 20:35
Leyla Əliyeva “Qlobal Sıfır Tullantı Alyansı – Dövlət və Hökumət Başçılarının Həyat Yoldaşlarının Yüksəksəviyyəli Toplantısı”nda iştirak edib - FOTO

11.11.2026 / 20:23
İranla müharibə bitmək üzrədir - İrandan Trampa təhqiramiz cavab...

11.11.2026 / 20:11
Leyla Əliyeva COP31 çərçivəsində Azərbaycan pavilyonunda olub

11.11.2026 / 20:05
Azərbaycan cüdoçusu Avropa çempionu oldu!

11.11.2026 / 20:05
“Ermənilər əmin idilər ki, Azərbaycana icazə verilməyəcək”...

11.11.2026 / 20:02
Lukaku Türkiyə millisinə qarşı oynamayacaq - AÇIQLAMA

11.11.2026 / 19:58
Paşinyan Konstitusya məsələsində açıqca manipulyasiya edir

11.11.2026 / 19:47
Düşməni Azərbaycana hücumdan çəkindirən ən güclü taktika budur...

11.11.2026 / 19:30
Milli ideaya konkret ifadə edildi - Zəfərin kökü bundadır...

11.11.2026 / 19:22
QMİ İrəvan Göy məscidindəki tədbiri vandalizm və təxribat adlandırdı

11.11.2026 / 19:16
KTMT Ermənistanla bağlı qərarını verdi – İrəvan səsvermə hüququndan məhrum edildi...

11.11.2026 / 19:03
Xəzər dənizində "Dəmir Qapı" təhlükəsi - hərbi əməliyyatlar dənizə köçürülür?

11.11.2026 / 18:25
Ramil Usubov MDB təhlükəsizlik şuraları katiblərinin Moskva görüşündə iştirak edib

11.11.2026 / 18:12
Prezident İlham Əliyevin sosial media hesablarında Mehriban Əliyeva ilə birgə COP31-in Liderlər Sammitində iştirakına dair paylaşım edilib - VİDEO

11.11.2026 / 18:08
Prezident İlham Əliyevin Türkiyəyə səfəri başa çatıb - FOTO

11.11.2026 / 17:40
Fermerlərə tam vergi güzəştinin 90 faizə endirilməsi aqrar sektorda yeni situasiya yaradır...

11.11.2026 / 16:55
Rusiya və Ukrayna Əbu-Dabidə genişmiqyaslı əsir mübadiləsi barədə razılığa gəldi...

11.11.2026 / 16:45
“KTMT Ermənistanın bu addımına reaksiya verəcək” - Peskov

11.11.2026 / 16:32
Elektrik sayğacları gec sıfırlanır: abonentlər zərərə düşəcəklərindən qorxur....

11.11.2026 / 16:27
Nisyə mal satanların işi çətinləşəcək... Yeni tələblər gəlir..

11.11.2026 / 16:08
Prezident İlham Əliyevlə Ərdoğan arasında səmimi dialoq - FOTO

11.11.2026 / 15:57
DYP adından saxta cərimə mesajları göndərilir - XƏBƏRDARLIQ

11.11.2026 / 15:43
Fərdi təsərrufatlarda yumurta və süd istehsalının statistikası aparılacaq - əhali narahatdır...

11.11.2026 / 15:22
BMT-də Azərbaycanın təşəbbüsü ilə “İtkin düşmüş şəxslər” qətnaməsi qəbul edildi

11.11.2026 / 15:12
Prezident İlham Əliyev və Birinci xanım Mehriban Əliyeva COP31-in Liderlər Sammitində iştirak ediblər - FOTO/YENİLƏNDİ

11.11.2026 / 15:08
Ərdoğan Azərbaycana təşəkkür etdi

11.11.2026 / 14:59
Şamaxıdan Azərbaycan gündəminə

11.11.2026 / 14:50
Əbu-Dabidə Rusiya, ABŞ və Ukrayna arasında üçtərəfli danışıqlar başa çatdı...

11.11.2026 / 14:37
Xocavənddə traktor minaya düşdü, bir nəfər xəsarət aldı

11.11.2026 / 14:30
Tramp "məhv etdik" dediyi məsələyə 20 milyon mükafat ayırdı - ziddiyyət...

11.11.2026 / 14:12
Trampın Azərbaycana səfir təyin etmək istədiyi diplomat kimdir?...

11.11.2026 / 13:53
Bolqarıstanda Lyayenə qarşı etiraz - Avrokomissiya rəhbərinin kortejinə yumurta atıldı

11.11.2026 / 13:37
Zəngəzur dəhlizi üzrə üçtərəfli Qrup yaradıldı...

11.11.2026 / 13:19
Dublində Baydenə hücum - keçmiş prezidentə süd paketləri atdılar...

11.11.2026 / 13:15
Əbu-Dabi görüşü Ukraynaya dair heç bir ciddi nəticə vermədi...

11.11.2026 / 13:10
Dağ kəndlərində qaz və işıq limitinin ləğv edilməsi təklif edildi...

11.11.2026 / 12:51
İrandan Azərbaycana 34 kq-dan çox narkotikin keçirilməsinin qarşısı alındı

11.11.2026 / 12:39
Minimum 21 günlük əmək məzuniyyətinin pulla əvəz edilməsi qadağan oluna bilər

11.11.2026 / 12:25
Prezident İlham Əliyev COP31-in Liderlər Sammitində iştirak etmək üçün Antalyadakı Ekspo Mərkəzinə gəlib - FOTO

11.11.2026 / 12:05
Sathesabı maaş ilk bu sahələrdə tətbiq edilə bilər...

11.11.2026 / 11:39
COP31 çərçivəsində Qarabağ Dirçəliş Fondundan mühüm təşəbbüs - mina terroruna qarşı...

11.11.2026 / 11:20
Prezident İlham Əliyev Bolqarıstan Prezidentinə başsağlığı verib

İşğaldan azad rayonlarımızda insan faktoru həlledicidir - Məskunlaşmanın əsas istiqamətləri...

XƏBƏR ARXİVİ