Cümə axşamı günü, 12 noyabr 2026
     

Dil qrammatikamızda apostrofu kim(lər) yemişdi? – “Yenidən qaytaraq” çağırışları başlayıb...

Image


Azərbaycan orfoqrafiyasında zamanında bir qayda ilə mövcud olan apostrof işarəsi 2003-cü ildə yeni orfoqrafiya lüğəti əsasında ləğv olunub.

Son günlər sosial şəbəkələrdə, ayrı-ayrı çıxışlarında bir çox dilçi, ədəbiyyatşünas, şərqşünas alimlər, tədqiqatçılar qeyd edirlər ki, bəzi titullu alimlərin təklifi ilə apostrofun sıradan çıxarılması dilimizin yazılışında və tələffüzündə ciddi boşluqlar yaranması ilə nəticələnib. Bir çox alimin fikrincə, apostrofun bərpası ilə bu boşluqlar aradan qalxa bilir. Bir sözlə, hazırda Azərbaycanda apostrofun yenidən qaytarılması məsələsi aktuallaşıb. Bəzi dilçilər deyirlər ki, apostrofun götürülməsi dilin başına oyun açanların əməli olub ki, onlar bunu dildə gedən islahatlardan biri kimi qeyd ediblər, halbuki, bu, orfoqrafiya və orfoepiya qaydalarının pozulmasına şərait yaradıb.

Mütəxəssislərin qeyd etdiyinə görə, apostrof yazıda istifadə edilən hərfüstü işarə olub və Azərbaycan dilində kiril əlifbası ilə yazılarda apostrof iki məqsədlə işlədilirdi: saitin uzun tələffüz olunmasını göstərmək üçün və ərəb mənşəli sözlərdə saitin aydın tələffüz olunmasına imkan yaratmaq üçün. Birinci məqsədlə apostrof saitdən sonra, samitdən əvvəl, ikinci məqsədlə samitdən sonra, saitdən əvvəl qoyulurdu.

  • “...apostrofun bərpasına ehtiyac var”

Filologiya elmləri üzrə fəlsəfə doktoru Səadət Şıxıyeva “Bakı-Xəbər”ə şərhində bildirdi ki, apostrofun götürülməsi dilimizə böyük zərbə vurub. “Mənə belə gəlir ki, o vaxt apostrofu tamamilə qanunsuz götürüblər. O zamankı vəziyyətdən istifadə edən bir qrup alim ictimaiyyətə məlumat vermədən, müzakirəyə təqdim etmədən günün birində qərar verdi ki, apostrof dildən çıxarılır. Guya məqsəd o idi ki, bununla Azərbaycan və Türkiyə türkcəsi yaxınlaşır, Türkiyə türkcəsində latın qrafikasında apostrofdan istifadə edilmir. Bu tamamilə absurddur. Mən 2018-ci ildən üzü bu yana apostrof məsələsini gündəmə gətirirəm. Belə başa düşürəm ki, o vaxt bir qrup dilçi alim Azərbaycan türkcəsi ilə Türkiyə türkcəsi arasında bir yaxınlıq yaratmaq, guya dillər arasındakı imladakı fərqi götürmək niyyətilə bunu etdilər. Amma çox uğursuz cəhd idi. Təvəvvür edin ki, Türkiyə türkcəsində apostrof götürüldüyünə görə klassik mətnlər çox təhrif olunmuş şəkildə ifadə olunur. Özü də Türkiyə türkcəsində bizim istifadə etdiyimiz bəzi sözlər istifadə olunmur, o sözlərin qarşılığında özləri yeni sözlər gətiriblər. Biz o sözləri istifadə ediriksə, artıq o sözlərin vurğusunu, çəkisini göstərən apostrofa ehtiyacımız var. Türkiyə türkcəsində apostroflu sözlərin bir qismi canlı danışıq dilində, ədəbi dildə istifadə olunmur, amma bizdə istifadə olunur. Yəni o sözlərin sayı da çox deyil. Amma təsəvvür edin ki, bu gün apostrof götürülüb, artıq o sözləri ifadə edəndə onlar eybəcər bir şəkil almış olur. Bunlar deyirlər ki, bu, ərəb mənşəlidir, buna görə də apostrof götürülməli idi. Bir məsələni bilmək lazımdır ki, apostrof  işarə deyil, o hərfdir. Apostrof o sözə gətirilən məna yükünü göstərir. Məsələn, elə sözlər var ki, onları apostroflu və apostrofsuz yazanda məna fərqi olur. Amma artıq bu götürülüb, artıq səy-cəhd göstərmək sözü ilə səy-dəli sözü, Quran (Qurani Kərim) sözü ilə quran (dilimzidəki qurmaq sözü) sözü arasında məna itib. Bu məna yalnız yazılı şəkildə itməyib, həm də o sözlərin mənası da çəkisizləşib, o sözlərin mənası arasında lüzumuz bir omonimlik yaranıb. Əslində, onlar omonim sözlər deyil, fərqli sözlərdir, yazılışı da, anlamı da fərqlidir. Yəni apostrofun götürülməsi ilə dildə bir hərc-mərclik yaranıb, bu baxımdan apostrofun bərpasına ehtiyac var. Bu, dil mədəniyyəti baxımından lazımdır, apostrofun olmaması dili çox korlayır. Təsəvvür edin ki, bu gün uşaqlara başa salmaq olmur ki, söz “məəna”dır, “məna” deyil. Yəni apostrof sait səsdən sonra o səsin ikiliyini, qoşalığını ifadə edir, samitdən sonra gələndə isə oradakı durğunu ifadə edir. Amma bu gün apostrof götürüldüyünə görə tam hərc-mərclik yaranıb. Yenə də deyirəm, heç bir əlaqəsi olmayan sözlər yenə də omonimə çevrilib, anlamını itirib, səs itib, məna itib. Yəni buna nə ehtiyac vardı?”.

S.Şıxıyevanın sözlərinə görə, hazırda bir çox Avropa dillərində, o cümlədən də Türkiyə türkcəsində apostrof işarə kimi istifadə olunur, amma başqa məqamlarda. “Hal şəkilçisini, ümumiyyətlə, şəkilçini ayırmaq üçün istifadə edilir. Biz nə üçün istifadə etməyək ki? Biz apostrofu götürməklə yazılışı eyni olmayan sözləri süni şəkildə bərabərləşdirmiş olduq. Yəni tələffüzümüz korlanır, belə deyək, sözün sürətlə dinləyiciyə çatdırılması məqamında da çətinliklərlə üzləşirik. Əslində, apostrof ərəb əlifbası ilə yazılışda “eyn” hərfinin və “həmzə”nin qarşılığıdır. Yəni ərəb əlifbası ilə yazanda biz apostrofu işarə kimi yazmırıq, çünki o konkret hərfdir. “Eyn” hərfidir, bəzən də “həmzə” dayağıdır, “həmzə” sözünün üstünə hərəkə qoyulur və bilirsən ki, bəli bu apostrofludur. Amma daha çox “eyn” hərfinin qarşılığıdır. Təsəvvür edin ki, sözü müasir latın əlifbasına çevirəndə birdən-birə bir hərfi ixtisar edirlər. Buna nə ehtiyac var idi ki? Apostrofun götürülməsi dildə də, yazı da da təhrifə gətirib çıxarır, nitq mədəniyyətini korlayır, klassik mətnlərimizi tədris edəndə qarşımıza çoxlu çətinlik çıxarır. Yəni apostrof dildə ehtiyac olan hərfdir. Bilmirəm, sizin yadınıza gələrmi, biz orta məktəbdə oxuyanda deyilirdi ki, Azərbaycan dilində 32 hərf, 1 apostrof var. Yəni apostrof hərf kimi hərflər sırasında yer alırdı. Amma sonra apostrofu işarə statusuna saldılar, sonra da dildən çıxardılar və bu da təhrifə gətirib çıxardı” - deyə S.Şıxıyeva qeyd etdi.

Qeyd edək ki, 2015-ci ildə Milli Elmlər Akademiyasının Nəsimi adına Dilçilik İnstitutunun Tətbiqi dilçilik şöbəsinin müdiri, Dövlət Dil Komissiyasının üzvü İsmayıl Məmmədov apostrofun yenidən Azərbaycan əlifbasına salınması təklifi ilə çıxış edib. Alimin həmin dövrdə mətbuatda qeyd edilən fikirlərinə diqqət çəkək: “Əvvəllər “sənət”, “Cəfər” sözlərində də apostrof var idi. Amma sonradan apostrofla yazılan sözlərin sayı 100-ə qədər azaldıldı. 2004-cü ilə qədər orfoqrafiya lüğətində həmin sözlər apostrofla yazılırdı”.

İ.Məmmədov qeyd edirdi ki, həmin sözlərin apostrofla yazılması Azərbaycan dilinin daha yaxşı öyrənilməsinə xidmət edirdi. O, həmçinin, bildirirdi ki, lakin apostrofun götürülməsi bu gün daha çox orta məktəblərin tədris işində çətinliklər yaradır.

İ.Məmmədov hesab edirdi ki, apostrofun qalması Azərbaycan dilini öyrənənlərə bu dili daha dərindən, incəliklərinə qədər öyrətməyə imkan verərdi: “Tədris işində apostrof həm hecaya ayırma, həm məna fərqləndirməsi, həm də tələffüz zamanı bəzi sait səslərin uzanmasına xidmət edirdi. Məsələn, şölə, şöbə, məna sözlərində birinci sait səslər uzanırdı. Yaxud “bəzən” (zərf – bəzi vaxtlarda) və “bəzənmək” sözlərində məna fərqlidir, apostrof olmadığına görə məna təhrifinə yol verilir. Apostrof olanda isə bu fərq bilinirdi. Apostrof götürüldüyü üçün indi şagirddə, dinləyicidə hazırlıq o qədər güclü olmalıdır ki, bu fərqləri özü bilsin. Amma bu, heç bir mənbədə yoxdursa, bu qayda da çıxarılıbsa, şagird bunu haradan bilər?! Akademiklər, professorlar bu detalları bilirlər, amma orta məktəbdə dilin qanunlarını öyrənən uşaqlar bunu bilmirlər. Dili, yazını, tələffüzü öyrənən adam da bu məsələlərdə çətinlik çəkir”.

İ.Məmmədov əlavə etmişdi ki, bu gün klassik ədəbiyyatda da apostrofun saxlanması çox lazımdır.

Mötəbər bir dilçi alimin fikirlərini də xatırlatmaqla o qənaətə gəlmək olar ki, apostrofun bərpa edilməsi istiqamətində addımlar atılmasına gerçək bir ehtiyac var.

Hər halda, bu vacib məsələnin elmi ictimaiyyətin, dilçilərin müzakirəsinə verilməsi qaçılmazdır. Çünki artıq məsələ gündəmdədir və apostrofun yenidən dilimizə qaytarılması fikrini müdafiə edənlər çoxdur.

İradə SARIYEVA



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Banklarda 4.6 milyard manat pul yatıb qalıb, kredit bazarında böhrandır... Bu necə olub?...

Avropa Ermənistanı Rusiyanın əlindən alır - Kreml qəzəb püskürür...

İran Trampsayağı ad iddiasına başladı - "Xəzər" yox, "Kaspian"?..

SON XƏBƏRLƏR

12.11.2026 / 14:41
Belarus Ermənistanın KTMT-nin məxfi sənədlərinə çıxışının məhdudlaşdırılmasını təklif etdi - “saxta müttəfiq”...

12.11.2026 / 14:15
“Ermənistan KTMT-dən çıxacağı təqdirdə çox şey itirəcək” - Matviyenko

12.11.2026 / 13:58
Aralıq dənizində ABŞ-la Kiprin Türkiyə əleyhinə gedişi hələ cavabsız qalır...

12.11.2026 / 13:25
Daşkənddəki Azərbaycan dili mərkəzinin maliyyəsi niyə dayandırılıb?

12.11.2026 / 13:04
Qazaxıstanda iki yüksək vəzifəli məmur həbs edildi...

12.11.2026 / 12:50
Əlilliyi bərpa olunan şəxslərə əvvəlki ayların da pulu verilsin! - Deputatdan təklif...

12.11.2026 / 12:39
Şəkidə 100-dən artıq ağacı qanunsuz kəsməkdə şübhəli bilinən altı nəfər saxlandı

12.11.2026 / 12:33
Hörmüz boğazından keçməyə cəhd edən iki supertankerdə güclü partlayış...

12.11.2026 / 12:17
Sahibkarlara şad xəbər - elektrik xərclərinin yarısını dövlət ödəyəcək

12.11.2026 / 12:05
Ermənistan parlamenti TRİPP-lə bağlı qanunvericilik dəyişikliklərini təsdiqlədi...

12.11.2026 / 11:51
İsrail ordusuna göstəriş verildi - İrana mümkün hücumla bağlı hazırlıqlar artırılır...

12.11.2026 / 11:36
Gələn il mediaya 68 milyon manat ayrılacaq

12.11.2026 / 11:25
Abşeronda tikiş sexindən 15 min manatlıq oğurluq - 3 nəfər saxlandı

12.11.2026 / 10:59
“Ermənistan hakimiyyəti odla oynayır” - Rusiya senatoru

12.11.2026 / 10:41
Sankt-Peterburqda son üç ayda ikinci sui-qəsd - yüksək rütbəli hərbçinin avtomobili partladıldı...

12.11.2026 / 10:33
Şəmkirdə avtomobil yol kənarına yuvarlandı - ölənlər var...

12.11.2026 / 10:20
Azərbaycan neftinin qiyməti 100 dolları ötdü...

12.11.2026 / 10:12
Paşinyan Antalyada banan "oğurlayıb" Dublinə apardı - VİDEO

12.11.2026 / 10:04
Orbanın qardaşı viza alveri işi üzrə həbs edildi

12.11.2026 / 09:27
Vens İran rəsmisi ilə üzbəüz danışıqlar aparmağa hazırlaşır...

12.11.2026 / 09:11
Trampın elçiləri Putinlə görüşmək üçün Rusiyaya səfər edib

12.11.2026 / 08:56
Birinci vitse-prezident Mehriban Əliyeva Konstitusiya Günü münasibətilə paylaşım edib

12.11.2026 / 08:40
İtaliya məktəblərində bomba həyəcanı - təhdid məktubları “Mixail Andropovdan” gəlir

12.11.2026 / 08:21
Ağ Ev Trampın nəhəng bal salonunun kölgəsində qaldı

12.11.2026 / 00:18
Azərbaycanda Konstitusiya Günü qeyd olunur

12.11.2026 / 00:12
Baş katib Ermənistanın KTMT-də tamhüquqlu iştirakının bərpası şərtini açıqladı - qərar onlardan asılıdır...

11.11.2026 / 23:28
Ermənistan prezidenti TRIPP layihəsi ilə bağlı qanunu imzaladı

11.11.2026 / 23:10
NATO-da casus həyəcanı - yüksək rütbəli ABŞ hərbçisinin Rusiya agenti olduğu ortaya çıxdı...

11.11.2026 / 23:02
"Tarixi Zəfər müstəqil Azərbaycanın gücünün təntənəsidir" - Vüqar Rəhimzadə

11.11.2026 / 22:53
Ukrayna Trampın Donbasın sərhədlərinin yenidən müəyyənləşdirilməsi təklifini rədd etdi...

11.11.2026 / 22:37
Rusiya Əbu-Dabidə NATO-nun 1997-ci il sərhədlərinə qayıtmasını tələb etdi...

11.11.2026 / 22:20
Fransanın müstəmləkələri də ayağa qalxacaq...

11.11.2026 / 22:05
Paşinyan Türkiyə ilə diplomatik əlaqələrə niyə çox can atır - təzə məsələ var...

11.11.2026 / 21:49
ABŞ Xəzər dənizini də İran ticarətinin üzünə bağlayir

11.11.2026 / 21:33
Azərbaycanın əleyhinə vərəqələr yayılır... Hədəfdə sülh sazişidir...

11.11.2026 / 21:18
Qarabağın landşaft memarlığı: Nəzəri əsaslar, bərpa strategiyaları və perspektiv təkliflər

11.11.2026 / 21:06
İrəvandakı Göy məscidə qarşı İran və erməni təxribatı - Dövlət Komitəsi sərt bəyanat yaydı...

11.11.2026 / 20:58
Heqsetin impiçmenti barədə şok iddia - Trampın məqsədi(?) nədir?...

11.11.2026 / 20:41
Erməni təcavüzünə dəstək verənlərin ən iyrənc əməlləri açılır...

11.11.2026 / 20:35
Leyla Əliyeva “Qlobal Sıfır Tullantı Alyansı – Dövlət və Hökumət Başçılarının Həyat Yoldaşlarının Yüksəksəviyyəli Toplantısı”nda iştirak edib - FOTO

11.11.2026 / 20:23
İranla müharibə bitmək üzrədir - İrandan Trampa təhqiramiz cavab...

11.11.2026 / 20:11
Leyla Əliyeva COP31 çərçivəsində Azərbaycan pavilyonunda olub

11.11.2026 / 20:05
Azərbaycan cüdoçusu Avropa çempionu oldu!

11.11.2026 / 20:05
“Ermənilər əmin idilər ki, Azərbaycana icazə verilməyəcək”...

11.11.2026 / 20:02
Lukaku Türkiyə millisinə qarşı oynamayacaq - AÇIQLAMA

11.11.2026 / 19:58
Paşinyan Konstitusya məsələsində açıqca manipulyasiya edir

11.11.2026 / 19:47
Düşməni Azərbaycana hücumdan çəkindirən ən güclü taktika budur...

11.11.2026 / 19:30
Milli ideaya konkret ifadə edildi - Zəfərin kökü bundadır...

11.11.2026 / 19:22
QMİ İrəvan Göy məscidindəki tədbiri vandalizm və təxribat adlandırdı

11.11.2026 / 19:16
KTMT Ermənistanla bağlı qərarını verdi – İrəvan səsvermə hüququndan məhrum edildi...

11.11.2026 / 19:03
Xəzər dənizində "Dəmir Qapı" təhlükəsi - hərbi əməliyyatlar dənizə köçürülür?

11.11.2026 / 18:25
Ramil Usubov MDB təhlükəsizlik şuraları katiblərinin Moskva görüşündə iştirak edib

11.11.2026 / 18:12
Prezident İlham Əliyevin sosial media hesablarında Mehriban Əliyeva ilə birgə COP31-in Liderlər Sammitində iştirakına dair paylaşım edilib - VİDEO

11.11.2026 / 18:08
Prezident İlham Əliyevin Türkiyəyə səfəri başa çatıb - FOTO

11.11.2026 / 17:40
Fermerlərə tam vergi güzəştinin 90 faizə endirilməsi aqrar sektorda yeni situasiya yaradır...

11.11.2026 / 16:55
Rusiya və Ukrayna Əbu-Dabidə genişmiqyaslı əsir mübadiləsi barədə razılığa gəldi...

11.11.2026 / 16:45
“KTMT Ermənistanın bu addımına reaksiya verəcək” - Peskov

11.11.2026 / 16:32
Elektrik sayğacları gec sıfırlanır: abonentlər zərərə düşəcəklərindən qorxur....

11.11.2026 / 16:27
Nisyə mal satanların işi çətinləşəcək... Yeni tələblər gəlir..

11.11.2026 / 16:08
Prezident İlham Əliyevlə Ərdoğan arasında səmimi dialoq - FOTO

11.11.2026 / 15:57
DYP adından saxta cərimə mesajları göndərilir - XƏBƏRDARLIQ

11.11.2026 / 15:43
Fərdi təsərrufatlarda yumurta və süd istehsalının statistikası aparılacaq - əhali narahatdır...

11.11.2026 / 15:22
BMT-də Azərbaycanın təşəbbüsü ilə “İtkin düşmüş şəxslər” qətnaməsi qəbul edildi

11.11.2026 / 15:12
Prezident İlham Əliyev və Birinci xanım Mehriban Əliyeva COP31-in Liderlər Sammitində iştirak ediblər - FOTO/YENİLƏNDİ

11.11.2026 / 15:08
Ərdoğan Azərbaycana təşəkkür etdi

11.11.2026 / 14:59
Şamaxıdan Azərbaycan gündəminə

11.11.2026 / 14:50
Əbu-Dabidə Rusiya, ABŞ və Ukrayna arasında üçtərəfli danışıqlar başa çatdı...

11.11.2026 / 14:37
Xocavənddə traktor minaya düşdü, bir nəfər xəsarət aldı

11.11.2026 / 14:30
Tramp "məhv etdik" dediyi məsələyə 20 milyon mükafat ayırdı - ziddiyyət...

11.11.2026 / 14:12
Trampın Azərbaycana səfir təyin etmək istədiyi diplomat kimdir?...

11.11.2026 / 13:53
Bolqarıstanda Lyayenə qarşı etiraz - Avrokomissiya rəhbərinin kortejinə yumurta atıldı

11.11.2026 / 13:37
Zəngəzur dəhlizi üzrə üçtərəfli Qrup yaradıldı...

11.11.2026 / 13:19
Dublində Baydenə hücum - keçmiş prezidentə süd paketləri atdılar...

11.11.2026 / 13:15
Əbu-Dabi görüşü Ukraynaya dair heç bir ciddi nəticə vermədi...

11.11.2026 / 13:10
Dağ kəndlərində qaz və işıq limitinin ləğv edilməsi təklif edildi...

11.11.2026 / 12:51
İrandan Azərbaycana 34 kq-dan çox narkotikin keçirilməsinin qarşısı alındı

11.11.2026 / 12:39
Minimum 21 günlük əmək məzuniyyətinin pulla əvəz edilməsi qadağan oluna bilər

11.11.2026 / 12:25
Prezident İlham Əliyev COP31-in Liderlər Sammitində iştirak etmək üçün Antalyadakı Ekspo Mərkəzinə gəlib - FOTO

11.11.2026 / 12:05
Sathesabı maaş ilk bu sahələrdə tətbiq edilə bilər...

11.11.2026 / 11:39
COP31 çərçivəsində Qarabağ Dirçəliş Fondundan mühüm təşəbbüs - mina terroruna qarşı...

11.11.2026 / 11:20
Prezident İlham Əliyev Bolqarıstan Prezidentinə başsağlığı verib

İşğaldan azad rayonlarımızda insan faktoru həlledicidir - Məskunlaşmanın əsas istiqamətləri...

XƏBƏR ARXİVİ