Biz Azərbaycanla Ermənistan arasında Dağlıq Qarabağ münaqişəsinin həlli üzrə danışıqların davam etməsini dəstəkləyirik. “Trend”in məlumatına görə, bunu Fransanın Azərbaycandakı səfiri Zakari Qross cəbhədəki gərginliyə münasibət bildirərkən deyib.
Səfir deyib: “Ümid edirik ki, 2020-ci ildə də bu danışıqlar uğurla davam etdiriləcək və tərəflər arasında hər hansı gərginlik olmayacaq”.