çərşənbə axşamı günü, 03 noyabr 2026
     

Ankaranın Qarabağ fəallığının artmasına Rusiya da mane olmayacaq - Ermənistanda böyük əndişə…

Image


Məlum həqiqətdir ki, bu gün Cənubi Qafqazda hadisələrin inkişaf axarının müəyyən edilməsində Azərbaycan və Türkiyə faktorunun xüsusi çəkisi getdikcə artmaqdadır. Təbii ki, bu hal digər məqamlarla yanaşı, Dağlıq Qarabağ münaqişəsinin də gedişinə əhəmiyyətli dərəcədə təsir göstərmək iqtidarındadır. Elə işğalçı Ermənistanı narahat edən əsas məqamalardan biri də məhz budur.

Ermənistan Elmlər Akademiyasının Şərqşünaslıq İnsitutunun direktoru, türkoloq Ruben Safrastyan bildirir ki, hazırda Türkiyə Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı danışıqları həyata keçirən ATƏT-in Minsk Qrupunun tərkibinə daxil olmaq istəyir. Safrastyan qeyd edir ki, Türkiyə indiyə qədər buna dəfələrlə cəhd edib:“Lakin Ermənistanın qarşı çıxması bu cəhdlərin qarşısını alıb. Türkiyə Ermənistanın buna razı olmayacağını bilir, lakin bu istiqamətdə təşəbbüslərini davam etdirir. Ankara regionda əsas oyunçulardan biri kimi davranır və əsas hədəflərindən biri məhz Qarabağ münaqişəsinin həlli prosesində söz sahibi olmaqdır”. Erməni ekspert etiraf edir ki, Bakı və Ankara öz maraqları fonunda olduqca ağıllı strategiya həyata keçirir. Bu xüsusda o vurğulayır ki, Ankaranın Moskva ilə münasibətlərini yenidən normal məcraya qaytarması da Türkiyənin Qarabağ məsələsində təsirlərini artırmaq imkanı yaradır. Digər erməni şərqşünas ekspert Hayk Qabrielyan da eyni mövqeni bölüşür:“Türkiyə tərəfinin Qarabağla bağlı yüksək səviyyəli son bəyanatları əvvəlki illərin bəyanatlarından müəyyən qədər fərqlənir”. Onun sözlərinə görə, Türkiyənin son bəyanatlarında Qarabağ probleminin onun da problemi olduğu vurğulanır: “Türkiyə Azərbaycan üzərində, Rusiya da Ermənistan üzərində təsirə malik olduğunu vurğulayır, buna görə də səylərin birləşəcəyi halında Rusiya və Türkiyə nəticələr əldə edə bilər. Başqa cür desək, əməkdaşlığın “Suriya modeli” təklif olunur. Türkiyə son bəyanatları ilə vurğulayır ki, Qarabağ problemi onun da problemidir, yəni qeyd edilən problemin həllinə aktiv şəkildə müdaxilə etmək səlahiyyəti var. Bu bəyanatlar bizim üçün narahatlıqvericidir. İkincisi, Türkiyə Rusiyanı bu problem ətrafında razılaşmaya dəvət etməyə başlayıb və qeyd edib ki, Rusiya malik olduğu təsiri istifadə etməlidir”.

Başqa bir erməni ekspert Baqrat Estukyan da bu fikirdədir və o, Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu ilə ATƏT-in Minsk Qrupu həmsədrlərinin son görüşünün bu mənada təsadüfi xarakter daşımadığını qeyd edir:“Bu təhlükəli addımdır, çünki Türkiyə Dağlıq Qarabağ probleminin nizama salınması prosesində heç vaxt tərəfsiz ola bilməz. Amma Türkiyə Qarabağ münaqişəsinin nizama salınması prosesinə cəlb olunmaq məsələsində dəstək ala bilər. Xüsusən də Rusiyadan. Türkiyənin bu mənada bəzi əsasları var. Digər tərəfdən unutmaq olmaz ki, beynəlxalq ictimaiyyət bir neçə dəfə Azərbaycanın ərazi bütövlüyü barədə bəyanat verib”. Daha əvvəl “Vahid Ermənistan” partiyasının rəhbəri Artur Qazinyan da belə bir açıqlama ilə çıxış etmişdi ki, Azərbaycanla Türkiyə Ankaranın Qarabağ münaqişəsinin nizama salınması prosesində daha aktiv rol oynaması məsələsində səy və resursunu əsirgəməyib. O, xüsusilə qeyd edib ki, ATƏT-in Minsk Qrupu həmsədrlərinin Türkiyənin xarici işlər naziri ilə görüşünü erməni diplomatiyasının ciddi uğursuzluğu hesab edir:  “Suriyanın şimalında vəziyyətin gərginliyi fonunda Türkiyə geosiyasi proseslərdə regional iştirakını genişləndirərək Qarabağı Yaxın Şərq dolaşığının tənzimlənməsi gündəminə daxil etməyə çalışır. Bizi çox çətin zamanlar gözləyir. Türkiyə istəyinə nail olmaq üçün Kremldən də istifadə etməyə çalışır”.

Qeyd edilənlər fonunda o da məlumdur ki, əslində, Qarabağ münaqişəsinin həlli istaqmətində müəyyən irəliləyiş əldə etmək üçün vasitəçilik formatında yeniliklər olması artıq zəruri haldır. çünki Ermənistanın mövqeyi üzündən Dağlıq Qarabağ münaqişəsinin dinc yolla həlli, belə demək olarsa, dondurulub və ekspertlər hesab edir ki, vasitəçilik missiyası formatını dəyişmək lazımdır. Elə bununla bağlı olaraq vaxtaşırı yeni vasitəçi ölkələr qismində Minsk Qrupunun tərkibinə Türkiyənin əlavə olunması haqqında fikirlər səslənir. Çünki Türkiyə bu məsələdə müsbət rol oynaya bilər. Eləcə də, münaqişənin həlli üçün indi yeni təsirli format kimi Rusiya-Türkiyə ikiliyinin çıxış edə biləcəyi də ekspert dairəsində geniş qəbul olunur. Rus politoloq Aleksandr Sotniçenko məhz bu xüsusda xatırladır ki, Azərbaycan tərəfi ATƏT-in Minsk Qrupunun dəstəklədiyi Dağlıq Qarabağ münaqişəsinin "dondurulmuş formatından" çox narazıdır: "Həmsədrlər tərkibinə Azərbaycanın müttəfiqi kimi Türkiyənin daxil edilməsi Minsk Qrupu vasitəçilər formatını daha dinamik edə bilərdi". Eləcə də, iki güclü regional oyunçu kimi Rusiya və Türkiyənin əməkdaşlğı uzunmüddətli perspektivdə Dağlıq Qarabağ münaqişəsinin həllinə kömək etmək iqtidarındadır. Erməni hərbi ekspert Karen Veranyan bu xüsusda qeyd edir ki, Ankara öz işini ehtiyatlı tutur:"Ankara Moskva ilə münasibətləri fonunda Qarabağ məsələsində aktiv rol oynmağa çalışır. Bakı da Qarabağ məsələsini öz maraqlarına uyğun şəkildə həll etmək üçün Türkiyə vasitəsilə Rusiyaya təzyiq göstərməyə cəhd edir. Prosesə daha fəal qoşulduqdan sonra Türkiyə antierməni məntiqində fəaliyyətini dah ada genişləndirəcək. Bu, ilk növbədə qardaş ölkə olan Azərbaycanla ümumi strategiyadır və bu strategiya Qarabağ münaqişəsinin Azərbaycanın ərazi bütövlüyü kontekstində həll edilməli olduğunu nəzərdə tutur. Təsadüfi deyil ki, Bakıda son Ərdoğan-Əliyev görüşündən sonra Çavuşoğlu Minsk Qrupunun həmsədrləri ilə görüşüb. Bu bir daha bu məntiqi vurğulayır ki, Azərbaycan və Türkiyə eyni əlyazmaya sahibdir”.

Bununla yanaşı, ekspert dairələrində belə fikirlər də səslənir ki, Ankara Qarabağ məsələsinin həllində fəal iştirak etmək istədiyi təqdirdə Rusiyanın buna ciddi müqavimət göstərməsi də gözlənilmir. Əksinə, Kreml Türkiyə ilə işbirliyi şəraitində bu məsələnin artıq həllində müəyyən nailiyyətlərin olmasında maraqlıdır. Regionun digər vacib oyunçusu sayılan ABŞ-ın da prosesə hansısa ciddi müqavimət göstərməsi istisna olunur. Çünki ABŞ üçün Ermənistanla müqayisədə Azərbaycan və Türkiyə daha vacib ölkə sayılır. Elə erməni amerikaşünas politoloq Suren Sarkisyan da məsələyə məhz bu prizmadan yanaşır. O, Konqresdə erməni lobbisinin mövqeyinin zəifləməsini də bu amillə izah edir: “Birləşmiş Ştatlar Konqresinin erməni məsələləri üzrə komissiyasının həmsədri, konqresmen Frenk Pallone Azərbaycana hərbi yardımı dayandırmağı təklif edib və Ermənistana böyük yardım etməyə çağırış edib.  Amma lobbiçi strukturlar nə qədər güclü iş həyata keçirsə də, Birləşmiş Ştatlar həmişə öz marağını rəhbər tutduğunu bir daha göstərdi. Son parlaq nümunəni - prezident Obama və yəhudi lobbiçiləri, yaxud hətta yəhudi dövləti arasında İranın nüvə proqramı ilə bağlı yaranmış problemi unutmayaq. Demək istəyirəm ki, Birləşmiş Ştatlar hər zaman öz milli maraqlarını rəhbər tutur, Azərbaycana yardım etmək məqsədi varsa və bu məqsəd məhz hərbi sahədə əməkdaşlıq barədədirsə, hansısa lobbiçi qrup hər hansı formada Birləşmiş Ştatlara mane ola, öz milli təhlükəsizliyi və dövlət maraqlarından irəli gələn addımları ata bilməz”. Sarkisyanın sözlərinə görə, təşəbbüs olduqca vacibdir, lakin Azərbaycan ABŞ üçün prinsipial əhəmiyyətə malik dövlətdir:“Azərbaycan Birləşmiş Ştatlara müxtəlif istiqamətlərdə ciddi dəstək nümayiş etdirir. Aydındır ki, nə qədər lobbiçilik işi həyata keçirilsə də, Azərbaycana verilən yardım azaldılmayacaq və ya sıfırlaşmayacaq, çünki aşkar Amerika marağı var. Lobbiçilərimiz bunun, ən azından, Ermənistana verilən yardımla bərabərləşməsi üçün işləməlidirlər. Amma bu da çətinləşib. Türkiyə və Azərbaycanın mövqeyi artıq burada öz sözünü deyir. Təbii ki, bu şəraitdə Ankaranın Qarabağ məsələsində fəallığına da ABŞ hansısa maneə yaratmayacaq”.

Digər tərəfdən məsələnin başqa bir önəmli tərəfi də var. Məlumdur ki, Türkiyənin Suriyada həyata keçirdiyi uğurlu hərbi əməliyyat bu ölkənin bölgədə rolunu və çəkisini artırıb. Ancaq Türkiyə bununla kifayətlənmək istəmir. Ankara son zamanlar strateji müttəfiqlərinin və tərəfdaşlarının çağırışlarına səssiz qalmır, dəstək verir. Məsələn, Türkiyə Liviyadakı müttəfiqi olan mərkəzi hakimiyyətin xahişilə Tripoliyə silahlı qüvvələrini göndərib. Azərbaycan Türkiyəyə Liviyadan da yaxın müttəfiqdir. Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycana səfəri zamanı bunu bir daha səsləndirdi və xüsusilə vurğuladı ki, Dağlıq Qarabağ probleminin həllində rəsmi Bakının yanındadır. Bu isə o deməkdir ki, Bakının çağrışı ilə Ankara Qarabağ məsələsinin həllində daha aktiv rol sahibi kimi çıxış edə bilər. Türkiyənin indiyə qədər Dağlıq Qarabağ münaqişəsinin həllində fəallığına mane olan qüvvələr isə aradan qalxır. Söhbət burada ilk olaraq Rusiya amilindən gedir. Amma Kremlin artıq məsələyə baxışı, yuxarıda qeyd olunduğu kimi, dəyişir. Azərbaycan isə dəfələrlə Türkiyənin Dağlıq Qarabağ münaqişəsinin həllində fəal tərəf qismində görmək istədyini bəyan edib. Bütün bunlar, Ermənistanın narahatlığına baxmayaraq, Türkiyənin yaxın perspektivdə Qarabağ məsələsinin çözümündə daha fəal rol oynaya biləcəyini istisna etmir.

Tahir TAĞIYEV

Yazı Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun maliyyə dəstəyilə çap olunur.



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Bunu səfir Birol Akgünə açıq məktubum kimi də oxuya bilərsiniz - Aydın QULİYEV yazır...

Məhkəmə hakimlərinin yeni "Etik Qaydaları"nda bir vacib məqam unuduldu...

Ramiz Mehdiyevin təltiflərdən məhrum edilməsinin hüquqi mexanizmləri var...

SON XƏBƏRLƏR

03.11.2026 / 20:49
Tramp məğlub olduğu(?) Konqresə qarşı şantaj planları hazırlayıb... "cənab Veto"

03.11.2026 / 20:31
İrandan Azərbaycana kütləvi silah ixracı təhlükəsi var...

03.11.2026 / 20:14
Rusiyanı TDT-yə qatırlar, Azərbaycan və Türkiyənin hələ xəbəri yoxdur...

03.11.2026 / 19:59
Paşinyan konstitusiya ilə bağlı Azərbaycana “sual mesajı” göndərdi...

03.11.2026 / 19:45
Ərdoğanın müşaviri Azərbaycana qarşı böhtançı ittihamına görə üzr istəməyəcək...

03.11.2026 / 19:33
Apple, Netflix, OpenAI və TikTok Azərbaycana vergi ödəyəcək - TAM SİYAHI

03.11.2026 / 19:20
Azərbaycana qarşı çağırışlar səsləndirən 14 İran vətəndaşı “arzuolunmaz şəxs” elan edildi - SİYAHI

03.11.2026 / 19:05
Əziz Ələkbərli yaradıcılığında Qərbi Azərbaycanın maddi mədəniyyəti və memarlıq irsi

03.11.2026 / 18:45
Kreml hakimiyyətində Azərbaycandan xəbərsiz (?) plan müzakirə olunur...

03.11.2026 / 18:29
Postmüharibə dövrünün reallıqları və milli ideologiya: Klassik azərbaycançılıqdan neoazərbaycançılığa - Mübariz Ağalarlı yazır

03.11.2026 / 18:19
Bankların arasında şübhəli əməliyyatlara start verildi...

03.11.2026 / 18:10
"Azərbaycanın qələbəsini yalnız dronlarla izah etmək düzgün deyil" – Mətbuat Şurasının sədri

03.11.2026 / 18:06
AK Parti hökuməti İlham Əliyevin adından uydurulan media-şəbəkə xəbərlərini niyə susdurmur...

03.11.2026 / 17:50
Makron başını itirmək həddinə yetişdi...

03.11.2026 / 17:47
Neft kəskin bahalaşdıqca SOCAR da sakit dayanmır...

03.11.2026 / 17:41
Prezident İlham Əliyev Bolqarıstanın yeni prezidentini təbrik edib

03.11.2026 / 17:30
Polşa hakimiyyətində qarşıdurma kəskinləşir - xarici müdaxilə riski var...

03.11.2026 / 17:15
Separatçılığa görə beynəlxalq axtarışda olan Murad Fetiyev həbs edildi - FOTO

03.11.2026 / 16:49
Bəzi xəstəxanaların adı dəyişdirildi

03.11.2026 / 16:32
Sərhədlərimizdə ballistik raket qurğuları yerləşdirilir...

03.11.2026 / 16:17
Dövlət Ehtiyatları Agentliyinə sədr təyin edildi

03.11.2026 / 16:05
Azərbaycanın hərbi pilotları təlim-məşq uçuşları icra ediblər - VİDEO

03.11.2026 / 15:46
Trampın Zelenskini bu "qaz oyununa" məcbur etməsi inandırıcı olmadı...

03.11.2026 / 15:20
Prezident adından yayılan 100 manatlıq mükafat vədi saxtadır - XƏBƏRDARLIQ...

03.11.2026 / 14:35
"Ermənistan qüvvələrinin Hadrut istiqamətindəki əks-hücumları onların hərbi zəifliklərini üzə çıxardı" - Liam Kollinz

03.11.2026 / 14:27
Netanyahu bu dəfə daha dərin problemə düşüb...

03.11.2026 / 14:21
Lukaşenko Ukraynada müharibənin tezliklə bitəcəyini deyir - 2022-də bitə bilərdi, ancaq,...

03.11.2026 / 14:07
Rusiya-Ukrayna danışıqları noyabrın 10-11-də Əbu-Dabidə keçiriləcək – rəsmən təsdiqləndi...

03.11.2026 / 13:50
Latviya Rusiyaya görə BMT TŞ-nin təcili iclasını çağırdı...

03.11.2026 / 13:38
"Vətən müharibəsindəki döyüş əməliyyatları müasir hərb tarixində diqqətəlayiq nümunədir" - Con Spenser

03.11.2026 / 13:26
Bakıda Vətən müharibəsinə həsr olunan kitabın təqdimatı keçirildi - YENİLƏNDİ

03.11.2026 / 13:22
"Mahmud Abbas Cümhuriyyət Günündə Yunan Kiprinə getdi, biz isə bu Fələstinə görə Azərbaycanın xətrinə dəyirik" - Yılmaz Özdil

03.11.2026 / 13:04
Tramp İranla müharibəyə xərclənən 30 milyardı cüzi məbləğ adlandırdı - Venesuelada bundan dəfələrlə çox qazandıq...

03.11.2026 / 12:41
Azərbaycan və Ukrayna polisləri birgə əməliyyat keçirdi - 11 nəfər saxlandı - VİDEO

03.11.2026 / 12:25
Səbinə Əliyeva yenidən ombudsman seçildi

03.11.2026 / 12:17
Milli Məclis Zəfər Günü ilə əlaqədar Bəyanat qəbul etdi

03.11.2026 / 11:55
“Allah eləməsin, Rusiyanın sizə qarşı hibrid müharibəyə başlayacağı günü görməyəsiz” - Şoyqudan Avropaya təhdid kimi mesaj...

03.11.2026 / 11:41
Sahibkardan rüşvət alan vergi müfəttişi həbs edildi...

03.11.2026 / 11:26
Keniyanın yeni səfiri Prezidenti İlham Əliyevin qəbulunda... - FOTO

03.11.2026 / 11:25
Laos dövlət başçısı Prezident İlham Əliyevi rəsmi səfərə dəvət edib

03.11.2026 / 11:23
Prezident İlham Əliyev Panama Prezidentini təbrik etdi

03.11.2026 / 11:18
Prezident İlham Əliyev Laosun yeni səfirini qəbul etdi - FOTO

03.11.2026 / 11:10
Milli Məclis Prezident və Birinci vitse-prezidenti təbrik etdi

03.11.2026 / 11:05
Azərbaycanın yeni Ombudsmanı seçilir...

03.11.2026 / 10:39
ABŞ-ın son həftələrdə İrana qarşı keçirdiyi gizli hərbi əməliyyatların üstü açıldı...

03.11.2026 / 10:25
Gürcüstandan gizli şəkildə 400 dən çox mobil telefon gətirənlər “Qırmızı Körpü”də ilişdi...

03.11.2026 / 10:03
Neft Fondunun dövlət büdcəsinə transfertlərinin ümumi həcmi 180 mlrd. manatı keçdi

03.11.2026 / 09:46
Hörmüz boğazında ABŞ-ın daha bir MQ-9 PUA-sı vuruldu...

03.11.2026 / 09:35
Ukrayna Rusiyanın ən böyük neft zavodlarından birinə ikinci dəfə zərbə endirdi...

03.11.2026 / 09:11
Özəl məktəblərdə təhsil haqlarında kəskin artım... Qiymətlərdən şoka düşəcəksiniz - 22 700 manat...

03.11.2026 / 08:50
Mingəçevirdə hesab üstündə kafe sahibinə xəsarət yetirən şəxs yaxalandı

02.11.2026 / 23:20
ABŞ yaxın günlərdə İranın Pikaks dağına atom bombası ata bilər - körfəzdə FƏLAKƏT XƏBƏRDARLIĞI…

02.11.2026 / 23:02
Bunu səfir Birol Akgünə açıq məktubum kimi də oxuya bilərsiniz - Aydın QULİYEV yazır...

02.11.2026 / 22:34
Tramp uğursuz İran əməliyyatına görə "günah keçisi" axtarır - Pentaqon rəhbəri qurban verilə bilər…

02.11.2026 / 21:51
Azərbaycanda dollarla bağlı qeyri-sabit proses başlayıb...

02.11.2026 / 21:33
Tramp Putinin “əsirliyində” - müvafiq əməliyyat 2013-cü ildə başlayıb

02.11.2026 / 21:15
Lukaşenko da Ermənistana sanksiya tətbiq etdi...

02.11.2026 / 20:57
Ermənistanda yeni seçkiqabağı kampaniya başlayıb....

02.11.2026 / 20:34
Tramp vədinə əməl etmədi - seçkiqabağı gözlənilməz qərar verdi...

02.11.2026 / 20:26
İlham Əliyev: Divarlar yox, körpülər quraq

02.11.2026 / 20:17
Türk dövlətlərinin “NATO-su” olmayacaq? - İlham Əliyev daha uğurlu perspektiv göstərmişdi...

02.11.2026 / 19:53
Müxalifətin antikonstitusiya fəallığı 2 səbəblə bağlıdır... Rəsmi Bakının adı çəkilir...

02.11.2026 / 19:37
“Azərbaycan son 2 ildə bu ərazilərimizi tutub” - Ermənistandan yeni iddia...

02.11.2026 / 19:19
İranda körpələr “münasib qiymət”ə satılır...

02.11.2026 / 18:54
AK Parti iqtidarı terrorçu Öcalana status verməyə hazırlaşır...

02.11.2026 / 18:29
“Şəki Yaylası”nda 2 nəfərin ölümü ilə nəticələnən hadisəyə görə sahibkar həbs olundu...

02.11.2026 / 18:14
Yarımçıq binalarda mənzil alanlar hələ də məhkəmə yollarındadır

02.11.2026 / 18:09
Polşa hakimiyyətində qarşıdurma kəskinləşdi - ölkə dərin siyasi böhranda...

02.11.2026 / 18:01
Gürcüstanda müxalifəti məhv edib qurtardılar... Qərb-Tiflis münasibətləri yeni mərhələyə keçir...

02.11.2026 / 17:50
Media və Yayım Şurasının təşəbbüsü ilə “Rəqəmsal Media Ayı” başlayıb - FOTO

02.11.2026 / 17:00
Paşinyan "Tramp marşrutu"nu işə salır – bəs bizim qazancımız nə olacaq?

02.11.2026 / 16:53
İrandan Azərbaycana 136 kq-dan çox narkotik keçirilməsinin qarşısı alındı

02.11.2026 / 16:38
Baxçalını Azərbaycana kim və niyə dəvət edib?

02.11.2026 / 16:19
Görün mətbuatımızın milyardları haralara gedir - Susmaq olmaz...

02.11.2026 / 16:10
Əsgərliyə getməmək üçün özlərinə xəsarət yetirənlərlə bağlı 5 cinayət işi açıldı

02.11.2026 / 15:56
Tramp Ukrayna sülhü barədə bir söz, Rubio başqa söz deyir..

02.11.2026 / 15:39
Bu ay müəllimlər üçün metro və avtobus qiyməti 1 qəpik olacaq...

02.11.2026 / 15:20
Ankara sammitindəki təklif TDT-ni dağıda bilər...

02.11.2026 / 15:08
Dövlət qurumunda rüşvət əməliyyatı - mərkəz direktoru və meşəbəyi həbs edildi

02.11.2026 / 14:38
İdman Arbitraj Məhkəməsi Trampın təzyiqi ilə Rusiyanın xeyrinə qərar çıxartdı...

02.11.2026 / 13:58
Trampın Alyaska barədə misilsiz iddiasını məhkəmə rədd etdi....

Turizm regionlarımızın inkişaf mənbələrindən birinə çevrilir...

XƏBƏR ARXİVİ