09/07/2020 18:27
728 x 90

Türkiyə XİN-dən, Prezident Administrasiyasından, Türkiyə Müdafiə Nazirliyindən Xocalı bəyanatı...

img

Türkiyə Xarici İşlər Nazirliyi (XİN) Xocalı soyqırımının ildönümü ilə məlumat yayıb. Bu barədə “Trend” Türkiyə Xarici İşlər Nazirliyinin rəsmi saytına istinadən məlumat verir.

Məlumatda qeyd olunur: “1992-ci il fevralın 25-dən 26-na keçən gecə Ermənistan ordusunun silahlı dəstələri Azərbaycanın torpağı olan Dağlıq Qarabağın Xocalı şəhərin hücumu nəticəsində şəhərdə olan 3 min nəfərdən 613-ü, o cümlədən 106 qadın, 63 uşaq və 70 qoca xüsusi qəddarlıqla öldürülüb, 487 dinc sakin ağır yaralanıb.

Azərbaycan ərazilərinin işğalı, o cümlədən mülki əhaliyə qarşı edilən qeyri-insani hücum nəticəsində bir milyondan çox azərbaycanlı evlərini tərk edərək öz ölkələrində qaçqın kimi yaşamağa məcbur olub.

Hazırda Azərbaycan ərazisinin iyirmi faizi işğal altındadır.

Xocalıda törədilən bu qətliamı və Azərbaycan torpaqlarının illərdən bəri davam edən işğalını pisləyirik”.

Dünya ictimaiyyəti Xocalı faciəsinə göz yummamalıdır. Bunu isə “Trend”ə Türkiyə Prezident Administrasiyasından deyiblər.

Qeyd olunub ki, Azərbaycanın dinc sakinlərinin qırğını bəşəriyyətin vicdanına qara ləkədir.

Xocalı soyqırımının 28-ci ildönümünü şərh edərkən Administrasiyadan bildiriblər ki, Türkiyə beynəlxalq ictimaiyyət tərəfindən Xocalı faciəsinə layiqli qiymət verilməsini gözləyir: “Türkiyə azərbaycanlı qardaşlarının ağrı-acısını bölüşür və heç vaxt bu faciəni unutmayacaq”.

Administrasiyadan, həmçinin xatırladıblar ki, Türkiyə əvvəl olduğu kimi, Ermənistanı Azərbaycan ərazilərinin işğalını dayandırmağa və bu torpaqları qanuni sahiblərinə qaytarmağa çağırır: "Türkiyə hər zaman Azərbaycanı bütün istiqamətlərdə dəstəkləyib və dəstəkləməkdə davam edəcək. Türkiyə Xocalıdakı dəhşətli faciə ilə əlaqədar Azərbaycan xalqına dərin başsağlığı ifadə edir”.

Türkiyə Xocalı faciəsinin həqiqi günahkarlarını unutmayacaq.

Bu barədə Türkiyə Milli Müdafiə Nazirliyinin açıqlamasında deyilir.

Qeyd olunur ki, Türkiyə 28 il əvvəl ermənilər tərəfindən vəhşicəsinə öldürülmüş vətəndaşların xatirəsini anır:

“Bir millət – iki dövlət” deyərək biz azərbaycanlı qardaşlarımızla çiyin çiyinə dayanmaqda davam edəcək və bu qırğını törədənləri unutmayacağıq!”

Son xəbərlər