çərşənbə günü, 04 noyabr 2026
     

İdlib dünya müharibəsi ərəfəsində - Rusiya, İran, Suriya bir, NATO və Türkiyə digər tərəfdə…

Image


Suriyada Rusiya və Türkiyə arasında münasibətlərin bundan sonra hansı istiqamətdə inkişaf edəcəyi ətrafında indi ən fərqli fikirlər səslənir. Belə görünür ki, tərəflər danışıqlar masası arxasında razılığa gəlməsə, aralarında hərbi toqquşma risqi daha da böyüyəcək. Özü də nəzərə almaq lazımdır ki, hadisələrin elə qarşıdurma müstəvisində davam etməsini istəyən kənar qüvvələr də kifayət qədərdir. ABŞ-ın Avropa Qüvvələri komandanı Tod Voltersin açıqlamaları da bunu təsdiq edir.

Tod Volters bildirir ki, Ankara və Vaşinqton Rusiyaya müqavimət göstərmək məqsədilə əməkdaşlığı gücləndirməli və NATO daxilində fəaliyyətlərini təsirli hala gətirməlidir: “Türkiyənin Rusiyaya müqavimətdə rolu böyükdür. Hər iki ölkə Qara dəniz regionunu özlərinin nüfuz dairəsi olaraq dəyərləndirir. Liviyada atışmalar davam edir və İdlibdə münaqişə vəziyyətindədirlər. Suriyada Türkiyəyə Rusiya müqavimətini qırmaq üçün yardımlar artmalıdır”. Türk politoloq Taha Dağlı da bildirir ki, danışıqlar alınmasa, Rusiya və Türkiyə arasında qarşıdurma təhlükəli həddə qədər böyüyə bilər. O vurğulayır ki, Rusiya Əsəd rejiminə verdiyi dəstəyi dayandırmayacaq, eyni zamanda Türkiyə ilə də açıq qarşıdurmaya girməyəcək: “Rusiyanın hədəfi M4 və M5 magistral yollarına nəzarəti ələ keçirməkdir. Bununla Hələb və İdlibi Lazkiyə və Dəməşqə bağlamağı planlaşdırırlar”. T.Dağlı bildirir ki, İdlibdə iki quru yol ruslar üçün önəmlidir: “M4 və M5 yollarını tamamilə nəzarətə almaq istəyirlər. Buna nail olsalar, Hələblə İdlibin, dolayısı ilə Lazkiyə ilə Şamın əlaqəsi qurulacaq. Eyni zamanda, Hələbin Aralıq dənizinə çıxışı təmin ediləcək. Suriya iqtisadiyyatının yenidən qurulması üçün də bu vacibdir.
Rusiya qeyd olunan iki quru yolun şimalında qalan İdlibin mərkəzinin və Türkiyə sərhədində yerləşən digər bölgələrin “təhlükəsiz bölgə” kimi istifadə edilməsini təklif edir. Yəni “iki quru yol bizim, İdlibin mərkəzi və şimalı sizin olsun” deyirlər. Türkiyə əsgərinin bölgədə qalması məsələsində də dialoq təklifi ilə çıxış edirlər. Bəlli ki, Rusiya 5 marta qədər bu planı önə sürmək üçün hücumlarını artıracaq. Zirvə görüşünə gələndə, artıq iki quru yol tamamilə rusların nəzarətinə girəcək, beləliklə, istədiklərini alaraq masaya oturacaqlar.
Lakin ABŞ və NATO-nun İdlibdə əhəmiyyətli yerlərin rusların əlinə keçməsinə qarşı çıxması prosesi çətinə salır. Bölgədə ruslarla yanaşı İranın da olması, yəni Hələbdən Aralıq dənizinə çıxacaq strateji yolun başqa oyunçuların əlinə keçməsi ehtimalı Vaşinqtonu ciddi narahat edir”.
Qeyd edək ki, İdliblə bağlı zirvə görüşü martın 5-də İstanbulda keçiriləcək. Zirvədə Türkiyə, Almaniya və Fransa liderləri iştirak edəcək. T.Dağlı yazır ki, Almaniya və Fransanın maraqları İdlibdə Türkiyə ilə toqquşur:“Lakin Avropa İttifaqı və NATO-nun iki önəmli üzvünün zirvədə iştirakı Rusiya üçün təzyiq elementidir. Zirvə görüşünün planlaşdırıldığı vaxtda ABŞ Hərbi Dəniz Qüvvələrinin “USS Ross” adlı raketdaşıyan gəmisinin Qara dənizə daxil olması Rusiyanın diqqətini bu bölgəyə çəkdi. Qara dənizdəki Rusiya donanması ABŞ gəmisini izləyir. Montre sazişinə görə, ABŞ gəmisi dənizdə 21 gündən artıq qalmamalıdır, lakin təcrübədə amerikalılar müxtəlif bəhanələrlə bu müddəti uzadırlar. Bununla yanaşı, aprel ayında NATO-nun Şərqi Avropada son 25 ilin ən böyük təlimlərinə başlaması Rusiya üçün təhlükə siqnalları deməkdir. Gözləntilərə görə, Qərbin mümkün hücumları ilə qarşılaşacaq Moskvanın Ankara ilə qarşıdurma maraqlarına uyğun deyil”.

Amma indilikdə Rusiya və Türkiyə diplomatları arasında danışıqlara baxmayaraq, Suriyanın şimalında gərginliyin artması müşahidə olunur. Hazırkı vəziyyət nəzarət altından çıxaraq genişmiqyaslı qarşıdurmaya da çevrilə bilər, çünki tərəflərdən heç biri geri çəkilməyi düşünmür. Digər tərəfdən, yuxarıda qeyd olunduğu kimi, ABŞ və Avropa da artıq prosesdə maraqlı tərəfdir. Bu səbəbdən İdlib ziddiyyəti genişmiqyaslı savaşa çevrilə bilər. Ankara artıq ABŞ və Avropa müttəfiqlərindən dəstək istəyib. Bu istək illərlə ABŞ və Avropa müttəfiqlərə qarşı çıxdıqdan sonra Ankara tərəfindən edilmiş kəskin dəyişiklikdir və Türkiyə üçün Suriyada Rusiya ilə ehtimal olunan qarşıdrmanın necə təhlükəli olduğunu göstərir. 

Xatırladaq ki, İdlib əyaləti Əsədə qarşı vuruşan üsyançı və cihadçıların son istehkamı sayılır. Bu bölgədə hərbi uğurların isə Suriya hakimiyyəti üçün nəhəng siyasi və iqtisadi dividendləri ola bilər. Amma Ankara İdlibi bu bölgədə özünün təsir zonası hesab edir və bu səbəbdən bölgədə hərbi cəhətdən möhkəmlənir. Türkiyə tərəfindən dəstəklənən, təlim və təchiz olunan qüvvələr də məhz İdlibdə yerləşir. Onu da qeyd edək ki, 2016-cı ildən bəri Türkiyə ordusu ilə müttəfiq suriyalı üsyançılardan ibarət qüvvələr Suriyanın şimalında üç əməliyyat keçirib. Lakin onlardan heç biri Əsəd qüvvələrinə qarşı yönəlməmişdi. İndi vəziyyət dəyişir. Hesab olunur ki, gələn ay Suryia üzrə razılaşma olmasa, bölgədə dəhşətl savaşın başlanması qaçılmaz olacaq. Xatırladaq  ki, martın 5-də İstanbulda Rəcəb Tayyib Ərdoğan, Vladimir Putin, Angela Merkel və Emmanuel Makronun iştirakı ilə Suriya zirvəsi nəzərdə tutulur. Məhz burada razılıq əldə olunmasa, Suriyada təkcə Rusiya və Türkiyənin yox, həm də NATO-nun, İranın, ərəb ölkələrinin iştirakı ilə genişmiqyasıl bir savaş başlanması gözlənir. “Əl-Monitor” dərgisi bu xüsusda yazır:“Türkiyə ilə Rusiya 2015-ci ilin noyabr böhranına yaxınlaşan hərbi qarşıdurma nöqtəsinə gəlib çatıb. Türkiyə-Rusiya ortaqlığında açıq şəkildə çatlama başlayıb. Ankaranın NATO-ya meyl etməsi Türkiyənin İdlibdə və Liviyada qarşılaşdığı çətinlikdən qaynaqlanır. Ankara açıq şəkildə NATO, ABŞ və Avropanın ağır yüklərini İdlibdə tarazlığı düzəltmək üçün daha çox işə cəlb etməyə, Əsəd qüvvələrinin strateji M4 şossesi üzərində nəzarəti ələ keçirməsini qabaqlamağa çalışır. Amma NATO, ümumiyyətlə, Rusiyanı İdlibdə dayandırmağa qadirdirmi? Ukrayna davasını xatırlatmaq suala cavab vermək üçün kifayət ola bilər. Bu böhranda “ağlaya bilməyən nəhəng” kimi görünən NATO bölgədən və NATO müqaviləsinin kollektiv müdafiəyə dair 5-ci maddəsinin əhatə dairəsindən kənarda olduğu İdlib üzərində Rusiya ilə silahlı qarşıdurma risqini üzərinə götürə bilməz. Ankaranın təcili yardım istəyini yerinə yetirmədiyi təqdirdə, NATO Türkiyədəki nifrət obyekti vəziyyətinə dərhal qayıda bilər”.

Nahid SALAYEV



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Bunu səfir Birol Akgünə açıq məktubum kimi də oxuya bilərsiniz - Aydın QULİYEV yazır...

Məhkəmə hakimlərinin yeni "Etik Qaydaları"nda bir vacib məqam unuduldu...

Ramiz Mehdiyevin təltiflərdən məhrum edilməsinin hüquqi mexanizmləri var...

SON XƏBƏRLƏR

04.11.2026 / 10:07
Trampın seçkilərdə məğlubiyyəti və bunda İran amilini də etiraf etdi - nəticələri qəbul etməyə hazıram...

04.11.2026 / 09:41
Tramp Rusiya və Ukraynanın razılığa gəlməyə hazır olduqlarını deyir, ancaq...

04.11.2026 / 09:27
Hörmüz boğazının cənubunda dörd tanker minaya düşdü...

04.11.2026 / 09:14
Tramp Konqres seçkilərində uduzdu... Demokrat böyük fərqlə qalib gəlir - YENİLƏNDİ

04.11.2026 / 08:50
Bakıda ən yüksək orta mənzil qiyməti Səbaildə qeydə alınıb

04.11.2026 / 08:33
Türkiyə Heydər Əliyev parkı ilə bağlı iddiaları təkzib etdi

03.11.2026 / 21:58
“İlk nüvə zərbəsini Tramp başlayır, Putinlə Si davam etdirir” - dünyanı hədələyən təhlükə...

03.11.2026 / 21:41
Zelenski ABŞ-a şərt qoydu - "Patriot" verin, əvəzində istədiyinizi edim...

03.11.2026 / 21:25
Azərbaycanla saziş və TRIPP mövzusunda İrəvandan mühüm gedişlər başlayır...

03.11.2026 / 21:07
Paşinyan Zəngəzur dəhlizində layihələndirmə işlərinə başladı

03.11.2026 / 20:49
Tramp məğlub olduğu(?) Konqresə qarşı şantaj planları hazırlayıb... "cənab Veto"

03.11.2026 / 20:31
İrandan Azərbaycana kütləvi silah ixracı təhlükəsi var...

03.11.2026 / 20:14
Rusiyanı TDT-yə qatırlar, Azərbaycan və Türkiyənin hələ xəbəri yoxdur...

03.11.2026 / 19:59
Paşinyan konstitusiya ilə bağlı Azərbaycana “sual mesajı” göndərdi...

03.11.2026 / 19:45
Ərdoğanın müşaviri Azərbaycana qarşı böhtançı ittihamına görə üzr istəməyəcək...

03.11.2026 / 19:33
Apple, Netflix, OpenAI və TikTok Azərbaycana vergi ödəyəcək - TAM SİYAHI

03.11.2026 / 19:20
Azərbaycana qarşı çağırışlar səsləndirən 14 İran vətəndaşı “arzuolunmaz şəxs” elan edildi - SİYAHI

03.11.2026 / 19:05
Əziz Ələkbərli yaradıcılığında Qərbi Azərbaycanın maddi mədəniyyəti və memarlıq irsi

03.11.2026 / 18:45
Kreml hakimiyyətində Azərbaycandan xəbərsiz (?) plan müzakirə olunur...

03.11.2026 / 18:29
Postmüharibə dövrünün reallıqları və milli ideologiya: Klassik azərbaycançılıqdan neoazərbaycançılığa - Mübariz Ağalarlı yazır

03.11.2026 / 18:19
Bankların arasında şübhəli əməliyyatlara start verildi...

03.11.2026 / 18:10
"Azərbaycanın qələbəsini yalnız dronlarla izah etmək düzgün deyil" – Mətbuat Şurasının sədri

03.11.2026 / 18:06
AK Parti hökuməti İlham Əliyevin adından uydurulan media-şəbəkə xəbərlərini niyə susdurmur...

03.11.2026 / 17:50
Makron başını itirmək həddinə yetişdi...

03.11.2026 / 17:47
Neft kəskin bahalaşdıqca SOCAR da sakit dayanmır...

03.11.2026 / 17:41
Prezident İlham Əliyev Bolqarıstanın yeni prezidentini təbrik edib

03.11.2026 / 17:30
Polşa hakimiyyətində qarşıdurma kəskinləşir - xarici müdaxilə riski var...

03.11.2026 / 17:15
İnternetdə anonim qruplar yaradıb Azərbaycanda çevriliş hazırlayırdı - xaricdən tutub gətirdilər...

03.11.2026 / 16:49
Bəzi xəstəxanaların adı dəyişdirildi

03.11.2026 / 16:32
Sərhədlərimizdə ballistik raket qurğuları yerləşdirilir...

03.11.2026 / 16:17
Dövlət Ehtiyatları Agentliyinə sədr təyin edildi

03.11.2026 / 16:05
Azərbaycanın hərbi pilotları təlim-məşq uçuşları icra ediblər - VİDEO

03.11.2026 / 15:46
Trampın Zelenskini bu "qaz oyununa" məcbur etməsi inandırıcı olmadı...

03.11.2026 / 15:20
Prezident adından yayılan 100 manatlıq mükafat vədi saxtadır - XƏBƏRDARLIQ...

03.11.2026 / 14:35
"Ermənistan qüvvələrinin Hadrut istiqamətindəki əks-hücumları onların hərbi zəifliklərini üzə çıxardı" - Liam Kollinz

03.11.2026 / 14:27
Netanyahu bu dəfə daha dərin problemə düşüb...

03.11.2026 / 14:21
Lukaşenko Ukraynada müharibənin tezliklə bitəcəyini deyir - 2022-də bitə bilərdi, ancaq,...

03.11.2026 / 14:07
Rusiya-Ukrayna danışıqları noyabrın 10-11-də Əbu-Dabidə keçiriləcək – rəsmən təsdiqləndi...

03.11.2026 / 13:50
Latviya Rusiyaya görə BMT TŞ-nin təcili iclasını çağırdı...

03.11.2026 / 13:38
"Vətən müharibəsindəki döyüş əməliyyatları müasir hərb tarixində diqqətəlayiq nümunədir" - Con Spenser

03.11.2026 / 13:26
Bakıda Vətən müharibəsinə həsr olunan kitabın təqdimatı keçirildi - YENİLƏNDİ

03.11.2026 / 13:22
"Mahmud Abbas Cümhuriyyət Günündə Yunan Kiprinə getdi, biz isə bu Fələstinə görə Azərbaycanın xətrinə dəyirik" - Yılmaz Özdil

03.11.2026 / 13:04
Tramp İranla müharibəyə xərclənən 30 milyardı cüzi məbləğ adlandırdı - Venesuelada bundan dəfələrlə çox qazandıq...

03.11.2026 / 12:41
Azərbaycan və Ukrayna polisləri birgə əməliyyat keçirdi - 11 nəfər saxlandı - VİDEO

03.11.2026 / 12:25
Səbinə Əliyeva yenidən ombudsman seçildi

03.11.2026 / 12:17
Milli Məclis Zəfər Günü ilə əlaqədar Bəyanat qəbul etdi

03.11.2026 / 11:55
“Allah eləməsin, Rusiyanın sizə qarşı hibrid müharibəyə başlayacağı günü görməyəsiz” - Şoyqudan Avropaya təhdid kimi mesaj...

03.11.2026 / 11:41
Sahibkardan rüşvət alan vergi müfəttişi həbs edildi...

03.11.2026 / 11:26
Keniyanın yeni səfiri Prezidenti İlham Əliyevin qəbulunda... - FOTO

03.11.2026 / 11:25
Laos dövlət başçısı Prezident İlham Əliyevi rəsmi səfərə dəvət edib

03.11.2026 / 11:23
Prezident İlham Əliyev Panama Prezidentini təbrik etdi

03.11.2026 / 11:18
Prezident İlham Əliyev Laosun yeni səfirini qəbul etdi - FOTO

03.11.2026 / 11:10
Milli Məclis Prezident və Birinci vitse-prezidenti təbrik etdi

03.11.2026 / 11:05
Azərbaycanın yeni Ombudsmanı seçilir...

03.11.2026 / 10:39
ABŞ-ın son həftələrdə İrana qarşı keçirdiyi gizli hərbi əməliyyatların üstü açıldı...

03.11.2026 / 10:25
Gürcüstandan gizli şəkildə 400 dən çox mobil telefon gətirənlər “Qırmızı Körpü”də ilişdi...

03.11.2026 / 10:03
Neft Fondunun dövlət büdcəsinə transfertlərinin ümumi həcmi 180 mlrd. manatı keçdi

03.11.2026 / 09:46
Hörmüz boğazında ABŞ-ın daha bir MQ-9 PUA-sı vuruldu...

03.11.2026 / 09:35
Ukrayna Rusiyanın ən böyük neft zavodlarından birinə ikinci dəfə zərbə endirdi...

03.11.2026 / 09:11
Özəl məktəblərdə təhsil haqlarında kəskin artım... Qiymətlərdən şoka düşəcəksiniz - 22 700 manat...

03.11.2026 / 08:50
Mingəçevirdə hesab üstündə kafe sahibinə xəsarət yetirən şəxs yaxalandı

02.11.2026 / 23:20
ABŞ yaxın günlərdə İranın Pikaks dağına atom bombası ata bilər - körfəzdə FƏLAKƏT XƏBƏRDARLIĞI…

02.11.2026 / 23:02
Bunu səfir Birol Akgünə açıq məktubum kimi də oxuya bilərsiniz - Aydın QULİYEV yazır...

02.11.2026 / 22:34
Tramp uğursuz İran əməliyyatına görə "günah keçisi" axtarır - Pentaqon rəhbəri qurban verilə bilər…

02.11.2026 / 21:51
Azərbaycanda dollarla bağlı qeyri-sabit proses başlayıb...

02.11.2026 / 21:33
Tramp Putinin “əsirliyində” - müvafiq əməliyyat 2013-cü ildə başlayıb

02.11.2026 / 21:15
Lukaşenko da Ermənistana sanksiya tətbiq etdi...

02.11.2026 / 20:57
Ermənistanda yeni seçkiqabağı kampaniya başlayıb....

02.11.2026 / 20:34
Tramp vədinə əməl etmədi - seçkiqabağı gözlənilməz qərar verdi...

02.11.2026 / 20:26
İlham Əliyev: Divarlar yox, körpülər quraq

02.11.2026 / 20:17
Türk dövlətlərinin “NATO-su” olmayacaq? - İlham Əliyev daha uğurlu perspektiv göstərmişdi...

02.11.2026 / 19:53
Müxalifətin antikonstitusiya fəallığı 2 səbəblə bağlıdır... Rəsmi Bakının adı çəkilir...

02.11.2026 / 19:37
“Azərbaycan son 2 ildə bu ərazilərimizi tutub” - Ermənistandan yeni iddia...

02.11.2026 / 19:19
İranda körpələr “münasib qiymət”ə satılır...

02.11.2026 / 18:54
AK Parti iqtidarı terrorçu Öcalana status verməyə hazırlaşır...

02.11.2026 / 18:29
“Şəki Yaylası”nda 2 nəfərin ölümü ilə nəticələnən hadisəyə görə sahibkar həbs olundu...

02.11.2026 / 18:14
Yarımçıq binalarda mənzil alanlar hələ də məhkəmə yollarındadır

02.11.2026 / 18:09
Polşa hakimiyyətində qarşıdurma kəskinləşdi - ölkə dərin siyasi böhranda...

02.11.2026 / 18:01
Gürcüstanda müxalifəti məhv edib qurtardılar... Qərb-Tiflis münasibətləri yeni mərhələyə keçir...

02.11.2026 / 17:50
Media və Yayım Şurasının təşəbbüsü ilə “Rəqəmsal Media Ayı” başlayıb - FOTO

02.11.2026 / 17:00
Paşinyan "Tramp marşrutu"nu işə salır – bəs bizim qazancımız nə olacaq?

Turizm regionlarımızın inkişaf mənbələrindən birinə çevrilir...

XƏBƏR ARXİVİ