02/07/2020 12:18
728 x 90

Tural Gəncəliyev: “Xocalı faciəsini törədənlərin beynəlxalq məhkəməyə cəlb olunmaları üçün əlimizdən gələni edəcəyik”

img

Bakı Musiqi Akademiyasında Xocalı faciəsinin 28-ci ildönümü ilə bağlı anım tədbiri keçirilib. “Trend”in məlumatına görə, anım mərasimi Bakı Musiqi Akademiyası (BMA) və Dağlıq Qarabağın Azərbaycanlı İcması İctimai Birliyinin təşkilatçılığı ilə keçirilən tədbirdə çıxış edən akademiyanın Beynəlxalq əlaqələr və tərbiyə işləri üzrə prorektoru, professor Yeganə Axundova Xocalı faciəsindən 28 il ötdüyünü bildirib: "28 il öncə xalqımız böyük faciə ilə üz-üzə qalıb, yüzlərlə silahsız soydaşımız 1992-ci il fevralın 25-dən 26-na keçən gecə qanına qəltan edilib".

Dağlıq Qarabağın Azərbaycanlı İcması İctimai Birliyinin sədri Tural Gəncəliyev isə Xocalı faciəsinin insanlığa qarşı törədilmiş ən böyük cinayətlərdən biri olduğunu deyib: "Xocalı faciəsinin növbəti ildönümünü qeyd etməklə biz keçmişi unutmadığımızı dünya ictimaiyyətinə bir daha çatdırırıq. Ermənilər tərəfindən xalqımıza qarşı yönəldilmiş qırğının məqsədi azərbaycanlıları məhv etmək, onlara qarşı soyqırımını təşkil etmək olub. Onlar XX əsrin ən böyük soyqırımılarından birini törədiblər. Qarabağ rejiminin üzvləri olan Robert Koçaryan, Serj Sarkisyan kimi cəlladlar da dəfələrlə bu cinayəti törətdiklərini etiraf ediblər.

Bəşəriyyətə qarşı ən dəhşətli cinayətdir Xocalı. Ermənilər alçaqcasına hücum edərək Xocalıda yaşlı qoca bilmədən soyqırımı, xüsusi vəhşilik törətdilər. Dinc insanlara qarşı edilən bu cinayət törədən şəxslərin cəzasını alması üçün əlimizdən gələni edəcəyik. Ermənilər olmayan bir hadisəni özlərinə qarşı soyqırımı adı ilə dünya ictimaiyyətinə çatdırmağa cəhd edirlər. Amma biz cəmi 28 il əvvəl başımıza gətirilən bu faciəni dünya ictimaiyyətinə çatdırmaq üçün zəif təbliğat aparırıq. Biz bunun üçün bütün vasitələrdən istifadə etməliyik. Beynəlxalq təşkilatlarda bu barədə təbliğat aparmalıyıq. Sarkisyan və Koçaryanın törətdikləri bu cinayətlərə görə beynəlxaq hüquq çərçivəsində məsuliyyətə cəlb edilməsi istiqamətdə işlər gücləndirilməlidir".

T.Gəncəliyev Azərbaycan xalqına qarşı soyqırımı törətmiş insanların məhkəmə qarşısında cavab verəcəklərinə inandığını vurğulayıb: "Erməni cəlladları cəzasızlıq şəraitində yaşadıqca bu cinayəti yenidən işləyəcəklər. Ona görə də biz Xocalı faciəsini törədənlərin beynəlxlaq məhkəməyə cəlb olunmaları üçün əlimizdən gələni edəcəyik".

Birlik sədri Xocalı faciəsinin soyqırımı kimi tanınması üçün çalışdıqlarını da diqqətə çatdırıb: "Xocalıya ədalət" kampaniyası adı altında dünyanın müxtəlif ölkələrində bu faciə haqqında məlumat verilir, artıq dünyanın 10-dan çox ölkəsi bu faciəni soyqırımı kimi tanıyıb. Biz gələcəkdə də bu yolda səylə fəaliyyət göstərəcəyik".

Bakı Musiqi Akademiyasının professoru Tərlan Quliyev bildirib ki, Rusiyanın 366-cı alayının köməyi ilə ermənilər tarixin ən dəhşətli cinayətini törətdi: "613 Xocalı sakini qətlə yetirildi, 1275 nəfər girov götürülüb, 68 qadının taleyi hələ də məlum deyil. Ermənilər Xocalıda misli görünməmiş vəhşilik törətdilər. Dinc insanları bu qədər vəhşiliklə öldürmək yalnız ermənilərə aiddir. Biz bunları yaddan çıxarmamalıyıq. Xocalı faciəsi bütün azərbaycanlıların qan yaddaşıdır. Bu faciə gələcək nəsillərə də çatdırılmalıdır".

Son xəbərlər