çərşənbə günü, 04 noyabr 2026
     

Hikmət Hacıyev: "Azərbaycan Prezidentinin İtaliyaya dövlət səfərini mahiyyət və məzmun etibarilə tarixi səfər adlandıra bilərik" - MÜSAHİBƏ

Image


Azərbaycan Respublikası Prezidentinin köməkçisi-Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev dövlətimizin başçısı İlham Əliyevin İtaliya Respublikasına dövlət səfərinin yekunları ilə bağlı AZƏRTAC-a müsahibə verib. Müsahibəni təqdim edirik.

-Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin İtaliya Respublikasına dövlət səfərini ölkələrimiz arasında münasibətlərin inkişafı baxımından necə xarakterizə edərdiniz?

-İtaliya Azərbaycanın dövlət müstəqilliyini 1992-ci il yanvarın 1-də tanıyıb və ölkələrimiz arasında həmin il mayın 2-də diplomatik münasibətlər qurulub. Həmin vaxtdan etibarən əlaqələrimiz davamlı olaraq yüksələn xətlə inkişaf edir. Cənab Prezidentin İtaliyaya ilk dövlət səfərinin status, imzalanmış sənədlərin kəmiyyəti və keyfiyyəti, ikitərəfli münasibətlərin strateji tərəfdaşlıq səviyyəsinə qaldırılması və iqtisadi-ticari, hərbi-texniki, mədəni əlaqələr baxımdan müstəsna əhəmiyyəti var. Bu, Azərbaycan dövləti başçısının İtaliyaya ilk dövlət səfəridir. Əvvəlki illərdə cənab Prezident üçün rəsmi, ikisi isə işgüzar olmaqla beş dəfə İtaliyada səfərdə olub. İtaliya Respublikasının Prezidenti Sercio Mattarella da 2018-ci ilin iyulunda Azərbaycana ilk rəsmi səfərini edib. Dövlət səfəri status baxımından səviyyəsinə görə ən yüksək səfər hesab olunur və il ərzində bir ölkəyə məhdud sayda dövlət səfəri edilir. Dövlət səfəri zamanı müzakirə edilən məsələlərin əhatəsi daha geniş, mahiyyəti daha dərin olur. Eyni zamanda, bu səfər 2020-ci ildə İtaliyaya xarici dövlət başçıları tərəfindən edilən ilk dövlət səfəridir ki, bu da ölkəmizə və onun Prezidentinə göstərilən xüsusi hörmətdən irəli gəlir. Səfər zamanı Azərbaycanın dövlət başçısına və birinci xanımına misli görünməmiş ehtiram və xüsusi diqqət göstərildi. Bunu istər dövlət başçımızın səfərinin təşkilati-protokol aspektlərinin hər bir incəliyinə qədər düşünülmüş olması, istərsə də səfərin proqramının zəngin olmasında müşahidə etmək olar. Səfər çərçivəsində Prezident İlham Əliyevin italiyalı həmkarı Sercio Mattarella ilə təkbətək və geniş tərkibdə görüşü, habelə Nazirlər Şurasının Sədri (Baş Nazir) Cüzeppe Konte, İtaliya parlamenti Senatının və Deputatlar Palatasının sədrləri ilə görüşləri keçirilib.

Prezident İlham Əliyevin İtaliyaya dövlət səfəri Azərbaycan və İtaliya arasında əlaqələrin yeni keyfiyyət müstəvisinə qədəm qoymasını təmin etdi. Belə ki, hazırda Azərbaycan və İtaliya arasında əlaqələr strateji tərəfdaşlıq səviyyəsindədir. İtaliya Avropa İttifaqının üzv ölkələri arasında Azərbaycanın bir nömrəli siyasi, iqtisadi və ticarət tərəfdaşıdır. Yüksək səviyyədə olan siyasi əlaqələrimiz var. Təcrübə göstərir ki, ölkələr arasında siyasi əlaqələrin mükəmməlliyi digər vacib istiqamətlərdə, o cümlədən iqtisadi, ticarət, mədəniyyət və digər sahələrdə də əməkdaşlığın inkişafı üçün hərtərəfli zəmin yaradıb.

İkitərəfli formatda strateji tərəfdaşlıq əlaqələri ilə yanaşı, ölkələrimiz çoxtərəfli müstəvidə, beynəlxalq təşkilatlar çərçivəsində də sıx əməkdaşlıq edirlər. Xüsusilə, İtaliya Azərbaycanın Avropa İttifaqı və NATO ilə əməkdaşlığının güclənməsinə fəal dəstək verən çox vacib ölkədir. İtaliya dünyanın 7-ci iqtisadiyyatı olaraq “Böyük Yeddiliyin”, Avropa İttifaqı və NATO kimi təşkilatların üzvüdür, beynəlxalq münasibətlərdə öz çəkisi və rolu olan ölkədir.

Görüşlərdə İtaliya tərəfindən Azərbaycanın çox vacib regionda yerləşməsi, çətin bir regionda yerləşməsinə baxmayaraq, çox uğurlu siyasət aparması və qonşu ölkələrlə sıx münasibətlər qurması, habelə ölkəmizin dünyəvilik ənənələri vacib amillər kimi qeyd olundu.

Səfər çərçivəsində digər tədbirlər sırasında İtaliya Prezidentinin Sarayında Prezident İlham Əliyevin şərəfinə verilmiş dövlət ziyafətini, dövlət başçıları və nümayəndə heyətləri üçün “2020-ci il - İtaliyada Azərbaycan Mədəniyyət İli”nin açılışı münasibətilə konsert proqramını, İtaliyanın dünya səviyyəsində məşhur olan 10-dan çox ən iri, aparıcı sənaye və maliyyə qruplarının rəhbərləri ilə birgə işçi naharı, Azərbaycan-İtaliya biznes forumunu, Roma şəhər Meriyasına ziyarəti qeyd etmək olar.

Ona görə də bu səfəri mahiyyət və məzmun etibarilə tarixi səfər adlandıra bilərik.

-Səfər çoxlu sayda ikitərəfli sənədlərin imzalanması ilə səciyyələndi. Bu sənədlərin mahiyyəti nədir və onların ölkələrimiz arasında strateji əməkdaşlığın güclənməsi baxımından əhəmiyyətini necə qiymətləndirmək olar?

-Səfər çərçivəsində iki dövlət arasında ümumilikdə 28 sənəd imzalandı. Bu sənədlər siyasi, müdafiə, iqtisadi-ticari, energetika, yüksək texnologiyalar, nəqliyyat, infrastruktur, mədəniyyət, elm, turizm, idman, qida təhlükəsizliyi, paytaxtlar səviyyəsində əməkdaşlıq sahələrini əhatə edir. Onlardan 17-si Prezident İlham Əliyev və Baş Nazir Cüzeppe Kontenin iştirakı ilə imzalandı və mübadilə olundu. Digər sənədlər biznes forum çərçivəsində imzalandı.

İmzalanmış sənədlər sırasında “Azərbaycan Respublikası ilə İtaliya Respublikası arasında Çoxölçülü Strateji Tərəfdaşlığın gücləndirilməsinə dair Birgə Bəyannamə” müstəsna əhəmiyyət daşıyır. Sənədin bilavasitə Prezident İlham Əliyev və Baş Nazir Cüzeppe Konte tərəfindən imzalanması bu sənədin siyasi yükünü göstərir. Bu, Azərbaycanın digər ölkələrlə, o cümlədən “Böyük Yeddiliyin” və Avropa İttifaqının üzvü olan ölkə ilə imzaladığı ilk belə sənəddir. Bu sənədlə ölkələrimiz arasında münasibətlər yeni, daha yüksək səviyyəyə qədəm qoyur. Belə ki, tərəflər bir-birini strateji tərəfdaş kimi qəbul etməklə yanaşı, bu strateji tərəfdaşlığın bütün istiqamətlərdə daha da gücləndirilməsi istəyini ortaya qoyurlar.

Birgə Bəyannamədə Azərbaycan üçün olduqca vacib məqamlar yer alır. Sənədin preambula hissəsində ikitərəfli münasibətlərin əsaslandığı prinsiplər sadalanır ki, bunlar arasında tərəflərin bir-birinin müstəqilliyi, suverenliyi, ərazi bütövlüyü və beynəlxalq səviyyədə tanınmış sərhədlərinə dəstək verməsi xüsusilə qeyd olunmalıdır. Tərəflər beynəlxalq münasibətlərdə təcavüz aktının qəbuledilməzliyini vurğulayırlar.

Birgə Bəyannamədə ölkəmiz üçün ən ağrılı problem olan Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi ilə bağlı tərəflərin birmənalı mövqeyi də əks olunur. Sənədin siyasi hissəsində münaqişənin Helsinki Yekun Aktının təməl prinsipləri, xüsusilə suverenlik, ərazi bütövlüyü və beynəlxalq sərhədlərin toxunulmazlığı, BMT və ATƏT-in müvafiq sənəd və qərarları əsasında nizamlanmasına dair olduqca əhəmiyyətli maddə yer alır.

İtaliya hər zaman münaqişənin həlli prosesində Azərbaycanın haqlı mövqeyini dəstəkləyib və onun səyləri hər zaman Azərbaycan tərəfindən yüksək qiymətləndirilib. İtaliya ATƏT-in Minsk qrupunun üzvlərindən biridir və Minsk prosesi çərçivəsində çox fəal olub. Vaxtilə ATƏM-in Minsk Konfransının və sonradan ATƏT-in Minsk qrupunun ilk sədri də məhz italiyalı diplomat Mario Rafaelli olub. Məhz 1993-cü ildə italyan diplomat Mario Rafaellinin Ağdam şəhərinin işğalından sonra BMT Baş katibinə hazırladığı hesabat əsasında BMT Təhlükəsizlik Şurasının müvafiq qətnaməsi qəbul olunub.

Sənəddə, həmçinin Azərbaycanın Avropa İttifaqı ilə münasibətləri, Cənub Qaz Dəhlizinin son seqmenti olan TAP layihəsi və Avropanın enerji təhlükəsizliyinin gücləndirilməsində onların rolu və ölkəmiz üçün digər vacib məqamlar da yer alır. Cənab Prezidentin vurğuladığı kimi, Birgə Bəyannamədə əks olunan istər Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi, istərsə də digər məsələləri əhatə edən müddəalar Avropa İttifaqı ilə Azərbaycan arasında yeni tərəfdaşlıq sazişi üçün möhkəm əsas təşkil edə bilər.

Nəticə etibarilə, Azərbaycan və İtaliya siyasi, iqtisadi, ticarət, enerji, mədəni-humanitar və digər sahələrdə strateji tərəfdaşlığı hərtərəfli şəkildə inkişaf etdirmək barədə iradələrini ifadə edirlər və bu prosesin irəli aparılması üçün iki ölkə arasında davamlı xarakter daşıyan strateji dialoq mexanizmi yaradılır.

-İqtisadi-ticari və digər sahələrdə əməkdaşlıq Azərbaycan və İtaliya arasında strateji tərəfdaşlığın genişlənməsinə nə kimi töhfə verir?

-Azərbaycanın İtaliya ilə strateji tərəfdaşlıq münasibətlərinin yüksək səviyyəsi siyasi sahə ilə yanası, digər sahələrdə də intensiv və məzmunlu əməkdaşlıq əlaqələri ilə səciyyələnir. İlk növbədə, ölkələrimiz arasında iqtisadi-ticari sahədə işbirliyi xüsusi əhəmiyyətə malikdir. İtaliya Azərbaycanın birinci ticarət və ixracat tərəfdaşıdır. Təkcə 2019-cu ildə iki ölkə arasında ticarət dövriyyəsinin həcmi 6 milyard ABŞ dolları təşkil edib. İtaliyanın Cənubi Qafqaz ölkələri ilə ticarətinin 92 faizi Azərbaycanın payına düşür.

Enerji sahəsində əməkdaşlığın olduqca yüksək səviyyəsi xüsusilə qeyd olunmalıdır. Uzun illər Azərbaycan İtaliya istehlakçılarını xam neftlə təchiz edir. Keçən il Azərbaycan İtaliyanın ən böyük xam neft təchizatçısı olub. İtaliyada istehlak olunan neftin 17 faizi ölkəmizin payına düşür. Bu il Cənub Qaz Dəhlizinin sonuncu seqmenti olan TAP layihəsi üzrə işlərin tamamlanmasından sonra bu rəqəm daha da artacaq. Bu layihənin reallaşdırılması Avropanın enerji təhlükəsizliyinə mühüm töhfə verməklə yanaşı, ölkələrimizin mənafeyi və xalqlarımızın rifahına mütləq şəkildə xidmət edəcək.

İtaliya dünyanın 7-ci iqtisadiyyatıdır və “Böyük Yeddilik” ölkəsidir. Qabaqcıl texnoloji yeniliklərə və nou-haulara malik italyan şirkətləri Azərbaycanın neft-qaz və qeyri-neft sektorunda ümumi dəyəri 10 milyard ABŞ dollarından çox olan 300-dən artıq müxtəlif layihələrdə iştirak edirlər. Hazırda Azərbaycanda sənaye, tikinti, ticarət, kənd təsərrüfatı, rabitə, xidmət və digər sahələrdə fəaliyyət göstərən 100-dən çox İtaliya şirkəti qeydiyyata alınıb.

Təsadüfi deyil ki, dövlət səfəri çərçivəsində Prezident İlham Əliyevin dünyanın ən aparıcı italyan şirkətlərinin rəhbərləri ilə görüşü oldu. Habelə cənab Prezidentin iştirakı ilə hər iki tərəfdən sənaye, o cümlədən tekstil və qida sənayesi, energetika, kənd təsərrüfatı, logistika, İKT, səhiyyə, turizm, konsaltinq, tikinti sahələrini təmsil edən 100-ə yaxın şirkətin qatıldığı Azərbaycan-İtaliya biznes forumu keçirildi. Əvvəlki biznes forum 2018-ci ilin iyul ayında İtaliya Prezidenti Sercio Mattarellanın Azərbaycana rəsmi səfəri çərçivəsində Bakıda baş tutmuşdur. İki ölkənin iş adamları arasında dövlət başçılarının iştirakı ilə belə görüşlərin keçirilməsi ənənəvi hal almaqla yanaşı, ikitərəfli iqtisadi-ticari əlaqələrin inkişafına dövlət səviyyəsində verilən yüksək diqqətin göstəricisidir.

Azərbaycan və İtaliya hərbi-texniki sahədə də əməkdaşlıq barədə razılıq əldə ediblər. Bu sahədə əməkdaşlıq ölkələrimiz arasında qarşılıqlı etimadın yüksək səviyyəsinin və Azərbaycanın hərbi-texniki sahədə əməkdaşlığının coğrafiyasının genişliyinin təzahürüdür.

Digər ikitərəfli əməkdaşlıq sahələrindən bəhs edərkən mədəni-humanitar sahədə son illər həyata keçirilən uğurlu təşəbbüsləri xüsusilə qeyd etmək lazımdır. Bu xüsusda, Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın və Heydər Əliyev Fondunun rolu qeyd olunmalıdır. Heydər Əliyev Fondu tərəfindən İtaliyada müxtəlif layihələr reallaşdırılır. Roma şəhərində mədəniyyət abidələrinin bərpası işlərinə Azərbaycan tərəfindən fəal dəstək göstərilir. Mütəmadi əsasda İtaliyada keçirilən Azərbaycan kino və mətbəx festivalları ölkəmizin mədəniyyətinin təbliğinə xidmət edir. İtaliya dövlətinin başçısı tərəfindən 2020-ci ilin İtaliyada Azərbaycan Mədəniyyət İli elan olunması ölkəmizin mədəniyyətinin İtaliyada və Avropada daha geniş kütlələrə çatdırılmasına, xalqlararası təmasların daha da güclənməsinə və Azərbaycan-İtaliya əlaqələrinin daha da genişlənməsinə töhfə verəcək.

Bildiyiniz kimi, 2012-ci ildə Romanın görkəmli “Villa Borghese” parkında dahi Azərbaycan şairi və mütəfəkkiri Nizami Gəncəvinin abidəsinin açılışı olub. İtaliyaya səfəri zamanı cənab Prezident və birinci xanım bu abidəni ziyarət etdilər və önünə gül dəstələri qoydular.

Növbəti mühüm layihə kimi, Romanın mərkəzi hissəsində Azərbaycan Mədəniyyət Mərkəzinin açılması nəzərdə tutulur. Belə mərkəzlər hazırda Paris, Berlin və Vyanada fəaliyyət göstərir. Səfər zamanı cənab Prezident və birinci xanım Romada Azərbaycan Mədəniyyət Mərkəzi üçün nəzərdə tutulan bina ilə tanış oldular.

Humanitar sahəyə gəldikdə, son illərdə iki ölkənin elmi-akademik dairələri, ali təhsil müəssisələri arasında əməkdaşlıq daha intensiv xarakter alıb. Hazırda Azərbaycan Dillər Universitetində italyan dilinin tərcüməsi ixtisası tədris olunur və italyan dili mərkəzi fəaliyyət göstərir. İtaliyanın iki aparıcı universitetində - Roma Sapienza Universiteti və Venesiya Ka Foskari Universitetində azərbaycanşünaslıq fəaliyyəti çərçivəsində tədqiqatlar, tədris kursları həyata keçirilir. Son illərdə İtaliyanın ali təhsil müəssisələrində azərbaycanlı tələbələrin sayı artaraq 1500 nəfərə çatıb.

Azərbaycan Respublikası Prezidentinin İtaliyaya ilk dövlət səfəri, habelə səfər çərçivəsində imzalanmış Çoxölçülü Strateji Tərəfdaşlığın gücləndirilməsinə dair Birgə Bəyannamə və digər istiqamətlər üzrə ikitərəfli sənədlər ölkələrimiz arasında strateji tərəfdaşlıq əlaqələrinin yeni sahələr üzrə səmərəli şəkildə inkişafını təmin edəcək.



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Bunu səfir Birol Akgünə açıq məktubum kimi də oxuya bilərsiniz - Aydın QULİYEV yazır...

Məhkəmə hakimlərinin yeni "Etik Qaydaları"nda bir vacib məqam unuduldu...

Ramiz Mehdiyevin təltiflərdən məhrum edilməsinin hüquqi mexanizmləri var...

SON XƏBƏRLƏR

04.11.2026 / 12:54
Respublikaçılar ümidini növbəti seçkiyə bağladı - Conson 2028-də aşağı palata üzərində nəzarətin bərpasına əmindir

04.11.2026 / 12:17
Kürdəmir xəstəxanasında 125 min manatlıq yeyinti - bir nəfər barəsində qətimkan tədbiri seçildi...

04.11.2026 / 12:01
Azərbaycanda dəfn pulu artırılır - 946-dan 1200-ə...

04.11.2026 / 11:47
Ukrayna “Ozon”un Adıgeydəki logistika mərkəzini vurdu – güclü yanğın başladı... Sifarişlər dayandırıldı...

04.11.2026 / 11:40
Tramp partiyasının seçki uğursuzluğuna maraqlı səbəb tapdı - "Mən olsaydım..."

04.11.2026 / 11:28
Samvel Karapetyan və qardaşı oğlunun evlərində axtarış aparılır...

04.11.2026 / 11:14
Demokratlar Respublikaçıların ən böyük qalasını da ələ keçirdi - 1932-ci ildən bəri ilk fakt...

04.11.2026 / 11:06
Rusiyanın mövcudluğuna etirazlar WIC qadın klubuna da sıçradı - Ukrayna, Estoniya, İtaliya səfirlərinin xanımları təşkilatı tərk etdi

04.11.2026 / 10:40
Bələdiyyələrə xəbərdarlıq edildi - qanunsuz ödəniş tələblərinə inanmayın...

04.11.2026 / 10:31
Bakıda qanunsuz torpaq zəbt edən 74 yaşlı qadın həbs edildi

04.11.2026 / 10:18
Həbsdə olan icra başçısının qızına yüksək vəzifə verildi

04.11.2026 / 10:07
Trampın seçkilərdə məğlubiyyəti və bunda İran amilini də etiraf etdi - nəticələri qəbul etməyə hazıram...

04.11.2026 / 09:41
Tramp Rusiya və Ukraynanın razılığa gəlməyə hazır olduqlarını deyir, ancaq...

04.11.2026 / 09:27
Hörmüz boğazının cənubunda dörd tanker minaya düşdü...

04.11.2026 / 09:14
Tramp Konqres seçkilərində uduzdu... Demokrat böyük fərqlə qalib gəlir - YENİLƏNDİ

04.11.2026 / 08:50
Bakıda ən yüksək orta mənzil qiyməti Səbaildə qeydə alınıb

04.11.2026 / 08:33
Türkiyə Heydər Əliyev parkı ilə bağlı iddiaları təkzib etdi

03.11.2026 / 21:58
“İlk nüvə zərbəsini Tramp başlayır, Putinlə Si davam etdirir” - dünyanı hədələyən təhlükə...

03.11.2026 / 21:41
Zelenski ABŞ-a şərt qoydu - "Patriot" verin, əvəzində istədiyinizi edim...

03.11.2026 / 21:25
Azərbaycanla saziş və TRIPP mövzusunda İrəvandan mühüm gedişlər başlayır...

03.11.2026 / 21:07
Paşinyan Zəngəzur dəhlizində layihələndirmə işlərinə başladı

03.11.2026 / 20:49
Tramp məğlub olduğu(?) Konqresə qarşı şantaj planları hazırlayıb... "cənab Veto"

03.11.2026 / 20:31
İrandan Azərbaycana kütləvi silah ixracı təhlükəsi var...

03.11.2026 / 20:14
Rusiyanı TDT-yə qatırlar, Azərbaycan və Türkiyənin hələ xəbəri yoxdur...

03.11.2026 / 19:59
Paşinyan konstitusiya ilə bağlı Azərbaycana “sual mesajı” göndərdi...

03.11.2026 / 19:45
Ərdoğanın müşaviri Azərbaycana qarşı böhtançı ittihamına görə üzr istəməyəcək...

03.11.2026 / 19:33
Apple, Netflix, OpenAI və TikTok Azərbaycana vergi ödəyəcək - TAM SİYAHI

03.11.2026 / 19:20
Azərbaycana qarşı çağırışlar səsləndirən 14 İran vətəndaşı “arzuolunmaz şəxs” elan edildi - SİYAHI

03.11.2026 / 19:05
Əziz Ələkbərli yaradıcılığında Qərbi Azərbaycanın maddi mədəniyyəti və memarlıq irsi

03.11.2026 / 18:45
Kreml hakimiyyətində Azərbaycandan xəbərsiz (?) plan müzakirə olunur...

03.11.2026 / 18:29
Postmüharibə dövrünün reallıqları və milli ideologiya: Klassik azərbaycançılıqdan neoazərbaycançılığa - Mübariz Ağalarlı yazır

03.11.2026 / 18:19
Bankların arasında şübhəli əməliyyatlara start verildi...

03.11.2026 / 18:10
"Azərbaycanın qələbəsini yalnız dronlarla izah etmək düzgün deyil" – Mətbuat Şurasının sədri

03.11.2026 / 18:06
AK Parti hökuməti İlham Əliyevin adından uydurulan media-şəbəkə xəbərlərini niyə susdurmur...

03.11.2026 / 17:50
Makron başını itirmək həddinə yetişdi...

03.11.2026 / 17:47
Neft kəskin bahalaşdıqca SOCAR da sakit dayanmır...

03.11.2026 / 17:41
Prezident İlham Əliyev Bolqarıstanın yeni prezidentini təbrik edib

03.11.2026 / 17:30
Polşa hakimiyyətində qarşıdurma kəskinləşir - xarici müdaxilə riski var...

03.11.2026 / 17:15
İnternetdə anonim qruplar yaradıb Azərbaycanda çevriliş hazırlayırdı - xaricdən tutub gətirdilər...

03.11.2026 / 16:49
Bəzi xəstəxanaların adı dəyişdirildi

03.11.2026 / 16:32
Sərhədlərimizdə ballistik raket qurğuları yerləşdirilir...

03.11.2026 / 16:17
Dövlət Ehtiyatları Agentliyinə sədr təyin edildi

03.11.2026 / 16:05
Azərbaycanın hərbi pilotları təlim-məşq uçuşları icra ediblər - VİDEO

03.11.2026 / 15:46
Trampın Zelenskini bu "qaz oyununa" məcbur etməsi inandırıcı olmadı...

03.11.2026 / 15:20
Prezident adından yayılan 100 manatlıq mükafat vədi saxtadır - XƏBƏRDARLIQ...

03.11.2026 / 14:35
"Ermənistan qüvvələrinin Hadrut istiqamətindəki əks-hücumları onların hərbi zəifliklərini üzə çıxardı" - Liam Kollinz

03.11.2026 / 14:27
Netanyahu bu dəfə daha dərin problemə düşüb...

03.11.2026 / 14:21
Lukaşenko Ukraynada müharibənin tezliklə bitəcəyini deyir - 2022-də bitə bilərdi, ancaq,...

03.11.2026 / 14:07
Rusiya-Ukrayna danışıqları noyabrın 10-11-də Əbu-Dabidə keçiriləcək – rəsmən təsdiqləndi...

03.11.2026 / 13:50
Latviya Rusiyaya görə BMT TŞ-nin təcili iclasını çağırdı...

03.11.2026 / 13:38
"Vətən müharibəsindəki döyüş əməliyyatları müasir hərb tarixində diqqətəlayiq nümunədir" - Con Spenser

03.11.2026 / 13:26
Bakıda Vətən müharibəsinə həsr olunan kitabın təqdimatı keçirildi - YENİLƏNDİ

03.11.2026 / 13:22
"Mahmud Abbas Cümhuriyyət Günündə Yunan Kiprinə getdi, biz isə bu Fələstinə görə Azərbaycanın xətrinə dəyirik" - Yılmaz Özdil

03.11.2026 / 13:04
Tramp İranla müharibəyə xərclənən 30 milyardı cüzi məbləğ adlandırdı - Venesuelada bundan dəfələrlə çox qazandıq...

03.11.2026 / 12:41
Azərbaycan və Ukrayna polisləri birgə əməliyyat keçirdi - 11 nəfər saxlandı - VİDEO

03.11.2026 / 12:25
Səbinə Əliyeva yenidən ombudsman seçildi

03.11.2026 / 12:17
Milli Məclis Zəfər Günü ilə əlaqədar Bəyanat qəbul etdi

03.11.2026 / 11:55
“Allah eləməsin, Rusiyanın sizə qarşı hibrid müharibəyə başlayacağı günü görməyəsiz” - Şoyqudan Avropaya təhdid kimi mesaj...

03.11.2026 / 11:41
Sahibkardan rüşvət alan vergi müfəttişi həbs edildi...

03.11.2026 / 11:26
Keniyanın yeni səfiri Prezidenti İlham Əliyevin qəbulunda... - FOTO

03.11.2026 / 11:25
Laos dövlət başçısı Prezident İlham Əliyevi rəsmi səfərə dəvət edib

03.11.2026 / 11:23
Prezident İlham Əliyev Panama Prezidentini təbrik etdi

03.11.2026 / 11:18
Prezident İlham Əliyev Laosun yeni səfirini qəbul etdi - FOTO

03.11.2026 / 11:10
Milli Məclis Prezident və Birinci vitse-prezidenti təbrik etdi

03.11.2026 / 11:05
Azərbaycanın yeni Ombudsmanı seçilir...

03.11.2026 / 10:39
ABŞ-ın son həftələrdə İrana qarşı keçirdiyi gizli hərbi əməliyyatların üstü açıldı...

03.11.2026 / 10:25
Gürcüstandan gizli şəkildə 400 dən çox mobil telefon gətirənlər “Qırmızı Körpü”də ilişdi...

03.11.2026 / 10:03
Neft Fondunun dövlət büdcəsinə transfertlərinin ümumi həcmi 180 mlrd. manatı keçdi

03.11.2026 / 09:46
Hörmüz boğazında ABŞ-ın daha bir MQ-9 PUA-sı vuruldu...

03.11.2026 / 09:35
Ukrayna Rusiyanın ən böyük neft zavodlarından birinə ikinci dəfə zərbə endirdi...

03.11.2026 / 09:11
Özəl məktəblərdə təhsil haqlarında kəskin artım... Qiymətlərdən şoka düşəcəksiniz - 22 700 manat...

03.11.2026 / 08:50
Mingəçevirdə hesab üstündə kafe sahibinə xəsarət yetirən şəxs yaxalandı

02.11.2026 / 23:20
ABŞ yaxın günlərdə İranın Pikaks dağına atom bombası ata bilər - körfəzdə FƏLAKƏT XƏBƏRDARLIĞI…

02.11.2026 / 23:02
Bunu səfir Birol Akgünə açıq məktubum kimi də oxuya bilərsiniz - Aydın QULİYEV yazır...

02.11.2026 / 22:34
Tramp uğursuz İran əməliyyatına görə "günah keçisi" axtarır - Pentaqon rəhbəri qurban verilə bilər…

02.11.2026 / 21:51
Azərbaycanda dollarla bağlı qeyri-sabit proses başlayıb...

02.11.2026 / 21:33
Tramp Putinin “əsirliyində” - müvafiq əməliyyat 2013-cü ildə başlayıb

02.11.2026 / 21:15
Lukaşenko da Ermənistana sanksiya tətbiq etdi...

02.11.2026 / 20:57
Ermənistanda yeni seçkiqabağı kampaniya başlayıb....

02.11.2026 / 20:34
Tramp vədinə əməl etmədi - seçkiqabağı gözlənilməz qərar verdi...

02.11.2026 / 20:26
İlham Əliyev: Divarlar yox, körpülər quraq

Turizm regionlarımızın inkişaf mənbələrindən birinə çevrilir...

XƏBƏR ARXİVİ