16/07/2020 16:54
728 x 90

İtkin düşən Azərbaycan əsgərinin meyiti neytral ərazidən tapıldı

img

Azərbaycan Silahlı Qüvvələri bu ilin yanvar ayında itkin düşmüş hərbçi Akif Abbasovun meyitini Ermənistanla sərhəddə neytral ərazidən götürüb. Bu barədə Beynəlxalq Qızıl Xaç Komitəsinin (BQXK) Bakı ofisindən məlumat verilib.

“Fevralın 19-da tərəflərin müraciəti və razılaşması ilə BQXK Azərbaycan-Ermənistan sərhədində həlak olan şəxsin nəşinin ərazidən götürülməsi əməliyyatında neytral vasitəçi kimi iştirak edib”, - deyə məlumatda bildirilir.

Son xəbərlər