09/04/2020 10:09
728 x 90

MSK Mingəçevir seçki dairəsi üzrə 3, Ağdaş seçki dairəsi üzrə 2 məntəqədə səsvermənin nəticələrini ləğv etdi

img

Mərkəzi Seçki Komissiyası 47 saylı Mingəçevir şəhər seçki dairəsi ilə bağlı bir neçə məntəqədə seçkinin nəticələrini ləğv edib. “Trend”in məlumatına görə, MSK üzvü Baxşeyş Əsgərov bildirib ki, Mingəçevir seçki dairəsi üzrə daxil olan müraciətdə bir sıra seçki məntəqələrində pozuntuların olduğu qeyd olunub və səsvermənin nəticələrinin ləğv edilməsi xahiş edilib.

B.Əsgərov bildirib ki, araşdırma zamanı 9, 17 və 21 saylı seçki məntəqələrində seçicilərin iradəsinə təsir edəcək hallar aşkar edilib. O, həmin seçki məntəqələrində səsvermənin nəticəsinin ləğv edilməsini təklif edib. Təklif səsə qoyularaq qəbul edilib.

Mərkəzi Seçki Komissiyası 90 saylı Ağdaş seçki dairəsi üzrə isə iki məntəqədə seçkilərin nəticələrini ləğv edib.

MSK üzvü Qabil Orucov bildirib ki, Ağdaş seçki dairəsi üzrə daxil olan müraciətdə həmin dairə üzrə səsvermə zamanı pozuntuların olduğu qeyd olunub və səsvermənin nəticələrinin ləğv edilməsi xahiş edilib.

Q.Orucovun sözlərinə əsasən, araşdırma zamanı yalnız 6 və 7 saylı məntəqələrdə seçicilərin iradəsini müəyyən etməyə imkan verməyən hallar qeyd olunub. Q.Orucov həmin seçki məntəqələrində səsvermənin nəticələrinin etibarsız hesab edilməsini təklif edib. Təklif səsə qoyularaq qəbul edilib.

Son xəbərlər